SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə80/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   76   77   78   79   80   81   82   83   ...   116

165 
 
nifrəti  daha  da  artırmaq  istəmirdi.  Osmanlı  iĢğalçılarına  qarĢı  vuruĢmada 
təbrizlilərdən  istifadə  etmək  üçün  həmiĢə  onları  əldə  saxlamağa  çalıĢırdı. 
Bundan əlavə, bu vaxt Təbriz xassə əmlaka daxil idi. Onun mədaxili bilavasitə 
xəzinəyə  axırdı. Bu səbəbləri nəzərə alaraq ġah Təhmasib Təbrizə əlavə qoĢun 
göndərmək  haqqında  Ģəhər  əyanlarının  xahiĢini  rədd  etmiĢdi.  ġah  Təhmasib 
üsyançıları  aldatmaq,  darğanı  dəyiĢmək  yolu  ilə  üsyanı  yatırmağa  cəhd 
göstərirdi.  O,  Allahqulu  bəyi  Ģəhər  darğası  vəzifəsindən  azad  edib,  Baba 
Süleymanın oğlu Yusif bəy ÇavuĢlunu onun yerinə təyiqə etdi. Yusif bəy həm 
də  Ģair  idi.  Ġsgəndər  MünĢi  Yusif  bəyi  «ağıl  və  fərasətdə  öz  müasirlərindən 
seçilən», Fəzli Ġsfahanini isə  «qabiliyyətli Ģair, zalım  zabit» adlandırırdı [605]. 
Yusif  bəy  üsyançılarla  danıĢıq  apararaq  onları  Ģəhər  əyanları  və  Təbriz 
hakiminə qarĢı mübarizəni dayandırmağa razı salır. Məhəllə kətxudaları Yusif 
bəyi daha  qiyama  imkan  verməyəcəklərinə  inandırdılar. Üsyançılar tərəfindən 
hər  bir  məhəlləyə  baĢçı  təyin  edilmiĢ  pəhləvanlar  məhəllə  kətxudalarına 
zəmanətə  verildilər  [606].  Buradan  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  məhəllə 
kətxudaları  da  üsyanın  yüksəliĢindən  vahiməyə  düĢərək  tərəddüdə 
baĢlamıĢdılar. 
Təbriz  Ģəhəri  yenə  üsyançıların əlində  idi.  Yeni təyin olunmuĢ darğa 
formal  olaraq  Ģəhərə  rəhbərlik  edirdi.  Yusif  bəy  isə  öz  hökmranlığını  bərpa 
etmək  və  üsyanı  yatırtmaq  üçün  əlveriĢli  vaxt  gözləyirdi.  O,  Təbrizə  daxil 
olandan iki-üç ay sonra üsyançıların baĢçısı Pəhləvan Yari yeni təyin olunmuĢ 
darğanın  mülazimlərindən  iki  nəfəri  öldürür.  Fəzli  yazır  ki,  üsyançılar  yolları 
mülazimlərin  üzünə  bağlamıĢdılar.  Yusif  bəy  üsyançılara  müraciət  edib  deyir 
ki, Ģəhəri tərk edib istədikləri yerə gedə bilərlər [607]. Lakil o, üsyanı yatırmaq 
iqtidarında  olmadığını  görüb,  ġah  Təhmasibə  məktub  yazır  və  Təbrizə  əlavə 
qoĢun göndərməsini xahiĢ edir. Məktubda üsyançıların sayı 400 nəfər göstərilir 
[608].  Əlbəttə,  burada  üsyanın  fəal  iĢtirakçıları  nəzərdə  tutulur.  Əslində 
üsyançıların sayı çox idi. Bu, məktubda yazılmıĢ iki beyt Ģerin bir misrasından 
da aydın olur («Minlərlə fədai cuĢa gəldi») [609]. 
Tədqiqat materialları üsyanın azı 10 min iĢtirakçısı olduğunu ehtimal 
etməyə əsas verir [610]. 
Təbriz  varlıları  ġah  Təhmasibə  məktub  göndərərək  üsyanı  yatırmaq 
üçün  əlavə  qoĢun  qüvvəsi  göndərilməsini  xahiĢ  etmiĢdilər.  ġah  Təhmasib  hər 
iki  məktubu  aldıqdan  sonra  Qəzvində  olan  sədrlər  və  digər  din  xadimləri  ilə 
məĢvərət  etdi.  Bəzi  din  xadimləri  üsyançılar  əleyhinə  cahad  elan  edib,  bu 
barədə  fitvanamə  yazdılar  və  təsdiq  etdilər  [611].  Həmin  fitvanamələrdə 
üsyançılar  «ölkəni  xaraba  qoyan  din  xadimlərinin  düĢməni»  adlandırılırdı 
[612]. ġah Təhmasib Xəlifə Ənsarın oğlu, Qaradağ hakimi Söhrab bəyi çoxlu 
qoĢunla Təbrizə göndərdi. Yusif bəy məhəllə kətxudalarını tutub həbsə saldırdı. 
Müqavimət  göstərməyin  mənasız  olduğunu  görən  üsyan  rəhbərləri  müxtəlif 
yerlərdə  gizləndilər.  Həbsə  alınmıĢ  adamların  qohumları  gizlənmiĢ  üsyan 


166 
 
rəhbərlərini  və  fəal  iĢtirakçıları  ələ  verdilər.  Lakin  üsyançıların  çoxu  Təbrizi 
tərk etmiĢdi.  Çünki  Fəzli Ġsfahaninin  yazdığına  görə  «Ģəhərdə  qalanları tutub, 
Yusif  bəyə  təhvil  verirdilər  [613].  Üsyan  baĢçılarından  [614]  Pəhləvan 
Göycəni,  Pəhləvan  NəĢmini,  Pəhləvan  ġərəfi,  Pəhləvan  ġeyx  Qazəri  [615], 
Çəkmə tikən Həsəni, Çərik ġahqulunu, Mirzə Babaqulunu, Göy satan Hüseyni, 
Uzun Hacını dardan asdılar. Bunlardan əlavə, xeyli adam  öldürüldü. Ġsgəndər 
MünĢi  dardan  asılanları  40-50,  öldürülənləri  isə  200,  Həsən  bəy  Rumlu 
öldürülənləri 150, Münəccim Yəzdinin oğlu Kamal isə 350 nəfər qeyd etmiĢdir 
[616].  Pəhləvan  Yari,  Pəhləvan  Əvəz,  Pəhləvan  Əla  Həsəncan  Söhrab  bəyin 
evində məhbus idilər. Onlar Söhrab bəyə pul verəcəklərini vəd etməklə özlərini 
ölümdən  qurtarmağa  və  mübarizəni  yenidən  davam  etdirməyə  cəhd 
göstərirdilər. Lakin Yusif bəy Söhrab bəyə bildirir ki, bu adamların sağ qalması 
üsyanı  yatırmaq  üçün  çəkilən  zəhməti  hədərə  verə  bilər  [617].  Söhrab  bəy 
üsyançıların  qətlinə  fərman  verir.  Üsyanın  hər  üç  rəhbəri  dardan  asılır. 
Deyilənə  görə,  Pəhləvan  Əvəzin  əlində  bir  qarmaq  var  imiĢ,  onu  üç  il  idi  ki, 
saxlayırmıĢ. Dar ağacı altına gələrkən həmin qarmağı verib demiĢdir: «Məni bu 
qarmaqdan  asın»  [618].  Onun  bu  hərəkəti  üsyan  rəhbərlərinin  qorxmazlığını, 
ölümü mərdliklə qarĢıladıqlarını göstərirdi. 
Təbriz üsyanı məğlub oldu. Üsyanı yatırmaqda xidmətlərinə görə ġah 
Təhmasib  Söhrab  bəylə  Yusif  bəyə  Ģahanə  xələt  göndərdi.  Söhrab  bəy 
Qaradağa qayıtdı. Yusif bəy Təbrizə darğa qoyuldu [619]. Lakin Təbriz üsyanı 
məğlub  olsa  da,  ġah  Təhmasibi  bir  sıra  güzəĢtlərə  məcbur  etdi.  Təbriz 
darğasının ixtiyaratı məhdudlaĢdırıldı. Oraya qaziye-ehdas təyin olundu [620]. 
Darğanın  ixtiyarı  yox  idi  ki,  qazinin  iĢtirakı  olmadan  cinayət  məsələlərinə 
baxıb  cərimə  alsın.  Həmin  cəriməyə  «rəsme-ehdas»  deyilirdi  [621]. 
Ümumiyyətlə,  ġah  Təhmasibin  fərmanı  ilə  müqəssirlərdən  cərimə  alınması 
ləğv  olundu  [622].  ġah  Təbriz  sənətkarlarından  alınacaq  mali-möhtərifə 
vergilərini  bağıĢladı.  Məhz  Azərbaycanda,  eləcə  də  Təbrizdə  baĢ  vermiĢ 
üsyanların nəticəsi idi ki,  II ġah Ġsmayıl hakimiyyətə  keçəndən sonra  sarayda 
«ədalət  divanı»  təĢkil  edərək  həftədə  iki  gün  Ģikayətçilərin  ərizələrinə  baxırdı 
[623]. 
Təbriz üsyanı haqqında aĢağıdakı nəticəni qeyd edə bilərik: 
1.  Heydəri  və  Neməti  adı  altında  Təbrizdə  baĢ  vermiĢ  silahlı  üsyan 
yoxsul  tobəqənin,  o  cümlədən  sənətkarların,  xırda  alverçilərin  Ģəhər 
hakimlərinə qarĢı sinfi mübarizəsi idi. 
2. Üsyanın təĢkili və gediĢində məhəllə pəhləvanları və kətxudalarının 
böyük rolu olmuĢdur. Üsyana məhəllə pəhləvanları rəhbərlik etmiĢlər. 
3. Bu  üsyan  həm  də  Təbriz  kimi  mərkəzi  Ģəhərdə  Ģəhəri  özünüidarə 
uğrunda. feodal əyanları və dövlət məmurlarına qarĢı mübarizə idi. Üsyançılar 
iki  ildən  artıq  bir  müddətdə  Ģəhərin  idarə  olunmasını  öz  əllərində  saxlaya 
bildilər. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə