SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə10/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   6   7   8   9   10   11   12   13   ...   116

23 
 
Təbrizin  iqtisadi  vəziyyəti  və  memarlıq  tarixinə  dair  zəngin  material 
verən  əsərlərdən  biri  də  1511-1520-ci  illərdə  Ġran  və  Azərbaycanda,  o 
cümlədən  Təbrizdə  olmuĢ  venetsiyalı  anonim  tacirin  Ģəxsi  müĢahidələri 
əsasında tərtib etdiyi xatiratdır [114]. 
1571-ci  ilin  sentyabrından  1572-ci  il  fevralın  sonunadək  təqribən  beĢ 
ay  Təbrizlə  olmuĢ  digər  venetsiyalı  Alessandri  Təbrizdə  sənətkarlıq,  ticarət, 
sələmçilik,  habelə  Ģəhər  əhalisinin  iki  dəstəyə  -  Heydəri  və  Nemətiyə 
bölünməsi barədə məlumat vermiĢdir. Alessandri daha sonra yazır: «Ġranda 52 
Ģəhər  vardır.  Onlardan  ən  mühümü  bütün  ölkənin  paytaxtı  Təbriz  Ģəhəridir» 
[115]. 
Azərbaycan ipəyi ingilis tacirlərini də bu zəngin sərvətə malik ölkəyə 
cəlb  etmiĢdi.  Bu  tacirlərdən  biri  1561-ci  ildə  Təbrizdə  olmuĢ  Antoni 
Cenkinsondur [116]). O, Təbrizi «Ġranın ən böyük Ģəhəri» [117] adlandırmaqla 
Ģəhərin ticarəti haqqında maraqlı məlumat vermiĢdir. 
Ġngiltərə tacirlərindən Artur Edvards və Lorens Çepmen 1568-1569-cu 
illərdə  Təbrizdə  olmuĢlar.  Onlar  öz  xatirələrində  Təbriz-Venetsiya  və  Təbriz-
Gürcüstan  ticarət  əlaqələrindən,  Ģəhərdə  istehsal  olunan  və  xarici  malların 
ticarətindən yazırdılar [118]. Ġki il yarım Təbrizdə Ġngiltərədən gətirilən malları 
satmaqla  məĢğul  olmuĢ  Ceffri  Deket  (1568-1574)  Təbrizin  daxili  və  xarici 
ticarəti haqqında maraqlı məlumat vermiĢdir [119]. 
Təbriz  tarixi  ilə  əlaqədar  istifadə  etdiyimiz  ilk  mənbələrdən  biri  də 
Oruc  bəy  Bayatın  (1560-15.V.1605)  Ģəhərin  siyasi,  iqtisadi  və  ictimai 
vəziyyətinə  dair  əsəridir  [120].  Bayat  tayfasından  olan  Oruc  bəy  [121]  uzun 
müddət  Təbrizdə  yaĢamıĢ,  1586-cı  ilin  əvvəllərində  osmanlılara  qarĢı 
vuruĢmalarda  atası  ilə  birlikdə  iĢtirak  etmiĢdir.  O  öz  xatirələrində  Təbrizin 
iqtisadi  vəziyyətindən,  Osmanlı-Səfəvi  vuruĢmalarında  Ģəhərin  dağılmasından 
bəhs  etmiĢdir  [122].  Oruc  bəy  özündən  əvvəlki  bir  sıra  avropalı  səyyahların 
təsiri  altına  düĢərək  Təbrizin  qədim  Ekbatan  [indiki  Həmədan]  olduğunu 
bildirmiĢdir. Halbuki bu fikir tamamilə səhvdir. 
Səfəvi  dövlətinə  elçi  sifətilə  gəlmiĢ  digər  avropalı  Ciovanni  Battisti 
Vekyetti  1586-cı  ildə  Təbrizdə  olmuĢ,  osmanlıların  Təbrizi  xaraba  qoyması 
barədə ətraflı məlumat vermiĢdir [123]. 
1603-cü  ilin  noyabr-dekabr  aylarında  Təbrizdə  olmuĢ  almaniyalı  elçi 
Tektander  Təbrizi  «gözəl  və  yaĢıl  bağlara  malik,  lakin  hasarı  olmayan  böyük 
bir  Ģəhər»  adlandırmıĢdır.  Bu  elçilər  öz  xatirələrində  Ģəhər  əhalisinin 
ənənələrindən,  memarlıq  abidələrindən  də  bəhs  edirlər.  Tektander    Təbriz 
əhalisinin 5 milyon nəfər olduğunu  göstərmiĢdir. ġübhəsiz, bu rəqəm səhvdir. 
Ola  bilər  ki,  bu  səhv  ġarl  ġefferin  fransız  dilinə  tərcüməsində  mətbəə 
xətasından irəli gəlmiĢdir. [124]. 
Digər  Almaniya  səyyahı  Enqelbert  Kempfer  (1684-1685-ci  illər)  də 
Ġranda olmuĢdur. Bu ilk avropalı səyyahdır ki, Ġran Ģahlarını «ədalətli,  ölkənin 


24 
 
idarə olunmasında ədalət, insaf və mehribanlığı əsas tutan Ģəxsiyyət» kimi qeyd 
etmiĢdir.  Kempfer  Təbrizi  «Azərbaycanın  ən  böyük  ticarət  mərkəzi» 
adlandırmaqla  yanaĢı,  Təbriz,  Ġrəvan,  Dağıstan,  Qarabağ,  ġirvan  və 
Gürcüstanın  Azərbaycan  bəylərbəyinə  tabe  olduğunu  bildirmiĢdir.  Kempferin 
Təbrizdə  olmamasına  baxmayaraq,  o  Ģəhərlərin  idarə  quruluĢu,  hüquqi 
məsələləri,  məhkəmə  prosesi,  cinayət  və  cəza  tədbirləri,  onların  növləri, 
həmçinin  məktəb  və  maarif  sistemi,  Azərbaycan  dilinin  Səfəvilər  sarayında 
rəsmi dil olması haqqında maraqlı məlumat vermiĢdir [125]. 
Fransız  taciri  Jan  Battisti  Tavernye  XVII  əsrin  40-60-cı  illərində 
Ġranda,  Azərbaycanda,  o  cümlədən  Təbrizdə  olmuĢdur.  Təbrizi  «Asiyada 
məĢhur  Ģəhər»,  «böyük  və  əhalisi  çox  olan  Ģəhər»  adlandırmıĢ,  Tavernye 
Təbrizdən  ġərq  və  Qərb  ölkələrinə  keçən  ticarət  karvan  yolları,  məsafələri, 
Ģəhərdə  sənətkarlıq,  ticarət,  həmçinin  oradakı  bazar,  zərbxana,  karvansaralar, 
memarlıq  abidələri  haqqında  da  maraqlı  məlumat  vermiĢdir  [126].  Taveriye 
Təbrizi  80  il  əvvəlki  vəziyyəti  ilə  müqayisə  edərək  yazır:  «Səksən  il  bundan 
əvvəldən  indiyədək  təkcə  Təbriz  və  onun  ətrafında  400  kəhriz  dağılıb  aradan 
getmiĢdi». 
Hind  Ģirkətinin  Ġsfahandakı  nümayəndəsi  fransız  Labulay  le  Quz 
(1645-ci  ilin  noyabr  ayında  Təbrizdə  olmuĢdur),  üç  il  sonra  Təbrizdə  olmuĢ 
fransız Aleksandr, 1658-ci ildə Təbrizə gəlmiĢ fransız səyyahı Pole Təbrizi çox 
böyük  və  varlı  Ģəhər  adlandırmaqla  yanaĢı,  Ģəhərin  iqtisadi  vəziyyəti  və 
memarlıq abidələri haqqında da maraqlı məlumat vermiĢlər [127]. 
Təbriz  haqqında  ətraflı  məlumat  vermiĢ  fransız  taciri  ġarden  (1664-
1676) [128] 1671-ci ildə Təbrizdə olmuĢ, onu «Ġranın ən böyük Ģəhəri, Ģöhrəti, 
əzəməti,  əhalisinin  çoxluğu  və  ticarətin  inkiĢafına  görə  Ġsfahandan  sonra 
ölkənin ikinci Ģəhəri» adlandırmıĢdır. 
ġarden  «Təbriz»  sözünün  toponimikası,  mövqeyi,  coğrafi  Ģəraiti, 
Ģəhərin  memarlıq  abidələri,  sənətkarlıq  və  ticarəti  haqqında  geniĢ  məlumat 
vermiĢdir.  Lakin  bununla  yanaĢı,  onun  gətirdiyi  bir  sıra  rəqəmlərə  tənqidi 
yanaĢmaq lazımdır. O, Təbriz  əhalisinin 500  min  nəfər olduğunu  yazır. Hətta 
əsərin  bir  yerində  qeyd  edir:  «Bəziləri  mənə  dedilər  ki,  Ģəhərin  əhalisi  bir 
milyon nəfər olar» [129]. 
ġarden Təbrizdə Qeysəriyyə  bazarının h. 850 (1446-47)-ci ildə Uzun 
Həsən tərəfindən tikdirildiyini bildirmiĢdir. Halbuki Uzun Həsən 1453-1478-ci 
illər  arasında  hökmranlıq  etmiĢdir.  ġarden  həmçinin  Göy  Məscidin  h.  878 
(1473-74)-ci  ildə  CahanĢah  tərəfindən  inĢa  olunduğunu  iddia  edir.  Əslində 
həmin  ildə  CahanĢah  deyil,  Ağqoyunlu  Uzun  Həsən  hökmranlıq  etmiĢdir. 
CahanĢah isə artıq çoxdan vəfat etmiĢdi. Digər tərəfdən, həmin bina  CahanĢah 
deyil,  arvadı  Bəyim  tərəfindən  tikdirilmiĢdi.  ġarden  Təbrizin  əsasının  h.  165 
(781-782)-ci  ildə  qoyulduğunu  bildirərək  Ģəhərin  qədim  yerini  Ekbatan  hesab 
edir ki, bu da düzgün fikir deyildir [130]. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə