SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə86/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   82   83   84   85   86   87   88   89   ...   116

180 
 
Təbrizi  1537-ci  ildə  vəfat  etmiĢ  və  Ġstambulun  ġehremini  mahalında  özünün 
tikdiyi  Memar  Cümə  məscidində  dəfn  edilmiĢdir.  Ġsfahanda  bir  sıra  binaların 
tikilməsində və ya bərpasında təbrizli memarların   mühəndislərin, bənnaların, 
daĢ yonanların, rəssam  və həkkakların zəhməti  az olmamıĢdır.    Ġsfahandakı 
Əli məscidini 1522-ci ildə təbrizli memar ġəmsəddin tikmiĢdir. 
SənətĢünaslıq  namizədi  Cəfər  Qiyasi  haqlı  olaraq  yazmıĢdır  «XIII-
XVII  əsrlərdə  geniĢ  təsir  dairəli  memarlıq  ocağı  olmuĢ  Təbriz  məktəbi 
Azərbaycan memarlığının güclü bir qolu kimi əsasən islam dinini qəbul etmiĢ 
ölkələrlə  sıx  əlaqələr  içərisində  yetkinləĢib  yüksəlmiĢdir.  Bütünlükdə  isə  bu 
məktəb  islam  ġərqi  ölkələri  memarlığının  qarĢılıqlı  zənginləĢməsi  və 
inkiĢafında böyük rol oynamıĢdır» [57]. 
* * * 
Azərbaycanın  digər  Ģəhərlərində  olduğu  kimi,  Təbrizdə  də  təsviri 
sənət  xeyli inkiĢaf etmiĢdi.  XI əsrin  məĢhur təbrizli Ģairi Əbülqasim Əziz ibn 
Məhəmməd  (Nizam  Təbrizi)  eyni  zamanda  dövrünün  tanınmıĢ  rəssamı  idi. 
Azərbaycan  ədəbiyyatının  qızıl  dövrü  sayılan  XII  əsrdə  Təbriz  rəssamlıq 
məktəbinin  məhsulu  olan  miniatürlər,  Ģübhəsiz,  olmuĢdur.  Lakin  onlar 
dövrümüzə qədər gəlib çatmamıĢdır. 
Rəssamlıq  sənətinin  yeni  mərhələsi  RəĢidəddinin  «Cami-ət-təvarix», 
«Əhya  vəl-asar»  və  s.  əsərlərinə  çəkilən  miniatürlərlə  baĢlayır.  XIV  əsrin 
əvvəllərində  Rəb-i  RəĢididə  yaradılmıĢ  kitabxanada  əlyazmalarına  çəkilən 
təsvirlər  və  onların  haĢiyələrinin  təzhibkarlıq  edilməsi  nəticəsində  Təbriz 
miniatür  məktəbi  xeyli  inkiĢaf  etmiĢdi.  Həmin  kitabxanada  təĢkil  edilmiĢ 
rəssamlıq  emalatxanası  Təbriz  rəssamlıq  məktəbinin  inkiĢafında  mühüm  rol 
oynadı.  RəĢidəddinin  əsərlərinə,  eləcə  də  Rəb-i  RəĢididə  hazırlanmıĢ  digər 
əsərlərə,  o  cümlədən  ġəms  KaĢaninin  «ġahnamə»  əsərinə  çəkilmiĢ 
illüstrasiyalar dövrümüzə qədər gəlib çatmıĢdır. Əbülfəzl  Museli (1244-1310) 
dövrünün  məĢhur  rəssamı  idi.  Ustad  rəssam  Əhməd  Musa  Təbrizdə  saray 
kitabxanasında «Əbu Səidnamə», «Meracnamə», «Kəlilə və Dimnə» əsərlərinə 
bir  sıra  təsvirlər  çəkmiĢdir.  Onun  Ģagirdi  Əmir  Dövlətyar  da  rəssamlıqda 
məĢhur idi [58]. 
Teymur,  rəssam  Əbdülhəy  ilə  birlikdə  bir  sıra  sənətkarları 
Səmərqəndə,  Baysunqur  Mirzə  isə  ustad  Seyid  Əhməd  NəqqaĢı,  Xacə  Əli 
Müsəvvəri,  ustad  Qəvaməddin  Mücəllədi,  (cildçini)  Herata  apartdırıb, 
kitabxanasında iĢlədirdi. Onlar orada Sultan Əhməd Cəlairinin süngü və bir sıra 
digər  əsərlər  üzərində  çalıĢırdılar.  Cüngün  cildi  üzərində  qaxma  iĢi  təbrizli 
ustad Qəvaməddinə  tapĢırılmıĢdı,  üzünü köçürmək isə  xəttat  Cəfər Təbrizinin 
öhdəsində idi [59]. 
Təbrizli Cəfər xəttatın baĢçılığı ilə Herat kitabxanasında 100 nəfərdən 
artıq xəttat, rəssam, zərkub, cildçi və s. sənət  ustaları çalıĢırdı. Bu sənətkarlar 
arasında çoxlu təbrizli xəttat, rəssam, müzəhhib, cildçi var idi. Hələ Baysunqur 


181 
 
Mirzənin sağlığında Cəfər Təbrizi kitabxanada görülən iĢlər haqqında vaxtaĢırı 
Baysunqur  Mirzəyə  yazılı  məlumat  verirdi.  Onun  1427-ci  ildə  Baysunqur 
Mirzəyə  yazılı  məlumatından  aydın  olur  ki,  həmin  ildə  Xacə  Qiyasəddin 
«Rəsael»  adlı  əsərin  üzərində  iki  lövhə  çəkib  qurtarmıĢ  və  digər  lövhəni 
baĢlamıĢdır. Bundan əlavə, Sədinin «Gülüstan» əsərində xarab olmuĢ bir lövhə 
üzərində  çalıĢırmıĢ.  Qəvaməddin  mücəlləd  Təbrizi  isə  «ġahnamə»nin  cildi 
üzərində islimi haĢiyələri təkmilləĢdirib cildə üz-astar çəkirdi [60]. Baysunqur 
Mirzə  öldükdən  sonra  Sultan  Əhmədin  süngü  yarımçıq  qalır.  Onun  oğlu 
Əlaəddin  Zərkub  Qiyasəddin  Pir  Əhmədi  Təbrizdən  Herata  çağıtdırıb.  Pir 
Əhməd Herata gedib, həmin əsərin zərkubluq iĢlərini baĢa çatdırır. 
1450-ci ildə Təbrizdə Nizaminin «Xəmsə»sinə otuz təsvir çəkilmiĢdir. 
«Xosrov  və  ġirin»  əsərinin  Təbrizdə  hazırlanmıĢ  bir  nüsxəsi  hazırda 
VaĢinqtonun  Firir  Qaleri  Muzeyində  mühafizə  olunur.  Təsvirlərin  birində 
Xosrov  at  üstündə  dayanıb  yuyunmaqda  olan  ġirinə  tamaĢa  edir.  Təsvirlərin 
çəkilmə  tarixi  aydın  olmasa  da,  Sultan  Əhməd  Cəlairi  dövründə  Təbrizdə 
hazırlanması məlumdur, 
Mövlana Cəmaləddin NəqqaĢın Ģagirdi olan Tacəddin Əli MinĢarı Ģair 
və  nəqqaĢ  idi.  Kəmaləddin  Xocəndi  ilə  müasir  olan  Əli  MinĢarı  Vicuyə 
məhəlləsində  məscid  tikdirmiĢdi.  Təbrizin  Surxab  qəbiristanlığında  dəfn 
olunmuĢdur. 
XIII-XV  əsrlərdə  təsviri  sənət  əsərləri  təkcə  kitab,  xalça,  parça 
sənətində  deyil,  həm  də  müxtəlif  binalar  -  məscid,  saray,  yaĢayıĢ  evləri, 
hamamlarda da öz inikasını tapırdı. Bu binaların dekorativ bəzəyində müəyyən 
estetik  məzmunlu  ornamental  və  süjetli  kompozisiyalardan  istifadə 
olunmuĢdur. Təbrizli nəqqaĢ Əbdülmömin bin ġərəfĢahın 1277-ci ildə Urmiya  
məscidinin  mehrabı  üzərində  çəkdiyi  gözəl  ornamental  kompozisiyalar,  Rəbi 
RəĢidi  və  ġam  Qazandakı  binaların  divarlarında,  Müzəffəriyyə  və  HəĢtbehiĢt 
saraylarında,  Sultan  Üveys  Cəlairinin  tikdirdiyi  dövlətxana  və  Uzun  Həsən 
sarayında  aparılan  nəqqaĢlıq  iĢləri  fikrimizi  təsdiq  edə  bilər.  HəĢtbehiĢt 
sarayının  tavanında    gözəl  təsvirlər    çəkilmiĢdi.  Sarayın  daxilindəki    salonun 
divarlarında  qızıl,  gümüĢ  və  lacivərdlə  Azərbaycanla  xarici  ölkələr  arasında 
aparılan  müharibələr  təsvir  olunmuĢdur.  Bu  təsvirlər  içərisində  Türkiyə 
ərazisindən  Azərbaycan  paytaxtı  Təbrizə  Ağqoyunlu  hökmdarı  Uzun  Həsənin 
xidmətinə  gəlmiĢ  elçilərin    Ģəkilləri  verilmiĢdir.  Osmanlı  elçilərinin  xahiĢi  və 
Uzun Həsənin onlara verdiyi cavablar Ģəkillərin  yanında    yazılmıĢdır.    Saray  
salonunun     tavanında  Uzun Həsən  mülazimləri ilə birlikdə  və  ov  mənzərəsi 
təsvir olunmuĢdur.  Süvari  mülazimlərin  yanlarında  ov  itləri və Ģahin quĢu, 
habelə  çoxlu  heyvan,  o  cümlədən  kərgədən  və  fil  təsvirləri  çəkilmiĢdi. 
Venetsiyalı  anonim  tacir  yazır:  «Təsvirləri  elə  gözəl  çəkmiĢdilər  ki,  canlı 
insanlara  oxĢayırdı.  Qapılar  açıq  olanda  rəsm  və  təsvirlər  elə  parıldayırdı  ki, 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə