SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə11/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   7   8   9   10   11   12   13   14   ...   116

25 
 
Monoqrafiyada istifadə edilən digər mənbələrdən biri də xeyli müddət 
Ġran  və  Azərbaycanda  olmuĢ  katolik  missioner  Rafael  Dümanın  (1654-1696) 
əsəridir  [131].  Bu  ilk  avropalı  müəllifdir  ki,  40-a  qədər  sənətkarlıq  növü, 
sənətkarlığın texnologiyası haqqında məlumat verir [132]. 
Xristian dininin təbliğatçısı kimi doqquz il Ġranda fəaliyyət göstərmiĢ 
Sanson 
(1683-1691) 
Təbrizdə 
olmamıĢ, 
lakin 
orada 
toxuculuq 
emalatxanalarının  fəaliyyət  göstərdiyini  yazmıĢdır  [133].  Sanson  Səfəvi 
dövlətinin  tənəzzülündən  danıĢarkən  pulun  dəyərinin  aĢağı  düĢməsi,  vergilər, 
gömrük haqqı və idarə quruluĢu barədə də müəyyən məlumat vermiĢdir. 
1694-cü  ilin  iyun-iyul  aylarında  Təbrizdə  olmuĢ  italiyalı  səyyah 
Cemelli  Karreri  Təbrizin  sənətkarlıq,  ticarət,  memarlıq  abidələrindən  bəhs 
etmiĢdir.  O,  Ģəhər  əhalisinin  sürətlə  artmasının  səbəbini  «Gilanın  bütün  xam 
ipək  məhsulunun  Təbrizə  gətirilməsi,  ondan  ipək  saplar  hazırlanmasında» 
görür [134]. 
 
IV. Tədqiqat əsərləri 
 
Müasir  dövrdə  bilavasitə  Təbriz  tarixinə  həsr  olunmuĢ  əsərlər  barədə 
kitabın  giriĢ  hissəsində  müəyyən  qədər  bəhs  etdiyimiz  üçün  burada  geniĢ 
danıĢmağı lazım bilmirik. Lakin unutmaq olmaz ki, Azərbaycan tarixinin bu və 
ya digər məsələlərindən bəhs edən əsərlərdə Təbriz tarixinə də toxunulmuĢdur. 
Ġranda və Cənubi Azərbaycanda fars dilində nəĢr edilmiĢ əsərlər üzərində qısa 
da olsa dayanmağı lazım bilirik. 
Müasir  Ġran  alimi  ġirin  Bəyani  «Tarix-i  ali  Cəlayir»  adlı  əsərində 
[135]  Azərbaycanın  və  yeri  gəldikcə  Təbrizin  ictimai-iqtisadi  vəziyyətinə 
toxunmuĢdur. Müəllif «Risale-yi Fələkiyyə»yə əsaslanaraq XIV əsrin 40-60-cı 
illərində Təbrizin iqtisadi cəhətdən inkiĢaf dövrü keçirdiyini bildirmiĢdir [136]. 
Lakin  əslində  bu  illərdə  Təbrizdə  iqtisadi  cəhətdən  tənəzzül  dövrü  olmuĢdur. 
«Risale-yi  Fələkiyyə»də  qeyd  olunan  rəqəmlər,  yuxarıda  göstərdiyimiz  kimi, 
Təbrizin gəlir və məxarici olmayıb, çox güman ki, müəllifin hesabdarlıq üçün 
yazdığı dərslik vəsaitində özünün quraĢdırdığı təxmini rəqəmlərdən ibarətdir. 
Bir sıra  Ġran  və  Qərbi  Avropa  alimləri  Azərbaycan,  eləcədə  Təbrizin 
ictimai-iqtisadi  vəziyyətini  və  mədəni  həyatını  Ġran  çərçivəsi  daxilində 
götürürlər.  Buna  görə  də  onlar  «Ġran    iqtisadiyyatı»,  «Ġranın    ictimai   
məsələləri»,  «Ġran  mədəniyyəti»  çərçivəsində  Azərbaycan  tarixini  «tədqiq» 
edirlər. Məsələn, alman alimi Bertold ġpulerin «Ġranda monqolların tarixi» adlı 
əsərində [137] orta əsr Azərbaycan mədəniyyəti «Ġran mədəniyyəti» içərisində 
əridilmiĢdir.  Digər  tərəfdən,  ġpuler  Qazan  xanın  ticarətin  inkiĢafı  üçün 
keçirdiyi  islahatları  Ģübhə  altına  almıĢdır.  O  yazır:  «Qazan  xan  yollarda 
təhlükəsizliyi təminetsə də, ticarətin inkiĢafı üçün cəhd göstərmədi».  Halbuki 
məxəzlərin  verdiyi  zəngin  faktlar  tamamilə  bunun  əksini  sübut  edir.  Müəllif 


26 
 
sənətkarlıqdan  bəhs  edərkən  tarixi  mənbələrin  guya  sənətkarlıq  istehsalından 
lazımi məlumat vermədiyini qeyd etmiĢdir. Əsərində müəyyən nöqsan cəhətlər 
olsa  da,  müasir  Ġran  burjua  müəlliflərinin  müddəalarından  fərqli        olaraq,    
ġpuler  dil  məsələlərindən  bəhs  edərkən  yazır:  «Elxanilər  dövründə  Təbrizdə 
türkcə  (Azərbaycan  dilində  -  S.  O.)  danıĢırdılar  [138].  Təbrizdə  ictimai    
münasibətlərin  tədqiqi  baxımından  V.  F.  Minorskinin  «Təzkirət-ül-muluk»a 
yazdığı        Ģərhlər,  Qərbi  Almaniya    alimi    Röhrbornun  «Səfəvilər  dövründə 
əyalətlərin  sistemi»  adlı  əsəri  [139]  faktiki  material  cəhətdən  olduqca 
zəngindir.  Lakin  hər  iki  müəllif  burjua    alimlərinə  xas  olan  bir  xasiyyətlə 
ictimai  münasibətlərin  əsas  mehvərin  təĢkil  edən  feodalla  Ģəhər  əhalisi 
arasındakı  münasibətlərin  və  ziddiyyətlərin  üstündən  sərf-nəzər  etmiĢlər. 
Bundan  əlavə,  onların  əsərində  dövlət  və  idarə  quruluĢu  məsələləri,  dövlətin 
mahiyyəti  «hakim  sinfin  məhkum  siniflər  üzərində  ağalığı»,  Ģəhər  idarə 
quruluĢunda, inzibati və mülki iĢlərdə feodal sinfinin Ģəhərin ortabab və yoxsul 
əhalisi  üzərindəki  ağalıq  və  zorakılığı  burjua  ideologiyası  mövqeyindən  təhlil 
olunmuĢdur.  Xalq  kütlələrinin  tarixi  rolu,  ictimai  inkiĢafda  iqtisadi  amillərin 
əsas  və  həlledici  yeri  və  bir  sıra  digər  məsələlər  təhrif  olunmuĢ  Ģəkildə  izah 
edilmiĢdir.  Məhz  buna  görə  həmin  ədəbiyyatlardan  istifadə  edərkən  onlara 
tənqidi yanaĢmıĢıq. 
Mədəniyyət  məsələlərindən  bəhs  olunarkən  burjua  alimləri  öz 
əsərlərində  bu  məsələyə  tendensiyalı  yanaĢmıĢlar.  Məsələn,  Ġraq  alimi  Zəki 
Məhəmməd  Həsən  ərəb  istilasının  Azərbaycan  mədəniyyətinə  vurduğu  ağır 
zərbəni  inkar  edərək  yazır:  «Ġslamiyyətin  qələbəsi  Ġrana  yaxĢı  təsir  etmiĢ, 
ölkəni  həqiqi  tənəzzüldən  xilas  etmiĢdi.  Onun  sənətkarlıq  və  mədəniyyətinə 
müsbət təsir göstərmiĢdir» [140]. 
Göründüyü kimi,  Zəki Məhəmməd  Həsən Azərbaycan mədəniyyətini 
Ġran  mədəniyyəti  içərisində  əritməklə  bərabər,  həm  də  ərəb  istilasının 
Azərbaycan,  eləcə  də  Ġran  mədəniyyətinə  vurduğu  zərbəni  ört-basdır  etməyə 
cəhd göstərmiĢdir. 
Avstriyalı  alim  Karl  Yan  isə  1971-ci  ildə  Ġstambulda  nəĢr  etdirdiyi 
məqaləsində [141] Azərbaycan mədəniyyətinin inkiĢafında Elxanilər dövründə 
Azərbaycana, o cümlədən Təbrizə gəlmiĢ avropalı diplomatların və katoliklərin 
rolunu  əsas  götürərək  yazır:  «O  zaman  Təbrizdə  yaĢamıĢ  və  çoxlu  ruhani 
təbəqəsinə  mənsub  olan  dünyanın  hər  yerindən  gəlmiĢ  müxtəlif  diplomatik 
nümayəndələr  arasında  yüksək  mədəniyyətə  malik  adamlar  var  idi.  Təbrizin, 
hətta  bütün  islam  dünyasının  mədəni  həyatı  bu  Ģəxslərə  borcludur.  Ġlk  dəfə 
dünya tarixinin yazılmasını bu adamlar təĢkil etmiĢlər» [142]. 
Karl  Yan  da  öz  burjua  həmkarları  kimi  Azərbaycan  mədəniyyətinin 
inkiĢafında  daxili  ictimai-iqtisadi  amilləri  inkar  edərək  onu  bir  neçə  yadelli 
avropalı dindarın fəaliyyəti ilə bağlayır. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə