SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə18/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   14   15   16   17   18   19   20   21   ...   116

40 
 
ci ildə Ġsmət əl-Kurdi və onun tərəfdarlarını ələ vermək məqsədilə onları Təbriz 
qalasına  qonaq  çağıraraq  həbs  etdirir  və  Mötəsimin  sərəncamına  göndərir. 
Xəlifə Mötəsim hərbi əməliyyatın gediĢi barədə onlardan məlumat alır. Babək 
və  onun  dəstəsinə  qarĢı  hərbi  əməliyyat  getdikcə  geniĢlənir.  Bu  hadisədən 
sonra Xürrəmilər-Babəkilər ardıcıl olaraq məğlubiyyətə uğrayırlar. 
Bu dövrdə mühüm hərbi-strateji malik olmaqla yanaĢı, Təbriz özü də 
inkiĢaf      etmiĢ  və  böyümüĢdü.  Lakin  h.  244  (858-859)-cü  ildə  Təbrizdə  baĢ 
verən  Ģiddətli zəlzələ Ģəhəri  dağıdıb   xarabalığa   çevirdi.   Tezliklə   Xəlifə 
Mütəvəkkilin   (847-861)  əmrilə   Ģəhər yenidən   bərpa edildi [63]. 
IX  əsrin  ortalarında  Təbriz  sənətkarlıq  və  ticarət  mərkəzinə 
çevrilmiĢdi. Getdikcə rövnəq tapıb inkiĢaf edən Ģəhər artıq X əsrin ortalarında 
məĢhurlaĢmıĢdı.  Ġbn  Miskəbeyh  h.  330  (941-942)-cu  il  hadisələrindən  bəhs 
edərkən  Təbrizi  möhkəm  hasara  malik,  sıx  meĢələrlə  əhatə  olunmuĢ,  bağlı-
bağatlı  bir  Ģəhər  kimi  təsvir  edir.  Ġbn  Miskəveyh  Ģəhər  əhalisinin  qoçaq  və 
dövlətli  olduğunu  bildirmiĢdir  [64].  X  əsrdə  yaĢamıĢ  naməlum  müəllifin 
«Hüdud əl-aləm» əsərində də Təbriz «kiçik lakin varlı, nemətli və abad Ģəhər» 
adlandırılmıĢdı  [65].  X  əsrin  axırlarında  artıq  Təbrizin  adının  iri  Ģəhərlər 
sırasında  çəkildiyini  görürük.  Təbrizi  «gözəl,  abad,  çoxlu  əhalisi  olan  Ģəhər» 
adlandıran  ibn  Hövqəl  yazır  ki,  çoxlu  bazara  malik  bu  Ģəhərdə  qızğın  ticarət 
gedir.  Təbrizdə  toxunan  örtüklər  misilsizdir  [66].  Əl-Müqəddəsi  (986-1038) 
Təbrizin  abadlığından  bəhs  edərək  yazmıĢdır:  «Təbriz  möhkəm  Ģəhərdir... 
müsəlmanlar  onunla  fəxr  edə  bilərlər.  Onun  ortasından  arxlardan  su  axır. 
Ətrafında  ağaclar  bir-birinə  çulğalanmıĢdır.  Meyvələrin  bolluğu,  qiymətlərin 
ucuzluğundan  xəbər  alma...  Ģəhərin  mərkəzində  Came  məscidi  vardır...  onun 
gözəllikləri  çoxdur.  Təbriz  və  Muğan  tamamilə  bağlıdır.  Bunların  hər  ikisi 
Riham və islam ölkələrinin fəxri sayılır». 
Qətran Təbrizi h. 244-cü il zəlzələsi ilə h. 434-çü il zəlzələsi arasında - 
200  il  müddətində  Təbrizin  böyük,  abad  bir  Ģəhərə,  sənətkarlıq  və  ticarət 
mərkəzinə çevrildiyindən bəhs edərək yazır: «Dünyada Təbrizdən gözəl Ģəhər 
yox  idi.  ġəhərin  xeyli  əhalisi  gözəl  sənətkarları  və  xanəndələri  var  idi.  Əmir, 
bəndə, salar, sənətkar və tacir hərə öz iĢi ilə məĢğul idi. Ġki yüz il ərzində baĢını 
göylərə  qaldırmıĢ  bir  Ģəhər,  əhali  tərəfindən  tikilmiĢ  evlər,  eyvanlar,  hündür 
hasarlar nəzəri cəlb edirdi. Əmin-amanlıqda, dövlət və qüdrətdə, yaxĢılıqda və 
gözəllikdə  Təbrizdən  yaxĢı  Ģəhər  yox  idi...  orada  cənnətdə  olduğu  kimi  gözəl 
binalar var idi» [67]. 
1042-ci  il  zəlzələsi  nəticəsində  Təbrizdə  40-50  min  nəfər  həlak  olur. 
ġəhərin bir hissəsi tamamilə dağılıb xarabalığa çevrilir. Təbrizin hasarı, əksər 
bina  və  bazarları  dağılır  [68].  1042-ci  il  zəlzələsindən  4  il  sonra  24  gün 
Təbrizdə olmuĢ tacik Ģairi Nasir Xosrov yazır ki, mən Təbrizdə olarkən oranın 
hökmdarı  Əbu  Mənsur  Vəhsudan  ibn  Məhəmməd  idi..  Təbriz  abad  və  böyük 


41 
 
Ģəhər  kimi  görünürdü.  Lakin  mənə  dedilər  ki,  zəlzələ  nəticəsində  Ģəhərin  bir 
hissəsi dağılmıĢ, digər hissəsi isə ziyan görməmiĢdir [69]. 
Yuxarıda  qeyd  edilənlərdən  aydın  olur  ki,  Təbrizin  yarısı  tamamilə 
dağılmıĢ,  lakin  zəlzələdən  sonra  bərpa  edilmiĢdir.  Əlbəttə,  dörd  il  ərzində 
Ģəhəri zəlzələdən əvvəlki səviyyəsinə gətirib çatdırmaq mümkün deyildi. Lakin 
hər halda, Ģəhər müəyyən dərəcədə abadlaĢdı. Qətran Təbrizi yazır: «Vəhsudan 
və  oğlunun  səyi  nəticəsində  Ģəhər  yenə  abadlaĢdı,  hər  iki  Ġraqdan  və 
Xorasandan  abad  oldu»  [70].  Rəvvadilər  xanədanının  hökmranlıq  etdiyi 
dövrdə, hətta I Toğrul bəyin (1038-1063) Azərbaycana yürüĢünə qədər Təbriz 
Azərbaycanın  paytaxtı  idi  [71].  Təbriz  hakimi  Əmir  Vəhsudan  Toğrula  tabe 
olduqdan  sonra  onun  adına  xütbə  oxutdurdu,  hədiyyələr  verdi,  oğlunu  onun 
yanında girov qoymaqla öz hakimiyyətini davam etdirdi [72]. 
ġəmsəddin  Eldənizin  hakimiyyəti  dövründə  (1136-1174)  Təbriz 
Eldənizlər dövlətinin paytaxtı idi. Xeyli əhaliyə və böyük Ģöhrətə malik olan bu 
Ģəhəri 1175-ci ildə Cahan Pəhləvan qardaĢına iqta verdi [73]. 
H.  582  (1186-87)-ci  ildən,  yəni  Qızıl  Arslan  Azərbaycana  hakim 
olduqdan  sonra  Təbriz  daha  da  rövnəq  tapdı.  Təbriz  bu  zaman  təkcə 
Azərbaycanda deyil, bəlkə Ġran Ģəhərləri arasında ən abad olmaqla yanaĢı, yenə 
də Azərbaycanın paytaxtı idi [74]. 1175-ci ildə Qızıl Arslanın iĢğalından sonra 
Təbriz ölkənin daimi paytaxtına çevrildi. Lakin bəzən Naxçıvan da Eldənizlərin 
paytaxtı olurdu [75].  
Azərbaycan  Atabəylər  dövlətinin  görkəmli  nümayəndəsi  Nüsrət  əd-
Din Əbu Cəfər Cahan Pəhləvan (1177-1191), Atabəy Əbubəkr (1191-1210) və 
qardaĢı  Özbəkin  (1210-1225)  hakimiyyəti  dövründə  Təbriz  dövlətin  paytaxtı 
kimi iqtisadi cəhətdən xeyli inkiĢaf etmiĢ bir Ģəhər idi. Akad. Z. M. Bünyadov 
qeyd  edir  ki,  Atabəylərin  hakimiyyəti  dövründə  Azərbaycan  Ģəhərlərinin 
çiçəklənmə dövrü idi. Naxçıvan, Beyləqan, Təbriz və ġamaxı Ģəhərlərinin hər 
birində 100 min və daha çox əhali yaĢayırdı [76]. 
H.  610  (1213-1214)-cu  ildə  Təbrizdə  olmuĢ  Yaqut  Həməvi  yazır: 
«Təbriz Azərbaycanın məĢhur Ģəhərlərindəndir, onun əhalisi çoxdur. Kərpic və 
kəsdən tikilmiĢ möhkəm hasarı vardır. Bu gözəl və abad Ģəhərin ətrafı bağlarla 
əhatə  olunmuĢdur.  Orada  meyvənin  qiyməti  çox  ucuzdur...  bu  Ģəhərdə  əttabi, 
siqlatun  (ipək,  qızıl,  parça),  xətai,  atlas  parçalar  toxunub  ġərq  ilə  Qərb 
ölkələrinə ixrac edilir» [77]. 
Beləliklə, IX əsrin sonları-XI əsrin ortalarını əhatə edən dövr Təbrizin 
iqtisadi  inkiĢaf  mərhələsi  olmuĢdur.  1042-ci  il  zəlzələsi,  sonrakı  feodal  ara 
müharibələri  Təbrizin  iqtisadi  həyatına  ağır  zərbə  endirmiĢdir.  Lakin 
ġəmsəddin  Atabəy  Eldənizin  hakimiyyəti  dövründə  Təbrizin  Atabəylər 
dövlətinin  paytaxtına  çevrilməsi  onun  iqtisadi-ictimai  inkiĢafına  müsbət  təsir 
göstərmiĢ,  Ģəhər  çox  böyümüĢ  [78]  və  bu  inkiĢaf  mərhələsi  1225-ci  ilədək 
davam etmiĢdir. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə