SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə19/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   15   16   17   18   19   20   21   22   ...   116

42 
 
 
ÜÇÜNCÜ FƏSĠL 
 
TƏBRĠZ XIII - XV ƏSRLƏRDƏ  
ġƏHƏRĠN  ĠQTĠSADĠ-ĠCTĠMAĠ TARĠXĠ 
 
1. ġəhərin iqtisadi tarixi 
 
Sənətkarlıq. 
 
Feodalizmin  inkiĢafı  ilə  əlaqədar  olaraq  Azərbaycan  Ģəhərləri,  o 
cümlədən  Təbriz  sənətkarlıq  və  ticarət  mərkəzinə  çevrilmiĢdi.  Dövrün 
mənbələrində  Təbrizin  iqtisadi  vəziyyətini  tədqiq  etmək  üçün  əldə  olan 
materialların  təhlili  göstərir  ki,  XIII-XV  əsrlərdə  Təbriz  sənətkarlıq  və  ticarət 
sahəsində  Azərbaycan  Ģəhərləri  içərisində  ən  görkəmli  yer  tuturdu.  Təbrizdə 
orta əsrlərdə məlum olan sənətkarlıq istehsalının bütün sahələri inkiĢaf etmiĢdi. 
XIII  əsrin  20-ci  illərində  yazılmıĢ  «Əcayib-əd-dünya»  əsərinin  müəllifi  yazır: 
«Elə  bir  sənət  [sahəsi]  yoxdur  ki,  Təbrizdə  olmamıĢ  olsun»  [1].  ġəhər 
əhalisinin  əksəriyyəti  sənətkar  idi  [2].  ġəhər  həyatının  yüksəliĢi  ilə  əlaqədar 
sənətkarlıq istehsalının ayrı-ayrı sahələri üzrə ixtisaslaĢma gedirdi. 
Azərbaycanın  bir  sıra  Ģəhərlərinə  xas  olduğu  kimi,  Təbrizdə  də 
sənətkarlıq istehsalının toxuculuq sahəsi xeyli dərəcədə inkiĢaf etmiĢdi. Burada 
boyaqçılıq, əyiricilik və toxuculuq sahələri üzrə karxanalar var idi. Xalı-xalça 
toxuculuğu  Təbriz  sənətkarlığında  mühüm  yer  tuturdu.  Yəzd  və  digər  mühüm 
Ģəhərlərdən  Təbriz  sənətkarlarına  xalça  toxumaq  üçün  sifariĢ  verilirdi.  XIV 
əsrin  30-cu  illərində  Qazi  Əmir  ġəmsəddin  Yəzdin  Cümə  məscidi  üçün 
Təbrizdə gözəl xalılar toxutdurub aparmıĢdır [3]. 
Təbrizdə  müxtəlif  növ  ipək,  yun  və  pambıq  parçalar  da  toxunurdu. 
Orada toxunmuĢ tafta, yüksək keyfiyyətli ipək parçalar, zərli xətai, xalı-xalça, 
atlas, xəz parça, örtük ġərq və Qərb ölkələrinə göndərilirdi [4]. 
Toxunan parçalar iki və üç rəngdə idi. Vilson yazır ki, həmin dövrdən 
qalmıĢ  parça  hissələri  müxtəlif  növ  ipəkdən  toxunmuĢdur.  Bundan  əlavə, 
Təbrizdə bir növ ipək parça da toxunurdu ki, iĢığın dəyiĢməsilə parçanın rəngi 
də  dəyiĢirdi.   Parçalar üzərində  müxtəlif quĢ,  heyvan Ģəkilləri  təsvir olunurdu 
[5]. 
1221-ci  ilin  yanvar  ayında  monqol  qoĢunu  Təbrizə  yaxınlaĢarkən 
Ģəhər  əhalisi  onlara  çoxlu  pulla  bərabər  ipək  parça  və  toxunmuĢ  paltarlar 
hədiyyə  vermiĢdi.  Monqol  hökmdarı  Oktay  Qaan  (1229-1241)  xətai  parçadan 
paltar  tikmək  üçün  təbrizlilərdən  dərzilər  tələb  etmiĢdi.  Ġbn  əl-Əsirin  verdiyi 
məlumata  görə, Təbriz  dərziləri misli  görünməmiĢ xirqələr hazırlayıb, onların 
üzünü  gözəl  və  zərif  atlaslarla,  astarlarını  isə  samur  və  qunduz  dərilərindən 


43 
 
düzəldirdilər. Monqollar hər il ödəmək Ģərtilə Təbriz əhalisi üzərində çoxlu pul 
və  paltar  vergisi  qoydular  [6].  Bundan  əlavə,  Oktay  Qaan  Təbrizdən  xeyli 
mahir dərzi və sənətkarı Monqolustana göndərmiĢdi [7]. 
Təbrizdə  toxuculuq  karxanaları  tikilmiĢdi.  Orada  maldan  istifadə 
edərək  müxtəlif  parçalar  toxunurdu.  Bu  da  monqol  noyanları  ilə  qıpçaq 
xaqanları arasında kəskin rəqabətə səbəb olmuĢdu. Əl-Öməri (XIII əsrin sonu-
XIV  əsrin  əvvəlləri)    yazır:  «Nizaməddin  Əbülfəzl  Yəhya  mənə  belə  dedi: 
«Qıpçaq  qoĢunu  Hülakünün  sərəncamında  idi.  Hülakü  iĢğal  etdiyi  ərazini 
Qıpçaq  və  Xarəzm  feodalları  arasında  bölüĢdürmüĢdü.  Qıpçaqlar  Təbriz  və 
Marağadan  əldə  edilən  gəliri  özləri  üçün  götürürdülər.  Hülakü  vəfat  etdikdən 
sonra  Abaqa xan  hakimiyyətə keçir. Qıpçaq hökmdarı Bərəkə Təbrizdə Cümə 
məscidi və parçatoxuma karxanası tikdirmək üçün Abaqa xandan icazə alır. O, 
Təbrizdə  məscid  və  karxana  tikdirdi.  Orada  Bərəkə  üçün  toxuculuq  malları 
hazırlanırdı» [8]. Bərəkə ilə Abaqa xan arasında ixtilaf əmələ gələnə qədər bu 
vəziyyət  davam  edirdi.  Sonralar  Abaqa  xanın  əmrilə  Təbrizdə  tikdirilmiĢ 
toxuculuq  karxanası  dağıdılır.  Müəyyən  müddət  keçdikdən  sonra  hər  iki    
hökmdar  arasında  münaqiĢə  kəsilir.  Təbrizdə  dağıdılmıĢ  karxana  yenidən  
bərpa  olunur.  Artıq  Qızıl  Orda  feodalları  öz  ölkələrindən  xammal  gətirib 
burada əmtəəyə çevirmək hüququ aldılar. Lakin sonralar yenə vəziyyət dəyiĢir. 
Qızıl  Orda  xanı  Özbək  məscid  və  karxana  binaları      tikdirilməsindən  istifadə 
edərək Təbriz və  Marağaya tam sahib olmaq istəyir. Bununla əlaqədar olaraq 
Qazan xana müraciət edir, Qazan xan isə onun tələbini rədd edir [9]. Yuxarıda 
göstərilənlərdən aydın olur  ki, Təbrizdə toxuculuq  xeyli inkiĢaf etmiĢdi. Hətta 
sənətkarlığın  bu  sahəsi  o  dərəcədə  gəlirli  idi  ki,  Qıpçaq  xanları  ilə  Elxani 
hökmdarları  arasında  rəqabətə  səbəb  olmuĢdu.  Bu  toxuculuq  karxanasından 
uzun  müddət  istifadə  edilmiĢdi.  Həmin  karxanada  istehsal  olunan  məhsulun 
miqdarı  o  qədər  çox  idi  ki,  Qızıl  Orda  feodalları  hətta  Azərbaycandan  əldə 
edilən  xammalla  kifayətlənməyib,  öz  ölkələrindən  buraya  xammal  gətirmək 
üçün  Elxani  hökmdarından  rəsmən  icazə  almıĢdılar.  Marko  Polo  Təbriz 
əhalisinin   əksəriyyətinin    ticarət   və    sənətkarlıqla  məĢğul olduğunu qeyd 
edərək yazır ki, bu karxanalarda qiymətli zərli və ipək parçalar istehsal edilir. 
Bunlar Ģəhərin ticarəti üçün xeyli əlveriĢli idi [10]. 
XIII əsrin sonu XIV əsrin əvvəllərində toxuculuq daha sürətlə inkiĢaf 
edir. Rəb-i RəĢidi və ġam Qazan toxuculuq karxanalarında gözəl, zərif ipək və 
pambıq  parçalar  toxunurdu.  Hətta  Rəb-i  RəĢididə  ipək  toxuculuq 
emalatxanalarında  iĢləmək  üçün  Antakiyyədən  50,  Kiprdən  20  nəfər  ipək 
toxuyan  sənətkar  Təbrizə  gətirilmiĢdi  [11].  Rəb-i  RəĢididə  iĢləyən  qullara 
Təbrizdə hazırlanmıĢ köynək, çuxa, örtük və baĢ örpəyi verilirdi [12]. 
Elxani  hökmdarlarının  Təbrizdə  qiymətli  parça  və  paltardan  ibarət 
xəzinələri var idi. Onlar çox vaxt qiymətli hədiyyələr sırasında paltar da təqdim 
edirdilər.  Belə  qiymətli  paltarların  əksəriyyəti  Təbriz  sənətkarları  tərəfindən 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə