SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə74/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   70   71   72   73   74   75   76   77   ...   116

153 
 
olunan darğanın vəzifəsi intizamı qorumaqdan ibarət idi. O, cinayət iĢlərinə də 
baxırdı. Lazım gəldikdə müqəssirləri cərimə edir və ya həbsə saldırırdı. Darğa 
öz  istədiyi  kimi  hər  hansı  bir  Ģəxsi  edam  da  etdirə  bilərdi.  Kempfer  sözünə 
davam  edərək  yazırdı:  «Onun  idari  vəzifəsi  vardır.  Bu  vəzifə  ona  çoxlu  var-
dövlət  gətirir»  [516];  Darğa,  vəzifəsindən  istifadə  edərək  geniĢ  xalq  kütləsini 
soyurdu.  Buna  görə  də  əhali  darğaya  nifrət  edirdi.  Sanson  bu  barədə  belə 
yazırdı:  «Darğalıq  iĢi  çox  alçaq  iĢ  hesab  olunurdu.  Hamı  ona  nifrət  edirdi» 
[517]. 
XVII  əsrdə  Təbriz  Ģah  tərəfindən  tiyul  olaraq  müəyyən  olunmuĢ  və 
xan ləqəbi almıĢ Azərbaycan bəylərbəyisinin ixtiyarına verilmiĢdi. Hakimlər də 
darğalar  kimi  əhalini  soyur,  onlara  zülm  edir,  istədikləri  kimi  vergi 
toplayırdılar.  1653-cü  ildə  Ģəhər  əhalisi  Təbriz  hakimi  Əliquluxandan  Ģaha 
Ģikayət  edir.  ġah  məsələni  yoxlamaq  üçün  oraya  öz  nümayəndəsini  göndərir. 
Məhəmməd  Yusif  Qəzvini  yazır  ki,  rəiyyətin  Ģikayəti  düzgün  olduğundan 
Əliqulu  xan  qardaĢı  oğlu  Bicən  sultanla  birlikdə  Ələmut  qalasında  həbsə 
alınırlar  [518].  Əyalət  hakimləri  eyni  vaxtda  mərkəzi  Ģəhərin  hakimi  hesab 
olunurdular.  Azərbaycan  bəylərbəyisi  eyni  zamanda  Təbriz  Ģəhərinin  hakimi 
sayılırdı. ġarden yazır ki, böyük əyalət bəylərbəyilərinin mərkəzi Ģəhərlərdəki 
(o  cümlədən  Təbrizdə  -  S.  O.)  dəbdəbəli  saraylarında  müxtəlif  mərasimlər 
keçirilirdi.  Əyalət  hakiminin  saray  xidmətçilərinin  tərkibi  də  eynilə  Ģahın 
sarayında  olduğu  kimi  idi.  Hətta  onların  da  musiqiçi  və  rəqqasələrdən  ibarət 
xüsusi dəstələri var idi [519]. XVII əsrin ortalarında Təbriz  əyalətinin hakimi 
əsas yer tuturdu. ġardenin yazdığına görə, Təbriz hakiminin ildə 30 min tümən 
mədaxili var idi [520]. 
Ġctimai-iqtisadi  vəziyyətinə  görə  müsəlman  Ģiə  ruhaniləri  iki 
kateqoriyaya bölünürdü: 1) ali dərəcəli ruhanilər; 2) aĢağı təbəqəyə məxsus din 
xadimləri  [521].  Buraya  dərviĢlər,  rovzəxanlar,  azançılar,  hafizlər  (Quranı 
əzbərdən  avazla  oxuyanlar  -  S.  O.),  seyidlərin  aĢağı  təbəqəsi,  dəfn 
mərasimlərini  keçirən  mollalar  və  b.  daxil  idi.  Ali  təbəqəyə  mənsub  olan 
müsəlman Ģiə ruhaniləri Səfəvi dövlətinin əsas dini istinadgahı olmaqla yanaĢı, 
həmin dövlətə arxalanırdılar. Çünki Səfəvi dövlət baĢçıları özləri Ərdəbilin ali 
dini  ruhani  təbəqəsindən  idilər.  I  ġah  Ġsmayıl  və  ondan  sonra  hakimiyyətə 
keçmiĢ digər Səfəvi Ģahları həm din, həm də dövlət baĢçıları olduğundan [522] 
Səfəvi hökmdarları ali təbəqəyə mənsub olan Ģiə ruhanilərini maddi və mənəvi 
cəhətdən  müdafiə  edirdilər.  Adam  Oleari  yazır  ki,  «Seyid  nəslindən  olanlar 
Ģəhərlərdə  yaĢayırdılar.  Onların  çoxlu  var-dövləti,  əmlakı  var  idi.  Həmin 
adamlar  bütün  vergilərdən  azad  olunduqları  üçün  özlərini  çox  təkəbbürlü 
aparırdılar» [523]. 
Təbrizdə  də  seyidlərin  yuxarı  təbəqəsinin  nümayəndələri  yüksək 
vəzifələrdə idilər. Bu vəzifələr hətta çox vaxt irsi xarakter daĢıyırdı. Məsələn, 
XVI  əsrin  ortalarında  Təbrizdə  Ģeyx-ül-islam  vəzifəsi  Ġnayətullaya 


154 
 
tapĢırılmıĢdı.  O,  vəfat  etdikdən  sonra  onun  oğlu  Mövlana  Məhəmməd  Əli 
1585-ci ilə qədər bu vəzifəni icra etdi [524]. 
Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin  ana  nəslindən  olan 
Əbdulvahabiyyə  seyidləri  nəsillikcə  «Nəsriyyə»  məscidinə  vəqf  edilmiĢ 
əmlakın  mütəvəllisi  olmuĢlar.  Mir  Əbdülvahab  Ağqoyunlu  hökmdarı  Sultan 
Yaqubun  hakimiyyəti  dövründə  Təbrizin        Ģeyx-ül-islamı        idi  [525]. 
«Əbdülvahabiyyə»  nəsli  də  onun  adı  ilə  bağlıdır.  1515-ci  ildə  I  ġah  Ġsmayıl 
tərəfindən  elçi  sifətilə  Türkiyəyə  göndərilən        Əbdülvahab  1527-ci  ilə  qədər 
orada qalıb, on iki min QızılbaĢ papağı tikib yaydığı üçün Osmanlı sultanının 
əmrilə  öldürüldü.  Bu  xəbəri  eĢidən  I  ġah  Təhmasib  onun  övladlarını 
Azərbaycanın  qazi-ül-qüzzatı  və  qoĢun  qazisi  təyin  etdi.  Əvvəlki 
soyurqallardan    əlavə,    Azərbaycanda    yaĢayan    qeyri-müsəlmanlardan    ildə 
səranə  (adambaĢına)  adı  ilə  alınan  altı  dinar  vergi  onlara  soyurqal  kimi 
verilirdi.  Fəzli  Ġsfahani  yazırdı:  «O  vaxtdan  indiyə  qədər  (1617-ci  il)  həmin 
soyurqallar Əbdülvahabiyyə seyidlərinin ixtiyarındadır [526]. Əbdülvahabiyyə 
nəslinə  verilmiĢ  bu  soyurqallar  heç  bir  Ģərt  qoyulmadan  irsi  olaraq  uzun 
müddət  qalmıĢdı  və  hər  dəfə  hakimiyyət  baĢına  keçən  Səfəvi  hökmdarları 
tərəfindən rəsmiləĢdirilirdi.  II ġah  Abbas  tərəfindən   1657-ci   ildə   verilmiĢ  
fərmanla    1638-ci  ildə I ġah Səfi dövründə  verilmiĢ  fərman təsdiq olunurdu. 
Fərmana görə, Əbdülvahabiyyə nəslindən olan əmir Abdullaya Təbrizdən əldə 
edilən mədaxil və vergidən 3 tümən 695 dinar soyurqal verilmiĢdir. O öldükdən 
sonra  yuxarıda  göstərilən  məbləğ  onun  oğlu  Mir  Məhəmməd  Ġbrahimə    
çatırdı.  Həmin  məbləğdən  əlavə,  ona  Azərbaycanda  yaĢayan  qeyri-
müsəlmanlardan  alınan  6  dinar  səranə  vergisindən  bir  dinar  soyurqal  olaraq 
məvacib  verilirdi.  Deməli,  adambaĢına        alınan  səranə  vergisinin  beĢdə  bir 
hissəsi Mir Məhəmməd Ġbrahimə verilirdi [527]. Hətta XVIII əsrin əvvəllərində 
də Əbdülvahabiyyə seyidləri səranə vergisindən müəyyən haqq alırdılar [528]. 
Ali  təbəqədən  olan  ruhani  xadimlərə  çox  vaxt  əmlak  da  soyurqal 
verilirdi.  I  ġah  Ġsmayıl  1508-ci  il  25  aprel  tarixli  fərmanı  ilə  Təbrizdəki  Xan 
Əhməd bağını soyurqal olaraq Seyid Süleymana bağıĢlamıĢdı [529]. Ali ruhani 
təbəqəsi  vergilərdən  azad  olmaqla  yanaĢı,  vəqf  əmlakına  mütəvəlli  təyin 
edilirdi.  Təbrizdə  Qazaniyyə,  RəĢidiyyə,  Müzəffəriyyə,  Nəsriyyə,  Sadiqiyyə 
məscidlərinə  xeyli  əmlak  vəqf  olunmuĢdu.  Həmin  vəqf  əmlakı  sədrlərin 
nəzarəti və təqdimatı ilə seyidlərə tapĢırılırdı. Mütəvəlli vəqf əmlakından gələn 
mədaxili  toplayır  və  onun  xərclənməsinə  Ģəxsən  nəzarət  edirdi.  Bir  çox 
mahallarda mütəvəlli eyni vaxtda həm də Ģəhərin kələntəri vəzifəsini aparırdı. 
Ana  tərəfdən  CahanĢah  nəslindən  olan  Əbdülhüseyn  Təbrizdə  Müzəffəriyyə 
məscidinin  mütəvəllisi  olduğu  halda,  həm  də  1585-ci  ilə  qədər  Təbrizin 
kələntəri vəzifəsində iĢləmiĢdir [530]. 
Səfəvilərin  hakimiyyəti  dövründə  ali  din  xadimləri  təkcə  dini 
vəzifələrdə  deyil,  həm  də  dünyəvi  vəzifələrdə  (kələntər  vəzifəsindən  tutmuĢ 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə