SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə24/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   20   21   22   23   24   25   26   27   ...   116

52 
 
Azərbaycana  gələn  əcnəbi  tacirlərdən  kağız  pulları  alıb,  əvəzində  xəzinədən 
qızıl versinlər [66]. 
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, 1258-1295-ci illərdə Təbriz 
sənətkarlıq  və  ticarət  mərkəzi  kimi  təkcə  Azərbaycan  və  Ġranda  deyil, 
Elxanilərin  hökmranlıq  etdikləri  ərazidə  ən  böyük  və  yaxĢı  Ģəhər  sayılırdı. 
Digər  tərəfdən,  Qazan  xan  (1295-1304)  islahatına  qədər  Təbrizdə  iqtisadi 
inkiĢaf üçün zəmin mövcud idi. Təbrizin iqtisadi cəhətdən yüksəlməsini yalnız 
Qazan  xanın  islahatı  ilə  əlaqələndirmək  düzgün  deyildir.  Lakin  bununla 
bərabər, Təbrizin iqtisadi inkiĢafında Qazan xanın islahatının rolunu tamamilə 
inkar etmək olmaz. 
Qazan  xan  sənətkar  və  tacirlərin  vəziyyətini  müəyyən  dərəcədə 
yüngülləĢdirmək məqsədilə bir sıra Ģəhərlərdə tamğa vergisinin ləğvi haqqında 
sərəncam  verdi.  O,  1301-ci  ildə  Təbriz  əhalisini  bir  sıra  vergi  və 
mükəlləfiyyətlərdən  azad  etdi  [67].  Mükəlləfiyyətlər  və  vergi  toplanılması 
qaydaya  salındı.  Vəssafın  yazdığı  kimi,  Qazan  xanın  hakimiyyəti  ərəfəsində 
müxtəlif  adlar  altında  rəiyyətdən  alınan  vergilər  nəticəsində  əhali  çox 
yoxsullaĢmıĢdı [68]. 
Qazan xanın fərmanı ilə çəki və ölçü vahidlərinin Təbriz çəki və ölçü 
vahidi  əsasında  tarazlaĢdırılması  Təbrizin  o  dövrdə  sənətkarlıq  və  ticarət 
sahəsində  bir  iqtisadi  mərkəz  kimi  nə  dərəcədə  mühüm  rol  oynadığını  əks 
etdirir. Zərb olunmuĢ sikkələrin əyarı  müəyyənləĢdirilir, ticarət  karvan  yolları 
qaydaya salınır [69]. 
Qazan xan Elxanilər dövlətinin paytaxtı kimi Təbrizin geniĢlənməsi və 
abadlığı  üçün  xeyli  səy  göstərirdi.  Təbrizə  gələn  tacirlərə  əlveriĢli  Ģərait 
yaratmaq məqsədilə Ģəhərin hər bir darvazasında karvansara, bazar və hamam 
tikdirmiĢdi. Onun Təbriz Ģəhərinin ətrafına çəkdirdiyi hasarda beĢ darvaza inĢa 
edilmiĢdi. RəĢidəddin yazır ki, bu darvazaların hər birinin yanında çaharbazar, 
böyük  karvansara,  hamam  tikilmiĢdi.  Karvanla  gəlmiĢ  tacirlər  həmin 
karvansaralarda  qalır,  mallarını tamğaçı  yoxladıqdan  sonra  müəyyən olunmuĢ 
qaydada  onlardan  tamğa  alınırdı.  Tacirlər  darvaza  yaxınlığındakı  hamama 
gedib  yuyunduqdan  sonra  Ģəhərə  daxil  ola  bilərdilər.  Görülən  bu  tədbirlər  bir 
tərəfdən  ticarət  karvanından  Ģəhərə  daxil  olarkən  vaxtında  tamğa  vergisinin 
alınması  iĢini  asanlaĢdırır,  digər  tərəfdən  isə  Ģəhərdə  müxtəlif  yoluxucu 
xəstəliklərin  yayılmasının  qarĢısını  alırdı.  Bu  da  Təbrizdə  əhalinin  sıxlığı  ilə 
əlaqədar  idi.  Ümumiyyətlə,  Kiçik  Asiya  və  Avropadan  ġam-Qazan  vasitəsilə 
Təbrizə daxil olan tacirlərdən tamğa vergisi toplamaq üçün min nəfər tamğaçı 
təyin edilmiĢdi [70]. 
Vəssaf  özünün  «Tarix-i  Vəssaf»  adlı  əsərində  RəĢidəddinin  vergi, 
mükəlləfiyyət  və  cərimələrin  növü,  həmçinin  miqdarını  təyin  etmək  üçün 
«Dəstur  əl-məmləkət»  adlı  qanunnamə  tərtib  etməsi  haqqında  belə  yazır: 
«RəĢidəddin  xərac,  qopçur,  Ģah  və  rəiyyətin  əmlakı,  çaparxanaların  qaydaya 


53 
 
salınması, 
tikinti 
iĢlərinin 
geniĢləndirilməsi, 
Ģəhər 
və 
kəndlərin 
abadlaĢdırılması,  sikkə  pul  vahidinin  qaydaya  salınması,  xəzinəyə  daxil 
olunacaq vergilərin vaxtında toplanılması barədə uzun bir fərman yazdı. Onun 
surətini  ölkənin  müxtəlif  yerlərinə  göndərdi»  [71].  Buradan  məlum  olur  ki, 
«Dostur  əl-məmləkət»  adlı  qanunnamədə  ölkənin  iqtisadi-sosial  həyatına  dair 
qayda-qanundan bəhs edilmiĢdir. 
Tarixi  məxəzlərin  verdiyi  məlumata  görə  Təbrizdə  bir  neçə  bazar 
olmuĢdur. Ayrı-ayrı Ģəhər və nahiyələrdən gətirilən mallar üçün «Xan» adlanan 
xüsusi  karvansara-bazar  var  idi.  Dizmardan  Təbrizə  daxil  edilib  satılan  mal 
üçün «XəĢab» adlı ayrıca xan var idi. RəĢidəddin yazır ki, bu xan çox zəngin 
idi  [72].  Təbrizin  hər  bir  məhəlləsində  də  kiçik  məhəllə-bazarı  fəaliyyət 
göstərirdi.  Ona  «bazarçe»  (kiçik  bazar)  deyilirdi.  Novbər  məhəllə  bazarçasını 
qeyd  etmək  olar  [73].  Rəbi  RəĢidinin  özündə  24  karvansara,  1500  dükan, 
«Bazare-Ģəhristane-RəĢidi»  adlanan  böyük  bazar,  zərrabxana,  ipək  parça, 
boyaqçılıq və kağız hazırlayan karxana var idi [74]. Elxanilər dövründə tikilmiĢ 
karvansaralardan  biri  Təbrizin  yaxınlığında  «hülakü  karvansarası»  adı  ilə 
məĢhur olmuĢdur [75]. 
Təbrizdə  ticarətin  inkiĢafı  üçün  mühüm  amillərdən  biri  də  onun  baĢ 
ticarət  karvan  yolu  (Ģahrah)  üzərində  yerləĢməsi  idi.  XIV  əsrin  əvvəllərində 
Təbriz  ticarət  yolu  Sivas  –  Ərzincan  -  Ərzrum  karvan  yollarını  birləĢdirirdi. 
Dünya əhəmiyyətli bu ticarət yolunun əsas qovĢaq nöqtəsi Ərzrum idi. Trabzon 
–  Ərzrum  -  Ayas  Təbriz-  karvan  yolu  ilə  birləĢirdi.  Bu  yol  həm  də 
Ermənistanın  qədim  Ģəhəri  Artaz  vasitəsilə  Xoya,  oradan  da  Təbrizə  keçirdi. 
Xoydan Təbrizə  iki  yol  var idi.  Birincisi, Mərənd  –Sofiyan  -  Təbriz, ikincisi, 
Təsuc vasitəsilə Urmiya gölünün Ģərq sahilindən keçərək Təbrizə gedirdi. Ġ. P. 
PetruĢevski orta əsr tarixçisi Həmdulla Qəzviniyə əsaslanaraq Mərənd – Xoy – 
ƏrciĢ  –  Malascird  -  Xunəs  -  Ərzincan  -  Sivas  yolunu  magistral  yol 
adlandırmıĢdır [76]. 
XIV əsrin əvvəllərində Təbriz Azərbaycanın digər Ģəhərləri və  xarici 
ölkələrlə  dörd  tərəfdən  ticarət  karvan  yolu  ilə  birləĢirdi.  Təbriz  Ģəhəri 
beynəlxalq dünya ticarətinin keçid qapısı olmaqla bərabər, özü də bu ticarətdə 
fəal iĢtirak edirdi. 
Bu dövrdə Ģimal  yolu Təbrizdən Araz kənarilə Ərdəbil  -  Biləsuvar –
Mahmudabad  –  ġamaxı  -  Dərbənd,  digər  qolu  isə  Araz  çayından  keçdikdən 
sonra Lənkəran -Bərdə - Gəncə - ġəmkur - Tiflis idi. Bu yolun baĢqa bir qolu 
Bərdə - Dərbənd olub, oradan da Ģimala gedirdi [77]. Əsas qərb yolu və onun 
məsafələri  haqqında  venetsiyalı  diplomat  Ġosafat  Barbaro  dəqiq  məlumat 
vermiĢdir [78]. 
Sultan  Əbu  Səidin  hakimiyyəti  dövründə  Fars  körfəzində  liman 
yaradılması  barədə  avropalıların  xahiĢi  göstərir  ki,  XIV-XV  əsrlərdə  Ġranın 
cənubu vasitəsilə ticarət karvan yolu Təbrizlə birləĢirdi [79]. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə