SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə84/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   80   81   82   83   84   85   86   87   ...   116

176 
 
bir  kərpicin  ağırlığı  10  batman  idi.  Orada  gündə  14400  nəfər  adam  iĢləyirdi» 
[43]. 
RəĢidəddin Təbrizin Ģimal-qərbində «Rəb-i RəĢidi» və ya «ġəhristane-
RəĢidi»  adlı  kiçik  Ģəhər  saldırmıĢdı.  Ora  «RəĢidiyyə»  də  adlanırdı. 
Qazaniyyədən  fərqli  olaraq  Rəb-i  RəĢidi  Qazan  xanın  Təbrizin  ətrafına 
çəkdirdiyi  hasar  daxilində  yerləĢirdi.  Rəb-i  RəĢidi  iki  hissədən  ibarət  idi. 
Birinci  sahənin  əsası  daha  əvvəl  qoyulmuĢ,  sonralar  həmin  sahə 
geniĢləndirilmiĢdir.  Əlavə  saraylar  tikdirilir,  arxa  tərəfinə  hasar  çəkdirilir  və 
əvvəlki hasara əlavə edilərək kənarında baĢqa bir darvaza tikdirilir [44]. Rəb-i 
RəĢidinin əsasının 1300-cü ildən əvvəl qoyulduğunu ehtimal etmək olar. 
V.  V.  Bartold,  Ġ.  P.  PetruĢevski,  Ə.  Ə.  Əlizadə,  A.  Ġ.  Falina  və 
baĢqaları  «Rəb-i  RəĢidi»  sözünü  «Rüb-i  RəĢidi»  kimi  oxumuĢlar.  Əslində 
«rüb»  sözü  ərəb  dilində  dörddə  bir  deməkdir.  «Rəb»  isə  yaĢayıĢ  yeri,  saray, 
məhəllə  və  ya  əsası  yaz  fəslində  qoyulmuĢ  binaya  deyilir.  Sənai,  Nizami, 
Cəlaləddin  Rumi,  Sədi  öz  Ģerlərində  həmiĢə  «rəb»  sözünü  yuxarıda  qeyd 
etdiyimiz mənada iĢlətmiĢlər [45].  
Rus  ĢərqĢünası  Ġ.  Berezin  və  fransız  ĢərqĢünası  r  BloĢĢe  də  öz 
əsərlərində  bu  sözü  düzgün  olaraq  «Rəbi  RəĢidi»  oxumuĢlar.  Həqiqətən  abad 
bir Ģəhər olan Rəb-i RəĢididə 30 min ev, 1500 dükan, 24 karvansara, mədrəsə 
binaları  xəstəxana  (dar-əĢ-Ģəfa),  müəllimlər  evi,  həkimlər  evi,  tələbələr  üçün 
yaĢayıĢ evləri, əczaxana, universitet binası, zərrabxana, kağız hazırlayan bina, 
boyaqçılıq,  toxuculuq  karxanaları,  məscid,  kitabxana,  yoxsullar  evi  (dar  əl-
məsakin),  qonaq  evi  (dar-ül-ziyafə),  dəyirman  və  s.  tikilmiĢdi.  «Rəb-i  RəĢidi 
vəqfnaməsi»ndə həmin binalar haqqında ətraflı məlumat verilir [46]. Təbrizdə 
ardıcıl olaraq baĢ verən Ģiddətli zəlzələləri nəzərə alaraq Rəb-i RəĢididə tikilən 
binaların  möhkəmliyinə  xüsusi  diqqət  yetirilmiĢdir.  DövlətĢah  Səmərqəndi 
yazır:  «Rəb-i  RəĢidi»də  olan  binaların  birinin  üzərində  belə  yazılmıĢdı:  «Bu 
binanın  dağıdılması  digər  binanın  tikilməsindən  çətindir»  [47].  RəĢidəddin 
öldürüldükdən  sonra  (17.IV.1318)  oradakı  binalar  dağılır.  RəĢidəddinin  oğlu 
Qiyasəddin Məhəmməd oranı bərpa etmək üçün bir sıra tədbirlər görür. I ġah 
Abbas  Rəb-i  RəĢididəki  qalanı  bərpa  etdirir.  Lakin  1651-ci  ildə  Təbrizdə  baĢ 
verən zəlzələ  nəticəsində  oradakı binalar dağılır. XVII əsrin ortalarında  Rəb-i 
RəĢidinin  xarabalığa  çevrilmiĢ  qalası  müĢahidə  olunurdu.  Vaxtilə  elm  və 
mədəniyyət  mərkəzi  olan  Rəb-i  RəĢidi  hazırda  təpəlikdən  baĢqa  bir  Ģey 
deyildir. 
Orta əsrlərdə islam memarlıq sənətinin Ģah əsərlərindən hesab olunan 
Tacəddin  ƏliĢah  məscidi  Təbrizin  Mahad-Məhin  (miyar-miyar)  məhəlləsinin 
kənarında yerləĢirdi. Bünövrəsi 1311-ci ildə qoyulmuĢ həmin məscid binasının 
tikilməsi  üçün  min  tümən  nəzərdə  tutulmuĢ,  lakin  tikinti  500  tümənə  baĢa 
gəlmiĢdi. Hündürlüyü 25 metrlik bu bina tələsik tikildiyindən tavanı tökülmüĢ, 
tikinti  yarımçıq  qalmıĢdı.  Mərmər  daĢlarda  iĢlənmiĢ  və  divarları  kaĢilərlə 


177 
 
bəzədilmiĢ bu binanın sahəsi 200x250 gəz, tağının hündürlüyü 80 arĢın idi. Ġki 
ildən  sonra  tağı  tökülmüĢdü.  Məscidin  sağ  tərəfində  mədrəsə,  sol  tərəfində 
zaviyə var idi. Tacəddin ƏliĢah memar idi. Orada özü üçün məqbərə tikdirmiĢ 
və  həmin  yerdə  dəfn  olunmuĢdur.  Naməlum  venetsiyalı  tacir  həmin  məscid 
binası  haqqında  öz  təəssüratını  belə  Ģərh  etmiĢdir:  «Müsəlmanların  ibadət 
etdiyi  mehrab  tərəfi  çox  böyükdür,  hətta  ox  atsan  da,  oraya  gedib  çatmaz. 
Lakin məscidin bu hissəsi yarımçıq qalmıĢdır. Onun ətraf sahəsində əla daĢdan 
tikilmiĢ tağlar vardır ki, mərmər sütunlar üzərində dayanmıĢdı. Bu mərmərlər o 
qədər  parıltılıdır  kn,  sanki  büllura  oxĢayır.  Onun  sütunları  eyni  ölçüdə  idi. 
Məscidin üç qapısı var idi. Qapıların yuxarı hissəsi qövsi Ģəkildədir. 
Lakin onları mərmərdən deyil, müxtəlif rəngli daĢlardan düzəltmiĢlər. 
Hər  bir  qapının  girəcəyində  parıldayan  mərmərdən  lövhə  qoyulmuĢdur.  Bu 
lövhələr o qədər parlaqdır ki,  hər kəs öz  Ģəklini həmin  lövhələrdə  görə  bilər» 
[48].  Məscidin  hələ  də  qalan  və  üç  metr  qalınlığı  olan  divarları  «Ərk  qalası» 
adlanır. 
TikiliĢi  üç  ilə  yaxın  bir  müddətdə  (X.1340-IV.1343)  baĢa  gəlmiĢ 
«Ustad-Ģagird»,  «Süleymaniyyə»  və  ya  «Əlaiyyə»  adlanan  məscid  binası 
Təbrizin  TaradaĢ  məhəlləsinin  mərkəzində  yerləĢirdi.  Məscidin  binası 
üzərindəki kitabələri məĢhur xəttat Xacə Abdulla Seyrəfi və onun Ģagirdi Hacı 
Məhəmməd  Bəndgir  yazdıqları  üçün  həmin  abidə  «Ustad-Ģagird»  məscidi  də 
adlanırdı [49]. 
Ġslamiyyətin ilk illərində Təbriz Ģəhərinin ortasında tikdirilmiĢ Cümə 
məscidi  Təbrizin  məĢhur  memarlıq  abidələrindən  hesab  olunurdu.  XII,  hətta 
XIII əsrin sonu -XIV əsrin əvvəllərində bu bina xeyli abad idi. XV əsrin ikinci 
yarısında  Ağqoyunlu  hökmdarı  Sultan  Yaqubun  anası  SəlcuqĢah  bəyim  xeyli 
vəsait  sərf  edərək  həmin  binanı  bərpa  etdirir,  onun  qiblə  tərəfində  hündür  bir 
günbəz  düzəltdirib,  ətrafını  kaĢilərlə  bəzətdirir.  1780-ci  ilin  yanvar  ayında 
Təbrizdə baĢ vermiĢ Ģiddətli zəlzələ nəticəsində məscidin binası dağılır. Təbriz 
hakimi Nəcəfqulu xan Dünbüli onun xarabaları üzərində yenidən məscid binası 
inĢa etdirir. Cümə məscidi binası divarları üzərində bir neçə fərman mətni həkk 
edilmiĢdir. I ġah Təhmasibin tamğanı ləğv etmək haqqındakı fərmanının mətni 
(1565), Təbriz hakimi Rüstəm xanın dövründə ġah Sultan Hüseynin h. 1106-cı 
il Ģəvval  ayında  (may, 1695) qumar, Ģahmat  oynamaq, həĢiĢ satmaq, canavar, 
qoç  və  s.  heyvanların  döyüĢdürülməsini  qadağan  etmək,  Fətəli  Ģahın  1801-ci 
ildə  ticarətdən  alınan  boniçə  vergilərinin  ləğvi  haqqında  verdiyi  fərmanların 
mətni həkk olunmuĢdur [50]. 
XIV  əsrdə  Təbrizdə  Sultan  Üveys  tərəfindən  tikdirilmiĢ  və  yüzlərlə 
otaqdan  ibarət  «Dövlətxana»  dövrünə  görə  çox  möhtəĢəm  və  əzəmətli 
binalardan  olmuĢdur.  Sultan  Üveys  hakimiyyətinin  ilk  illərində  Misir 
Sultanının  ona  verdiyi  xəracın  hamısını  həmin  binanın  inĢasına  sərf  etmiĢdi. 
«Dövlətxana»nı  müĢahidə  etmiĢ  Klavixo  yazır:  «...Sarayın  böyük  hissəsi  hələ 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə