SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə82/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   78   79   80   81   82   83   84   85   ...   116

170 
 
Orta əsrlərdə bəzi alimlər bir ixtisasla kifayətlənməyib, bir neçə sahəni 
dərindən bilirdilər. Təbrizli Bədrəddin Əmir Seyid Əhməd Laləvi [11] (1436-
1507) məntiq, qrammatika, riyaziyyat və ədəbiyyat sahəsində tanınmıĢ alim idi. 
O,  bir  sıra  elmi  əsərlərin  müəllifidir  [12].  Təbrizli  Mirzə  Ġbrahim  fəlsəfə  və 
riyaziyyat üzrə mütəxəssis idi. 
XVI-XVII  əsrlərdə  coğrafiya  elmi  də  inkiĢaf  etmiĢdi.  Təbrizdə 
Rüstəm  bəy  adlı  bir  dövlət  məmuru  Azərbaycan  əyalətinin  xəritəsini  çəkmiĢ, 
həmin xəritəni Təbrizdə ġardenə təqdim etdikdə ġarden xəritədən bəzi qeydlər 
götürmüĢdü. Rüstəm bəydə  Avropada nəĢr olunmuĢ «Cahannüma» var idi. O, 
həmin «Cahannüma»da xeyli səhv tapmıĢdı [13]. 
Azərbaycan  və  Ġranın  maarif  tarixi  sahəsində  bir  sıra  əsərlər  nəĢr 
edilsə  də  [14],  orta  əsrlərdə  maarif  və  məktəb  məsələlərinə  ötəri,  ümumi 
Ģəkildə toxunulmuĢdur. Belə bir faktı göstərmək lazımdır ki, Hüseyn Ümmidin 
fars  dilində  yazdığı  iyirmi  altı  fəsildən  ibarət  «Tarix-i  fərhənge-Azərbaycan» 
adlı əsərinin yalnız bir fəsli orta əsr  məktəb və  mədrəsələrinə həsr edilmiĢdir. 
Bir  sözlə,  orta  əsr  Təbriz  məktəb  və  maarifi  haqqında  indiyə  qədər  hətta  bir 
məqalə  belə  nəĢr  olunmamıĢdır.  Biz  XIII-XVII  əsrlərdə  Təbrizin  maarif  və 
məktəb tarixinə, kitabxanalarına dair bir sıra məqalələr nəĢr etdirdiyimiz üçün 
[15] bu barədə təkrar söhbət açmağı lazım bilmirik. 
XI-XII  əsrlərdə  Təbriz  Ģəhəri  Azərbaycan  ədəbiyyatının  mühüm 
mərkəzlərindən  biri  olmuĢdur.  Hələ  XI  əsrdə  dünya  Ģöhrəti  qazanan  Qətran 
Təbrizi  Azərbaycan  və  onun  tarixi  haqqında  yazılmıĢ  poeziyanın  görkəmli 
nümayəndələrindən biridir. Təbrizin 12 kilometrliyində yerləĢən ġadabad və ya 
ġadiabadda  anadan  olmuĢ  Qətran  gənclik  illərini  Təbrizdə  keçirmiĢ,  sonra 
Gəncəyə  gələrək  ġəddadilər  sarayında  ĢöhrətlənmiĢdi.  O,  ġəddadilər 
sülaləsindən  Əbülhəsən  LeĢkərinin  hakimiyyəti  dövründə  daha  da 
məĢhurlaĢmıĢdır.  Qətran  yenidən  Təbrizə  qayıtmıĢ,  1047-ci  ildə  məĢhur  Ģair 
Nasir Xosrovla görüĢmüĢdür. 
Qətran  Təbrizinin  yeddi  min  beytlik  «Divan»ı  vardır.  Məhəmməd 
Ovfi  obrazlı  bir  Ģəkildə  «bütün  Ģairləri  qətrə,  onu  isə  dərya,  bütün  alimləri 
zərrə, onu «günəĢ» adlandırmıĢdır» [16]. 
XII  əsr  Azərbaycanın  məĢhur  Ģairi  Xaqani  ġirvani  bir  müddət 
Təbrizdə yaĢamıĢdır. O, Ģerlərinin birində yazırdı: 
 
DəyiĢim mən necə bu vəslimi hicran ilə,  
Bir edim sənnətimi atəĢi suzan ilə?  
Bu behiĢt Təbrizi tərk eyləmərəm aləmdə,  
Qayıdıb üns tutam bir daha ġirvan ilə. 
 


171 
 
Xaqani ġirvani 1199-cu ildə 79 yaĢında ikən Təbrizdə vəfat etmiĢ və 
Surxab  məqbərəsində,  Bəyim  bağına  gedən  yolun  sol  tərəfində  dəfn 
olunmuĢdur [17]. 
Bu dövrdə Təbrizdə Tahir ibn Məhəmməd, Cəmaləddin ƏĢhəri, ġəms 
Səcasi,  Zəhirəddin  Faryabinin  Ģagirdlərindən  Xacə  Cəlaləddin  Dərkani  [18] 
kimi  Ģairlər  yaĢayıb  fəaliyyət  göstərirdilər.  «Əcayib-əd-dünya»  əsərinin 
müəllifi  XII  əsrdə  Təbrizdə  xeyli  Ģair  və  alimin  yaĢayıb-yaratdığını  qeyd 
etmiĢdir [19]. 
Azərbaycanın  məĢhur  Ģairlərindən  ġəmsəddin  Təbrizi  «Kəlilə  və 
Dimnə»  üslubunda  yazdığı  «Fərid-əs-süluk»  əsərini    (1210-1214)  Atabəy 
Özbəyə ithaf etmiĢdir [20]. 
Təbriz  Ģəhəri  sufi  təriqətinin  görkəmli  nümayəndələrindən  ġəms 
Təbrizi,  Mahmud  ġəbüstəri,  hürufiliyin  banisi  Fəzlullah  Nəimi  kimi 
Ģəxsiyyətlərin vətəni olmuĢdur. 
Təsəvvüfün  ən  görkəmli  nümayəndələrindən  biri  ġeyx  Mahmud 
ġəbüstəri  (1287-1328)  məĢhur  «GülĢəni-raz»,  «Həqqül-yəqin»,  «Mirat-ül-
mühəqqiqin»,  «ġəhadətnamə»  və  «Səadətnamə»  əsərlərinin  müəllifidir.  O, 
Qəzalinin «Minhac-ül-abidin» əsərini ərəb dilindən fars dilinə tərcümə etmiĢdir 
[21]. 
Böyük  mütəfəkkir  Xacə  Nəsirəddin  Tusinin  Ģagirdlərindən  olan 
Hümam ibn Əlaəddin Fridun Təbrizi «dil əhli, elm sahibi, təbi xoĢ və dövlətli 
adam» [22] idi. Hümam klassik Ģerin müxtəlif formalarında ictimai məzmunlu 
bir çox əsərlər yazmıĢdır. ġair Təbrizi sevirdi. O, Təbriz haqqında məĢhur Ģer 
yazmıĢdır. Təbrizliləri gözdən salmaq istəyənlərə cavab olaraq yazırdı: «Təbriz 
yaxĢıdır,  orada  olan  bütün  Ģeylər  gözəldir,  onun  sakinləri  yüksək  fikir 
sahibləridirlər».  Həmdullah  Qəzvini  Hümamı  «Ürəyəyatan  Ģerlər  və  qəzəllər 
yazan Ģair» adlandırmıĢdır [23]. 
Azərbaycan  Ģeri  XIII  əsrə  nisbətən  XIV  əsrdə  daha  da  zənginləĢib 
inkiĢaf etmiĢdi. Bu əsrin ədəbiyyatı öz məzmunu etibarilə əvvəlki ədəbiyyatdan 
fərqlənirdi;  həmin  dövr  həyatı  daha  geniĢ  əks  etdirən  dastanlarda  meydana 
çıxırdı.  XIV  əsrin  görkəmli  Ģair  və  alimi  ġəmsəddin  Hacı  Məhəmməd  Əssar 
Təbrizi məĢhur dastannəvis olmuĢdur. Ġnsanın mənəvi gözəlliyindən bəhs edən 
«Mehr  və  MüĢtəri»  əsəri  romantik  poemadır.  Əbdürrəhman  Cami  həmin 
poemanı oxuduqdan sonra demiĢdi: «Bu adam təbrizlilərin üzünü ağartdı. Bəhr 
vəznində yazılmıĢ belə bir məsnəvini heç kəs deyə bilməz» [24]. 
XV əsrdə Təbrizdə KiĢvəri, Həqiqi, Hamidi, Süruri, Həbibi, Məğribi, 
MəĢriqi,  Əmir  Hümayun, ġəhidi,  Dəhəgi,  DərviĢ, Heyran,  Baba  Nəsibi,  Baba 
Fəğani,  Mir  Məqbul,  Mövlana  Bənai,  Lari,  Mütii,  Ənsari  Qumi,  Qətili,  Əhli 
ġirazi kimi Ģairlər yazıb-yaratmıĢlar. 


172 
 
«Həqiqi»  təxəllüsü  ilə  Azərbaycan  dilində  Ģer  yazan  Qaraqoyunlu 
hökmdarı  CahanĢahın  «Divan»ı  vardır.  Həsənbəy  Rumlu  yazır  ki,  CahanĢah 
zalım idi, lakin Ģairlərə hörmət edirdi və özü də Ģer yazırdı [25]. 
ƏĢrəf  Əbu  Hüseyn  ibn  Həsən  Təbrizi  XV  əsrin  məĢhur  Ģairlərindən 
biri  hesab  olunurdu.  Onun  dörd  cilddən  ibarət  qəzəl  və  qəsidələri  «Divan»ı, 
«Ünvan-ül-Ģəbab»,  «Xeyr-əl-ümür»,  «Baqiyat  əl-salihat»,  «Mücəddətat-üt-
təcəlliyat» əsərlərindən baĢqa məsnəviləri də vardır. O, Nizaminin «Məxzən-ül-
əsrar»ı müqabilində «Minhəs-ül-əbrar» (1432) Əsərini yazmıĢdır. Sonra «Leyli 
və  Məcnun»,  «Həft  ovrəng»  və  ya  «EĢqnamə»  əsərlərini  bitirmiĢdir.  ƏĢrəfin 
«Xəmsə»si  Azərbaycan  dilində  yazılmıĢdır.  Onun  «Xosrov  və  ġirin»  əsəri 
«Riyaz-ül-aĢiqin» adlanır [26]. 
XVI  əsrin  əvvəllərindən  Azərbaycan  Səfəvi  dövlətinin  təĢkili, 
Azərbaycan  ədəbi  dilinin  inkiĢafı,  onun  rəsmi  saray  və  dövlət  dili  olması  ilə 
əlaqədar  olaraq  Təbrizdəki  saray  Ģairlər  məclisinin  fəaliyyəti  daha  da 
qüvvətlənir.  ġah  sarayının  ədəbi  məclislərində  Süruri,  ġahi,  Matəmi,  Tüfeyli, 
Qasimi kimi məĢhur Ģer ustaları iĢtirak edirdilər. ġairlər    məclisinin baĢında    
məlik-üĢ-Ģüəra Həbibi dururdu. 
I  ġah  Ġsmayılın  (Xətai)  Azərbaycan  ədəbi  dilində  «Divan»ı  vardır. 
Ġsgəndərbəy  MünĢi  yazır:  «ġah  Ġsmayılın  Ģerdə  yüksək  təbiəti  var  idi.  Lakin 
türkcə  (Azərbaycanca)  Ģer  yazmağa  daha  artıq  həvəs  və  meyl  göstərirdi  və 
təxəllüsü  «Xətai»  idi.  ġair  Mövlana  Ümmidi  I  ġah  Ġsmayılın  qoĢunu  ilə 
Osmanlı sultanı I Səlimin qoĢunu arasında 1514-cü ildə Çaldıran vuruĢmasına 
həsr etdiyi Ģerindən aĢağıdakı bir beyti nümunə gətiririk: 
I  ġah  Ġsmayılın  Ģerdə  «Xətai»  təxəllüsü  olmasına  iĢarə  edən 
Ġsgəndərbəy  MünĢi  sözünə  əlavə  edərək  yazır  ki,  ġah  Ġsmayılın  «Xətai» 
təxəllüsü  var idi.  Bu sahədə  geniĢ Ģöhrət  tapdığı  üçün bəyana  ehtiyac  yox idi 
[27]. 
Sam  Mirzə  «Töhfe-ye  Sami»  təzkirəsində  təbrizli  Ģairlərdən  Hafiz 
Çirkin, Mövlana ġahidi, Mirzə Məhəmmədəli, Fani, Qövsi, Nuri, Nami, Fərdi, 
EĢqi,  Hasili, Fəsihi, Seyrəfi, Vəsli, Meyli, Xeyri, Nisti, Zülali, Nəbati, Mərufi, 
Xalisi,  Fədai,  Məcdi  Məhəmməd  əl-Hüseyni  isə  (XVI  əsrin  sonu)  özünün 
«Zinət-ül-məcalis»  əsərində  Bənde-ye  Təbrizi,  Xacə  Təbrizi,  Mirzə 
Məhəmməd Kuzekonani, Hafiz Hüseyn Kərbəlayı Təbrizi isə «Rovzat-ül-cinan 
və cənnat ül-cinan» əsərində ġərəfəddin Mahmud «Tayibi» təxəllüslü Ģairlərin 
adını çəkirlər [28]. 
I ġah Ġsmayılın saray Ģairlərindən biri olan  «Fəhmi» təxəllüslü Əmir 
ġəmsəddin Məhəmməd doqquz il sədr vəzifəsində iĢləmiĢdir. Onun min beytlik 
qəsidə,  qəzəl,  rübaisi  vardır.  Qazi  Əhməd  Qumi  Həmzə  Mirzənin  əmrilə 
Təbrizdə onun Ģerlərini bir yerə toplayıb «Divan» Ģəklinə salmıĢdır [29]. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə