SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə75/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   71   72   73   74   75   76   77   78   ...   116

155 
 
yuxarı vəzifələrə qədər) iĢləmiĢlər. Ölkədə ən ali dini vəzifə seyidlərdən baĢqa 
heç  kəsə  verilmirdi.  1510-cu  ildə  I  ġah  Ġsmayıl  sədrlik  vəzifəsini  Tacəddinin 
oğlu Mir Seyid ġərifə vermiĢdi. Qazi Əhməd Qaffari yazır ki, o vaxtdan sədrlik 
vəzifəsi  seyidlərdən  baĢqa  digər  Ģəxslərə  verilmirdi  [531].  Sədr  bütün 
Ģəhərlərdə,  o  cümlədən  Təbrizdə  Ģeyx-ül-islamı,  qaziləri,  nəqibləri, 
möhtəsibləri,  xütbə  oxuyanları,  hafizləri,  xəlifələri,  mütəvəlli  və  müdərrisləri 
iĢə  qəbul  və  ya  iĢdən  azad  edə  bilərdi.  Bu  vəzifələr,  adətən,  irsi  idi.  Əmir 
Əbdülqaffar  Ağqoyunlu  hökmdarı  Uzun  Həsən  dövründə  Təbrizdə  Ģeyx-ül-
islam  olmuĢdur  [532].  O  öldükdən  sonra  yerinə  Əbdülvahab  keçmiĢdir.  Mir 
Əbdülvahabın qardaĢı oğlu Mir Nemətulla 1586-cı ilə qədər Təbrizdə Ģeyx-ül-
islam iĢləmiĢdir [533]. 
ġəhər həyatında qazilər də mühüm rol oynayırdı. Onlar kəbin kəsmək, 
talaq  vermək,  yaĢ  kağızı  yazmaq,  dini  cəhətdən  cinayət  və  mülki  məsələlərin 
həllindən  xeyli  gəlir  əldə  edirdilər.  Onlar  mütəvəlli  olduqları  vəqf  əmlakı 
gəlirindən  onda  bir  götürməklə  həm  də  dövlət  xəzinəsindən  ildə  100  tümən, 
Sultan  Məhəmmədin  hakimiyyəti  dövründə  isə  300  tümən  məvacib  alırdılar. 
Bütün  bu  gəlirlərlə  yanaĢı,  qazilər  əhalidən  rüĢvət  alır,  oğurluq  edirdilər. 
Alessandri Təbriz qazilərinin mal-dövlət toplamaq xatirinə hər cür fitnə-fəsada 
əl atmalarını təsvir edir [534]. ġah Təhmasibin hakimiyyəti dövründə Təbrizin 
qazisi Müsafir idi. Müsafir öldükdən sonra oğlu Məhəmməd atasının vəzifəsini 
icra edir. O, I ġah Təhmasibin hakimiyyəti dövründə ġam Qazan, RəĢidiyyə və 
ƏliĢahiyyə vəqf əmlakının mütəvəllisi və Azərbaycanın qazi-ül-qüzzatı olmuĢ, 
ġam  Qazan  vəqf  əmlakının  gəlirindən  min  tümən  mənimsədiyi  üçün  ġah 
Təhmasibin əmrilə 1557-ci ildə Ələmut qalasına salınmıĢdır [535]. 
Təbriz  böyük  Ģəhər  olduğu  üçün  burada  bəzən  eyni  vaxtda  üç  nəfər 
qazilik etmiĢdir [536]. 
Möhtəsib və nəqib vəzifələri də həmin din xadimləri tərəfindən təyin 
olunurdu. Onlar müxtəlif vasitələrlə əhaliyə iĢgəncə verirdilər. Tavernye yazır 
ki, «möhtəsib polis kimidir. O, ərzaq mallarının qiymətini təyin edir. Onun üç-
dörd  nəfər  mülazimi  vardır.  Həftənin  birinci  günü  car  çəkərək  malların 
qiymətini elan edir, qiymətlərə nəzarət edir, baha satanları cəzalandırır» [537]. 
Qazi,  möhtəsib,  nəqib  və  digər  vəzifəli  Ģəxslərin  oğurluq  və 
rüĢvətxorluğu o dövrdə deyilmiĢ iki misra Ģerdə öz əksini tapmıĢdır [638]. 
Möhtəsib  qiymətlərə,  çəki  və  ölçüyə  nəzarət  edir,  sərxoĢları, 
qumarbazları  və  s.  mənhus  iĢlərlə  məĢğul  olanları  cərimə  edir  və  ya 
cəzalandırırdı. Müasir polis vəzifəsini daĢıyan möhtəsib geniĢ ixtiyarata malik 
idi. Gecələr isə bu vəzifə Ģəhnə və ya əsərlərə tapĢırılırdı. Onlar möhtəsib kimi 
gecələr intizamı qoruyur, oğru və sərxoĢları cəzalandırır, səhərə kimi küçə və 
bazarları gəzirdilər. Hər bir Ģəhnənin bir neçə nəfərdən ibarət mülazimi olurdu 
[539].  Möhtəsib  ildə  48  tümən  4500  dinar  məvacib  alırdı  [540].  Onun  eyni 
zamanda xeyli gəliri də var idi. 


156 
 
Təbrizdə  bazar  kətxudaları  feodal  əyanları  tərəfindən  və  öz 
aralarından  təyin  olunurdu.  Onlar  nəqib  tərəfindən  təsdiq  olunduqdan  sonra 
kələntər  tərəfindən  təyin  edilirdilər  [541].  Kələntər  istədiyi  vaxt  məhəllə  və 
bazar kətxudalarını iĢdən çıxara bilərdi. 
Təbrizdə  məhəllə  və  bazar  kətxudalarından  baĢqa  [542]  tacirlərin  də 
kətxudaları var idi. Onlar iri tacirlər içərisindən təyin olunurdular. Mirzə Məsih 
Təbrizi tacirlərin mötəbər kətxudalarından idi. Uzun Hacı Bağır (Hacı Baqere 
Deraz) bir müddət Təbriz tacirlərinin kətxudası olmuĢdur. Nəsrabadi yazır ki, 
Təbriz  tacirləri  arasında  onun  kimi  təmiz  adam  və  bacarıqlı  kətxuda  yox  idi 
[543].  Mənbələrdə  iri  və  xırda  tacirlərin  hamısı  «tüccar»  kimi  qeyd  olunur. 
Lakin  ictimai  vəziyyətlərinə  görə  Təbrizdə  iri  və  xırda  tacirlər  var  idi.  Ġri 
tacirlər Ģəhərin daxili və xarici ticarətini öz əllərində cəmləĢdirmiĢdilər. Onlar 
«çələbi» və ya «xacə» ləqəbi daĢıyırdılar. Övliya Çələbi Təbrizdə xacə adlanan 
iri  tacirlərin  70-ə  qədər  sarayı  olduğunu  bildirir  [544].  ġəhərin  ticarətində 
mühüm rol oynayan tacirlərdən Bəndər, Bəyim, Baba Haqqı xan, Təmdih xan, 
Müstəqim xan, Fərhad xan  Cəfər xan, Firuz xan, Kələntər və baĢqalarının adı 
məlumdur  [545].  Ġri  tacirlərin  baĢçısı  məlik-üt-tüccar    (tacirlərin    baĢçısı)   
adlanırdı.  O, tacirlər  arasında  baĢ verən mübahisəli məsələləri həll edir, bir 
sıra  toxuculuq,  dabbağlıq,    boyaqçılıq,  bıçaqqayırma        karxanalarına  da 
baĢçılıq  edirdi.  Məlik-üt-tüccar  həm  də  tacirbaĢı  və  Ģahın  ticarət  iĢlərinin 
məsləhətçisi  idi  [546]. Tacirlər  dövlət  xəzinəsinə  çoxlu  gəlir  verirdilər.  Onlar 
tədricən geniĢ xalq kütləsindən ayrılaraq Ģəhərin yuxarı təbəqəsi tərkibinə daxil 
olur,  aĢağı  təbəqəni  daha  çox  istismar  edirdilər.  Onlar  ticarətdən  vergiləri 
iltizamçı  kimi  icarəyə  götürmək,  sələmə  pul  vermək,  ucuz  alıb  baha  satmaq 
yolu ilə çoxlu var-dövlət qazanırdılar [547]. 
I  ġah  Təhmasibin  özü  ən  böyük  tacir  idi.  Təbrizin  iri  ticarəti  onun 
ixtiyarında  idi.  O,  ġərqdən  Mahut,  Xorasandan  məxmər  və  ipək  parçalar, 
Hələbdən  yun  parça  aldırıb  paltar  tikdirir,  qiymətindən  10  dəfə  artığına  öz 
ordusuna satdırırdı. ġah eyni zamanda böyük sələmçi idi. Yüzdə iyirmi sələmlə 
çoxlu borc pul verirdi. On-iyirmi il müddətinə verilmiĢ   bu sələm   pullarının   
faizi   hər il ona ödənilməli idi [548]. 
Ġlk  mənbələri  nəzərdən  keçirdikdə  belə  bir  nəticəyə  gəlmək  olur  ki, 
Təbrizdə  sənətkarların  özləri  də  dörd  kateqoriyaya  bölünürdü.  Bu 
kateqoriyalara  məxsus  sənətkarlar  iqtisadi  və  ictimai  vəziyyətlərinə  görə  bir-
birindən xeyli fərqlənirdilər. 
1. Tək  və  ya  bir  nəfər  Ģagirdi  ilə  iĢləyən,  karxana,  yaxud  dükan 
açmağa imkanı olmayan sənətkarlar. Bunlar əksəriyyət təĢkil edirdilər. Bu kimi 
azad  sənətkarlar  çox  vaxt  öz  oğlanlarından  və  ya  yaxın  qohumlarından  birini 
Ģagird iĢlətməklə dolanırdılar. Onların çoxu səyyar sənətkarlar idi [549]. 
2. Xırda  dükanları  və  emalatxanaları  olan  sənətkarlar.  Bunlar  əsnaf 
adlanan sənətkarlıq təĢkilatına daxil idilər. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə