SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə87/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   83   84   85   86   87   88   89   90   ...   116

182 
 
insanı  heyrətə  salırdı.  Bu  həmin  saraydır  ki,  Uzun  Həsən  orada  qonaqlıqlar 
verirdi» [61]. 
HəĢtbehiĢt  sarayında  heykəltəraĢlıq  abidələrinə  də  təsadüf  olunurdu. 
Sarayın  damının  hər  guĢəsində  qoyulmuĢ  novdanlar  tuncdan  əjdaha  heykəli 
(baĢı) Ģəklində tökülmüĢdü. Bu novdanlar o qədər böyük idi ki, hər birindən bir 
top tökmək olardı. Anonim tacir yazır ki, tuncdan düzəldilmiĢ əjdaha heykəlləri 
canlı əjdahaya bənzəyirdi [62].  
Canlı insan təsvirləri Elxanilər dövründə də saray divarlarına çəkilirdi. 
Arqun Təbrizin ġam adlı və sonralar «Arquniyyə» adlandırdığı yerdə tikdirdiyi 
sarayda divarlara öz Ģəklini çəkdirmiĢdi [63]. 
Səfəvilərin  hakimiyyəti  dövründə  Təbriz  miniatür  məktəbi 
təkmilləĢərək  özünün  yüksək  inkiĢaf  mərhələsinə  çatır.  I  ġah  Ġsmayılın 
təĢəbbüsü  ilə  Bağdad,  Herat,  ġiraz,  Ġsfahan  rəssamları  Təbrizə  toplaĢıb  öz 
sənətkarlıqlarını  nümayiĢ  etdirirdilər.  Təbriz  saray  kitabxanası  miniatür 
məktəbinin mərkəzinə çevrilmiĢdi. ġah Ġsmayıl Xətainin özü də bu sənətə çox 
həvəs  və  maraq  göstərirdi.  Rəssam  Sultan  Məhəmməd  Təhmasib  Mirzəyə 
rəssamlıq  sənətinin  sirlərini  öyrədirdi.  I  ġah  Ġsmayıl  Kəmaləddin  Behzadı 
Heratdan  gətirdərək  Təbriz  saray  kitabxanasına  kələntər  (rəis,  baĢçı)  təyin 
etmiĢdi. Təbriz saray kitabxanasında xeyli rəssam, o cümlədən Mir Müsəvvər, 
ġirazlı  Mani,  Behzadın  bacısı  oğlu  Heydər  Əli  və  baĢqaları  çalıĢırdı.  Bəzi 
tədqiqatçılar  Kəmaləddin  Behzadın  Təbrizə  gəlməsilə  Təbriz  rəssamlıq 
məktəbini  bir  növ  Herat  məktəbinin  davamı  kimi  qələmə  verməyə  çalıĢırlar. 
Ġran alimi Ġsa Behnam Herat məktəbi rəssamlıq üslubunun bütövlükdə Behzad 
vasitəsilə Təbrizə  köçürüldüyünü bildirir. O  yazır:  «Əgər  ġah Ġsmayıl  və  ġah 
Təhmasib  dövründə  dəbdə  olan  hündür  qızılbaĢ  papaqları  təsvirləri 
çəkilməsəydi,  Təbrizdə  çəkilmiĢ  rəsm  əsərləri  ilə  Herat  məktəbi  rəssamlığı 
lövhələrini biri digərindən ayırmaq olmazdı» [64]. Halbuki «Behzad Heratdan 
Təbrizə  gələnə  qədər  Sultan  Məhəmməd  «qızılbaĢ  üslubunu  baĢqalarından 
yaxĢı  düzəltmiĢdi».  Əlbəttə,  Herat  rəssamlıq  məktəbin  Təbriz  miniatür 
məktəbinə təsirini də inkar etmək olmaz. Qətiyyətlə demək olar ki, Kəmaləddin 
Behzad Təbrizə gələnə qədər Təbriz rəssamlıq məktəbi özünün təkmilləĢmə və 
inkiĢaf  mərhələsini  keçirirdi.  Təbriz  miniatür  məktəbi  Azərbaycan  miniatüf 
məktəbinin bir qolu kimi ġiraz, Qəzvin, Ġsfahan miniatür məktəblərindən daha 
irəlidə  gedirdi.  Kəmaləddin  Behzadın  Təbriz  miniatür  məktəbinin  inkiĢafında 
böyük  rolu  olsa  da,  özü  də  məhz  Təbrizdəki  fəaliyyətinə  görə  Heratdakından 
daha  çox  ĢöhrətlənmiĢdi.  Digər  tərəfdən,  I  ġah  Ġsmayılın  1522-ci  il  26  aprel 
tarixli  fərmanı  ilə  Kəmaləddin  Behzad  Təbriz  saray  kitabxanasına  rəis  təyin 
edilməmiĢdən  xeyli  əvvəl  orada  çoxlu  nəqqaĢ,  rəssam,  xəttat,  müzəhhib, 
lacivərd  yuyan,  cildçi  çalıĢırdı.  Təbriz  saray  kitabxanası  hələ  Ağqoyunlu 
hökmdarı  Uzun  Həsən  və  Sultan  Yaqub  dövründə  fəaliyyət  göstərmiĢ,  təsviri 
sənətin  mərkəzinə  çevrilmiĢ,  ġah  Ġsmayıl  Xətai  isə  kitabxananın  fəaliyyət 


183 
 
dairəsini  daha  da  geniĢləndirmiĢdir.  Kəmaləddin  Behzadın  ġah  Təhmasibə 
yazdığı  məktubundan  aydın  olur  ki,  məĢhur  rəssam  ġah  Təhmasibin 
hakimiyyətinin  birinci  onilliyində  qocalıb  əldən  düĢmüĢ,  ehtiyac  içərisində 
yaĢamıĢdır. Ustad Kəmaləddin Behzad ġah Təhmasibə müraciətlə «ġahnamə» 
üçün çəkdiyi miniatürlər müqabilində ona Ģah tərəfindən vəd verilmiĢ haqqını 
tələb  etmiĢdir.  Kəmaləddin  Behzadın  təsvirlər  çəkdiyi  «ġahnamə»  əsəri  20  il 
müddətində Təbrizdə hazırlanmıĢdır. Həmin «ġahnamə» h. 973 (1565- 1560)-
cü ildə ġah Təhmasibin digər hədiyyələri ilə birlikdə ġahqulu Ustaclu vasitəsilə 
Türkiyəyə aparılmıĢ, orada Osmanlı sultanına peĢkəĢ edilmiĢdir [65]. 
1520-22-ci  illər  arasında  Təbrizə  gəlmiĢ  Kəmaləddin  Behzad  Təbriz 
saray kitabxanasında Mövlana ġah Mahmud Zərrinqələmin xəttilə köçürülmüĢ 
Nizaminin  «Xəmsə»sinə  miniatürlər  çəkmiĢdir.  Kəmaləddin  Behzad  h.  942 
(1535-36)-ci ildə vəfat etmiĢ və Vilyanguhda yerləĢən Kəmaləddin Xocəndinin 
bağında  dəfn  olunmuĢdur.  Hafiz  Hüseyn  Kərbəlayı  Təbrizi  Kəmaləddin 
Behzadın  Təbrizdəki  qəbrini  ziyarət  etmiĢ  və  bu  barədə  belə  yazmıĢdır: 
«Kəmaləddin  Xocəndinin  məqbərəsi  Vilyanguhdadır...  Həmin  məqbərə 
ətrafında  bir  sıra  söz  və  incəsənət  ustaları  da  dəfn  olunmuĢdur.  Məsələn, 
Mövlana  Tusi  Ģair,  Mövlana  Əli  MuĢribi  ġirvani,  nəqqaĢ  Ustad  Behzad  və 
Ustad Sultan Məhəmməd Mücəllədi (cild çəkəni - S. O.) göstərmək olar. Bu iki 
nəfər  (yəni  Kəmaləddin  Behzad  və  ustad  Sultan  Məhəmməd  -  S.  O.)  öz 
sənətlərində misilsiz idilər» [66]. 
XVI  əsrdə  ġiraz,  Qəzvin  və  Ġsfahan  məktəblərinə  nisbətən  Təbriz 
miniatür  məktəbi  daha  irəlidə  gedirdi.  Bu  da  Təbrizin  Azərbaycan  Səfəvi 
dövlətinin iqtisadi və siyasi mərkəzinə çevrilməsi ilə əlaqədar idi. 
Kəmaləddin  Behzadla  birlikdə  Təbrizdə  çalıĢan  rəssamlardan  Sultan 
Məhəmmədi,  Yəhya  ġirvanini,  Ağa  Mirəki,  Məhəmməd  Qasım  ġadiĢahını, 
Nəbati  Təbrizini,  Mir  Müsəvvəri,  Ģirazlı  nəqqaĢ  Manini,  Müzəffər  Əli 
Təbrizini, Kəmaləddin Behzadın bacısı oğlu nəqqaĢ Heydərəlini və baĢqalarını 
göstərmək olar. 
Təbriz  miniatür  məktəbinin  inkiĢafında  dövrünün  məĢhur  rəssamı 
Sultan  Məhəmmədin  mühüm  rolu  olmuĢdur.  Bu  mövzuda  sənətĢünaslıq 
doktoru  Kərim  Kərimov  monoqrafiya  nəĢr  etdirdiyi  üçün  biz  Sultan 
Məhəmməd haqqında ətraflı danıĢmağı lazım bilmirik. 
I  ġah  Təhmasib  uĢaq  ikən  Sultan  Məhəmməd  nəqqaĢın  yanında 
rəssamlıq  sənəti  öyrənmiĢdir.  Hakimiyyətinin  ilk  illərində  rəssamlığa  maraq 
göstərən  Ģah  1557-ci  ildə  tövbə  fərmanı  verdikdən  sonra  rəssamlıq 
emalatxanalarını  dağıdır.  Rəssamlardan  Sultan  Məhəmmədi,  ustad 
Müzəffərəlini,  Mir  Zeynalabdini,  Sadiqi  bəyi,  Astrabadlı  Əbdülcabbarı,  ustad 
Əli Müsəvvəri, onun Ģagirdi SiyavuĢ bəyi, ġeyx Məhəmməd ġirazini, Ələsgər 
KaĢini,  Mirzə  Məhəmməd  Ġsfahanini,  Həsən  Müzəhhibi,  Abdulla  ġirazini 
tutduqları vəzifələrdən çıxarır. Hindistana  qaçmıĢ rəssamlardan Əbdüləzizi  və 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə