SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə13/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   9   10   11   12   13   14   15   16   ...   116

29 
 
Görkəmli  rus  alimi  akad.  V.  V.  Bartold  bir  sıra  əsərlərində  Təbrizin 
orta  əsr  siyasi  tarixi  ilə  yanaĢı,  ictimai-iqtisadi  vəziyyətinə  də  yer  vermiĢdir 
[155]. V. V. Bartoldun xidməti ondadır ki, o, Yaxın və Orta ġərq Ģəhərlərinin 
inkiĢaf prosesini yazmıĢ, bu sahədə qiymətli elmi nəticə əldə etmiĢdir [156]. 
V.  V.  Bartold  Təbriz  Ģəhərinin  IX  əsrdə  meydana  gəldiyini  bildirir 
[157].  Halbuki  Təbriz  hələ  eramızdan  əvvəl  VIII  əsrdə  bir  qədim  Ģəhər-qala 
kimi  mövcud  olmuĢdur.  V.  V.  Bartold  monqolların  hakimiyyəti  dövrü 
ərəfəsində Təbrizi «böyük olmayan  Ģəhər» adlandırmıĢdır. Əslində XIII əsrin 
əvvəllərində özünün «Möcəm-ül-büldan» əsərini yazmıĢ Yaqut Həməvi Təbrizi 
«ən  böyük  Ģəhər»  adlandırmıĢdır.  Bu  fikri  XIII  əsrin  əvvəllərində  yazılmıĢ 
«Əcayib-üd-dünya»  əsərinin  naməlum    müəllifi  də  təsdiq  etmiĢdir.  Ġran  və 
Azərbaycan  tarixinin  tədqiqi  ilə  əlaqədar  olaraq  görkəmli  Sovet  ĢərqĢünası, 
prof. Ġ. P. PetruĢevski öz əsərlərində Təbrizin siyasi tarixi ilə yanaĢı,    ictimai-
iqtisadi vəziyyəti haqqında da qısaca bəhs etmiĢdir [158]. 
Ġ. P. PetruĢevski mənbələrə əsaslanaraq belə bir nəticəyə gəlmiĢdir ki, 
XIII-XVII əsrlər Təbrizin iqtisadi cəhətdən çiçəklənmə dövrü olmuĢdur [159]. 
Lakin  orta  əsr  müəlliflərinin  verdikləri  məlumatları  müqayisəli  və  tənqidi 
baxımdan  araĢdırdıqda  aydın  olur ki,  Təbrizdə  iqtisadi inkiĢaf səviyyəsi XIII-
XVII  əsrlərin  bütün  dövrlərində  eyni  dərəcədə  olmamıĢdır.  Tədqiq  edilən 
əsrlərdə Ģəhər iqtisadi cəhətdən gah tərəqqi, gah da tənəzzül dövrü keçirmiĢdir. 
XIII-XIV 
əsrlərdə  Azərbaycanda  aqrar  məsələləri,  ictimai 
münasibətlər, bir sözlə, Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixinin tədqiqi 
sahəsində akad. Ə. Ə. Əlizadənin irihəcmli, dərin məzmunlu monoqrafiyasının 
[160] mühüm elmi əhəmiyyəti vardır.   Ə. Ə. Əlizadə zəngin faktik materiallar 
əsasında  XIII-XIV  əsrlərdə  Azərbaycanda  iqtisadi  həyatın  dövrləĢməsini 
vermiĢdir ki, [161] bu da təqribən Təbrizin iqtisadi mərhələləri ilə uyğun gəlir. 
Əlbəttə, bu da təsadüfi deyildir. Ona görə ki, XIII-XIV əsrlərdə Təbriz nəinki 
təkcə  Azərbaycan  və  Ġranın,  hətta  Elxanilər  dövlətinin  siyasi  və  iqtisadi 
mərkəzinə  çevrilmiĢdir.  Akad.  Ə.  Ə.  Əlizadə  haqlı  olaraq  belə  bir  nəticəyə 
gəlmiĢdir ki, Ulcaytu Sultan Məhəmmədin hakimiyyəti dövründə (1304-1316) 
paytaxtın  Təbrizdən  Sultaniyyəyə  köçürülməsinə  baxmayaraq,  Təbriz  öz 
keçmiĢ əhəmiyyətini itirməmiĢdir [162]. 
Azərbaycanın  orta  əsr  ictimai-iqtisadi  və  siyasi  tarixinin  tədqiqi  ilə 
əlaqədar  olaraq  Y.  A.  Paxomov,  Z.  M.  Bunyadov,  M.  X.  ġərifli,  R.  Ə. 
Hüseynov, C. B. Ġbrahimov, O. Ə. Əfəndiyev, R. Ə. Rəhmani, Ġ. P. Behzadi, V. 
Z.  Piriyev,  ġ.  F.  Fərzəliyev  öz  əsərlərində  Təbriz  tarixinə  bu  və  ya  digər 
dərəcədə toxunmuĢlar [163]. 
Monoqrafiyanın  yazılması  prosesində  orta  əsr  Ģəhər  tarixinin  bir  sıra 
problemlərini  tədqiq  etmiĢ  görkəmli  Sovet  alimləri  V.  A.  Qordlevski,  B.  N. 
Zaxoder,  E.  S.  Zevagin,  Y.  A.  Manandyan,  V.  A.  Abramyan  və  ġ.  A. 
Mesxianın əsərlərindən istifadə edilmiĢdir [164]. 


30 
 
Bilavasitə Azərbaycan Ģəhərlərinin tarixinə həsr edilmiĢ əsərlərdə yeri 
gəldikcə  Təbrizin  ictimai-iqtisadi  vəziyyətindən  də  bəhs  olunmuĢdur.  A.  P. 
Novoseltsev «XVII-XVIII əsrlərdə Azərbaycan və ġərqi Ermənistan Ģəhərləri» 
adlı  məqaləsində  XVII  əsrdə  Təbrizin  iqtisadi-ictimai  məsələlərinə  də 
toxunmuĢdur [165]. 
XVII  əsrdə  Azərbaycanda  sənətkarlıq  və  ticarət  məsələlərinə  dair 
əsərin müəllifi M. X. Heydərov sənətkarlıq istehsalı, ticarət problemlərinə dair 
bir sıra elmi nəticələr əldə etmiĢdir. O, digər Ģəhərlərlə yanaĢı, Təbriz Ģəhərinin 
iqtisadi  həyatında  sənətkarlıq  və  ticarətin  rolundan,  bu  Ģəhərin  iqtisadi 
inkiĢafından bəhs etmiĢdir [166]. 
Haqqında  danıĢılan  dövrdə  Təbrizin  ticarət  məsələlərinin  tədqiqinin 
böyük elmi əhəmiyyətə  malik olmasına baxmayaraq, Təbrizin ticarət tarixi və 
onun  ölkənin  iqtisadi  həyatındakı  rolu  lazımi  səviyyədə  və  müstəqil  Ģəkildə 
tədqiq  edilməmiĢdir.  Lakin  Sovet  ĢərqĢünasları  E.  S.  Zevagin  [167],  M.  M. 
Altman  [168],  O.  N.  Hüseynov  [169],  S.  B.  AĢurbəyli  [170],  F.  M.  Əliyev 
[171],  M.  X.  Heydərov  [172],  M.  X.  ġərifli  [173]  və  H.  Ə.  Dəlili  [174] 
Azərbaycandan  keçən  karvan  yolları,  daxili  və  xarici  ticarət,  gömrük 
məsələlərinə dair əsər və məqalələrində Təbriz ticarətinə də müəyyən dərəcədə 
toxunmuĢlar.. 
F.  M.  Əliyev  haqlı  olaraq  qeyd  etmiĢdir  ki,  Azərbaycan  müvəqqəti 
olaraq  Ġran  dövlətinin  əsarəti  altına  düĢdüyü  bir  zamanda  belə  Təbriz  Ģəhəri 
nəinki öz ticarət əhəmiyyətini itirməmiĢ, hətta Ġranın paytaxtı Ġsfahanı belə bu 
sahədə xeyli geridə qoymuĢdur [175]. 
Rus-Ġran ticarət münasibətlərinin tədqiqi ilə məĢğul olmuĢ rus alimi A. 
Y.  ġpakovskinin  [176],  Sovet  ĢərqĢünaslarından  M.  F.  Fexnerin  [177],  N.  Q. 
Kukanovanın  [178]  əsərlərində  Azərbaycanın  bəzi  Ģəhərlərində,  o  cümlədən 
Təbrizdə ticarətin vəziyyətinə qısa Ģəkildə toxunulmuĢdur. 
Tədqiq edilən dövrün əsas mənbələrindən birini məskukat materialları 
təĢkil edir. Azərbaycanın bir sıra orta əsr Ģəhərlərində olduğu kimi, Təbrizdə də 
müxtəlif  vaxtdarda  sikkə  zərb  olunmuĢdur.  Həmin  sikkələr  vasitəsilə  dövrün 
iqtisadi  məsələlərini  araĢdırmaq  iĢində  Y.  A.  Paxomovun  [179],  M.  Ə. 
Seyfəddininin [180] və Ə. M. Rəcəblinin [181] əsərlərindən faydalanmıĢıq. Bu 
əsərlərdə  Təbriz  zərbxanasında  kəsilən  sikkələr,  onların  əyarı  və  s.  haqqında 
maraqlı məlumat vardır. 
Orta  əsrlərdə  Azərbaycanda  sinfi  mübarizə  problemi  üzrə-xüsusi 
tədqiqat  iĢi  yazılmasa  da,  bu  problemin  öyrənilməsi  sahəsində  müəyyən    
addım  atılmıĢdır.    Ġ. P. PetruĢevski 1571-73-cü illərdə Təbrizdə baĢ vermiĢ 
üsyan  haqqında  maraqlı  məqalə  yazmıĢdır  [182].  Lakin  bu  məqalədə  Ġ.  P. 
PetruĢevski  Təbriz  üsyanının  əsas  ictimai  kökünü  və  səbəbini  dürüst  izah 
etməmiĢdir.  A.  P.  Novoseltsev  «XVII-XVIII  əsrlərdə  Azərbaycanda  və  ġərqi 
Ermənistanda  sinfi  mübarizə  tarixindən»  adlı  məqaləsində  [183]  sinfi 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə