SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   44   45   46   47   48   49   50   51   52

125 
 
Baba Səngər məhəlləsində Xavər Kinəduz Əbdülxaliq qızı, 15 yaşında, bu 
qızın Badkubədə və Ucarda adamı var. 
Böyük  QuĢçuda  gəncəli  Səməd  oğlunun  evində  Dərə  məhəlləsindən  Şeyx 
Minas və Yuxarı qədən Dəftər mollası Kərbəlayi Molla Səfdər Cəfərzadənin qızı, 
18 yaşında. 
Böyük        QuĢçuda    Məşədi    Xaqanlının    evində    Ağçı məhəlləsində 
Məşədi  Sahib  Məşədi  Matan  qızı,  15  yaşında,  əri  qəssab  Məşədi  Əli  Əkbər 
Kərbəlayi  Əli  oğlu,  bu  övrətin  damədi  Qəzənfər.  Məşədi  Şəfi  oğlu  Badkubədə, 
yenə bu övrətin Ağdaşda da əqvamı vardır.  
Böyük  QuĢçuda  yenə  Məşədi  Xaqanlının  evində  Ərdəbil  məhəlləsindən 
Böyük  Xanım  Kərbəlayi  Əli  Abbas  qızı  əri  Saleh  Kərbəlayi  Həsən  oğlu,  bunlara 
Mənsur  uşağı  deyirlər.  Yanında  bir  qızı  var.  Güllü  xanım  7  yaşında,  bu  övrətin 
əqvamı  var.  Göyçayda  Kərbəlayi  Sultan  Məsud  və  Məhəmməd  və  Teymur  və 
Məşədi Böyük Ağa. 
 
18 iyun, 1918, № 9, səh.2 
 
Söz  ardı:  Bəli:  Budur  erməni  soyqırımının  faciələrinin  nəticələrindən  biri. 
Ata-ana balasından. Bacı qardaşından, qohum-qohumundan ayrı düşür! Çoxusu da 
həmişəlik. Son mənzilə yaralı gedənlər də çox oldu! 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  1918-ci  ildə  Şamaxı  və  onun  kəndlərindən 
didərgin,  qaçqın  düşənlərin  sayı  dəqiq  məlum  deyildir.  “Hümmət”  qəzetinin  altı 
sayında  dərc  etdirdiyi  bu  siyahı  didərgin  düşənlərin  heç  yüzdə  biri  də  deyildir. 
Amma  Şamaxı  faciəsini  özündə  yaşadan  bu  siyahı  ən  dəyərli  tarixi  sənəddir”. 
1920-ci il Aprel çevrilişindən sonra erməni cəlladlarının törətdikləri qanlı faciədən 
danışmaq yasaq edildiyi kimi belə tarixi sənədlər də arxivlərdə məxfi saxlanıldı”. 
84  il  sonra  bu  siyahı  ikinci  dəfə  ümumi  şəkildə  çap  olunub  ictimaiyyətə, 
eləcə  də  Şamaxılılara  çatdırılır.  Ola  bilsin  ki,  bu  siyahı  vaxtilə  qaçqın  düşmüş 
doğma  insanların  nəvə-nəticələrinin  yenidən  bir-birini  tanımasına  kömək 
edəcəkdir. Şübhəsiz ki, bir-birinə qovuşan doğmaların sevinclərindən bizə də pay 
düşəcəkdir. 
M.Ə.Rəsulzadə:  “Başda  Amazasp,  Avetisov  kimi  erməni  fədailəri  və 
Petrov  kimi  rus  topçuları  olduğu  halda  Gəncəyə  doğru  yürüyən  bu  mütacavüz 
qüvvətdən  əvvəl  əmrdə  Şamaxı  mütəzərrər  oldu.  Əski  Şirvanşahların  bu  qədim 
paytaxtı  bir  həmlədə  atəşə  verilib  məşhur  tarixi  Camiyə  varıncaya  qədər  yıxıldı. 
Yalnız  erməni  məhəlləsi  salamat  buraxıldı.  Şamaxının  düçar  olduğu  təcavüzə 
Lənkəran, Salyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələr dəxi 
məruz  qaldı.  Bu  təcavüzlər  əsasında  yıxılan  xanimanların,  qıyılan  irz  və 


126 
 
namusların, kəsilən qarı-qocaların, yağmaya gedən mal və məvasinin təsviri qeyri-
qabil təsəvvür bir faciə təşkil edir”!
130
 
N.Nərimanov:  “Bakıda  vətəndaş  müharibəsi  1918-ci  il  martın  18-də 
başladı  və  qəti  bildirirəm  ki,  martın  19-u  saat  12-də  bu  müharibə  qurtardı. 
Müharibədə  Sovet  hakimiyyəti  qalıb  gəldi,  lakin  bu  qələbə  axıra  qədər  əldə 
edilməmişdi.  Vətəndaş  müharibəsi  qırğına  çevrildi.  Daşnak  Amirovun  və 
Lalayevin Şamaxıda törətdiklərinə nə ad vermək olar”.
131
 
Seyid  Cəfər  PiĢəvəri:  “1918-ci  il  martın  30,  31  və  aprelin  1-də  gecəli-
gündüzlü  qırğında  10  mindən  artıq  azərbaycanlı  öldürüldü.  Azərbaycanlılara 
məxsus  olan  dükanlar,  mağazalar,  qarət  edildi,  evlər  atəşə  verildi.  Türk  qadınları 
saç-saça  bağlanaraq,  təcavüzlər,  öldürmələr  və  daha  başqa  cinayətlər  təcavüzlər 
bununla  da  bitmədi.  Erməni  və  ağqvardiyaçılar  bilikləri  və  könüllülər  birləşərək 
Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkərana eyni şəkildə hücum etdilər”.
132
 
Vilayət  Quliyev  “Daşnak  Aratisovun  və  sonralar  26  Bakı  Komissarları 
şürasında  yer almış rus hərbiçisi polkovnik Petrovun başçılıq etdikləri erməni-rus 
hərbi  birlikləri  mart-aprel  aylarında  Şamaxıda  azərbaycanlı  əhaliyə  qarşı  misli 
görünməmiş  cinayətlər  törətmişdilər.  Bu  müddət  ərzində  şəhər  demək  olar  ki, 
yerlə-yeksan edilmiş, Qafqazda islam memarlığının ən qədim nümunəsi, bünövrəsi 
IX  əsrdə  qoyulmuş  Şamaxı  Cümə  məscidi  də  daxil  olmaqla  bir  sıra  abidələr 
yandırılmış  və  uçurulmuşdu.  Ermənilər  Şamaxı  qəzasının  58  kəndini  dağıtmış,  7 
min nəfərdən çox dinc sakini qətlə  yetirmişdir. Fövqəladə  İstintaq Komisiyasının 
müəyyənləşdirdiyinə  görə,  xüsusilə  ağır  işgəncələrlə  öldürülənlərin  955  nəfəri 
uşaqlar, 1653 nəfəri isə qadınlar olmuşdu”.
133
 
Vəli  Həbiboğlu:  “Qatı  daşnak  olan  Ş.Şaumyan  hələ  Bakı  qırğınlarından 
əvvəl  Şamaxıda  da  soyqırğını  həyata  keçirmişdi.  Novruz  bayramı  ərəfəsində 
şamaxılılara  dəhşətli  divan  tutulmuşdu.  1918-ci  ilin  ilk  aylarından  başlayaraq 
Şamaxıya  qarşı  hazırlıq  planlarını  tərtib  etdirən  Ş.Şaumyan  bu  şəhərin  əhalisini 
bütünlüklə  qırmağı  öz  yaxın  dostu  S.Lalayana  tapşırmışdı.  İnsan  qanına  susamış 
cəlladlar  Şamaxının  müsəlman  əhalisindən  1905-1907-ci  illərin  qisasını  almağa 
çalışdılar”.
134
 
Hüseyn Beykara: “Şaumyanın partizan dəstəsi erməni Lalayevin rəhbərliyi 
altında  Şamaxıda,  Göyçayda,  Ağdaşda,  Qubada  və  başqa  yerlərdə  də  vəhşicəsinə 
qırğınlar törətdilər”.
135
 
Nağı  Nağıyev  (professor):  -  “Şamaxıda  da  S.Lalayanın  və  T.Əmiryanın 
silahlı  dəstələri  müsəlmanları  qırır  və  azərbaycanlılar  yaşayan  yerləri  talan  edib, 
                                                           
130
 “Azərbaycan Cümhuriyyəti”, Bakı,1990, səh.37. 
131
 Н.Нариманов. Избранное произведения. 2 т. Б. 1989. 
132
 “Azadlıq” qəzeti, 31 mart 1994, № 31. 
133
 V.Quliyev. Göstərilən əsəri. B., 1999, səh. 25. 
134
 “Azərbaycanlıların soyqırımının təşkilatçısı”, Bakı, “Qartal”, 2001, səh.61-62. 
135
 1918-1920-ci illərdə Azərbaycanlıların soyqırımı (sənədlər və materiallar), Bakı, 2001, səh. 131. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə