SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə17/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   13   14   15   16   17   18   19   20   ...   116

38 
 
bildirmiĢdir  [45].  ġarden  Təbrizdə  olarkən  Ģəhərin  maliyyə  idarəsində 
xəzinədar  iĢləmiĢ  Mirzə  Tahirə  istinadən  «Təbriz»  sözünü  atəĢpərəstliklə 
əlaqələndirib,  tab-iĢıq,  riz-saçan  mənasında  («iĢıq  saçan»)  kimi  izah  etmiĢdir 
[46]. Səid Nəfisi də «Təbriz» sözünün ilk Ģəklinin «tab» və ya «təf» olduğunu 
bildirərək  qeyd  edir  ki,  bu  ad  vaxtilə  Səhənd  dağlarında  atəĢ  püskürən 
vulkanlarla əlaqədar olmuĢdur [47]. 
«Tavrez»  və  ya  «Tavrej»in  «intiqam»  mənasında  olduğunu  bildirən 
erməni məxəzləri də vardır. Məlum olduğu kimi, IV əsrin sonunda baĢ vermiĢ 
hadisələri  öz  əsərində  əks  etdirmiĢ  Buzandlı  Favstos  Təbrizi  «Tavrez», 
«Tavrej» kimi qeyd etmiĢdir [48]. 
«Təbriz» sözünün etimologiyasını «tərpəĢmək», «narahat Ģəhər» kimi 
izah edənlər də vardır. Ġlk dofə bu barədə məĢhur rus alimi Ġ. N. Berezin fikir 
söyləmiĢdir.  O,  «Təbriz»  sözünün  «isitmə  tökən»  və  ya  «günəĢ  saçan»  kimi 
mənaları  ilə  razılaĢmayaraq  yazır  ki,  bu  adı  «разливающии  беспокойство» 
(«narahatlıq törədən»)   kimi izah etmək daha  düzgün olardı.  Belə  bir ehtimal 
Ģəhərin  bir  neçə  dəfə  məruz  qaldığı  güclü  zəlzələlərlə  özünü  doğruldur.  [49]. 
Doğrudur, Təbrizdə ardıcıl olaraq zəlzələlər olmuĢdur, lakin bu adın zəlzələ ilə 
əlaqələndirilməsi elmi əsasdan məhrumdur. M. A. Məmmədov isə bu adın türk 
mənĢəli  olduğunu  bildirir  [50].  Halbuki  «Tavri»,  «Tarmakis»  və  ya  «Tavrej» 
sözü  yaranarkən  Təbrizin  indi  yerləĢdiyi  ərazidə  türkdilli  tayfaların  yaĢaması 
hələlik elm aləminə məlum deyildir. 
Tarui-Tarmakis  «Təbriz»  sözünün  ilk  forması  olmuĢdur  [51]. 
Yuxarıda qeyd etdiyimiz kimi, bu barədə ilk dəfə II Sarqonun (e. ə. 722-705) e. 
ə.  714-cü  ildə  Urartu  əleyhinə  yürüĢünü  təsvir  edən  asuri  dilində  yazılmıĢ 
kitabədə bəhs olunmuĢdur [52]. Görkəmli Sovet alimləri Ġ. M. Dyakonov, Ġ. H. 
Əliyev  tədqiqat  əsərlərində  Midiya  tarixi  ilə  əlaqədar  bu  barədə  fikir 
söyləmiĢlər  [53].  II  Sarqonun  kitabəsində  həkk  olunmuĢ  Tarui-Tarmakis  ya 
indiki  Təbriz  Ģəhərinin  yerində,  yaxud  da  ondan  bir  az  kənarda  yerləĢmiĢdir. 
Beləliklə,  indiki  «Təbriz»  sözü  ilk  dəfə  «Tarui-Tarmakis  Ģəklində  olmuĢ, 
sonralar  ərəbdilli  mənbələrdə  «Təbriz»,  «Təbriz»,  farsdilli  mənbələrdə 
«Təbriz», erməni mənbələrində «Tavrej», «Davrej», cənubi Azərbaycanda yerli 
ləhcədə «Tərbiz» sözünün ilk forması olmuĢdur. 
«Təbriz»  sözünün  ilk  forması  olan  «Tarui-Tarmakis»  sözünün 
etimologiyası  haqqında  müəyyən  mülahizələr  vardır.  Bu  sözü  qədim  asuri 
dilində  «Ġkiqatqala»  adlandıran Ġ. M. Dyakonov  və  A. H.  Fazilinin,  Avestaya 
əsaslanaraq Tauri ilə ilahiləĢdirilmiĢ «div»in eyni mənada olduğunu izah edən 
X. Nyuberq və E. A. Qrantovskinin müddəaları ədəbiyyatdan məlumdur [54,]. 
Lakin bizə görə, bu ad Surxab dağının qədim adı Tori ilə əlaqədardır. Klavixo 
yazır  ki,  «Təbriz  iki  yalçın  dağın  ortasındakı  düzəngahda  yerləĢir.  Onun 
solundakı  dağlar  Ģəhərin  ətrafına  qədər  uzanır.  ġimalında  da  bir  sıra  silsilə 


39 
 
dağlar vardır» [55]. Təbriz Ģəhəri üç tərəfdən - Ģərqdən Surxab, qərbdən Yanıq, 
cənubdan isə Səhənd dağlarının ətəklərilə əhatə olunmuĢdur [56]. 
«Təbriz»  sözünü  dağ  adı  ilə  əlaqələndirən  Kontarini  yazır:  «Bu 
Ģəhərin yaxınlığında bir  neçə qırmızı rəngli dağ müĢahidə olunur. Deyirlər ki, 
Tori  dağları  adlanır  [57].  Bizcə  bu,  Surxab  dağı  olmalıdır.  Tomas  Herbert, 
Adam  Oleari  də  qeyd  edirlər  ki,  Təbriz  sözü  «Tovruz»  adlı  dağ  adından 
götürülmüĢdür.  Çünki  bu  Ģəhər  həmin  dağın  ətəyində  yerləĢir.  Adam  Oleari 
yazır ki, Təbriz bu gün «Torus» adlanan Oront dağının ətəyində yerləĢir [58]. 
Yuxarıdakıları  nəzərə  alaraq  belə  bir  ehtimal  irəli  sürmək  olar  ki, 
Təbrizin keçmiĢ adı olan Tarui Surxab dağının keçmiĢ adı Tarui və ya Tori ilə 
əlaqədardır.  Həm  də  bu  dağın  adı  keçmiĢdə  Tauri  və  ya  Tovri  olmuĢdur. 
Beləliklə,  «Tauri»,  «Tarui»,  «Tavri»  sözlərinin  sonuna  «z»  hərfi  əlavə 
olunmaqla  «Tavrej»,  «Davrej»,  «Təriz»,  «Təbriz»  formaları  alınmıĢdır. 
ġübhəsiz,  bu  mülahizə  bir  ehtimal  olaraq  qalır  və  gələcək  tədqiqatlar  həmin 
məsələni qəti Ģəkildə aydınlaĢdıracaqdır. 
 
Təbriz IX-XII əsrlərdə 
 
V.  F.  Minorski  göstərmiĢdir  ki,  ərəblərin  Azərbaycana  hücumu 
dövründə ərəbdilli mənbələrdə Təbrizin adı belə çəkilməmiĢdir [59]. Lakin orta 
əsr ərəbdilli məxəzlərdə Təbrizin adına hələ ərəblərin hücumu dövründə, h. 25 
(645-646)-ci  ildə  rast  gəlinir.  H.  141    (758-59)-ci  ildə      xəlifə  Əbu  Cəfər 
Mənsur  (754-775)  Yəzid  ibn  Hatəm  Bəsrədən  Azərbaycana  xeyli  yəmənli 
köçürür.  Köçürülən  ilk  yəmənlilər  arasında  olan  Rəvvad  ibn  əl-Müsənna  əl-
Əzdi  Təbrizdən  Bəzzə  qədər  əraziyə  hakim  təyin  edilir,  Təbrizi  öz 
iqamətgahına  çevirir.  Rəvvad  Təbrizə  gələrkən  ora  qəsəbə  tipli  kiçik  yaĢayıĢ 
məntəqəsi  idi.  Sonra  Rəvvadın  oğlu  Vəsna  və  qardaĢları  Təbrizi  abadlaĢdırır, 
orada  müxtəlif  binalar  tikdirib,  hasarını  möhkəmləndirirlər.  Sonralar  Əla  ibn 
Əhməd ər-Rəvvadi əl-Əzdi Təbriz hasarını yenidən bərkidir, orada darvazalar 
saldırır [60]. Çox ehtimal ki, Təbrizin Dərbi-Əla darvazası məhz Rəvvadi Əla 
tərəfindən salındığı üçün onun adını daĢıyır. 
IX  əsrin  əvvəllərində  Təbrizdə  möhkəm  istehkam-qala  var  idi. 
Xilafətə  qarĢı  azadlıq  hərəkatının  baĢında  duran  Babək  16-18  yaĢlarında  ikən 
iki ilə yaxın Təbrizdə Məhəmməd ibn Rəvvad əl-əzdinin xidmətində olmuĢ, 18 
yaĢına çatanda atasının yanına getmiĢdir [61]. Bu dövrdə Təbrizdə möhkəm bir 
qala  var  idi.  Təbəri  h.  220  (835)-ci  il  hadisələrindən  bəhs  edərkən  ibn  ər-
Rəvvadın nəslindən olan Məhəmməd ibn Bəisin ixtiyarında «Təbriz» və «ġahi» 
adlı  iki  möhkəm  qala  olduğunu  bildirmiĢdir  [62].  Xilafətin  istilasına  qarĢı 
mübarizədə müstəqilliyə can atan Təbriz hakimi Məhəmməd ibn Bəis əvvəllər 
Babəkin müttəfiqlərindən idi və «Təbriz» qalasını Babəkin ixtiyarına vermiĢdi. 
O, hətta Babəkin sərkərdəsi Ġsmət əl-Kurdi və onun yoldaĢlarını azuqə ilə təmin 
edirdi. Lakin Babək hərəkatının zəiflənməsini görən Məhəmməd ibn Bəis 837-


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə