SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə77/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   73   74   75   76   77   78   79   80   ...   116

159 
 
Tamğanın ləğvi ilə vəziyyət nisbətən yülgülləĢdisə də, I ġah Təhmasib 
«mal  toplamaq  üçün  min  cür  iĢlərə  əl  atırdı  ki,  bu  da  heç  bir  Ģaha  və  ya  adi 
adama yaraĢan iĢlər deyildi» [662]. 
Hər  evdən  beĢdə  bir  icarə  haqqı  alınırdı.  Xristianlar  isə  xane-Ģomari 
adı  altında  hər  evdən  5-8  dukat  [563]  pul  verməli  idilər.  40  baĢ  qoyunu  olan 
adamdan  15  bisti,  hər  baĢ  öküz  üçün  ildə  2  dukat  vergi  alınırdı.  Baqların 
suvarılması  üçün  9  abbası,  bazarda  bir  at  və  ya  qatır  satıldıqda  yarım  abbası 
vergi alınırdı. 15 yaĢına çatmıĢ qeyri-müsəlmanlar səranə olaraq hər biri 7 livr 
[564], 10 sel, 20 yaĢına çatmıĢ cavanlar isə 15 livr verməli idi. Mal-qara baĢı 
kəsildikdə  hər  baĢ  heyvan  üçün  2  sel,  6  denyə,  hər  bir  100  batmanlıq  ticarət 
yükündən  15  denyə  vergi  alınırdı.  Gömrük  məmurları  ticarət  mallarını  açıb 
yoxlamadan hər  yük  üçün 5  sel  alırdılar [565]. Bazarda  satılan hər bir qoyun 
üçün  bir  kazbeki  alınırdı  [566].  Hamam  iĢçilərindən  dəllək,  güzgü  tutan, 
həcəmət  salan,  xətənə  edən,  paltar  saxlayan,  kisə  çəkən,  su  tökən  və  digər 
xidmətçilərdən  ələfə,  ülufə,  qonalğa,  alam,  biyar,  Ģikari,  tərh,  dəstəndaz,  
piĢkeĢ,  salamı, eydi,  novruzi, tüfəngçi pulu, quĢ pulu alınırdı. Həmin vergilər I 
ġah  Abbasın  hakimiyyətinin  sonuna  qədər  davam  edirdi.  Yalnız  1629-cu  ilin 
avqust ayında I ġah Abbasın fərmanı ilə həmin vergi ləğv olundu [567]. 
I  ġah  Abbasın  vergi  islahatı  vəziyyətin  nisbətən  yüngülləĢməsinə 
səbəb oldusa da, lakin ondan sonra hakimiyyət baĢına gələn Səfəvi hökmdarları 
vergilərin  miqdarını  artırdılar.  Tavernye  yazır  ki,  tacirlər  gömrük  pulu 
verməkdən imkan daxilində imtina edirdilər. Əgər onlar qoyulmuĢ qayda  üzrə 
vergi  versəydilər,  malların  qiyməti  xeyli  dərəcədə  artmıĢ  olardı,  ticarət  gəliĢ-
gediĢi kəsilərdi [568]. 
Osmanlı  -  Səfəvi  müharibələri  dövründə  fövqəladə  vergilər  əhalini 
təngə  gətirmiĢdi.  Bundan  əlavə,  Ģah,  Ģəhər  hakimi  və  ayrı-ayrı  feodallar 
mütəmadi olaraq yoxsul və vergi verən kütləni biyara cəlb edirdilər. Biyardan 
imtina edənlər kələntərə müəyyən miqdar pul verməli idilər. QoĢun saxlamaq, 
silah almaq və s. bəhanələrlə alınan siyursat vergisi də əhalini bezdirmiĢdi. Bu 
vergi çox ağır idi və tədricən daimi vergiyə çevrilirdi. 
Bütün  bu  faktlar  geniĢ  xalq  kütləsinin  ağır  iqtisadi  vəziyyətini  və 
hüquqsuzluğunu göstərir. Buna görə də Təbriz əhalisi, xüsusilə aĢağı təbəqə  -
sənətkarlar, xırda alverçilər, Ģəhər yoxsulları Ģah və onun dövlət məmurlarına, 
feodalların özbaĢınalığına və zülmünə qarĢı qəti mübarizə aparırdılar. 
Orta  əsr  saray  tarixçiləri  Azərbaycanda,  eləcə  də  Təbrizdə  xalq 
kütləsinin  hakim  sinfə  qarĢı  mübarizəsini  lazımi  qədər  iĢıqlandırmamıĢdılar. 
ġübhəsiz,  bu  da  onların  sinfi  mövqelərindən  irəli  gəlirdi.  ġəhərin  aĢağı 
təbəqəsinin  istismarının  daha  da  Ģiddətlənməsi  özlüyündə  istismarçılarla 
istismar  olunan  siniflər  arasında  ziddiyyətin  daha  da  kəskinləĢməsinə  səbəb 
olurdu. Bu ziddiyyət və ictimai bərabərsizlik hətta dövrün aĢıq mahnılarında da 
öz əksini tapmıĢdı. AĢıq Tufarqanlı Abbas bir mahnıda əhalinin varlı və yoxsul 


160 
 
təbəqəyə  bölünməsini,  yoxsul  təbəqənin  acınacaqlı  həyat  keçirməsini  belə 
təsvir etmiĢdir: 
 
Adam var geyməyə tapammaz bezi,  
Adam var, al geyr, Ģalı bəyənməz.  
Adam var ki, çörək tapmaz dünyada,  
Adam var ki, yağ yeyər, balı bəyənməz [569]. 
 
ġiddətli zülm, feodal əyanları və məmurlarının özbaĢınalığı, ağır vergi 
və  mükəlləfiyyətlər,  ardıcıl  feodal  müharibələri,  aclıq,  yoluxucu  xəstəliklər 
yoxsul kütləni var-yoxdan çıxarıb əldən salmıĢdı. Amansız zülm və iĢgəncələrə 
baxmayaraq,  xalqı  birləĢməyə  və  zülmkarlara  qarĢı  mübarizəyə  çağıran 
mahnılar da yaranırdı: 
 
El bir olsa, dağ oynayar yerindən. 
Söz bir olsa, zərbi gərən sındırar [570]. 
 
Bu  sözləri  deyənləri,  zülmə  qarĢı  mübarizə  aparanları  orta  əsr  saray 
müəllifləri  və  hakim  sinif  «əcamir»,  «ovbaĢ»,  «ronud»,  «əclaf», 
«forumayeqan»  (alçaq  adamlar)  adlandırırdılar.  Ġranın  müasir  burjua  alimləri 
Məhəmməd  Cavad  MəĢkur,  Əbdüləli  Karəng  və  baĢqaları  da  orta  əsr 
müəllifləri kimi, feodalların özbaĢınalığına, Ģahlıq diktaturasına qarĢı mübarizə 
aparan  üsyançıları  «lotular»,  üsyan  baĢçılarını  isə  «lotuların  baĢçıları»  kimi 
qeyd etmiĢlər [571]. 
Mənbələrdə  XVI  əsrin  birinci  rübündə  Təbrizdə  sinfi  mübarizə 
haqqında  məlumat  yoxdur. Görünür, bu dövrdə  sinfi  mübarizə  zəif olmuĢdur. 
Ehtimal  ki,  bu  məsələ  Səfəvilərin  hakimiyyətini  möhkəmləndirmək  üçün 
sufilik təriqətinin geniĢ yayılması,  Ģiəliyin Səfəvi dövlətini müdafiə etməsi və 
Səfəvi  dövləti  təĢkil  olunarkən  I  ġah  Ġsmayılın  xalqa  verdiyi  bir  sıra  vədlərlə 
əlaqədar idi. Ġ. P. PetruĢevski haqlı olaraq qeyd edir ki, ġah Ġsmayıl geniĢ xalq 
kütləsi  arasında  məĢhurlaĢmıĢdı.  Əksinə,  onun  oğlu  I  ġah  Təhmasib  əhalinin 
rəğbətini  qazana  bilməmiĢdi  [572].  Məhz  buna  görə  də  Alessandri  yazır  ki, 
Təbriz  əhalisi  digər  Ģəhərlərin  əhalisi  qədər  ġah  Təhmasibə  hörmət  etmirdi 
[573]. Lakin əslində Ġran və Azərbaycan xalqı ən qədim dövrlərdən belə Ģahlıq 
üsuli-idarəsinə qarĢı mübarizə aparmıĢ və ən nəhayət, 1979-cu il fevral inqilabı 
nəticəsində 2500 illik Ģahlıq rejiminə son qoyulmuĢ və respublika yaranmıĢdı. 
I ġah Təhmasib hakimiyyətinin ilk illərində Təbrizdə ona qarĢı üsyan 
baĢlamıĢdı.  Fəzli  Ġsfahani  h.  946  (1539-40)-cı  il  hadisələrindən  bəhs  edərək 
yazmıĢdı:  «Təbrizdə  bir  dəstə  tərəfindən  səhlənkarlıq  baĢ  vermiĢdi.  ġah 
Təhmasibin  əmrilə  onları  üzü  arxaya  uzunqulaqların  üstünə  mindirib  Ģəhəri 
gəzdirdilər  ki,  baĢqalarına  ibrət  dərsi  olsun»  [574].  Həsənbəy  Rumlunun 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə