SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə66/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   62   63   64   65   66   67   68   69   ...   116

137 
 
yazırdı  ki,  dünyanın  müxtəlif  ölkələrindən  ticarət  karvanları  gəlib  gedirdi 
[379]. 
XVII  əsrin  60-70-ci  illərində  Təbrizin  xarici  ticarəti  daha  da  inkiĢaf 
etmiĢdi.  «Əzəmət,  sərvət,  ticarət  və  əhali  çoxluğu  cəhətdən  Azərbaycanda  və 
Ġranda  Ġsfahandan  sonra  ikinci  Ģəhər  hesab  olunan»  [380]  Təbrizdə  ġərqin 
bütün ölkələrindən tacirlər məskən salmıĢdı. Təbriz Ġran, Türkiyə, Rusiya, Orta 
Asiya,  Hindistan  və  Qara  dəniz  sahili  ölkələrinin  Ģəhərlərilə  ticarət        əlaqəsi 
saxlayırdı.  Ən  qiymətli  mallar  və  cavahirat  satılan  Qeysəriyyə  bazarı  mühüm   
beynəlxalq ticarət mərkəzinə çevrilmiĢdi. Təbriz bazarları baĢdan-baĢa ipək və 
zərgərlik  malları  ilə  dolu  idi.  Xaricdən  gətirilən  malların  əksəriyyəti 
karvansaralarda  iri  tacirlər  vasitəsilə  alınırdı  [381].  ġarden  yazır  ki, 
Hindistandan gətirilən toxuculuq malları,  mahud, lacivərd və s. almaq istəyən 
Ģəxslər Ģəhər karvansaralarına müraciət edirdilər. Tacir malını    karvansarada 
satdıqda     yüzdə iki faiz vergi verməli idi. Xarici ticarətdə karvansaraların da 
böyük rolu var idi. Karvansaralar bir növ ticarət alveri mərkəzinə çevrilmiĢdi.  
XVII      əsrin  30-cu  illərində    Səfəvilərin    paytaxtı    olan    Ġsfahanda    24  
karvansara,   Qəzvində  3,   KaĢanda 4-5, Yəzddə 3 karvansara olduğu halda, 
həmin  əsrin  40-cı  illərində  Təbrizdə  200-300  karvansara  var  idi  [382].  Orta 
hesabla  hər  bir  karvansarada  bir  gecədə  50  əcnəbi  tacirin  gecələdiyini  hesab 
etsək [383], Təbrizdə azı 10 min əcnəbi tacir olduğu ehtimal edilə bilər. 
1649-1668-ci  illər  arasında  erməni  taciri  Əylisli  Zəkəriyyə  ticarət 
məqsədilə hər il bir neçə dəfə Təbrizə gələrək oradan mal alıb Əylis, Ġsfahan, 
Ərzrum,  Ġstambul  və  s.  yerlərə  aparırdı.  Onun  qardaĢı  ġmavon,  qohumu 
Kiçikbəy,  oğlu  Astovatsanov  da  ticarət  məqsədilə  tez-tez  Təbrizə  gəlirdilər. 
ġmavon  Təbrizdən  Ġsfahana  ipək  aparıb  oradan  digər  mallar  alıb  Təbrizə 
gətirirdi [384]. 
Təbrizin  xarici  ticarətində  xam  ipək,  ipək  toxuculuğu  malları,  xalı, 
ayaqqabı,  mal-qara  əsas  yer  tuturdu.  Safiyan  növ  ayaqqabı  Rusiya,  PolĢa, 
Hindistan  və  digər  ölkələrə  ixrac  olunurdu.  Azərbaycan  və  Ġranda  istifadə 
olunan  sağrı  ayaqqabılar  əsasən  Təbriz  sənətkarları  tərəfindən  hazırlanırdı 
[385]. Təbriz həm də Azərbaycanın digər Ģəhərləri, o cümlədən Gəncə, ġamaxı, 
Bakı,  Naxçıvan,  Ordubad,  Əylis,  Mahmudabad,  Mərənd,        Marağa,    Xoy,  
Samas,  Ərdəbil,  Sarab, Qəzvin, Culfa, Sultaniyyə ilə ticarət əlaqəsi saxlayırdı. 
XVII əsrin sonlarında bir sıra amillər nəticəsində Azərbaycanın digər 
Ģəhərlərində olduğu kimi, Təbrizin də iqtisadi həyatında tənəzzül baĢ verir. Bu 
tənəzzül  90-cı  illərdə  daha  da  dərinləĢir.  Təbrizin  iqtisadi  həyatındakı 
tənəzzülün  əsas  səbəblərindən  biri  xarici  ölkələrə  aparılan  Təbriz  və  Gilan 
ipəyinin keyfiyyətinin aĢağı düĢməsi idi [386]. Avropada sənayenin inkiĢafı ilə 
əlaqədar  olaraq  artıq  Təbrizdə  toxunmuĢ  ipək  məhsulları  xarici  bazarlarda 
özünə  alıcı  qüvvəsi  tapa  bilmirdi.  1700-cü  ildə  Təbriz  karxanalarında  ildə  10 
min  bağlama  ipək  məsrəf  olunurdu  [387].  Ġstehsal  olunan  ipək  məhsulları 


138 
 
daxildə  satılır  və  xaricə  ixrac  edilirdi.  Bu  zaman  Təbrizdə  hazırlanmıĢ  ipək 
saplara  belə  əcnəbi  tacirlər  maraq  göstərmirdilər.  Avropadan  baĢqa,  ġərq 
ölkələri  də  ipək  məmulatını  almırdılar.  Hindistan  hökmdarı  Azərbaycanın 
müxtəlif  Ģəhərlərində,  o  cümlədən  Təbrizdə  toxunmuĢ  zərli  parçaların 
geyilməsini  ölkəsinin  əhalisinə  qadağan  etmiĢdi.  Türkiyə  əhalisi  də  zərli 
parçalardan istifadə etmirdi [388]. Buna görə də Təbrizdə zərli parça toxuyan 
karxanalarının sayı xeyli azaldı. 
Bir  tərəfdən  xam  ipəyin  keyfiyyətinin  aĢağı  düĢməsi,  alıcılıq 
qabiliyyətini itirməsi, digər tərəfdən, ipəkdən hazırlanmıĢ toxuculuq mallarının 
xarici  ölkələrə  ixracatının  azalması  xam  ipəyin  istehsal  həcminin  azalmasına, 
Ģəhərdə sənətkarlıq və ticarətin tənəzzülünə səbəb oldu. 
GümüĢ böhranı, pulun alıcılıq qüvvəsinin  aĢağı düĢməsi, mis pulların 
zərb olunması, qəlp pulların    çoxalması da sənətkarlıq və ticarətin tənəzzülünə 
gətirib  çıxardı.  Sanson  yazır  ki,        pulun  dəyəri  o  qədər  aĢağı  düĢmüĢdü  ki, 
təkcə  Hollandiyalılar  deyil,  baĢqa  ölkə  tacirləri  də  Ġrana  (o  cümlədən 
Azərbaycana - S. O.) mal gətirməkdən çəkinirdilər. Avropa ölkələrinin qızıl və 
gümüĢ  sikkələrinin  dəyəri  də  Ġran  və  Azərbaycanda  aĢağı  düĢmüĢdü.  Əcnəbi 
tacirlər  Təbrizə  xarici  ölkələrdən  qızıl  və  gümüĢ  sikkələr  gətirməkdən 
çəkinirdilər.        Təbriz,  Ərdəbil  və  digər  Ģəhərlərdə  zərb  olunan  yüksək  əyarlı 
sikkələr  isə  hindli  tacirlər  vasitəsilə    ölkədən    aparılırdı.    Ölkədə    gümüĢ 
mədəni olmadığından Ġran və Azərbaycanda  yeni sikkələr zərb etdirmək üçün 
gümüĢ tapılmırdı [389]. 
Tənəzzülün  digər  əsas  amillərindən  biri  də  gömrük  haqqının  artması 
idi.  Gömrük  haqqı  o  qədər  ağır  idi  ki,  hətta  tacirlər  ondan  boyun  qaçırırdılar 
[390].  Tacirlər  həqiqi  mənada  gömrük  haqqı  və  rahdarı  vergisi  verməli 
olsaydılar,  malların  qiyməti  o  qədər  bahalaĢardı  ki,  ticarət  yolu  tamamilə 
bağlanardı. 
XVI-XVII əsrlərdə Təbrizin iqtisadi və ictimai tarixini bir neçə dövrə 
bölmək olar: 
Birinci  dövr.  Azərbaycan  Səfəvilər  dövlətinin  təĢkilindən  Amasiya 
sülhünə qədər (1501-1555) olan dövr. Bu dövr özü də iki mərhələyə bölünür: 
1501-1524-cü illəri birinci mərhələ hesab etmək olar. Məlum olduğu kimi, XV 
əsrin  sonlarında  Sultan  Yaqubun  vəfatından  sonra  Azərbaycanda,  eləcə  də 
Təbrizdə  hakimiyyətə  keçmək  uğrunda  Ģahzadələr  arasında  gedən  vuruĢmalar 
zamanı  Ģəhərin  iqtisadi  həyatına  ağır  zərbə  endirilmiĢdi.  Mərkəzi  dövlət 
zəifləmiĢ,  yerli  feodal  əyanlar  dövlət  aparatındakı  mövqelərini  itirmiĢdilər. 
Kənd həyatı bərbad hala  düĢmüĢ, daxili  və  xarici ticarət  tənəzzülə uğramıĢdı. 
Vergilərin miqdarı Uzun Həsənin qanunnaməsində qeyd olunduğu kimi deyil, 
həddən  artıq  artmıĢdı.  Uzun  Həsənin  və  Sultan  Yaqubun  [391]  islahatları 
aradan götürülmüĢdü. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə