SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə23/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   19   20   21   22   23   24   25   26   ...   116

50 
 
50)-ci  ildə  Mankfulad  Təbrizdən  geri  çağrılır  [53].  Bundan  əlavə,  bac,  dəllal 
haqqı,  qapan pulu, daruğəki,  Ģəhnəgi  (Ģəhnə  pulu)  və  sair adda  müəyyən pul 
alınırdı. 
Yuxarıda  qeyd  etdiyimiz  amillər  ticarətin  inkiĢafına  mane  olurdu. 
Lakin bununla yanaĢı, bir sıra daxili və xarici amillər nəticəsində 1229-1295-ci 
illər  arasında  ticarətin  vəziyyəti  eyni  səviyyədə  olmamıĢdır.  Akad.  Ə.  Ə. 
Əlizadə  haqlı  olaraq  bu  dövrü  iki  mərhələyə  bölmüĢdü  [54].  Birinci  mərhələ 
1229-1258,  ikinci  mərhələ  isə  1258-1295-ci  illəri  əhatə  edirdi.  Bu  mərhələlər 
eynilə  Təbrizin  iqtisadi  həyatı  ilə  də  uyğun  gəlir.  Çünki  Təbrizin  inkiĢafı 
bilavasitə Azərbaycanın iqtisadi inkiĢafı ilə əlaqədar idi. 
Birinci  mərhələ  Təbrizin  iqtisadi  vəziyyətində,  o  cümlədən  ticarət 
sahəsində  tənəzzül  mərhələsi  olduğu  halda,  ikinci  mərhələ  onun  iqtisadi 
həyatında  nisbətən  dirçəlmə  dövrü  olmuĢdur.  Bunun  əsas  səbəbləri 
aĢağıdakılardan ibarətdir: 
1)  monqolların  yürüĢü  zamanı  Azərbaycanın  bir  sıra  Ģəhərləri  
dağıldığı  halda,  Təbriz  dağıntıya    məruz  qalmamıĢdı; 
2)  1258-ci  ildə  Bağdad  Hülakü  xan  tərəfindən  dağıldıqdan  sonra 
Təbrizin  beynəlxalq  ticarət  əhəmiyyəti  xeyli  artmıĢdı.  Vaxtilə  Bağdad 
beynəlxalq  ticarət  sahəsində  birinci  yer  tutduğu  halda,  1258-ci  ildən  sonra 
Təbriz belə bir mövqe tutur. V. Heydin yazdığı kimi, məhz bu dövrdən Təbriz 
Azərbaycanda ticarət mərkəzinə çevrilir [55]; 
3)  1265-ci  ildə  Təbriz  qərbdə  Misir,  Ģərqdə  Amu-Dəryaya  qədər 
uzanan Hülakülar dövlətinin paytaxtı elan edilmiĢdi. 
Abaqa  xanın  Təbrizi  dövlətin  paytaxtı  elan  etməsi  Ģəhərin  həyatında 
əsaslı  dönüĢ  nöqtəsi  oldu.  Bir  sözlə,  Təbriz  Elxanilər  dövlətinin  iqtisadi  və 
siyasi mərkəzinə çevrilmiĢdi. 
Bütün  əyalətlərin  və  vilayətlərin  mədaxili  Elxani  xəzinəsinə 
tökülürdü.  Abaqa  xanın  hökmranlıq  etdiyi  ərazinin  monqol  imperatorluğunun 
əsaslı  bir  hissəsini  təĢkil  etdiyini  nəzərə  alsaq,  Təbriz  monqol 
imperatorluğunun  qərbində  böyük  Xan  Kibulay  tərəfindən  paytaxta  qədər 
yüksəldilən  Pekin  Ģəhəri  ilə  eyni  mühüm  rol  oynayırdı  [66].  Abaqa  xanın 
hakimiyyəti  dövründən  Əbu  Səidin  (1316-1335)  hakimiyyətinin  ilk  illərinə 
qədər Təbriz iqtisadi və mədəni həyatın ən parlaq dövrünü keçirmiĢdir. Həmin 
müddətdə  Təbriz  Hindistan,  Misir  elçilərinin,  Avropa  krallarının,  Bizans 
imperatorluğunun,  həmçinin  papanın  göndərdiyi  nümayəndələrin  diqqətini 
özünə  cəlb  etmiĢdi  [57].  Təbriz  Yaxın  və  Orta  ġərq  nümayəndələrinin  [58] 
habelə Kenuya və Venetsiya tacirlərinin diqqət mərkəzinə çevrilmiĢdi; 
4)  Mühüm  ticarət  yolları  üzərində  yerləĢməsi,  məhsuldar  qüvvələrin 
inkiĢafı, əhalinin əksəriyyətinin sənətkarlıq və ticarətlə məĢğul olması Təbrizin 
əhəmiyyətli  bir  Ģəhərə  çevrilməsinə  zəmin  yaratmıĢdı.  Təbriz  yalnız 
Azərbaycanda  deyil,  hətta  Elxanilərin  hökmranlıq  etdiyi  ərazidə  ən  yaxĢı, 


51 
 
böyük sənətkarlıq və ticarət Ģəhəri idi. Ticarət karvan yolu bu Ģəhərdən keçirdi. 
Vəssaf onu Kiçik Micir  adlandırmıĢdı [59]. 1294-95-ci illərdə Təbrizdə olmuĢ 
venetsiyalı Marko Polonun qeydləri də fikrimizi təsdiq edir. 
O  yazır:  «Təbriz  əhalisinin  əksəriyyəti  sənətkarlıq  və  ticarətlə 
məĢğuldur.  ġəhərin  ticarət  mövqeyi  o  qədər  yaxĢıdır  ki,  hər  tərəfdən  - 
Hindistandan,  Bağdaddan,  Mosuldan,  Hormuzdan  bir  çox  tacirlər  alver  üçün 
buraya  gəlirlər.  Təbrizdə  qiymətli  daĢlar,  əla  növ  mirvarilər  əldə  etmək  olar. 
Xaricilərlə alver edən tacirlər orada tez varlanırlar» [60]. 
Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticəyə gəlmək olar ki, XIII 
əsrin  ikinci  yarısında  Azərbaycanın  digər  Ģəhərləri  iqtisadi  cəhətdən  xeyli 
tənəzzül dövrü keçirdiyi halda, Təbrizdə nisbətən canlanma olmuĢdur. Belə bir 
faktı  göstərmək  kifayətdir  ki,  Keyxatu  dövründə  (1291-95)  Təbriz  və  onun 
ətraf  mahalından  ildə  80  tümən  tamğadan  gəlir  əldə  edilmiĢdi  [61].  Bununla 
birlikdə, ölkə daxilində baĢ verən böhranlar Təbrizin də ticarətində çətinliklər 
yaradırdı. Bundan əlavə Keyxatu dövründə Elxanilər dövlətinin saray xərcləri 
həddən  artıq  idi.  Ayrı-ayrı  dövlət  məmurlarının  israfçılıq  və  rüĢvətxorluğu 
hesabına  xəzinə  boĢalmıĢ  [62],  Azərbaycanın  bir  sıra        Ģəhərləri  dağılmıĢdı. 
Buna  görə  də  Ģəhərlərin  bəzisindən  lazımi  qədər  mədaxil  götürmək  mümkün 
olmadığı  üçün  əsas  ağırlıq  Təbrizin  üzərinə  düĢmüĢdü.  Ölkədə  Keyxatunun 
xüsusi  yarlığı  (fərmanı)  əsasında  qızıl  və  gümüĢ  alveri  dayandırılır.  ġah  və 
saray  əyanlarının  ehtiyaclarından  baĢqa  digər  Ģəxslərə  zərli  parça  toxumaq 
qadağan edilir. 
Qızıl və gümüĢdən müxtəlif əĢya hazırlanmasının qarĢısı alınır. 1294-
cü ilin sentyabr ayında qızıl və gümüĢ sikkə əvəzinə  «çav» adlanan kağız pul 
buraxılır  [63].  Lakin  sənətkar  və  tacirlərin  etirazı  "nəticəsində  həmin  tədbir 
ləğv olunur. 
Ġmperiya  daxilində  «çav»  iĢlənməsi  haqqında  verilmiĢ  fərmana  qarĢı 
Təbriz  sənətkar  və  tacirlərinin  etirazı  (bir  neçə  gün  karxana  və  dükanların 
bağlanması,  əhalinin  bir  hissəsinin  Ģəhəri  tərk  etməsi,  kağız  pulun  tədavüldə 
qəbul  edilməməsi  nəticəsində  ləğv  olunması  Təbrizin  Elxani  dövləti  üçün  nə 
qədər  mühüm  iqtisadi  rol  oynadığını  göstərir.  Bunu  aĢağıdakı  rəqəmlər  də 
sübut edir. Keyxatu dövründə toplanan 800 tümən məbləğində illik gəlirin 80 
tüməni təkcə Təbriz və onun ətraf nahiyələrindən əldə olunurdu [64]. Keyxatu 
Təbrizdən  əldə  edilən  mədaxil  hesabına  xassələr  həvalə  verir  və  borclarını 
ödəyirdi [65]. 
Abaqa xan və Arqun dövründə olduğu kimi, Keyxatunun hakimiyyəti 
dövründə də Təbriz tamğası iltizama verilmiĢdi. 
Keyxatu  iqtisadi  böhrandan  çıxmaq  üçün  xarici  ticarəti  inkiĢaf 
etdirmək  qayğısına  qalırdı.  O,  hətta  «çav»  tədbirini  həyata  keçirdiyi  dövrdə 
fərman  vermiĢdi  ki,  Fars  körfəzi  vasitəsilə  ticarət  məqsədilə  Ġrana  və 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə