SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə21/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   17   18   19   20   21   22   23   24   ...   116

46 
 
qayırmağı  məhz  təbrizli  sənətkarlara  sifariĢ  edir.  Həmin  sandıq  abnus  və  fil 
sümüyündən hazırlanıb Yəzdə göndərilir. Hətta həmin məqbərənin cənubunda 
qoyulacaq mehrab da Təbrizdə mərmər daĢından hazırlanmıĢdı [27]. 
Təbrizdə  hər  bir  sənət  üzrə  sənətkarlar  rastası  mövcud  idi.  Burada 
misgərlər,  zərgərlər,  nalqayıranlar,  sərraclar,  çəkməçilər,  dülgərlər,  qalayçılar, 
xarratlar,  dəmirçilər,  dərzilər,  boyaqçılar,  dabbaqlar,  müxtəlif  növ  məiĢət 
əĢyaları  düzəldən  sənətkarlar  çalıĢırdılar.  Mənbələrdə  də  hər  bir  sənət  üzrə 
adlanan  bazarların  adlarına  (məsələn,  nəl-sazan  (nal  qayıranlar),  misgərlər, 
sərraclar,  zərgərlər  və  s.)  rast  gəlmək  olur.  Ġbn  Bəttutə  bu  barədə  yazır: 
«Mənim dünyanın bütün Ģəhərlərində gördüyüm bazarlardan ən yaxĢısı Təbriz 
bazarı idi. Bu bazarda əsnaf və sənətkarların xüsusi yerləri var idi...» [28]. 
ġəhristan-i-RəĢididə  kağızqayırma  karxanası  var  idi  [29].  Mahir 
Təbriz sənətkarları o qədər Ģöhrət tapmıĢlar ki,  hətta çox vaxt onları ayrı-ayrı 
hökmdarlar  baĢqa  Ģəhərlərə  və  ölkələrə  aparıb  istifadə  edirdilər.  Məsələn, 
Ulcaytu  Sultan  Məhəmməd  (1304-1316)  Sultaniyyəni  bərpa  etdirdikdən  sonra 
Təbrizdən xeyli sənətkarları oraya aparırdı. 1386-cı ildə Teymur Təbrizi iĢğal 
edərkən  oranın  məĢhur  sənətkarlarının  bir  hissəsini  ailələrilə  birlikdə 
Səmərqəndə köçürtmüĢdü [30]. 
Azərbaycanın digər Ģəhərlərində olduğu kimi, Təbrizdə də sənətkarlar 
öz  sənət  sahələri  üzrə  müəyyən  təĢkilatda  birləĢirdilər.  Bu  təĢkilat  vasitəsilə 
onlar  arasında  mənafe  birliyi  yaranırdı.  Mənbələrdə  əxi  təĢkilatının  fəaliyyəti 
barədə  konkret  materiala  rast  gəlməsək  də,  Təbrizdə  əxi  təĢkilatının  üzvü 
olmuĢ  və  adlarının  qarĢısında  əxi  sözü  qalmıĢ  bir  sıra  Ģəxsiyyətlərə  (Əxi 
ġəhabəddin Təbrizi, Əxi Əli, Əxi Mir, Ağa Əxi, Əxi Zahid, Səidağa Əxi, Əxi 
Balə, Əxi Rza, Əxi ƏhmədtaĢı və b.) təsadüf olunur [31]. 
Dini-ictimai  və  siyasi  təĢkilat  olan  əxi  təĢkilatı  [32]  Təbrizdə  xeyli 
qüvvətli  idi.  Bu  barədə  lazımi  məlumat  olmasa  da  «ovzan»,  «əsnafe 
mohtərifə», «sənna», terminlərinə mənbələrdə rast gəlmək mümkündür. Bu da 
həmin adlar altında eyni sənətkarların sənət növünə uyğun olaraq bir yerdə və 
ya  rasta  bazarda  iĢləməsini  göstərir.  Məhz  bu  Ģərait  və  sənətkarların  hüquqi 
mənafeyi onların təĢkilatda birləĢməsini sürətləndirirdi. 
Mirxond,  Teymurun  Təbrizdən  Səmərqəndə  apardığı  sənətkarları 
«sənna»  və  «möhtərifə»,  ġərəfəddin  Yəzdi  «əsnaf...  piĢəkaran»,  Xondəmir 
«möhtərifat», Mirxond  «əhli-herfə» adlandırmıĢlar [33]. «Əsnaf»  sözü zümrə, 
təbəqə  mənasında  da  iĢlənmiĢdir.  Deməli,  biz  ««əsnafe-möhtərifə»  dedikdə 
sənətkarlar  zümrəsini  nəzərdə  tutmalıyıq.  Əsnaf  əvəzinə  bəzən  mənbələrdə 
cəmaət  də  yazılır.  Keyxatunun  hakimiyyəti  dövründə  kağız  pul  (çav) 
buraxılması  ortaya  çıxarkən  onun  əmrilə  «zərgər  və  zərduz  camaatına»  əmr 
olunmuĢdu  ki,  hər  il  çavxanadan  onlara  müəyyən  məbləğ  verilsin  ki,  daha  bu 
sənətlə məĢğul olmasınlar [34]. 


47 
 
Beləliklə,  XIII-XV  əsrlərdə  Təbrizdə  sənətkarlıq  bəhsinə  yekun 
vurarkən  belə  bir  nəticyə  gəlmək  olar  ki,  bu  dövrdə  sənətkarlar  iki  qrupa 
bölünürdü. Dövlətə və ayrı-ayrı feodal əyanlarına məxsus karxanalarda iĢləyən 
sənətkarlarla  özlərinin  xüsusi  karxanalarında  iĢləyən  sənətkarlar  ictimai 
mövqelərinə  görə  fərqlənirdilər.  Dövlət  və  feodal  karxanalarında  iĢləyən 
sənətkarlar  daha  artıq  istismara  məruz  qalırdılar.  Bir  qisim  sənətkarlar,  o 
cümlədən  bənnalar,  dülgərlər,  daĢyonanlar,  xarratlar  isə  xüsusi  və  ictimai 
binaların tikilməsində çalıĢırdılar. Bir sözlə, əsir sənətkarlarla, azad sənətkarlar 
arasında  hüquqi  cəhətdən  xeyli  fərq  var  Azad  sənətkarların  bir  hissəsi 
çalıĢdıqları  sənət  sahəsi  ilə  yanaĢı,  bağçılıq  və  təsərrüfat  iĢi  ilə  də  məĢğul 
olurdular. Məsələn, Təbrizdə sənətkar Məhəmmədin bağı,  Papaqtikənlər bağı, 
Nəccar  Məhəmmədin  torpağı,  Kaman  düzəldənlər  kəhrizinin  mövcud  olması 
[35] fikrimizi təsdiq edə bilər. 
Sənətkarların  çox  olmasına  baxmayaraq,  sənətkar  əməyinə  böyük 
ehtiyac  duyulurdu.  Buna  görə  də  RəĢidəddin  ixtiyarında  olan  qulların 
uĢaqlarına  müxtəlif  sənət,  o  cümlədən  zərgərlik,  memarlıq,  rəssamlıq  və  s. 
öyrədilməsini tövsiyə etmiĢdi [36]. 
XIII  əsrin  sonu  -  XIV  əsrin  əvvəllərində  Təbrizdə  sənətkarlıq  xeyli 
inkiĢaf  etmiĢdi.  Bu  dövrdə  Təbrizdə  istehsal  olunan  mallar  təkcə  Azərbaycan 
və  Ġranda  deyil,  Yaxın  və  Orta  ġərqdə,  Orta  Asiyada  və  Avropa  ölkələrində 
Ģöhrət qazanmıĢdı. 
Qeyd  etmək  lazımdır  ki,  sənətkarların  öz  içərisində  də  təbəqələĢmə 
gedirdi. Onların bir hissəsi varlanıb feodala çevrilirdi. Məsələn, Əxi qəssab bir 
vaxt özü qəssablıq etdiyi halda, sonralar Təbriz tamğaçısı, yəni istismar edənlər 
sinfinə  daxil  olmuĢdu.  Əxi  təĢkilatının  özündə  də  təbəqələĢmə  getmiĢ,  onun 
üzvlərinin bir hissəsi varlanaraq feodala çevrilmiĢdi. 
Təbrizdə  sənətkarlığın  inkiĢafı  daxili  tələbatın  artması  və  xarici 
ticarətin  inkiĢafı  ilə  əlaqədar  idi.  Təbriz  ġərq  ilə  Qərbin  ticarət  mərkəzini 
birləĢdirən  beynəlxalq  karvan  yolu  üzərində  yerləĢdiyi  üçün  siyasi  sabitlik, 
əmin-amanlıq,  ticarət  yollarının  təhlükəsizliyi  bərqərar  olduqda  və  vergilərin 
miqdarı normal hala düĢdükdə sənətkarlıq inkiĢaf edirdi. 
 
Ticarət. 
 
XIII  əsrin  20-30-cu  illərində  Azərbaycanın  xarici  siyasi  vəziyyəti 
mürəkkəbləĢmiĢdi.  Cəlaləddin  XarəzmĢahın,  sonra  isə  monqolların 
Azərbaycana  hücumu  ölkənin  iqtisadi  həyatını  bərbad  hala  salmıĢdı.  Bir  sıra 
Ģəhərlər  tamamilə  dağılmıĢdı.  Ticarət  karvan  yolları  təhlükəli  vəziyyətə 
düĢmüĢdü. Həmdullah Qəzvini monqolların hücumu dövründə böyük dağıntılar 
və  kütləvi  qırğınlar  olduğunu  yazır  [37].  Mövcud  olan  rəqəmlər  də  bu  faktı 
təsdiq edir. Səlcuqlar və  Atabəylər dövründə  Cənubi  Azərbaycanın illik vergi 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə