SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə15/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   11   12   13   14   15   16   17   18   ...   116

34 
 
klassikləri öyrədirlər ki,  sinif və  dövlətin əmələ  gəlməsi ilə  Ģəhərlər  meydana 
çıxır.  Digər  tərəfdən,  qədimdən  Ģəhərlər  düĢmən  hücumundan  müdafiə  üçün 
əlveriĢli olan yerlərdə salınırdı. F. Engels yazır: «Öz daĢ hasarları, qüllələri və 
diĢli  məhəssərləri  ilə  daĢ  və  ya  kərpic  evləri  əhatə  edən  Ģohər  tayfanın  və  ya 
tayfalar  ittifaqının  toplandığı  bir  yer  olmuĢdur.  -  Bu,  tikinti  sənətində  çox 
böyük tərəqqi olduğunu göstərirdi», lakin eyni zamanda təhlükənin və müdafiə 
tələbatının  artması  əlaməti  idi.  Sərvət  sürətlə  artırdı,  lakin  ayrı-ayrı  Ģəxslərin 
sərvəti  kimi..»  [18].  F.  Engelsin  sözləri  eynilə  Təbrizə  də  aid  edilər.  Qeyd 
etdiyimiz  kimi,  Təbriz  üç  tərəfdən  dağlarla  əhatə  olunmuĢdur.  Eradan  əvvəl 
VIII  əsrdə  ikiqat  möhkəmləndirilmiĢ  qala  var  idi  [19].  Qalanın  ətrafı  su  ilə 
doldurulmuĢ,  kanallarla  əhatə  olunmuĢdu.  Müdafiə  məqsədi  daĢıyan  qala 
divarları  qədimdə  Ģəhəri  kənddən  ayıran  əsas  əlamətlərdən  biri  idi.  Qədim 
Ģəhərlər  aqrar  xarakteri  daĢımaqla  bərabər,  sənətkarlıq  və  ticarət  obyektlərinə 
malik  idi.  II  Sarqonun  kitabəsindən  göründüyü  kimi,  orada  (Təbrizdə)  taxıl 
anbarı, at ilxısı və müxtəlif ərzaq malları var idi. ġəhərin sahəsi o qədər böyük 
olmuĢdur  ki,  II  Sarqon  oraya  hücum  edərkən  ətraf  nahiyələrin  əhalisi  də 
Təbrizə toplaĢmıĢdır. Bütün bu faktlar eramızdan əvvəl VIII əsrdə Təbrizin bir 
Ģəhər kimi mövcud olmasını sübut edir. Deməli, bəhs etdiyimiz dövrdə Manna 
dövləti ərazisində Təbriz bir Ģəhər idi. 
Ümumiyyətlə,  Azərbaycanda  Ģəhərlərin  təĢəkkülü  eramızdan  əvvəl 
ikinci  minilliyin ortalarına  təsadüf edir. II  Sarqonun  kitabəsindən  bizə  məlum 
olur ki, Manna dövləti ərazisində Ġzirtu, UĢkaya (indiki Üskuyə),  AniaĢtaniya, 
Ulxu  və  s.  Ģəhərlər  mövcud  idi  [20].  Urmiya  gölünün  Ģərq  sahilində,  Səhənd 
dağının  Ģimalında,  Surxab  dağının  cənubunda,  Acıçay  hövzəsində  Tarui-
Tarmakis (Təbriz) Ģəhəri vuruĢ meydanına çevrilmiĢdir. 
II  Sarqonun  kitabəsini  Ģərh  etməzdən  əvvəl  qısa  da  olsa  bu  dövrdə 
Təbrizin coğrafi mövqeyini nəzərdən keçirək. 
Manna  dövləti  əmələ  gələrək  Urmiya  gölü  hövzəsində  üç  yarım 
nahiyə var idi. Onlardan biri Urmiya gölünün qərb sahilinlə yerləĢib, «Qilzan» 
adlanırdı. Ġkincisi Urmiya gölünün cənub sahili idi ki, bu nahiyənin də mərkəzi 
Zamua idi. Həmin rayon Manna dövlətinin əsas iqtisadi bazasını təĢkil edirdi. 
Üçüncü  nahiyə  Urmiya  gölünün  Ģərq  sahilində  yerləĢirdi.  Səhənd  dağı  bu 
ərazini  iki  hissəyə  bölmüĢdü.  Səhəndin  cənubu  «UiĢdiĢ»  (təqribən  Marağanın 
qərbində) Mannaya daxil idi. Müasir Təbrizin əhatə etdiyi sahə - Acıçay vadisi 
müstəqil  olub,  burada  Dali  tayfası  yaĢayırdı.  Bu  ərazi  iqtisadi  cəhətdən  digər 
iki  nahiyəyə  nisbətən  xeyli  inkiĢaf  etmiĢdi.  Burada  bağçılıq  və  bostançılıq  da 
geniĢ yayılmıĢdı [21]. 
Urartu  dövləti  iĢğal  etdiyi  ərazidə  kanallar  çəkdirirdi.  Asurilər  isə 
buna  mane  olurdular.  Eramızdan  əvvəl  VIII  əsrin  ortalarından  Manna  dövləti 
Urartu və Asuri dövlətlərinə tabe olmur, müstəqil bir dövlət kimi inkiĢaf edirdi 
[22].  Ġranzunun  hakimiyyəti  dövründə  Mannanın  paytaxtı  olan  Ġzirtu  və  ya 


35 
 
Ġzirta Ģəhəri iqtisadi və hərbi baxımdan ölkənin mərkəzinə çevrilmiĢdir. Lakin 
Ġranzu  öldükdən  sonra  Manna  dövləti  daxilindəki  çəkiĢmələr  onun  tənəzzülə 
uğramasına  və  zəifləməsinə  səbəb  oldu.  Fürsətdən  istifadə  edən  II  Sarqon 
Manna ərazisinə hücuma keçdi. E. ə. 714-cü ildə II Sarqonun yürüĢlərini təmsil 
edən və Asuri dilində yazılmıĢ kitabədə 21 Ģəhərin adı qeyd edilmiĢdir [23]. 
II  Sarqon  çarlığının  yeddinci  ilində  (e.  ə.  717)  Manna  ölkəsinə  daxil 
olur. O, UĢkayanı aldıqdan sonra möhkəmləndirilmiĢ Tarui-Tarmakis qalasına 
gəlib  çatır.  Bari  mahalında  yerləĢən  bu  qala  çox  varlı  və  möhkəm  idi.  II 
Sarqonun  kitabəsindən  aydın  olur ki, Tarui-Tarmakis Ģəhərində Dalilər tayfası 
yaĢayırmıĢ [24]. II Sarqon Urartunun sərhədlərində yerləĢən UĢkayaya gəlir. O, 
UĢkaya  və  AniaĢtaniyanı  aldıqdan  sonra  indiki  Təbrizin  yerində  və  ya  azacıq 
kənarda yerləĢən Tarui-Tarmakis qalalarını iĢğal edir. II Sarqonun kitabəsində 
deyilir:  «Tarmakis  qalasının  divarları  ikiqat  idi.  Orada  Fərat  çayı  qədər  geniĢ 
olan  kanal  var,  onun  ətrafı  isə  qalın  meĢəliklərlə  əhatə  olunmuĢdu.  ġəhərdə 
gözəl binalar var idi» [25]. 
Kitabədə  Tarmakisdə  olan  binalardan  bəhs  edilərkən  göstərilir  ki, 
binaların  tavanı  Sidr  ağaclarından  tikilmiĢdi.  Burada  möhkəm  sədlər  vardır. 
Dövlət qoĢununun bütün  ehtiyat  taxılı,  ərzaq və  heyvanları üçün ələfə  burada 
saxlanılırdı.  QoĢunun  atları  da  burada  bəslənilirdi.  Ətraf  nahiyələrin  sakinləri 
qorxudan buraya  toplaĢmıĢdılar.  «Mən  Tarmakis Ģəhərinə  hücum edən zaman 
əhali  buranı  tərk  edib  çöllərə  qaçdı.  Bu  mahalı  ələ  keçirdim,  müdafiə 
əhəmiyyəti olan istehkam vəziyyətinə salınmıĢ yaĢayıĢ yerləri arasında döyüĢə 
baĢladım.  Həmin  qalaların  möhkəm  divarlarını  bünövrəsinə  qədər  uçurub, 
yerlə-yeksan  etdim.  Qala  daxilində  olan  yaĢayıĢ  evlərinə  od  vurdum.  Oranın 
sakinlərinin  külli  miqdarda  olan azuqələrini  yandırdım.  Arpa  ilə  ağzına  qədər 
doldurulmuĢ  anbarları  açıb,  saysız-hesabsız  qoĢunumu  azuqə  ilə  təmin  etdim. 
Qalaların ətrafında olan 30 kəndi yandırdım. Tüstüsü göyə qalxdı» [28]. 
Kitabədəki  yazıdan  məlum  olur  ki,  Tarmakis  əhalisi  II  Sarqonun 
istilaçı  qoĢunlarına  qarĢı  qəti  müqavimət  göstərmiĢdir.  Digər  tərəfdən,  ətraf 
rayonların sakinlərinin Tarmakisə toplaĢması, taxıl anbarı və atlı qüvvələrinin 
burada yerləĢməsi e. ə. 714-cü ildə Tarmakisin böyük bir Ģəhər olmasını sübut 
edir.  Bundan  əlavə,  Səhənd  dağının  ətəyində  yerləĢdiyi  və  möhkəm  istehkam 
qalalarına  malik  olduğu  üçün  Tarmakis  hərbi-strateji  baxımından  da  xüsusi 
əhəmiyyət kəsb etmiĢdir. Qala özü də su ilə doldurulmuĢ, dərin kanallarla əhatə 
olunmuĢdur. Q. A. MelikiĢvili Tarui-Tarmakisi möhkəmləndirilmiĢ Ģəhər hesab 
etmiĢdir  [29].  Ġqrar  Əliyev  haqlı  olaraq  Tarui-Tarmakisi  (города  Тарви  и 
Тармакиса) 
Тавриз? 
Ср. 
народно-разговорное 
(Təbriz) 
Ģəhər 
adlandırılmıĢdır  [30]. 
Kitabədə Tarmakisidəki binaların gözəlliyindən bəhs olunur. Bu da o 
dövrdə Təbrizdə memarlığın inkiĢafını göstərir. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə