SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə16/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   12   13   14   15   16   17   18   19   ...   116

36 
 
Tarmakisin  əhalisi  azad  hərbçilərdən  ibarət  idi.  Onların  təsərrüfatları 
var  idi.  Quldarlıq  təsərrüfatı  çarın  təsərrüfatına  daxil  deyildi.  Burada  olan 
kanallar da təkcə dövlət təsərrüfatı üçün iĢləmirdi. Xüsusi torpaq sahibləri hətta 
çar  kanallarından  istifadə  edirdilər.  Tarmakisdən  əsir  alınanların  çox  hissəsi 
çarın  sənətkarlıq  emalatxanalarında  və  bağlarında  iĢləyirdi.  Çünki  Urartu 
inzibati mərkəzlərində çarın böyük sənətkarlıq emalatxanaları var idi [31]. 
Məlum  olduğu  kimi,  Ģəhərlər  heç  də  birdən-birə  əmələ  gəlmir. 
Kitabədə  yazıldığı  kimi,  Təbriz  Ģəhəri  e.  ə.  VIII  əsrdə  mövcud  olduğu  halda, 
onun Ģəhər kimi hələ e. ə. ikinci minilliyin axırlarında təĢəkkül tapması ehtimal 
edilə bilər. Beləliklə, bu hesabla Təbrizin bir Ģəhər kimi təxminən üç min ildik 
tarixi vardır. 
1960-cı ildə ingilis arxeoloqları Təbrizin cənub-qərbində, 30 kilometr 
məsafədə  yerləĢən  Qaratəpə  (Yanığtəpə)  adlı  yerdə  e.  ə.  2100-1900-cü  illərə 
aid  çiy  kərpic  və  möhrə  ilə  tikilmiĢ  dairəvi  evlər  tapmıĢlar.  Burada  ərzaq 
anbarları  və  emalatxana  da  aĢkar  edilmiĢdir  [32].  Bu  faktlar  Təbriz  və  onun 
ətrafında xeyli qədimdən əhalinin bir hissəsinin sənətkarlıqla məĢğul olduğunu 
göstərir. 
Beləliklə,  e.  ə.  VIII  əsrdə  Təbriz  abad  bir  Ģəhər  olduğu  halda,  II 
Sarqonun oraya hücumu nəticəsində tamamilə dağılmıĢ, sonralar yenidən bərpa 
olunaraq eramızın III-IV əsrlərində böyük Ģəhərə  çevrilmiĢdir. Maraqlıdır  ki, 
həmin  dövrdən  etibarən,  yəni  III-IV  əsrlərdən  VII  əsrin  əvvəllərinə  qədər 
Təbrizin adına məxəzlərdə təsadüf edilmir. Yalnız ərəb xilafətinin Azərbaycana 
hücumu dövründə Təbrizin adı çəkilir. IX əsrin birinci yarısında Təbrizdə qala 
olmuĢ,  həmin  əsrin  ortalarından  isə  Ģəhər  getdikcə  geniĢlənib 
möhkəmləndirilmiĢdir.  Vəcna  ibn  Rəvvad  orada  saray  və  müdafiə  xarakterli 
istehkam  divarları  tikdirmiĢdir  [33].  Ehtimal  ki,  Təbriz  zəlzələ  nəticəsində  və 
ya  iĢğalçı  qoĢunların  hücumuna  məruz  qalaraq  bir  neçə  dəfə  dağılıb  qəsəbə 
halına düĢmüĢ, sonralar yenidən bərpa olunaraq sənətkarlıq və ticarət mərkəzi 
səviyyəsinə qalxmıĢdır [34]. 
* * * 
«Təbriz»  sözünün  etimologiyası  indiyədək  müəyyənləĢdirilməmiĢdir. 
Ġran  və  Azərbaycanın  bir  sıra  Ģəhər  və  kəndlərinin  adları  haqqında  uzun  illər 
tədqiqat  iĢi  aparmıĢ  Azərbaycan  tarixçisi  Seyid  Əhməd  Kəsrəvi  «Təbriz» 
sözünün  etimologiyası  barədə  bir  nəticəyə  gələ  bilmədiyini  etiraf  etmiĢdir.  O 
yazır: «Mən xeyli müddət axtarıĢ apardıqdan sonra «Təbriz» sözünün mənasını 
baĢa düĢə bilmədim. Ona görə də bu barədə axtarıĢı davam etdirmədim» [35]. 
Əhməd  Kəsrəviyə  görə,  Təbrizin  adı  haqqında  kitablarda  yazılanlar  və 
deyilənlərin hamısı elmdən və məntiqdən kənardır. Ən nəhayət, müəllif özünün 
bu sahədə apardığı axtarıĢların nəticəsiz qaldığını bildirmiĢdir. 
«Təbriz»  toponiminin  mənası  hələ  XVII  əsrdən  bəri  təkcə  ġərq 
alimlərini deyil, hətta avropalıları da düĢündürmüĢdür. ġarden bu haqda yazır: 


37 
 
«Mən  elə  bir  Ģəhər  tanımıram  ki,  onun  adı  Təbriz  qədər  mübahisələrə  səbəb 
olsun» [36]. 
1841-ci  ildə  Fransa  dövlətinin  səfiri  kimi  Ġrana  gəlmiĢ  Flanden 
Təbrizdə  qaldığı  16  gün  ərzində  bir  sıra  məsələlərlə  yanaĢı,  Təbrizin  adının 
mənasını  araĢdırmaqla  məĢğul  olmuĢdur  [37].  Nadir  Mirzə  yazır  ki,  «Təbriz» 
sözünün  hansı  dildə  olması  bizə  məlum  deyildir.  Bu  haqda  bir  söz  deyə 
bilmərəm [38]. 
Beləliklə,  bir  sıra  tədqiqatçılar  «Təbriz»  sözünün  hansı  dilə  məxsus 
olduğunu, onun məna və etimologiyasını tapmaqda çətinlik çəkmiĢlər. Bununla 
yanaĢı, bu coğrafi adın mənasını izah etməyə çalıĢanlar da olmuĢdur. 
«Təbriz»i  fars  sözü  hesab  edib,  onun  iki  sözdən  («təb»  -  qızdırma, 
«riz» - axıt, tök) yarandığını iddia edənlər belə bir rəvayətə əsaslanırlar ki, guya 
ərəb  xəlifəsi  harun  ər-RəĢidin  arvadı  Zübeydə  xatun  isitmə  xəstəliyinə 
tutulmuĢ,  orada  onun  xəstəliyi  sağalmıĢ  və  həmin  yerdə  Ģəhər  saldırıb,  adını 
«Təbriz», yəni «isitmə-qızdırma tökən» adlandırmıĢdır. 
Bir  sıra  tədqiqatçılara  görə,  bu  fikri  ilk  dəfə  Həmdullah  Qəzvini 
«Nüzhət  əl-qülub»  əsərində  qeyd  etmiĢdir.  Halbuki  hələ  XII  əsrdə 
Azərbaycanın  məĢhur  Ģairi  Xaqani  ġirvani  Ģerlərindən  birində  bu  fikrin 
uydurma  olduğunu  göstərsə  də,  orta  əsr  alimləri  Həmdullah  Qəzviniyə 
istinadən  həmin  rəvayəti  təkrar  etmiĢlər  [39].  Lakin  Həmdullah  Qəzvinidən 
xeyli  əvvəl  -  XIII  əsrin  əvvəllərində  yazılmıĢ  «Əcayib  əd-dünya»  əsərinin 
müəllifi Təbrizin əsasının Zübeydə xatun tərəfindən qoyulduğunu göstərmiĢdir 
[40]. 
Orta  əsr  ərəbdilli  mənbələrini  nəzərdən  keçirdikdə  Zübeydə  xatunun 
Azərbaycanda olmadığı aĢkara çıxır. Digər tərəfdən, Həmdullah Qəzvini iddia 
edir  ki,  Zübeydə  xatun  h.  175  (791-792)-ci  ildə  Təbrizin  əsasını  qoymuĢdur 
[41]. Halbuki Yaqut  Həməvi  h. 25 (645-46)-ci ildə Osmanlı xilafəti dövründə 
Abdullah  ibn  ġübeyl  əl-Əhməsinin  Muğana,  Təbrizə,  Teyləsana  (TalıĢ 
mahalına) hücum edib, oradan qənimət əldə etməsini bildirir [42]. IX əsr ərəb 
müəllifi  əl-Yəqubi  isə  h.  141  (758-759)-ci  ildə  baĢ  verən  hadisələrdən  bəhs 
edərkən  yazır:  «Əbu  Cəfər,  yəzid ibn Üseyd  əl-Sülləmini  Ermənistana, Yəzid 
ibn  Hatəm  əl-Mühəlləbini  isə  Azərbaycana  vali  təyin  etdi.  Yəmənliləri 
Azərbaycana köçürtdü. Azərbaycana ilk köçən yəmənlilər arasında Rəvvad ibn 
əl-Müsənna  əl-Əzdi  də  var  idi.  Rəvvad  Təbrizdən  Bəzzə  qədər  hakim  oldu» 
[43]. Buradan aydın olur ki, hələ h. 25-ci ildə Təbrizin adı çəkildiyi halda, hicri 
175-ci  ildə  əsasının  Zübeydə  xatun  tərəfindən  qoyulduğu  fikri  tamamilə 
səhvdir. Əl-Yəqubiyə görə Ģəhər «Təbriz» deyil, «Təbriz» adlanırdı [44]. 
«Təbriz» sözünü «günəĢ saçan» mənasında izah edənlər onun əsasının 
qoyulmasını daha qədimə apararaq, atəĢpərəstliklə əlaqələndirirlər. Məhəmməd 
Hüseyn ibn Xələf Təbrizi Bürhan (XVII əsr) Təbrizdə bina edilmiĢ atəĢgədə ilə 
əlaqədar Təbrizin keçmiĢdə «Azərbadəqan» (yəni «odu qoruyan») adlanmasını 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə