SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə71/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   67   68   69   70   71   72   73   74   ...   116

147 
 
illərinə  qədər  Ģəhərdə  qala  olmuĢdur.  Lakin  həmin  qala  1635-ci  ildə 
dağılmıĢdır. 
ġəhərin  darvazaları.  XVI-XVII  əsrlərdə  Təbriz  Ģəhərinin  darvazaları 
olmuĢdur.  Həmin  darvazalar  Ģəhəri  xarici  ölkə  və  kənar  əyalətlərlə 
əlaqələndirirdi.  Təbrizə  daxil  olmaq  istəyən  ticarət  karvanı  yalnız  həmin 
darvazalar  vasitəsilə  Ģəhərə  daxil  ola  bilərdi.  XVI-XVII  əsrlərdə  Təbriz 
darvazalarında əsaslı dəyiĢiklik əmələ gəlməmiĢdi. XIV əsrin birinci yarısında 
mövcud olan Ucan, ġirvan, Sərdrud, ġam  Qazan, Soravrud darvazaları eynilə 
1640-cı ildə də qalmıĢdı. Yalnız «Əhər» darvazası Rey darvazası adını almıĢdı 
[461].  1780-ci  ildə  isə  yeddi  darvaza  -  Xiyaban,  Əla,  Qurxab,  ġotorban, 
Ġstambul, Mahad-Məhin, Novbər darvazaları olmuĢdur [462]. 
Məhəllə  və  küçələr.  XVI-XVII  əsrlərdə  Təbrizdə  xeyli  məhəllə  və 
küçə  var  idi.  1340-cı  ildə  Təbrizdə  Rey,  Qala,  Səncaran,  Taq,  Dərbicu,  Sərd, 
DəstiĢah, Narmiyan, Novbər, Mukle adlı məhəllələr olduğu halda, 1571-73-cü 
illər  Təbriz  üsyanı  dövründə  Səncaran,  Vərcuyə,  Dərbi-sərd,  Mahad-məhin, 
Novbər,  Dərbi-meydan,  Dərbi-əla,  Dərbi-Ģotorbanan,  ġeĢgilanın  adı  çəkilir 
[463]. Bəzi məhəllə adları «Nüzhət əl-qülub» da bir neçə adda verilmiĢdir. 
Rey  məhəlləsi  elə  Dərbi-əla,  Dərbi-cu  haman  Vərcu  və  ya  Vicuyə 
məhəlləsidir  ki,  Övliya  Çələbi  onu  yanlıĢ  olaraq  Zərcu  yazmıĢdır.  Narmiyan 
sonralar  Miyar-miyar  adlanmıĢdır.  Mukle  isə  ayrıca  məhəllə  deyil,  Mahanlıq 
məhəlləsində  yerləĢirdi.  Müzəffəriyyə  vəqfnaməsində  qeyd  edilən  Mahanlıq 
Mahad-Məhin  məhəlləsində  yerləĢirdi  [464].  Bundan  əlavə,  XVI  əsrdə 
Çərəndab,  Surxab,  Xiyaban,  Əmirxiz,  Rey,  Səncaran,  Siyaban,  Çahar-minar, 
Sərvirab,  Səngi-siyah  məhəllələri  olmuĢdur  [465].      XVI  əsrin  ortalarında 
Alessandri  və  XVII  əsrin  ortalarında  (yəni  100  il  sonra)  isə  ġarden  Təbrizdə 
doqquz iri məhəllə olduğunu bildirmiĢlər. 
Qeyd  etmək  lazımdır      ki,    Təbrizdə  məhəllə  və  küçələrin  adı  orada 
yaĢayan  əhalinin  ictimai  vəziyyəti,  məĢğul  olduqları  peĢə  və  sənət  sahələrilə 
əlaqədar idi, Belə məhəllələrdən    «ġəkərsatanlar məhəlləsi»        «Dabbağlar 
məhəlləsi»,     «Paltar və dəri yuyanlar məhəlləsi», «Çust tikənlər məhəlləsi», 
«Əkinçilik  və  bağçılıqla  məĢğul  olanlar  məhəlləsi»  «DaĢyonanlar  küçəsi», 
«Nalçılar  küçəsi»  (Miyar-Miyar  məhəlləsində)  və  s.  məhəllə  və  küçələri 
göstərmək  olar.  Təbrizdə  yaĢayan  əhali  sənət  və  peĢəsindən  asılı  olaraq   
müxtəlif  məhəllə  və  küçələrdə  sakin  idi.  Müxtəlif  yazılı      mənbələrdən  
aydınlaĢır    ki,  məhəllələrdə  əhali  ictimai  vəziyyətinə  görə  biri-digərindən 
ayrılırdı.  Övliya  Çələbinin  verdiyi    məlumata  görə,  Əmirxiz  və  Sərdab 
məhəllələrinin  sakinləri  varlı  olmuĢlar  [466].  ġəhərin  mərkəzində  yerləĢən 
Çahar-minar  məhəlləsi  sakinlərinin  əksəriyyətini  varlılar  təĢkil  edirdi;  orada 
orta təbəqə çox az idi [467]. ġeĢgilan da əsasən varlı təbəqə və əyanların sakin 
olduğu yer idi [468]. Rasta küçənin sakinlərinin əksəriyyətini tacir və əyanlar 
təĢkil  edir  [469].  Vicuyə  məhəlləsinin  əksəriyyəti  xırda  tacir,  Qaraağac 


148 
 
məhəlləsində  sənətkarlar,  hökmabad  məhəlləsinin  sakinləri  isə  əkinçilik  və 
göyərti  əkib-satmaqla  məĢğul idilər. Alessandri Təbrizdə   45 küçə olduğunu 
bildirir.  O  yazır  ki,  hər  bir  küçənin  ətrafında  sıra  ilə  ağaclar  əkilmiĢdi  [470]. 
XVI-XVII  əsrlərdə  Təbrizin  bütün  küçələri  haqqında  əlimizdə  lazımi  material 
yoxdur.  Lakin  dövrün      mənbələrində  təsadüf  edilən      küçələrin  adı 
aĢağıdakılardan  ibarətdir:  Məqsudiyyə  binası  yanında  Əbdülhəq  küçəsi,  Gəcil 
qəbiristanlığının  qərbində  Qasım  bəy,  Sərkuçə,  Baği-növbər  küçəsi,  Covinan 
küçəsi,  Vicuyə  məhəlləsində  Əli  SiyahpuĢ  küçəsi,  Dəvəçilər  küçəsi,  Leylava 
küçəsi,  Noxiz  küçəsi,  Həccaran  küçəsi,  Sədrabad  küçəsi,  Xiyaban  küçəsi,   
Bətalabad küçəsi,  ġeĢgilan  küçəsi,  Ermənilər  küçəsi [471]. 
Bazarlar. Təbrizdə bazarlar, adətən, böyük  meydan və  ya  rasta bazar 
adlanan  yerlərdə  salınırdı.  Yuxarıda  deyildiyi  kimi,  Təbrizdə  ən  böyük  bazar 
Uzun Həsən tərəfindən əsası qoyulmuĢ «Qeysəriyyə» bazarı idi. SəkkizguĢəli, 
üstüörtülü bu bazar ġərqdə ən gözəl bazarlardan biri hesab olunurdu [472]. Bu 
bazar binasının yüksək və böyük günbəzi var idi. Ġran tacirlərinin alver mərkəzi 
olan  Qeysəriyyədə  nadir  və  qiymətli  mallar  satılırdı.  Həmin  bazarın 
yaxınlığında  Zərgər  bazarı  yerləĢirdi  [473].  1585-ci  ildə  Osmanlı  qoĢunu  bu 
bazara  od  vurub  yandırmıĢdı.  Lakin  yerli  əhali  çox  çəkmədən  yenidən  onu 
bərpa  etdirdi.  Təbrizin  Sahibabad  meydanı  cümə  günləri  alver  mərkəzinə 
çevrilirdi. ġəhərdə bazarların əksəriyyəti üstüörtülü idi. Təbrizdə sənətkarların 
istehsal etdikləri əmtəələri satmaq üçün xüsusi bazarlar (papaq tikənlər, yəhər 
qayıranlar, zərgərlər bazarı, öküz satılan, qumaĢ satılan bazarlar və s.) fəaliyyət 
göstərirdi [474]. Bəzi iri feodallar da bazar tikdirirdilər. Azərbaycanın hakimi 
Mirzə  Sadıq  Təbrizdə  böyük  bir  üstüörtülü  bazar  tikdirmiĢdi  ki,  həmin  bazar 
onun  adı  ilə  «Mirzə  Sadıq  bazarı»  adlanırdı.  Bazarda  xeyli  dükan  var  idi. 
Təbrizin  «At  meydanı»  tacir,  alverçi  və  sənətkarların  əsas  mərkəzinə 
çevrilmiĢdi. Adətən, burada at alveri gedirdi [475]. 
Övliya  Çələbi  Təbrizdə  7  min,  ġarden  isə  15  min  dükan  olduğunu 
bildirmiĢdi. Təbrizdə «xan» adlanan bazarlarda da qızğın alver gedirdi. Təkcə 
Bəzzazistan bazarı yanındakı «xan»da 32 hücrə var idi. Bundan əlavə, ayrı-ayrı 
məhəllə bazarları (Novbər bazarı, Mahadın bazarı və s.) da fəaliyyət göstərirdi 
[476]. 
Meydanlar.  Təbrizdə  geniĢ  bir  sahəni  əhatə  edən  meydanlar  da 
olmuĢdur.  Sahibabad  Təbrizin  ən  iri  meydanlarından  biri  idi.  Meydanlardan 
hakim sinif əyləncəli oyunlar və hərbi təlim keçirmək məqsədilə istifadə edirdi. 
Bundan  əlavə,  onlar  bir  Ģəxsə  cəza  vermək  istərkən  əhalini  oraya  toplayır  və 
həmin  Ģəxsi  orada  dardan  asırdılar.  Meydanda  dar  ağacı  həmiĢə  hazır 
vəziyyətdə  saxlanılırdı  [477].  Bundan  əlavə,  otuz  min  adam  tutan  meydanda 
ġah  Ġsmayıl  qopuq  oyunu  [478]  təĢkil  edirdi.  Hər  cümə  günü  bu  meydanda 
canavar  oyunu  nümayiĢ  etdirilir,  xoruz,  öküz  və  digər  heyvanları 
döyüĢdürürdülər [479]. Katib Çələbi yazır ki, Sahibabad meydanı Uzun Həsən 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə