SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə65/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   61   62   63   64   65   66   67   68   ...   116

135 
 
Təbriz  Osmanlı  iĢğalı  altında  olduğu  vaxtda  Van  hakimi  Osman  paĢa  xassə 
tacirlərdən birini öldürtdürür və mallarını qarət etdirir [364]. 
1612-ci  ildə  Səfəvi  və  Osmanlı  dövlətləri  arasında  bağlanılmıĢ  sülh 
saziĢi,  I  ġah  Abbasın  islahatları,  dağıdılmıĢ  təsərrüfatı  bərpa  etmək  və  ticarət 
karvan  yollarını  qaydaya  salmaq  üçün  yollarda  karvansaralar  tikdirilməsi 
iqtisadi inkiĢafa səbəb oldu. Xüsusilə vergi və mükəlləfiyyətlər qaydaya düĢdü. 
I  ġah  Abbas  Osmanlı  -  Səfəvi  müharibələri  dövründə  xeyli  ziyan  görmüĢ 
Təbriz  əhalisini  vergi  və  mükəlləfiyyətlərdən  azad  etməklə  təsərrüfatın 
bərpasına  imkan  yaratdı.  1611-ci  il  oktyabrın  19-da  XosrovĢah  vuruĢmasında 
məğlub olmuĢ Osmanlı qoĢunu Təbrizdən geri çəkildikdən sonra Ģəhər ətrafına 
köçürülmüĢ  əhali  yenidən  evinə  qayıtdı.  Həmin  ildə  I  ġah  Abbas  Təbriz 
əhalisini  iki  il  müddətinə  malü-cəhat  və  divan  vergilərindən  azad  etdi  [365]. 
1618-ci  ildə  yenə  osmanlıların  Təbrizə  yaxınlaĢması  ilə  əlaqədar  olaraq  Ģəhər 
əhalisi  digər  yerlərə  köçürülür.  Osmanlılar  Təbrizi  tərk  etdikdən  sonra  ġah 
Abbasın əmrilə Azərbaycan bəylərbəyi və Təbrizin hakimi Qarçıqay xan Ģəhər 
əhalisinə dəymiĢ ziyanı yüksək divan hesabına ödəyirlər [366]. 
1615-ci  ildə  I  ġah  Abbasın  əmrilə  hər  il  bir  ay  ərzində  (ramazan 
ayında) məmaliki-məhrusədə olan Ģiələr, o cümlədən Təbriz əhalisi malü-xərac 
vergisindən  azad  edilirlər.  Bundan  əlavə,  həmin  ildə  darucəgi  və  dövlət 
hesabına  alınan  ehdas  vergisi  [367]  ləğv  olunur  [368].  Bu  tədbirlər  Təbrizin 
iqtisadi dirçəliĢi üçün müəyyən dərəcədə zəmin yaratdı. Digər tərəfdən, Avropa 
ölkələri  ilə,  birinci  növbədə  Rusiya  ilə  iqtisadi  əlaqələr  geniĢləndi.  Karvan 
yollarında  ticarət  karvanlarının  təhlükəsiz  hərəkət  etməsi  üçün  müəyyən 
tədbirlər  görüldü.  Yollarda  tacir  malı  qarət  edildikdə  tapılıb  sahibinə 
qaytarılmalı,  əks  halda  hadisə  baĢ  verdiyi  yerin  hakimi  onun  əvəzini  ödəməli 
idi [369]. Ġsgəndər MünĢi yazır ki, bu tədbir nəticəsində yollarda təhlükəsizlik 
yarandı. Dünyanın müxtəlif ölkələrindən Səfəvilərin hökmranlıq etdiyi əraziyə 
(«məmaliki  məhrusə»)  tacirlərin  gəliĢ-gediĢi  baĢlandı  [370].  Bu  tədbirlərdən 
sonra  Tavernye  yollarda  təhlükəsizlikdən  bəhs  edərək  yazırdı  ki,  ticarət 
mallarını  açıb  baxmadan  hər  dəvə  yükü  üçün  10  abbası  alınırdı.  Ölkənin 
müxtəlif yollarında müəyyən fərq ilə toplanmıĢ bu vəsait yolların mühafizəsinə 
sərf olunurdu [371]. 
I  ġah  Abbas  ölkənin  iqtisadiyyatında  mühüm  amil  olan  ticarətin, 
xüsusilə  xarici  ticarətin  inkiĢafına  diqqət  yetirirdi.  Ölkənin  xarici  ticarətinin 
ispanların  əlində  olmasını  istəməyən  I  ġah  Abbas  Ġngiltərə  tacirlərini  Ġranla 
ticarətə  cəlb  edirdi.  Məhz  rəqabət  nəticəsində  I  ġah  Abbas  ölkənin  daxili 
mallarını,  xüsusilə  ipəyi  baha  qiymətə  satdırırdı.  Bu  dövrdə  Səfəvi  dövlət 
xəzinəsinin əsas gəlirini ticarət təĢkil edirdi. Məhz buna görə də I ġah Abbasın 
islahatının  ilk  və  əsas  məqsədi  dövlət  xəzinəsini  doldurmaq,  iri  tacir  və 
feodalların mənafeyini müdafiə etməkdən ibarət idi. 


136 
 
I  ġah  Abbasın  islahatlarının  Ġran  və  Azərbaycan  Ģəhərlərinin  iqtisadi 
inkiĢafına xeyli təsiri oldu. Lakin bu təsiri bütün Ģəhərlər üçün eyni səviyyədə 
götürmək düzgün olmazdı. Bu islahat Səfəvi - Osmanlı müharibələrindən ziyan 
görməmiĢ  Ġran  Ģəhərləri,  o  cümlədən  Ġsfahan,  KaĢan,  Yəzd,  Qum,  Kirmanda 
iqtisadi  inkiĢaf  üçün  daha  artıq  zəmin  yaratdığı  halda,  Osmanlı  -Səfəvi 
müharibələrindən  dəhĢətli  surətdə  ziyan  görmüĢ,  dağılmıĢ  və  bir  müddət 
Osmanlı  iĢğalı  altında  qalmıĢ  Azərbaycan  Ģəhərləri,  xüsusilə  Təbrizin  yalnız 
bərpasına  kömək  etmiĢdir.  Qeyd  olunan  amilləri  nəzərə  almayan  bəzi 
tədqiqatçılar,  o  cümlədən  A.  D.  Mikluxo-Maklay  və  Ə.  Ə.  Rəhmani  Ġran 
Ģəhərlərinə  nisbətən  Azərbaycan  Ģəhərləri,  o  cümlədən  Təbrizin  iqtisadi 
baxımdan  geri  qaldığını  bildirərək  bunu  I  ġah  Abbasın  Azərbaycan  Səfəvi 
dövlətini iranlılaĢdırma siyasəti ilə bağlayırlar [372]. Hər iki müəllif bu dövrdə 
Azərbaycan  Ģəhərlərinin  iqtisadi  cəhətdən  geri  qalmasının  səbəbini  -  I  ġah 
Abbasın  Azərbaycan  hesabına  Ġran  Ģəhərlərinin  iqtisadi  həyatını  inkiĢaf 
etdirməyində  görürlər.  Onlar  həm  də  bu  məsələni  Ġranın  bəzi  Ģəhərlərində 
vergilərin  azaldılması  və  ya  bağıĢlanması  ilə  izah  edirlər.  Lakin  əslində 
yuxarıda qeyd etdiyimiz kimi, Ġran Ģəhərləri Səfəvi - Osmanlı müharibələrinin 
törətdiyi dağıntılara Azərbaycan Ģəhərləri qədər məruz qalmamıĢdır. 
Təbrizin  iqtisadi  yüksəliĢi  və  sənətkarlıq-ticarət  mərkəzi  kimi  Yaxın 
və Orta ġərqdə mühüm rol oynaması XVII əsrin ortalarına təsadüf edir. Artıq 
XVII  əsrin  ortalarından  Təbriz  Azərbaycan  və  Ġran  Ģəhərləri  arasında  ən 
mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmiĢdi. 
Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, XVI əsrin sonu və XVII 
əsrin  10-30-cu  illərində  Təbrizdə  daxili  və  xarici  ticarət  o  qədər  də  inkiĢaf 
etməmiĢdi.  1617-ci ildə  Ġranda  olmuĢ Ġspaniya  səfiri Qarsiya  də  Silva  yazırdı 
ki,  «bir vaxtlar gözəl və  yaxĢı Ģəhər olan Təbriz indi xarabalığa çevrilmiĢdir» 
[373].  1618-ci  ildə  Osmanlı  ordusu  yenidən  Təbrizə  hücum  edir.  Bu  zaman 
Ģəhər  tamamilə  boĢalmıĢdı.  Sipəhsalar  Qarçıqay  xan  Ģəhər  əhalisini  digər 
yerlərə  köçürmüĢdü.  Osmanlı  ordusu  beĢ  gündən  artıq  Ģəhərdə  qala  bilmir. 
1635-ci ildə IV Sultan Muradın qoĢunu yenidən Təbriz Ģəhərini dağıdır. 1640-
cı  ildə  Təbrizdə  zəlzələ  nəticəsində  xeyli  adam  ölür.  Zəlzələdən  dağılmıĢ 
təsərrüfatı  bərpa  etmək  üçün  ġah  Səfi  Təbriz  əhalisini  üç  il  müddətinə 
vergilərdən azad edir [374]. 
1629-cu ildə ġah Səfi Gilan ipəyi  üzərindəki inhisarı ləğv  edir [375]. 
Həmin ildə əhalinin öhdəsində qalmıĢ vergilərin miqdarı azaldılır [376]. 1642-
ci  il  may  ayında  II  ġah  Abbas  əhalinin  öhdəsində  qalmıĢ  və  toplanılması 
mümkün  olmayan  500  min  tümən  məbləğində  vergiləri  ləğv  etdi  [377].  ġah 
Səfi və II ġah  Abbasın  hakimiyyətləri dövründə  ticarət  yolları I ġah  Abbasın 
hakimiyyəti  dövründə  olduğu  kimi,  yenə  də  təhlükəsiz  olaraq  qalırdı.  Səfəvi 
dövləti ərazisində malları yoxlamadan gözətçilərə müəyyən məbləğ verilirdi ki, 
ona rahdarı deyilirdi [378]. Məhəmməd Yusif Qəzvini «Xold-i bərin» əsərində 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə