SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə12/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   8   9   10   11   12   13   14   15   ...   116

27 
 
Digər  avropalı  alim  Vilber  Donald  Ġranla  Azərbaycanın  memarlıq 
üslubunu  qarıĢdırmıĢ  və  Azərbaycan  memarlığını  Ġran  memarlığı  məktəbi 
daxilində Ģərh etmiĢdir [143]. Hacı Hüseyn Naxçıvani, Ġsmayıl Dibac, Əbdüləli 
Karəng, Məcid Bəhram Təbrizin memarlıq abidələrinə dair bir sıra kitablar və 
məqalələr  çap  etdirmiĢlər.  Təsviri  xarakter  daĢımasına  baxmayaraq,  yeri 
gəldikcə həmin əsərlərdən istifadə edilmiĢdir. 
Qeyd  etmək  lazımdır  ki,  Təbriz  xəttatlığın  vətəni  olduğu  halda, 
indiyədək  bu  barədə  ayrıca  tədqiqat  iĢi  aparılmamıĢdır.  Yalnız  son  zamanlar 
Ġran  alimi  Mehdi  Bəyani  üç  cilddən  ibarət  nəĢr  etdirdiyi  əsərində  Ġran 
xəttatlarından danıĢarkən Təbriz xəttatları haqqında bəhs etmiĢdir [144]. 
Azərbaycan, o  cümlədən  məĢhur Təbriz  kitabxanalarının tarixi əsaslı 
Ģəkildə tədqiq olunmamıĢdır. Son illər Ġran alimi Rəknəddin Humayun Fərrux 
Ġran  kitabxanaları  tarixindən  bəhs  edərkən  Təbriz  kitabxanaları  haqqında  da 
qısa  məlumat  vermiĢdir  [145].  Digər  Ġran  alimi  Əziz  Dövlətabadi  isə 
Azərbaycan  kitabxanaları  tarixinə  aid  6  səhifə  həcmində  məqalə  yazmıĢdır 
[146].  Lakin  hər  iki  müəllif  ümumiyyətlə  nə  bütövlükdə  Azərbaycan,  o 
cümlədən  Təbriz  kitabxanalarının  ümumi  inkiĢaf  səviyyəsini  Ģərh  edə  bilmiĢ, 
nə  də  bu  kitabxanaların  Azərbaycan  mədəniyyətinin  inkiĢafında  rolunu 
müəyyənləĢdirə bilmiĢdir. 
Təbrizin  orta  əsr  maarif  və  məktəb  tarixi  indiyədək  tədqiq 
olunmamıĢdır.  Ġran  alimi  Roknəddin  Humayun  Fərrux  Ġran  kitabxanaları 
tarixindən bəhs edərkən mədrəsələrin vəziyyətinə də toxunmuĢdur. O, h. 620-
800 (1223-1398)-cü illər arasında Azərbaycan Ģəhərlərində mədrəsə olmadığını 
qeyd  etmiĢdir  [147].  Halbuki  mənbələrdən  məlum  olur  ki,  bu  dövrdə 
Azərbaycan Ģəhərlərində, o cümlədən Təbrizdə xeyli mədrəsə təsis edilmiĢdir. 
Ġran  alimi  Hüseyn  Ümmid  isə  «Azərbaycanın  maarif  tarixi»  adlı  əsərində 
əsasən  XIX-XX  əsrin  əvvəllərində  məktəb  və  maarifin  fəaliyyətindən  bəhs 
etmiĢ, bu müəssisələrin tarixinə cüzi yer vermiĢdir [148]. 
Yaxın  və  Orta  ġərq  incəsənətinə  həlledici  təsir  göstərmiĢ  Təbriz 
miniatür  məktəbinə  aid  Ġranda  xüsusi  tədqiqat  əsəri  yazılmamıĢdır.  Yuxarıda 
qeyd  etdiyimiz        kimi,  Ġran  alimləri  paniranist  konsepsiyasından  çıxıĢ  edərək 
Azərbaycan, o  cümlədən Təbriz miniatür  məktəbini Ġran incəsənəti adı altında 
təhlil etmiĢ, bununla da vahid və orijinal Azərbaycan incəsənətinin bu sahəsini 
Ġran mədəniyyəti içərisində əritməyə cəhd  göstərmiĢlər. Ġran alimi Əliyənnəqi 
Vəzirinin son zamanlar çapdan  çıxmıĢ ikicildlik «Tarix-i ümumi-ye Honərha-
ye Mosəvvər» («Təsviri  incəsənətin ümumi tarixi») adlı əsəri [149] buna misal 
ola  bilər.  Bu  əsərdə  Təbriz  miniatür  məktəbindən  bəhs  edildiyi  halda,  bu 
məktəbin fəaliyyəti  Ġran  miniatür  məktəbi fəaliyyəti daxilində Ģərh edilmiĢdir.  
halbuki  Təbriz  miniatür  məktəbi    ənənələrini  inkar  etmək  olmaz.  Bütün 
bunlarla  yanaĢı, Elxanilər və  Səfəvilər dövrünün rəssamları və onların əsərləri 
haqqında  Ġranda  bəzi  məqalələr  də  nəĢr  olunmuĢdur.  Bu  məqalələrdə 


28 
 
Kəmaləddin Behzad, Mir Seyid Əli Müsəvvirin həyat və yaradıcılığından bəhs 
edilir. 
Avropanın  burjua  alimləri  də  Azərbaycan  və  ya  Təbriz  miniatur 
məktəbi  haqqında  ayrıca  əsər  yazmamıĢlar.  Onlar  da  iranlı  həmkarları  kimi 
Azərbaycan,  eləcə  də  Təbriz  miniatür  məktəbini  islam  və  ya  Ġran  miniatür 
məktəbi içərisində əritməyə  səy göstərmiĢlər. Avropa alimlərindən Artur Pop, 
Arnold,  Sakisiyan,  Qrey,  ġukin,  Robinzon,  Gönel  və  baĢqalarının  tədqiqat 
əsərlərinin  ana  xətti  belə  qoyulmuĢdur.  Onlar  Təbriz  miniatür  məktəbinin 
əmələ  gəlməsi,  formalaĢması  və  təkmilləĢməsini,  eləcə  də  XVI  əsrdə  bu 
məktəbin  Yaxın  ġərqin  digər  miniatür  məktəblərinin  formalaĢmasındakı 
əhəmiyyətini inkar etmiĢlər [150]. 
Göründüyü  kimi,  Ġran  və  Qərbi  Avropanın  burjua  alimləri  nəĢr 
etdirdikləri  əsərlərində  Təbrizin  rəssam,  müzəhhib,  xəttat,  memar  və  digər 
sənət  adamları  haqqında  panislamist,  paniranist  və  millətçilik  ruhunda  çıxıĢ 
etmiĢlər.  Onlar  Azərbaycan  mədəniyyətini  ümumi  islam  və  Ġran  mədəniyyəti 
adı altında verməyə çalıĢmıĢlar. Halbuki, Azərbaycan mədəniyyətinin bir qolu 
olan Təbriz incəsənətinin özünə məxsus spesifik xüsusiyyətləri, inkiĢaf prosesi 
olmuĢdur.  ġübhəsiz,  baĢqa  qonĢu  ölkələrin  mədəniyyətinə  Azərbaycan 
mədəniyyəti  təsir  etdiyi  kimi,  Azərbaycan  mədəniyyətinə  də  həmin  ölkələrin 
qarĢılıqlı təsiri olmuĢdur. Lakin bu heç də o demək deyildir ki, Ġranda yaĢayan 
xalqların  yaratdıqları  mədəniyyət  Ġran  mədəniyyəti  adlandırılsın  və  ayrı-ayrı 
xalqların əsrlər boyu yaratdıqları mədəniyyət inkar edilsin. 
Azərbaycan,  eləcə  də  onun  Ģəhərlərinin  tarixinin  elmi  tədqiqi  məhz 
Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra baĢlanmıĢdır. Marksist-
leninçi  metodologiya  ilə  silahlanmıĢ  Sovet  tarixçiləri  Azərbaycanın  ictimai-
iqtisadi  və  siyasi  tarixi 
məsələlərinin  tədqiqi  sahəsində  müəyyən 
müvəffəqiyyətlərə nail olmuĢlar. Monoqrafiyanın giriĢ hissəsində qeyd edildiyi 
kimi, Sovet alimləri Azərbaycanın bir sıra orta əsr Ģəhərlərinin tarixini, ictimai-
iqtisadi vəziyyətini tədqiq etmiĢ, diqqətəlayiq əsərlər (S. B. AĢurbəyli «Orta əsr 
Bakı Ģəhərinin tarixi oçerki»  [151], Ġ. M.  Cəfərzadə  «Qədim  Gəncənin tarixi-
arxeoloji  oçerki»  [152],  Q.  M.  Əhmədov  «Orta  əsr  Beyləqan  Ģəhəri  (tarixi-
arxeoloji  tədqiqat)  [153]  Ciddi  Hüseyi.  Orta  əsrlər  ġamaxı  tarixi  və  R.  A. 
Məmmədov  «Naxçıvan  Ģəhərinin  tarixi  oçerki  (orta  əsrlər  dövrü)  [154] 
yazmıĢlar.  Lakin  cənubi  Azərbaycanı  orta  əsr  Ģəhərlərinin  tarixi  marksist 
tarixçilərimizin tədqiqatını gözləyir. Qeyd etmək lazımdır ki, Sovet tarixçiləri, 
xüsusilə Sovet Azərbaycanı tarixçiləri tərəfindən Təbrizin ictimai iqtisadi tarixi 
xüsusi tədqiqat obyekti kimi iĢlənməmiĢsə də, Azərbaycan tarixinin orta əsrlər 
dövrünün bu və ya digər problemləri ilə əlaqədar olaraq, yeri gəldikcə, Təbrizin 
tarixinə də müəyyən dərəcədə toxunulmuĢdur. V. V. Bartold, Ġ. P. PetruĢevski, 
Ə.  Ə.  Əlizadə  və  Z.  M.  Bünyadovun  bu  sahədəki  xidmətləri  xüsusilə  qeyd 
olunmalıdır. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə