SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə20/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   16   17   18   19   20   21   22   23   ...   116

44 
 
hazırlanırdı.  Qazan  xanın  hakimiyyəti  dövründə  Təbrizdəki  paltar  toxunan  və 
ya  tikilən  karxanalarda  xeyli  paltar  istehsal  olunurdu  [13].  10-15  gün  ərzində 
Qazan  xan  20  min  dəst  paltar  hədiyyə  vermiĢdi  [14].  RəĢidəddin  yazır:  «Elə 
gün  olmur  ki,  Qazan  xan  xəzinədən  200-300  dəst  paltar  hədiyyə  verməmiĢ 
olsun» [15]. Paltarlar o qədər qiymətli idi ki, hətta xəzinədə onların hər birini 
möhürləyirdilər ki, heç kəs dəyiĢə bilməsin [16]. 
RəĢidəddin  oğlu  Məcdəddinə  yazdığı  məktubda  qıĢda  Hindistana 
hücum ediləcəyi ilə əlaqədar olaraq Təbriz sənətkarlarından qəzildən toxunmuĢ 
200 top parça, paltarlıq üçün 200 top yun parça, keçi tükündən hazırlanmıĢ 300 
ədəd  belbağı,  200  ədəd  baĢ  örpəyi,  iki  min  arĢın  müxtəlif  rəngli  parça,  yun 
arĢın adi qumaĢ, min ədəd gödək yun paltar, iki min cüt tumac çəkmə, samur 
dərisindən  hazırlanmıĢ  iki  min  ədəd  yaxalıq,  kürk  astarlığı  üçün  yüz  top  xəz, 
yüz top vaĢaq dərisi, iki min top səncab dərisi, iki yüz top qırmızı tülkü dərisi, 
min dəst paltar alıb göndərilməsini tələb etmiĢdi [17]. 
Yuxarıda  qeyd  etdiklərimizdən  məlum  olur  ki,  Təbrizdə  təkcə  ipək, 
yun və pambıq parça deyil, eyni zamanda müxtəlif heyvanların dərisindən xəz 
hazırlanırdı...  Təkcə  Təbrizdə  deyil,  onun  ətraf  nahiyələrində,  o  cümlədən 
Təsuc  və  ġəbistərdə  əhalinin  əksəriyyəti  ipək  ipliklərdən  parçalar  və  xalça 
toxumaqla məĢğul idi [18]. 
Qeyd  etməliyik  ki,  Təbriz  toxucu  sənətkarların  adlarına  mənbələrdə 
nadir hallarda rast gəlirik. «Səfvət-üs-səfa» əsərində təbrizli Ģalbaf (Ģal toxuyan 
-  S.  O.)  ustad  Pir  Əlinin  və  XV  əsrin  əvvəllərində  təbrizli  Bəhaəddin  culahın 
(toxucu) adları qeyd edilmiĢdir [19]. 
Təbrizdə xeyli silahqayırma karxanaları var idi. Bunların bir hissəsi iri 
feodalların,  ilxanların,  digər  hissəsi  isə  sənətkarların  özlərinə  məxsus  idi. 
Silahqayırma  iĢi  Təbrizdə  qədimdən  rəvac  tapmıĢdı.  Oktay  Qaan  dövründə 
Təbrizdə hazırlanmıĢ silahlar digər ölkələrə belə ixrac olunurdu [20]. Xondəmir 
hələ Hülaku xan dövründə Təbrizdə silahqayıran sənətkarların vəziyyətini belə 
təsvir  etmiĢdi:  «Sənətkarlar  vəzir  Xacə  ġəmsəddin  Məhəmməd  Cüveyninin 
yanına  gedərək  hazırlayıb  xəzinəyə  təhvil  verdikləri  silah  mütabilində  500 
tümən tələb edirlər. Xacə ġəmsəddin soruĢur: - Sizin Təbrizdə nə qədər əmlak 
və  malınız  vardır?..  Cavabında  deyirlər  ki,  bizim  heç  bir  Ģeyimiz  yoxdur. 
ġəmsəddin  Cüveyni  yenidən  sual  verir:  -Sizin  Təbrizdə  eviniz  varmı? 
Sənətkarlar deyirlər ki,  -  Bəli, kiçik bir daxmamız  vardır. ġəmsəddin  yenidən 
soruĢur:  -  Sizin  hər  birinizin  evinə  500  tümən  tökülsə  oraya  sığıĢar?.. 
Sənətkarlar deyirlər ki, sığıĢmaz. Xacə ġəmsəddin cavabında deyir: - Bir halda 
ki  evinizə  500  tümən  pul  sığıĢmaz,  necə  inanmaq  olar  ki,  sizin  hərəniz  500 
tümənlik silah qayırıb dövlətə satmıĢsınız? Nəhayət, onlar hazırlayıb xəzinəyə 
təhvil verdikləri. Silahlar müqabilində çox cüzi pul ala bilirlər» [21]. 


45 
 
Bu  fakt  iki  cəhətdən  maraqlıdır.  Birincisi,  Təbrizdə  silahqayırma 
sənətinin nə dərəcədə inkiĢaf etdiyini, digər tərəfdən, sənətkarların ağır güzəran 
keçirdiyini və Ģiddətli istismara məruz qaldığını göstərir. 
Qazan  xan  dövründə  qoĢunun  silaha  tələbatını  nəzərə  alaraq 
silahqayırma  sənətinə  xüsusi diqqət  verilirdi.  Azərbaycanın  digər Ģəhərlərində 
olduğu  kimi,  Təbrizdə  də  ox,  kaman,  qılınc  və  s.  silah  növü  istehsal  edən 
sənətkarlardan əlavə xüsusi saraya məxsus silahqayırma karxanaları [22] da var 
idi.  Karxanalarda  əsasən  müharibələrdə  əsir  alınmıĢ  sənətkarlar  iĢləyirdilər. 
Qazan  xana  qədər  həmin  silah  karxanalarına  dövlət  tərəfindən  həvalə  olunan 
pul  ayrı-ayrı  dövlət  məmurları  tərəfindən  mənimsənildiyi  üçün  əsir 
sənətkarlarda maddi maraq yox idi. Onlar çox az silah istehsal edirdilər. Qazan 
xan əsir sənətkarları maraqlandırmaq üçün silah karxanalarına dövlət tərəfindən 
həvalə  olunan  pulun  xərclənməsi  üzərində  ciddi  nəzarət  qoydu  və  bir  sıra 
inandığı    əmirləri bu iĢə cəlb etdi. Həmin tədbirlər nəticəsində ildə dövlətə 10 
min dəst mükəmməl silah hazırlanıb təhvil verildi. Halbuki həmin tədbir həyata 
keçməmiĢdən qabaq heç kəs 2 min dəst silah görməmiĢdi [23]. 
Maraqlıdır ki, Təbriz sənətkarları monqolların iĢlətdiyi ayrı-ayrı silah 
növlərini  də  düzəltməyi  öyrənmiĢdilər.  Digər  tərəfdən,  azad  sənətkarların 
istehsal  etdiyi  silahlar  əsirlərin  hazırladığı  silah  növünə  nisbətən  yüksək 
keyfiyyətli  olurdu.  Bazarda  azad  sənətkarlar  tərəfindən  istehsal  olunan 
silahların miqdarı da artmıĢdı. Vəziyyəti belə görən Qazan xan əmr etmiĢdi ki, 
alınacaq  silahın  pulu  qoĢunun  özünə  verilsin  və  onlar  istədikləri  silahı  azad 
sənətkarlardan ala bilsinlər [24]. 
Bu  dövrdə  səyyar  sənətkarlar  da  var  idi.  Onlar  qoĢunla  hərəkət  edir, 
tələb  olunan  silah  və  döyüĢ  ləvazimatını  hazırlayırdılar.  Məsələn,  Ağqoyunlu 
hökmdarı  Uzun  Həsənin  23  minlik  qoĢunu  tərkibində  dərzi  və  çəkməçilərlə 
yanaĢı, dəmirçilər, ox, kaman, qılınc düzəldən sənətkarlar da var idi [25]. 
Azərbaycanın  digər  Ģəhərlərində  olduğu  kimi,  Təbrizdə  də  saxsı 
qablar  hazırlanırdı.  Üzərində  rəngli  həndəsi  naxıĢlar,  bitki  və  bəzən  də  insan 
surəti təsvir edilən qabların istehsalı getdikcə artırdı. 
Monqolların  yürüĢü  dövründə  saxsı  qablar  istehsal  edən  bir  sıra 
mərkəzlərin  dağılıb  xarabazarlığa  çevrilməsinə  baxmayaraq,  bu  sahədə  yeni 
sənətkarlıq  mərkəzi  olan  Təbriz  və  Sultaniyyə  kimi  Ģəhərlər  mühüm  rol 
oynayırdı.  Saxsı  qablar  hazırlamaq  iĢi  o  qədər  inkiĢaf  etmiĢdi  ki,  Əbülqasim 
KaĢani h. 700 (1300-1301)-cü ildə Tacəddin ƏliĢah Cilani üçün Təbrizdə saxsı 
və kaĢı qablar hazırlamaq texnologiyası haqqında əsər yazmıĢdı. [26]. Təbrizdə 
məiĢətdə  iĢlənən  kuzə,  kasa,  su  bardağı  və  s.  hazırlanırdı.  Liqvanın  saxsı 
qabları Təbriz bazarında məĢhur idi. 
Təbrizdə hazırlanan sandıqlara Ġranın bir sıra Ģəhərlərində tələbat var 
idi.  Əmir  ġəmsəddin  Təbrizdə  vəfat  edir.  Onun  cənazəsini  Yəzdə  aparırlar. 
Arvadı  (RəĢidəddin  Fəzlullahın  baçısı  –  S.  O.)  onun  türbəsi  üçün  sandıq 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə