SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə81/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   77   78   79   80   81   82   83   84   ...   116

167 
 
4. Təbriz  üsyanı  məğlub  oldusa  da,  üsyançıların  bir  sıra  tələbləri 
yerinə  yetirildi.  ġah  Təhmasib  bir  sıra  vergi,  mükəlləfiyyətlər  və  cərimələri 
ləğv etməyə məcbur oldu. 
1585-ci ildə Təbriz əhalisi, xüsusilə orta və aĢağı təbəqə Ģəhər hakimi 
Əmir xanın özbaĢınalığına qarĢı etiraz əlaməti olaraq onun mülazimlərini tutub 
öldürürlər. Üsyançılar Əmir  xanın sarayına hücum edirlər. Lakin  üsyan etmiĢ 
Təbriz  əhalisinin  Əmir  xan  və  onun  mülazimlərindən  intiqam  alacağından 
vahiməyə  düĢən  Həmzə  Mirzə  (Sultan  Məhəmmədin  oğlu)  onları  bu  iĢdən 
çəkindirir  və  özü  Əmir  xanı  ələ  keçirib  öldürəcəyini  vəd  edir.  1585-ci  il 
fevralın 18-də Əmir xan tutulub həbsə alınır və orada öldürülür [624]. 
Orta əsr müəllifləri çox vaxt Təbrizdə baĢ verən hərəkatı təfərrüatı ilə 
iĢıqlandırmaqdan çəkinsələr də, bəzi faktları inkar edə bilməmiĢlər. H. 1014-cü 
il cəmadiüssani (oktyabr, 1605) hadisələrindən bəhs edən Ġsgəndər MünĢi yazır 
ki,  «Osmanlı  sərkərdəsi  Cığal  oğlunun  Təbrizə  hücumu  Ģayiəsi  ilə  əlaqədar 
olaraq  ġah  Təbriz  qalasını  möhkəmləndirmək  üçün  Pirbudağı  Təbrizə 
göndərdi. ġəhərdə əclaf və ovbaĢlar iğtiĢaĢ qaldırmıĢdılar. Sipahilər də onlara 
qoĢulmuĢdular. Lakin Pirbudaq tacirlərin mallarını qarət etmiĢ bir neçə ovbaĢı 
öldürüb baĢlarını nizəyə taxdıraraq Ģəhərdə gəzdirtdirirdi. Bundan sonra iğtiĢaĢ 
yatırıldı» [625]. 
Sinfi mübarizənin bir forması da hakim və  ya onun mülazimlərindən 
Ģaha  kollektiv surətdə Ģikayət ərizəsi verilməsi idi. H. 1064 (1653-54)-cü ildə 
Təbriz  əhalisinin  vergi  verən  və  yoxsul  kütləsi  Ģəhər  hakimi  Əliqulu  xan  və 
onun  mülazimlərinin  zülmündən  cana  gələrək  II  ġah  Abbasa  Ģikayət  ərizəsi 
yazırlar. Bu vaxt Təbriz Ģəhəri Əliqulu xanın tiyulu idi. ġikayətçilərin ərizəsini 
yerində yoxlamaq üçün II ġah Abbas Əli bəy və Ġbrahim bəyi Təbrizə göndərir. 
Yoxlama  nəticəsində  «rəiyyətin  Ģikayətinin  düzgün  və  zalimlərin  zülmünün 
hədsiz olduğu» aĢkar edildi. Əliqulu xan, onun qardaĢı oğlu Bicən Sultan (həm 
də  onun  müavini  idi)  tutulub  Ələmut  qalasında  həbsə  alındılar.  ġikayət 
nəticəsində  Əliqulu  xanın  zülm  ilə  yoxsullardan  aldığı  pullar  sahiblərinə  geri 
qaytarıldı [626]. 
Sinfi mübarizənin digər formalarından biri də Təbriz əhalisinin yadelli 
feodallara  qarĢı  azadlıq  hərəkatı  və  üsyanı  idi.  Hər  dəfə  Osmanlı  iĢğalçıları 
Təbrizi  ələ  keçirmək  istərkən  QızılbaĢ  ordusu  ilə  yanaĢı,  təbrizlilər,  xüsusilə 
aĢağı və yoxsul təbəqə düĢmən qüvvəyə və onlarla saziĢə girən yerli feodallara 
qarĢı silahlı mübarizəyə qalxırdı [627]. 
 
 
 


168 
 
BEġĠNCĠ FƏSĠL. 
 
XIII-XVII ƏSRLƏRDƏ TƏBRĠZDƏ ELM VƏ MƏDƏNĠYYƏT 
 
Monoqrafiyanın həcmi Təbrizdə elm, mədəniyyət və incəsənət barədə 
ətraflı  bəhs  etməyə  imkan  vermir.  Bu  fəsildə  qısa  da  olsa,  bir  sıra  məsələləri 
oxucuların nəzərinə çatdırmağı zəruri hesab edirik. 
XI-XII  əsrlərdə  ġərq  xalqları  mədəniyyəti  ilə  sıx  əlaqə  və  qarĢılıqlı 
münasibətlərdə  inkiĢaf  edən  Azərbaycan  mədəniyyəti  XIII  əsrin  əvvəllərində 
monqolların Azərbaycana yürüĢü nəticəsində tənəzzülə uğradı. Monqol istilası, 
dağıdıcı  müharibələr  Azərbaycan  mədəniyyətinin  inkiĢafına  sarsıdıcı  zərbə 
endirdi. «...incəsənət, zəngin kitabxanalar, mükəmməl kənd təsərrüfatı, saraylar 
və  məscidlər  hər  Ģey  yerlə  yeksan  edilirdi»  [1].  Bütün  bunlara  baxmayaraq, 
monqollar  Azərbaycan  mədəniyyətini  tamamilə  məhv  edib  aradan  çıxara 
bilmədilər. Azərbaycanda məhsuldar qüvvələrin tədricən dirçəlməsi nəticəsində 
xalq öz keçmiĢ zəngin mədəniyyətini bərpa və inkiĢaf etdirməyə imkan tapdı. 
Azərbaycan  alimləri  tarix,  astronomiya,  təbabət,  riyaziyyat,  məntiq,  fəlsəfə, 
coğrafiya və s. elm sahələri ilə məĢğul olaraq qiymətli əsərlər yaradırdılar. Bu 
dövrdə  Azərbaycanın  mədəniyyət  mərkəzləri  sırasında  Təbriz  xüsusi  yer 
tuturdu.  Təbrizdə  görkəmli  elm  və  mədəniyyət  xadimləri,  memarlar,  alimlər, 
Ģairlər  nəsli  yetiĢirdi.  Azərbaycan  və  Yaxın  ġərqin  bir  sıra  alimləri  Təbrizdə 
toplaĢaraq geniĢ Ģöhrət qazanmıĢ əsərlər yaradırdılar. 
XII əsrin birinci yarısında təbrizli alim Fəxrəddin Əbülfəzl Ġsmayıl ibn 
əl-Müsənna  1145-46-cı  ildə  fars  dilində  «Tarix-i  Azərbaycan»  adlı  əsər 
yazmıĢdı [2]. 
XIV  əsrin  əvvəllərində  yazılmıĢ  tarixi  əsərlərdən  biri  RəĢidəddinin 
«Cami-ət-təvarix»  əsəridir.  Azərbaycan  və  bir  sıra  ġərq  ölkələrinin  tarixini 
öyrənmək baxımından çox qiymətli  mənbə  olan bu əsər  «orta  əsr  ġərqinin ən 
əhəmiyyətli  yazılı  abidəsidir»  [3].  Əbülqasim  KaĢani  (-1338)  qeyd  edir  ki, 
Xacə  RəĢidəddin  bu  əsəri  Ulcaytu  Sultan  Məhəmmədə  təqdim  edərkən 
müqabilində o qədər soyurqal və hədiyyə aldı ki, heç bir padĢah o qədər ənam 
verməmiĢdi [4]. 
«Cami-ət-təvarix»  əsəri  Təbrizdə  yazılmaqla  bir  növ  Yaxın  və  Orta 
ġərqdə Azərbaycan tarixĢünaslıq məktəbində yeni bir mərhələ əmələ gətirdi və 
sonrakı tarixĢünaslıq üçün zəmin yaratdı. 
XIV əsrin görkəmli Azərbaycan tarixçilərindən biri də təbrizli Əhməd 
ibn  Məhəmməddir.  O,  «Tarix  əl-nəvadir»  və  mənzum  «ġahənĢahnamə» 
əsərlərinin müəllifidir. «ġahənĢahnamə» əsərində ən qədim dövrlərdən 1338-ci 
ilə qədər baĢ vermiĢ hadisələr öz əksini tapmıĢdı. Əsər Elxani Əbu Səidə ithaf 
olunmuĢdu [5]. 


169 
 
Təbrizin  ġam  Qazan  məhəlləsindən  olan  Nizaməddin  ġami  1401-
1402-ci illərdə Teymurun təklifilə «Zəfərnamə» əsərini yazmıĢdır. Nizaməddin 
ġami,  Həsən  bəy  Rumlu  və  Ġsgəndər  bəy  MünĢi  kimi  məĢhur  Azərbaycanlı 
tarixçilər  əsərlərində  Azərbaycan  tarixi  ilə  yanaĢı,  Ġran  və  ona  qonĢu  olan 
ölkələrdə baĢ vermiĢ hadisələri də əks etdirmiĢlər. 
XIII-XV  əsrlərdə  olduğu  kimi,  Səfəvilərin  hakimiyyəti  dövründə  də 
Təbriz  tarixĢünaslıq  məktəbi  inkiĢaf  edir.  Azərbaycan  tarixçiləri  ilə  Ġran 
tarixçiləri  arasında  əlaqə  geniĢlənir.  Belə  ki,  Həsən  bəy  Rumlu,  Ġsgəndər  bəy 
MünĢi, Vəlixan ġamlu, Bicən kimi Azərbaycan tarixçiləri Azərbaycan tarixi ilə 
yanaĢı  Ġranda  baĢ  verən  tarixi  hadisələri  öz  əsərlərində  əks  etdirdikləri  kimi, 
Qazi  Əhməd  Qaffari,  Qazi  Əhməd  Qumi,  Cəlaləddin  Məhəmməd  Münəccim 
Yəzdi,  Fəzli  Ġsfahani,  Cünabədi,  Məhəmməd  Tahir  Vəhid,  Məhəmməd  Yusif 
Qəzvini  və  b.  Ġran  tarixçiləri  də  öz  əsərlərində  Ġran  tarixi  ilə  yanaĢı, 
Azərbaycanda baĢ verən hadisələri qələmə almıĢdılar. 
Feodal saray tarixçilərinin əsərlərində əsasən dövrün siyasi hadisələri, 
Ģahların fütuhatı və  iĢğalçı  siyasətləri öz  əksini tapmıĢdı.  Bu dövrdə Təbrizdə 
təbabətə aid bir sıra əsərlər yazılır və ya baĢqa dillərdən fars dilinə tərcümələr 
edilir. 
XIII əsrin sonu - XIV əsrin əvvəllərində yaĢamıĢ görkəmli əczaçı alim 
Mahmud  ibn  Ġlyas  1260-cı  ildə  «Elmi-tibb»,  sonralar  isə  «Müxtəsər  ət-tibb», 
«Ġnayət-ül  fi  tibb»  (Tibb  elminə  kömək),  «Kitab  əl-xəfi  fi  elm  əl-mədavi» 
(«Müalicə  elmi  haqqında  kitab»)  əsərlərini  yazmıĢdı.  Tibb  və  fəlsəfə  elmləri 
sahəsində görkəmli alim Əbu Abdulla Məhəmməd ibn Namvər Təbrizi (1194-
1245)  tibbə  aid  «Ədvar  əl-həmiyyat»  əsərini  yazmıĢdır  [6].  Filosof  və 
riyaziyyatçı ġəmsəddin Übeyd Təbrizi bütün elmlərə dərindən bələd idi. Alim 
«Risalət-ül-hesab»  («hesab  kitabı),  «ġərhi-mətale»  və  «Mətne-iqlides» 
əsərlərinin  müəllifidir [7]. Əssar Təbrizi isə  riyaziyyat elmi sahəsində  təbrizli 
alim  Əbdülsəmədin  Ģagirdi  idi.  Nücum,  riyaziyyat  və  təbabət  sahəsində 
görkəmli alim olan  
Hümam  ibn  Məhəmməd  Təbrizi  «Kitab  əl-irĢad  fi 
mərifət-ül-ədad» əsərini yazıb ġirvanĢah ġeyx Ġbrahimə ithaf etmiĢdi [8]. 
XIII-XV  əsrlərə  nisbətən  dəqiq  elmlərin  zəifləməsinə  baxmayaraq, 
XVI  əsr  Azərbaycan  Səfəvi  dövlətində  və  XVII  əsrdə  Ġran  və  Azərbaycanda 
elm və bilik sahəsində müvəffəqiyyət qazanılmıĢdır. ġarden əlavə edərək yazır 
ki, «onlar hətta çinlilərdən də irəlidə gedirlər. Onlar alim və tələbələri sevirlər. 
Bütün həyatlarını elm və biliyə sərf edirlər. Ailəli olmaq, çoxuĢaqlılıq, məqam 
və vəzifə, hətta yoxsulluq onları elm ilə məĢğul olmaqdan çəkindirmir» [9]. Bu 
dövrdə  riyaziyyat  elmi  sahəsində  müəyyən  dərəcədə  inkiĢaf  nəzərə  çarpırdı. 
ġeyx  Mahmud  ġəbüstərinin  xələflərindən  ġeyx  Abdulla  ġəbüstərizadə 
riyaziyyat  sahəsində  bir  sıra  əsərlər,  o  cümlədən  «heyətdə  maaric»,  «Riyazi-
Rizvan»,  «Kitabi-meyar»,  «Risale-yi  cami  cahannüma»,  «Risale-yi  qovs  və 
qəzəh» yazmıĢdır [10]. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə