SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə78/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   74   75   76   77   78   79   80   81   ...   116

161 
 
məlumatına  görə  Təbrizdə  Ģəhər  hakiminin  olmamasından  istifadə  edərək 
üsyan etmiĢdilər [575]. ġübhəsiz, bu məsələ yoxsul əhalinin qıtlıq və bahalığa 
qarĢı üsyanı ilə əlaqədar idi [576]. 
1565-ci ildə, ġah Təhmasib tərəfindən tamğa vergisi ləğv olunduqdan 
altı  il  sonra  Təbrizdə  baĢ  vermiĢ  silahlı  üsyan  Azərbaycan  tarixində 
özünəməxsus  yer  tutur.  Bu  üsyanı  yalnız  əhalinin  ağır  vəziyyəti  ilə 
əlaqələndirmək düzgün olmazdı; onun sosial və iqtisadi köklərini, mahiyyətini 
açıb, əsas səbəblərini, hərəkətverici qüvvələrini təhlil və tədqiq etmək lazımdır. 
1571-1573-cü  illərdə  Təbrizdə  baĢ  vermiĢ  silahlı  üsyan  haqqında 
məlumat  verən  dövrün  ilk  müəllifi  Həsənbəy  Rumlu  olmuĢdur.  Qazi  Əhməd 
Qumi, Fəzli Ġsfahani, Ġsgəndər MünĢi qısa da olsa bu üsyan haqqında məlumat 
vermiĢlər. Ə. Ə. Rəhmani yazır ki, Həsənbəy Rumlu ilə Ġsgəndər MünĢinin bu 
hadisəyə  aid  verdiyi  məlumatlar  arasında  xüsusi  fərq  yoxdur  [577].  Lakin 
Ġsgəndər  MünĢinin  verdiyi  məlumatı  diqqətlə  nəzərdən  keçirdikdə  aydın  olur 
ki,  «bir-birinə  qarĢı  olan  iki  dəstə  vuruĢmuĢdur».  O  yazır:  «bu  qiyam  və 
iğtiĢaĢda  hər  bir  məhəllənin  əclafı  və  hər  bir  küçənin  ovbaĢının  baĢına... 
özbaĢınalıq sevdası düĢmüĢdü. Onlar qiyam və iğtiĢaĢa baĢladılar. ġəhər əhalisi 
arasındakı iki dəstəlik artıq yenidən Ģiddətlənərək bir-birinin qanlarını tökməyə 
baĢladılar»  [578].  Ġsgəndər  MünĢinin  bu  məlumatı  özlüyündə  yoxsullar 
yaĢayan küçə və məhəllə sakinlərinin Ģəhəri idarə etmək üstündə varlılara qarĢı 
mübarizəsini  əks  etdirir.  Digər  tərəfdən,  1571-ci  ildə  Təbrizdə  olmuĢ 
Alessandrinin  yazdığı  ilə  Ġsgəndər  MünĢinin  yazdığında  uyğunluq  vardır. 
Alessandri Heydəri və nemətilərin vuruĢmasını, Ġsgəndər MünĢi isə Ģəhərdə iki 
dəstənin  vuruĢması  olduğunu  qeyd  etmiĢdir.  Alessandri  yazır  ki,  Heydəri  və 
Neməti  adı  altında  Təbrizin  doqquz  böyük  məhəllə  sakinləri  arasında  həmiĢə 
düĢmənçilik  var  idi.  Bu  düĢmənçilik  1541-ci  ildən  baĢlayaraq  uzun  müddət 
davam  edirdi  [579].  Bir-birinə  qarĢı  olan  bu  iki  qüvvənin  mübarizəsi 
yüksələrək  1571-ci  ildə  silahlı  üsyan  səviyyəsinə  çatdı.  Mübarizə  din  pərdəsi 
altında  gedən  bir-birinə  zidd  olan  iki  dəstənin  (sinfin),  varlılarla-yoxsulların 
mübarizəsi idi. 
Məlum  olduğu  kimi,  «feodalizmə  qarĢı  inqilabi  müxalifət  bütün  orta 
əsrlərə  xas  əlamətdir.  O,  dövrün  Ģəraitindən  asılı  olaraq  gah  açıq,  dini  büdət, 
gah  da  silahlı  üsyan  Ģəklində  ortaya  çıxır»  [680].  Lakin  dini  ideologiya  bu 
çıxıĢların sinfi mübarizə xarakterini dəyiĢmirdi. Engelsin sözü ilə desək, «sinfi 
mübarizənin dini rəngi idi» [581]. 
Heydərilərlə  Nemətilərin  ictimai  kökləri  və  ictimai  mövqeləri  hələ 
tarixi ədəbiyyatda lazımi qədər aydınlaĢdırılmamıĢdır. M. X. Heydərov bu iki 
təriqət haqqında müəyyən məlumat verərək yazırdı ki, yerli feodal əyanları və 
dövlət nümayəndələri bu  və  ya  digər qrup və  dəstəyə  qoĢulurdu. Hətta  bu iki 
dəstə  arasındakı  vuruĢmalara  da  bəzi  hallarda  baĢçılıq  edirdilər  [582].  Lakin 
hadisələrin  gediĢi  və  bu  barədə  mənbələrdəki  məlumatlar  əsasında  güman 


162 
 
etmək olar ki, hər iki qrup Heydərilərlə Nemətilər arasında gedən vuruĢma sinfi 
xarakter  daĢıyır,  əslində  varlılarla  yoxsul  və  orta  təbəqəyə  məxsus  Ģəhər 
əhalisinin ziddiyyəti idi [583]. 
Digər  orta  əsr  Ģəhərləri  kimi,  Təbrizdə  də  məhəllə  kətxudalarının 
Ģəhərin  iqtisadi  və  sosial  həyatında  mühüm  rolu  var  idi.  Hər  bir  məhəllə 
kətxudası rəis olduğu məhəllənin bir çox məsələlərini həll edir, bir sözlə, həmin 
məhəllə sakinlərinə ağsaqqallıq edirdi. 
Dövlət,  çoxluq  təĢkil  edən  və  əsas  vergi  verənlərdən  ibarət  məhəllə 
sakinləri və onların kətxudaları ilə istər-istəməz hesablaĢmalı olurdu. Bu barədə 
Alessandrinin  Təbrizdən  gətirdiyi  fakt  maraqlıdır.  Alessandri  yazır  ki,  «Ģəhər 
məhəllə kətxudalarının (burada əsasən aĢağı və yoxsul təbəqə yaĢayan məhəllə 
kətxudaları nəzərdə tutulur - S. O.) qüdrəti Ģəhərdə Ģahdan daha çoxdur». 
ġəhərdə  ətin  qiymətinin  bir  qədər  bahalaĢması  ilə  əlaqədar  olaraq, 
kətxudaların  Ģəhərdə  dövlət  məmurları  ilə  narazılığı  baĢlanır.  Məhəllə 
kətxudaları Ģəhərdəki məmurların saraylarına və evlərinə hücum edərək onların 
mülazimlərini  öldürürdülər.  Onların  kəsilmiĢ  baĢlarını  Ģah  sarayına  aparırlar. 
Məhəllə  kətxudaları  bu  iĢi  gizli  deyil,  açıq  Ģəkildə  həyata  keçirdilər.  Məhz 
həmin vaxtdan kətxudaların səlahiyyətlini mıhdudlaĢdırmaq üçün heç bir tədbir 
görmədi. ĠĢ o  yerə  çatdı  ki,  onlar keçmiĢdəki imtiyazlarını qoruyub  saxlamaq 
üçün bəzi əmirləri (Ģəhər idarə baĢçılarını - S. O.) öldürdülər [584]. Göründüyü 
kimi,  ətin  qiymətinin  bahalaĢmasına  qarĢı  kətxudaların  Ģəhər  dövlət 
məmurlarını öldürməsi yoxsul və orta təbəqənin Ģəhər dövlət məmurlarına qarĢı 
mübarizəsindən  baĢqa  bir  Ģey  ola  bilməzdi.  Heydəri  və  Neməti  pərdəsi  adı 
altında varlılarla yoxsullar arasında gedən sinfi mübarizə təkcə Təbrizdə deyil, 
Azərbaycan və Ġranın digər Ģəhərlərində də baĢ verirdi [585]. 
Heydərilərlə  Nemətilər  Təbrizin  əsas  doqquz  məhəlləsində  sakin 
idilər. Məlum olduğu kimi, Ģəhərin mərkəzində varlılar, ətrafında isə yoxsullar 
və  orta  təbəqəyə  məxsus  əhali  yaĢayırdı  .Nadir  Mirzənin  verdiyi  məlumata 
görə,  Novbər,  Vicuyə,  ġeĢgilan  və  Dəvəçi  məhəllələrində  varlılar  yaĢayırdı 
[586].  Qazəran  (paltar  yuyanlar),  Çərəndab,  BağmeĢə,  Çustduzan  (çust 
tikənlər), dabbağlar, Səncaran məhəllələrində kasıblar yaĢayırdı. 
XIII əsrin ortalarından fütüvvət rəsmi olaraq siyasi-ictimai bir təĢkilat 
kimi  öz  əhəmiyyətini  itirir.  PeĢəkar  comərdlər  öz  fəaliyyətini  yaĢadıqları 
məhəllə və ya Ģəhərdə davam etdirirdilər. Artıq XVI-XVII əsrlərdə comərdlərin 
tərkibinin  əsas  hissəsini  sənətkarlar,  peĢəkarlar  və  xırda  alverçilər  təĢkil 
edirdilər [587]. Comərdlər və ya fətilər əsasən sənətkarlar, xırda alverçilərdən 
əlavə, güləĢənlər, daĢ qaldıranlar, zənbil daĢıyanlar, hammallar, daĢ sındıranlar, 
dəyirman daĢı qaldıranlar, filə zor gələnlər və b. ibarət idi [588]. Sənətkarlar və 
xırda  alverçilərlə  yanaĢı,  bədəncə  sağlam,  qüvvətli  adamlar  cavanmərd  ola 
bilərdi. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə