SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə79/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   75   76   77   78   79   80   81   82   ...   116

163 
 
Fətilərin  «nizamnamə»sində  yalan  danıĢmamaq,  istehsal  etdiyi  və  ya 
bazarda satdığı malda alıcını aldatmamaq və s. Ģərtlər var idi [589]. 
Fətilər  təĢkilatı  ayrı-ayrı  məhəllə  sənətkarları,  alverçilər  və  müxtəlif 
peĢə sahiblərinin birləĢməsi və vahid nizamnaməyə tabe olması əsasında əmələ 
gəlmiĢdi.  Onlar  öz  məhəllələrinin  iqtisadi  və  ictimai  həyatında  mühüm  rol 
oynayır,  xırda  alverçi  və  sənətkarları  iri  tacirlər  və  dövlət  məmurlarının 
zülmündən qoruyurdular. 
1571-1573-cü  illərdə  Təbriz  üsyanına  pəhləvanların  rəhbərlik  etməsi, 
üsyanın iĢtirakçılarının əsasən xırda sənətkar və alverçilərdən ibarət olması, iki 
ildən  artıq  bir  müddətdə  hər  bir  məhəllənin  idarəsinin  bir  pəhləvana 
tapĢırılması  sübut  edir  ki,  bu  üsyan  Təbriz  cəvanmərd  və  pəhləvanlarının 
baĢçılığı  ilə  Heydəri  və  Neməti  adı  altında  varlılarla-yoxsulların    sinfi   
mübarizəsi  olmuĢdur. 
Məlum  olduğu  kimi,  Ustaclu  ġahqulu  Sultanın  oğlu  Allahqulu  bəy 
Ġrəvan  hakimi  idi.  ġah  Təhmasib  onu  Təbrizə  darğa  təyin  etmiĢdi  [590]. 
Allahqulu  və  onun  mülazimləri  Təbriz  əhalisinə  həddən  artıq  zülm  edir, 
onlardan  «Dəstur  əl-əməl»də  qeyd  olunmuĢ  miqdardan  artıq  vergi  və 
mükəlləfiyyət  alırdılar.  Buna  görə  də  Ģəhər  sənətkarları,  xırda  alverçiləri  və 
yoxsulları  onun  mülazimini  döyüb,  iĢgəncə  verirlər.  Allahqulu  bəy  yalan 
vədlərlə öz mülazimini üsyançıların əlindən alır. Bir neçə gün sonra Allahqulu 
bəy  onun  mülaziminə  iĢgəncə  vermiĢ  adamlardan  birini  tutub  öldürür. 
Öldürülən  adamın  qohumları  Allahqulu  bəydən  icazə  almadan  cənazəni 
götürüb  Gəcil  qəbiristanlığına  aparırlar.  Xeyli  sənətkar,  tacir  toplaĢır,  dəfn 
mərasimi  ġah  Təhmasibin  və  darğanın  zülmünə  qarĢı  nümayiĢə  çevrilir. 
Allahqulu  bəy  bu  vəziyyəti  görür  və  nümayiĢçiləri  dağıtmaq,  dəfn  olunmuĢ 
Ģəxsin cəsədini qəbirdən çıxarmaq üçün mülazimlərini qəbiristanlığa göndərir. 
Qəbiristanlığa  toplaĢanlarla  mülazimlər  arasında  toqquĢma  baĢ  verir. 
NümayiĢçilər  qabaqcadan  özləri  ilə  qəbiristanlığa  gətirdikləri  müxtəlif 
silahlarla  mülazimlərə  hücum  edirlər.  Həsən  bəy  Rumlu  yazır  ki,  «əclaflar» 
(üsyançılar  -  S.  O.)  ĢəmĢirləri  qından  çıxararaq  Allahqulu  bəyin  bəzi 
mülazimlərini yaralayıb öldürürlər [591]. Allahqulu bəy qorxuya düĢüb evində 
gizlənir.  Onun  mülazimlərindən  bir  neçə  nəfəri  yaralanır  və  həlak  olur  [592]. 
Üsyançılar  darğanın  və  varlıların  evlərinə  hücum  edib,  onların  mallarını  ələ 
keçirir, evlərini dağıdırlar. Qazi Əhməd Qumi yazır ki, seyidlər, qazilər, əyan 
və əĢraf elə vahiməyə düĢürlər ki, bunu demək və yazmaqla qurtarmaq olmaz 
[593]. Gəcil qəbiristanındakı bu döyüĢ silahlı üsyana bir iĢarə oldu. Üsyançılar 
hər  bir  küçə  və  məhəllədə  Ģəhərin  idarəsini  ələ  keçirdilər.  Demək  olar  ki, 
Ģəhərin idarə olunması üsyançıların tam ixtiyarına keçmiĢdi [594]. MünĢi yazır: 
«Bu  qovğa  və  qiyamda  hər  məhəllə  əclafı  və  hər  küçə  ovbaĢı  özbaĢınalıq 
xəyalına düĢüb, qiyam və fəsada baĢladı [595]. Qazi Əhməd Quminin sözlərilə 
desək,  «hər  bir  küçədə  əclaflardan  biri  istiqlaliyyət  bayrağını  dalğalandırırdı 


164 
 
[596].  Ġsgəndər  MünĢi  Təbrizdə,  Qeysəriyyədə  və  bazarlarda  alverin 
kəsildiyini, ev və dükanların qapısının bağlı olduğunu, küçələrdə gəliĢ-gediĢin 
kəsildiyini bildirmiĢdir [597]. Lakin əslində bu məlumat varlılara aid idi. Xırda 
tacirlər  və  sənətkarlar  öz  gündəlik  iĢlərini  davam  etdirirdilər.  Əks  təqdirdə 
Təbriz  kimi  böyük  və  çox  əhaliyə  malik  bu  Ģəhərdə  üsyançıların  ixtiyarında 
qaldığı iki ildən artıq bir müddətdə normal vəziyyət yarana bilməzdi. 
Hər  bir  məhəllə  və  küçədə  qayda-qanunu  qorumaq,  Ģəhərdə  sakitlik 
yaratmaq  üçün  üsyan  baĢçılarından  biri  məsuliyyəti  öz  üzərinə  götürürdü: 
Pəhləvan  Nəcmi-Vicuyə  məhəlləsində,  Topal  Mustafanın  oğlu  ġərəf  Sərv 
darvazasında,  ġal  tikənin  oğlu  Mahad-Məhin  (indiki  Miyar-Miyar  -  S.  O.) 
məhəlləsində,  Ağa  Məhəmməd  Novbər  məhəlləsində,  Pəhləvan  Əvəz 
Meydanda,  Pəhləvan  Aslan  Dərbi-Əlada  (Surxabda  yerləĢirdi),  Məlikani 
Mustafa  Dəvəçilər  məhəlləsində,  Əla  Həsəncan  ġeĢgilanda  asayiĢin 
qorunmasına  rəhbərlik  edirdilər  [598].  ġəhərin  digər  küçə,  bazar  və 
meydanlarında üsyan baĢçılarının təyin etdikləri Ģəxslər intizamı qoruyurdular 
[599]. 
Yuxarıdakı məlumatdan aydın olur ki, Təbriz bütünlüklə  üsyançıların 
əlinə  keçmiĢdi.  ġəhər  iki  ilə  yaxın  bir  müddətdə  üsyançıların  ixtiyarında 
qalmıĢdı. 
Təbrizin  bəzi  din  xadimləri  və    Ģəhər  əyanları  üsyanı  yatırmaq  üçün 
ġah  Təhmasibdən  Təbrizə  əlavə  qoĢun  qüvvəsi  göndərilməsini  xahiĢ  etdilər. 
Lakin  Ģah  onların  xahiĢinə  əhəmiyyət  vermədi.  Fəzli  Ġsfahani  bunu  ġah 
Təhmasibin Təbrizdə  Ģiə təriqətinə  mənsub  adamlara toxunmaq istəməməsi 
ilə əlaqələndirir [600].    Qərbi Almaniyanın      müasir alimi  Röhrbörn də  bu 
məsələdən  bəhs  edərkən  eynilə  yuxarıda          qeyd  edilən  səbəbi  əsas 
götürmüĢdür  [601].  Əslində  isə  ġah  Təhmasib  üsyanın  geniĢlənməsindən 
vahiməyə  düĢmüĢdü.  Ġ.  P. PetruĢevski      bunun    səbəbini    ġah    Təhmasib    və  
QızılbaĢ   dövlətinin vəziyyətinin ağırlığı və xəzinənin boĢ olması ilə izah edir 
[602]. Halbuki həmin dövrdə Alessandrinin yazdığına görə, Ģahın illik mədaxili 
üç  milyon  qızıl  sikkəyə  bərabər  idi.  ġah  beĢ  min  nəfər  qoruyucuya  muzd 
verirdi [603]. Üsyan məğlub edildikdən üç il sonra (1576) ġah Təhmasib öldü. 
ġərəfxan  Bidlisi  onun  var-dövlətini  siyahıya  almıĢdı.  I  ġah  Təhmasibin 
xəzinəsində 380 min tümən nağd qızıl və gümüĢ sikkə, 600 ədəd kərpic, qızıl 
və  gümüĢ,  hərəsi  üç  min  misqal  ağırlığında  olan  80  ədəd  baĢı  bağlı  qızıl  və 
gümüĢ, 200 xalvar ipək, 30 min dəst paltar, 30 min atlının silahı, yarağı və  s. 
var idi [604]. Buradan aydın olur ki, ġah Təhmasibin xəzinəsi boĢ deyildi. ġah 
Təhmasibin  Təbrizə  əlavə  qoĢun  göndərməkdə  tərəddüdünün  səbəbi  Osmanlı 
iĢğalçılarına qarĢı Təbriz əhalisindən istifadə etməsi idi. O, osmanlılar Təbrizə 
hücuma  keçdikdə  təbrizlilərin  QızılbaĢlara  kömək  göstərməkdən    imtina  
edəcəyindən qorxurdu.  Digər  tərəfdən,  Alessandrinin  yazdığı   kimi,  onsuz  
da    təbrizlilər  ġah  Təhmasibə  nifrət  edirdilər.  ġah  bunu  yaxĢı  bilirdi  və  bu 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə