SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə69/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   65   66   67   68   69   70   71   72   ...   116

143 
 
dövrdə  Təbrizdə  olmuĢ  Fransa  səyyahı  Pol  Luka  (1694),  Ġtaliya  səyyahı 
Cemelli Karyeri (1700), rus səfiri A. P. Volinski (1717), M. Çulkov və ingilis 
C.  Hanvey  (XVIII  əsrin  birinci  yarısı)  Təbrizi  mühüm  ticarət  Ģəhəri  hesab 
etmiĢlər.  M.  Çulkov  yazırdı:  «Ġsfahanın  özü  də  daxil  olmaqla  bütün  Ġran 
dövlətində Təbriz kimi zəngin və məĢhur ticarət Ģəhəri yoxdur. [Təbriz] təkcə 
Ġran  daxilində  deyil,  həmçinin  Rusiya,  Türkiyə,  Tatarıstan,  Hindistan.  Habelə 
Qara dəniz sahilləri ölkələri ilə ticarət aparır [420]. Beləliklə, XVII əsrin sonu, 
XVIII  əsrin  əvvəllərində  ümumi  tənəzzülə  baxmayaraq  Təbriz  mühüm  ticarət 
mərkəzi olaraq qalırdı. 
 
II. ġəhərin ictimai tarixi 
 
Təbrizin əhalisi, ictimai quruluĢu, sosial münasibətlər və sinfi mübarizə. 
 
Təbrizin  əhalisinin  miqdarı  barədə  dəqiq  məlumat  yoxdur.  Tədqiq 
etdiyimiz  dövrdə  siyahıyaalınma  dəftərləri  olmamıĢ,  yaxud  dövrümüzə  qədər 
gəlib-çatmamıĢdır.  Bu  məsələni  dövrün  mənbələri,  xarici  müəlliflərin  zə 
səyyahların verdikləri rəqəmlər əsasında öyrənməyə çalıĢmıĢıq. 
XVI  əsrin  əvvəllərində  Azərbaycan  Səfəvi  dövlətinin  təĢəkkülü  və 
möhkəmlənməsi,  mərkəzləĢmiĢ  dövlətin  yaranması,  ölkənin  paytaxtı        olan 
Təbrizin  eyni  zamanda  iqtisadi  mərkəzə  çevrilməsi  Ģəhər  və  onun  ətrafında 
əhalinin çoxalmasına   imkan  yaratmıĢdı. 1501-ci ildə Təbrizdə   200-300 min 
[421]  əhali  yaĢadığı  halda,    1524-cü  ildə  Xondəmir  Təbrizi  əhalinin  çoxluğu 
cəhətdən dünyanın dörddə biri hesab etmiĢdir [422]. Lakin XVI əsrin 30-50-ci 
illərində  Osmanlı  və  Səfəviləör  dövləti  arasında  dörd  dəfə  baĢ  vermiĢ 
vuruĢmalarda  Təbrizdə  xeyli  adam  həlak olmuĢ, əsir  alınmıĢ və  baĢqa  yerlərə 
köçürülmüĢdür. Bütün bu amillər Təbriz əhalisinin azalmasına səbəb olmuĢdur. 
Bir  məsələni  qeyd  etmək  lazımdır  ki,  hər  dəfə  Osmanlı  ordusunun  Ģəhərə 
hücumu  ilə  əlaqədar  əhali  kənar  yerlərə  köçürdüsə,  müəyyən  vaxtdan  sonra 
yenidən  öz  doğma  Ģəhərinə  qayıdırdı.  XurĢah  1535-ci  il  Osmanlı  -  Səfəvi 
müharibələrindən  bəhs  edərək  yazırdı  ki,  düĢmən  ordusunun  hücumu  ilə 
əlaqədar  olaraq  Təbriz  xarabalığa  çevrildi.  Lakin  az  müddət  keçdikdən  sonra 
Ģəhər əvvəlkindən də yaxĢı və abad oldu [423]. 
1585-ci  ildə  Təbrizdə  80  min  ev,  yaxud  360  min  əhali  var  idi  [424]. 
Ġsgəndər  MünĢi      də  həmin  vaxtda  Təbrizdə  50  min  nəfər  «döyüĢə  bilən   
kiĢinin»  yaĢadığını          bildirmiĢdir  [425].  Hər  bir  döyüĢkən  kiĢi  hesabına  bir 
nəfər qadın, iki uĢaq, əlavə olaraq qoca və əlilləri də nəzərə alsaq, Don-juan ilə 
Ġsgəndər  MünĢinin  dediklərində  nisbətən  uyğunluq  olduğu  aydın  olur.  Bu 
hesabla  1585-ci  ildə  Təbrizdə  300-400  min  nəfər  əhalinin  yaĢadığı  ehtimal   
edilə  bilər.  Lakin  Təbrizdə  baĢ  verən  vəba  xəstəliyi,  qıtlıq  və  zəlzələ 
nəticəsində  xeyli insan    tələf olmuĢdu. h. 946  (1539-40), h. 952 (1545-46), 


144 
 
955    (1548-49),  988    (1580-81)-ci  illərdə  Təbrizdə  yayılmıĢ  vəba  xəstəliyi 
[426] nəticəsində çoxlu adam ölmüĢdü. Təkcə h. 988-ci ildəki vəbadan gündə 
200-300  nəfər  həlak  olurdu  [427].  Qumi  yazır  ki,  həmin  ildə  Təbriz  və  onun 
ətraf  mahalında  6  min  adam  öldü  [428].  H.  986  (1578-79)-cı  ildə  Təbrizdəki 
qıtlıq və bahalıq nəticəsində gündə 50-60 nəfər acından ölürdü [429]. Bütün bu 
amillər əhalinin art-döyüĢ qabiliyyəti olan kiĢi nəzərdə tutulmuĢdur. 
A.  P.  Novoseltsev  Ġsgəndər  MünĢiyə  əsaslanaraq  XVI  əsrin  sonu  - 
XVII  əsrin  əvvəllərində  Təbrizdə  100  min  nəfər  əhali  olduğunu  bildirmiĢdir 
[430]. Yuxarıda qeyd etdiyimiz kimi, Ġsgəndər MünĢinin əsərində 1585-ci ildə 
50 min nəfər döyüĢ qabiliyyəti olan kiĢi nəzərdə tutulmuĢdur. 
Övliya Çələbi də Təbrizin Osmanlı iĢğalı altında qaldığı    on yeddi il 
ərzində Ģəhər əhalisinin guya siyahıya alınması faktına əsaslanaraq Ģəhərdə 300 
min və ətraf mahalında 500 min nəfər yaĢadığını iddia etmiĢdir [431]. Əslində 
bu rəqəmi yazmaqla  Övliya Çələbi Osmanlı iĢğalçılarının Təbrizə hücumu və 
iĢğalı  dövründə  törətdikləri  cinayətləri  ört-basdıra  cəhd  göstərmiĢdir.  Həmin 
dövrün  müəllifləri  Osmanlı  iĢğalı  zamanı  Ģəhərin  tamamilə  dağıldığını 
bildirirlər.  Həqiqətən  1586-1603-cü  illərdə  Təbriz  əhalisi  xeyli  azalmıĢdı.  
1586-cı  ilin  əvvəllərində  Osman  paĢanın  əmrilə  20  min  nəfər  öldürülmüĢdü 
[432].  Digər  tərəfdən,  Ģəhər  əhalisinin  xeyli  hissəsi  baĢqa  yerlərə 
köçürülmüĢdü.  Ġsgəndər  MünĢi  yazır:  «ġəhər  əhalisinin  köçürülüb  Qəzvinə 
aparılması  əmr  olundu.  Əmir  və  əyanlar  minik  və  yük  heyvanları  ilə 
köçürülənlərə köməklik göstərsinlər. Orta təbəqəyə məxsus xeyli adam Ģəhərin 
yaxın  və  uzaq  yerlərinə  pərakəndə  oldu.  Əzəmətli        Ģəhər    bir        gecədə  
boĢaldı»  [433].  Ümumiyyətlə,  varlı  təbəqə  Ġsfahana,  Qəzvinə,  Qarabağa, 
ortabab və yoxsullar isə Ģəhərin ətraf mahalına köçürüldülər. Yüz binadan biri 
belə yaĢayıĢ üçün əlveriĢli deyildi [434]. 1586-1603-cü illərdə Təbriz   Osmanlı 
iĢğalı  altında  olduğu  vaxtda  [435]  Ģəhər  ətrafına  köçürülmüĢ  yoxsulların  bir 
hissəsi geriyə qayıdır [436]. Lakin bəhs etdiyimiz dövrdə nə Övliya Çələbinin 
yazdığı kimi 300 min nəfər, nə də bəzi tədqiqatçıların iddia etdiyi kimi 100 min 
nəfər əhali   olmamıĢdır. Ehtimal  ki,  həmin dövrdə Təbrizdə  30 minə  yaxın 
əhali yaĢamıĢdır. 
1617-ci  ildə  Təbrizdə  olmuĢ  ispaniyalı  Qarsiya  də  Silva  yazırdı  ki, 
vaxtilə gözəl və abad olan bu Ģəhər indi dağılıb xarabalığa çevrilmiĢdir [437]. 
Tomas Herbert də qeyd edir ki, Təbrizin xarabalığa çevrilməsinin əsas səbəbi 
Osmanlı  -  Səfəvi  düĢmənçiliyidir  [438].  ġəhər  tamamilə  dağıldığı  üçün  onun 
yenidən  bərpasına  müəyyən  qədər  vaxt  lazım  idi.  Təqribən  otuz  il  keçdikdən 
sonra,  yəni  1636-cı  ildə  Ģəhər  bir  qədər  abadlaĢmıĢ  [439],  Təbrizi  tərk  etmiĢ 
əhalinin  xeyli  hissəsi  (Ġsfahana  köçürülənlərdən  baĢqa)  yenidən  öz  doğma 
Ģəhərlərinə qayıdıb məskən salmıĢdılar. 
1640-cı  il  fevralın  27-də  Təbrizdə  Ģiddətli  zəlzələ  baĢ  verdi. 
Azərbaycan  bəylərbəyisi  Rüstəm  xanın  Ģah  Səfiyə  yazdığı  məlumata  görə 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə