SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   44   45   46   47   48   49   50   51   52

117 
 
haqqında da dəqiq məlumat verilir: “Mən Şamaxı sakiniyəm. İyirmi ildir ki, Bakı 
şəhərində yaşayır və orada ticarətlə məşğul oluram. Ermənilərin həm birinci, həm 
də  ikinci  hücumları  zamanı  Şamaxıda  olmuşam.  Mən  bu  basqınların  ilkin 
səbəblərini yaxşı bilirəm. 
Hamıya  aydındır  ki,  1905-1906-cı  illərdə  ermənilərlə  müsəlmanların  ilk 
ədavətləri  baş  vermiş  və  bundan  sonra  ermənilər  müsəlmanlara  qarşı  kin 
bəsləmişlər.  Ermənilər  yeni  toqquşma  üçün  bir  bəhanə  axtarırdılar.  Bunun  üçün 
isə, Rusiyada baş verən bolşevik inqilabi dövründən yaxşı məqam ola bilməzdi. Bu 
fürsətdən  məharətlə  istifadə  edən  erməni  “Daşnaksütyun”  partiyası  bolşevikləri 
inandırdılar  ki,  Bakıda,  ümumiyyətlə,  Zaqafqaziyada  yaşayan  müsəlmanlar 
bolşevik  ideyalarına  qarşı  çıxırlar  və  köhnə  quruluşdan  çıxmaq  istəmirlər.  Bu 
bəhanə ilə ermənilər müsəlmanlar yaşayan ərazilərə girir və oranı dağıdır, adamları 
isə, müxləlif əzablarla məhv edirdilər. 
Bu  tədbirin  başında  isə,  Tiflisdə  planı  baş  tutmayan  Şaumyan  dururdu. 
S.Şaumyana  bu  işdə  əlaltıları  və  köməkçiləri,  əsasən,  Şamaxıda  aptek  müdiri 
Mikail  Arzumanov,  Şamaxı  poçt-teleqraf  kontorunun  rəisi  Gülbəndov  və  dəllək 
Ovanesov  kömək  etmişdir.  Şamaxının  Atabəyov  uyezdində  Serebryakov  və 
Gülbəndovun  vasitəsi  ilə  qısa  vaxt  ərzində,  bütün  erməni  kəndlərini 
silahlandırdılar”.
125
 
 
1918-ci  il  noyabr  ayının  11-12-də  FİK-da  zərərçəkmiş  Şamaxı  pristavı,  42 
yaşlı, savadlı Cəbrayılbəy Cəbrayılbəyovun dindirilmə 
 
PROTOKOLU 
 
1918-ci  ilin  mart  ayında  şəhər  başçısı  Teymur  bəy  Xudaverdiyev  və 
Müsəlman  Milli  Komitəsi  tərəfindən  məlumat  alınmışdır  ki,  Bakıdan  Kürdəmir 
istiqamətində  400  nəfər  -  erməni  ordudan  tərxis  olunub  gəlir.  Bakı  müsəlman 
komitəsi  xahiş edib ki,  onları qara  fikirlərdən çəkindirsinlər. Müsəlman  Komitəsi 
Ağsu  şəhərinə  nümayəndələr  göndərdi.  Lakin  səhərisi  gün  Şamaxıda  eşitdik  ki, 
həmin  dəstələr,  bölünüb  ayrı-ayrı  kəndlərə  hücum  ediblər.  Bicov  və  Ləngəbiz  
kəndlərini  tamamilə  yandırıblar.  Bunu  eşidən,  yaxın  kəndlərdən  müsəlmanlar  
zərərçəkənlərə  köməyə  gəliblər.  Ermənilərlə  atışma  Bico  dağlarında  başlanıb. 
Ermənilər  və  müsəlmanlar  tərəfindən  adam  öldürülüb.  Hirslənmiş  ermənilər  bu 
halda Bakı Erməni Komitəsinə məlumat çatdırıblar. Qısa müddətdən sonra 3 minə 
qədər  silahlı  erməni  gətirilib.  Bundan  xəbər  tutan  yerli  Müsəlman  İcraiyyə    
Komitəsi,    Şamaxı    uyezdinin  rəisi  Hacımanbəyovu  və  uyezd  qazisi  Abdulxaliq 
Əfəndi Əfəndiyevi erməni  yepiskopunun  yanına göndərib  ki,  yaraqlılıları  geri 
                                                           
125
 ARDA. f. 1061, iş. 106, vər. 72-76. 


118 
 
qaytarsın. Lakin yepiskopun cavabı qəti olub. Biz gəlmişik ki, bütün müsəlmanları 
qılıncdan keçirək”. 
Lakin  o  biri  gün  erməni  yepiskopu  Müsəlman  İcraiyyə  Komitəsinə  gəlib 
dedi  ki,  dəstə  ilə  danışıb,  heç  bir  müsəlmana  zərər  dəyməyəcək.  Bunu  deyib 
yepiskop    Mədrəsə  kəndinə  getdi.  Səhəri    gün,  yəni,  martın  18-də    saat    6
00
-da 
Şamaxı  şəhərini  mühasirəyə  alıb,  atəşə  başladılar.  Ermənilərə  malakanlar  da 
kömək  edirdilər.  Günortaya  yaxın  şəhərin  ən  yaxşı  məhəllərini  yandırıb  külə  
döndərdilər.  Həmin  axşam  müsəlmanlar  təslim  oldular.  Bundan  sonra  
müsəlmanlar  tərkisilah  edildilər.  Şəhərdə  qarət  və  talan  başlandı.  Zorakılıq  və  
vəhşiliklər, şamaxılıları qaçmağa məcbur  etdi. Mən  də qaçdım. Bütün əmlakın və 
evim Şamaxıda qaldı. Başqa əlavəm yoxdur. 1918-ci il, 15 noyabr”. 
 
Şamaxı şəhərinin pristavı (imzası)
126
 
 
Ġttifaq hərbçilərinin BaĢ komandanı Əlahəzrət Tomson cənablarına 
 
Bakı  şəhərində  yaşayan  şamaxılılar  adından:  Hacı  Soltan  Zamanov,  Hacı 
Mir İsmayıl, Mir Həşimov və Məşədi Əbdülhüseyn Nadirov tərəfindən 
 
Müraciət (ərizə) 
 
Əlimizdə  olan  dəqiq  məlumata  əsasən,  bilirik  ki,  axtarış  polisi  tərəfindən 
həbs edilmiş Stepan Lalayev hal-hazırda sizin sərəncamınızdadır. Zati-aliləri, Allah 
eşqinə,  ədalət  naminə,  acizanə  xahişlə  sizə  müraciət  edirik.  Stepan  Lalayev  kimi 
cəlladı,  vicdanını itirmiş canını  -  minlərlə  insanı qanına  qəltan etmiş bir qulduru, 
hərbi  məhkəmənin  mühakiməsinə  verəsiniz.  Mart  ayında  o,  öz  bandası  ilə 
Şamaxıya  gələrkən,  yol  boyu  bütün  yaşayış  məntəqələrini,  kəndləri  yerlə-yeksan 
etmiş,  şəhərin  isə  bütün  müsəlman  kişilərini  doğramış,  qız  və  gəlinləri,  ərləri  və 
atalarının  gözləri  qabağında  zorlamışlar.  Hətta  belə  Qocalara  və  uşaqlara,  rəhm 
eşitməmişlər.  Şamaxı  talan  edilmiş,  sonra  isə  yandırılmışdır.  5  min  ev  və  bütün 
məscidlər kül olana kimi yandırılmışdır. Yalnız bir bina  -  Realnı məktəbin binası 
salamat qalmışdır. Şamaxı bu hadisədən sonra əsl qəbristanlığı xatırladır. Bütün bu 
fəlakəti  törədən  S.Lalayev  və  onun  şaykaları  olmuşdur.  Belə  cani  mühakimədən 
qurtula  bilməz.  Bizim  sizə  ərz  etdiyimizi  təsdiq  etmək  üçün,  xahiş  edirik  ki,  öz 
tabeçiliyinizdən bir nəfəri Şamaxıya göndərəsiniz”. 
 
 
 
 
                                                           
126
 ARDA. f. 1061, s. 1, iş. 150, vər. 102-103. 


119 
 
29 noyabr 1918-ci il Bakı (İmzalar)
127
 
 
1918-ci il 24 sentyabrında Kürdəmir kəndində FİK-nın, zərərçəkən Şamaxı 
şəhər sakini Mövsümbəy Sadıqbəyovun dindirilmə 
 
PROTOKOLU 
 
Mən Şamaxı şəhərində doğulmuşam. Axırıncı bir neçə ildir ki, Kürdəmirdə 
yaşayıram. Şamaxı hadisələrindən üç həftə əvvəl mən Şamaxıya köçdüm. Mən hələ 
Kürdəmirdə eşitmişdim ki, ermənilər Mədrəsə kəndinə çoxlu sayda silah gətirirlər. 
Təxminən, yanvarın əvvəllərində on altı furqon silah gətirilmişlər. Müsəlmanların 
təkidinə  ermənilər  cavab  verirdilər  ki,  biz  silahları  müdafiə  məqsədi  ilə  gətiririk 
Müsəlmanlar  isə,  onlara  inandırdılar.  Ona  görə,  inanırdılar  ki,  müsəlmanlar 
ermənilərə düşmən gözü ilə baxmırdılar. 
1918-ci  ilin  mart  ayının  ortalarında  Şamaxıda  məlumat  yayıldı  ki,  2  minə 
qədər  erməni  yaraqlısı  şəhərə  tərəf  gəlir  və  özləri  ilə  60  furqon  silah  gətirirlər. 
Müsəlmanlar ermənilərdən tələb etdilər ki, silahları Mədrəsəyə aparmasınlar. Lakin 
ermənilər buna mənfi cavab verdilər. Meysəri kəndi yaxınlığında atışma başlandı. 
Elə bu vaxt Mədrəsədən, toplardan Şamaxı istiqamətinə atəş başladı. Müsəlmanlar 
sayca az olduğundan, Şamaxıya qayıldılar. Burada da Şamaxı erməniləri ilə atışma 
baş verdi.  Lakin tezliklə  ermənilər ilə sülh bağlandı və  müsəlmanlar inandılar ki, 
daha təhlükə sovuşdu. Lakin 18 martda səhər-səhər alatoranda Mədrəsə kəndindən 
ermənilər Şamaxıya top atəşi açmağa başladılar. Tezliklə malakanlar da ermənilərə 
qoşuldular.  Ermənilər  şəhərin  aşağı  hissəsini  tutdular  və  varlı  kvartal  sayılan 
“Pranşirvan” məhəlləsini tutdular. Amansız cəlladlar uşağa, qocaya rəhm etmədən, 
şəhər  müsəlmanlannı  öldürür  və  evləri  qarət  edirdilər.  Mən  Şamaxıdan  çıxıb 
Göylər kəndinə gəldim. Yalnız “xan dəstəsi” Şamaxıya gəldikdən sonra  - 28 mart 
1918-ci  ildə  mən  Şamaxıya  qayıtdım.  Ermənilər  Qozluçay  kəndinə  yığılmışdılar. 
İsmayıl  xan  malakanlara  müraciət  etdi  ki,  ya  erməniləri  ona  versinlər  ya  da 
kənddən  çıxarsınlar.  Malakanlar  2  gün  möhlət  istədilər.  İki  gündən  sonra 
malakanlar xəbər göndərdilər ki, erməniləri verməyəcəyik. İsmayıl xan  Qozluçaya  
yaxınlaşdı və atəş başladı. Malakanlarla ermənilərin birləşməsini və onların sayca 
çox olmasını görən İsmayıl xan axşam Şamaxıya qayıtdı və səhəri gün şəhəri tərk 
etdi. Müsəlman dəstəsinin getməsindən 3 saat sonra mən də Şamaxını tərk etdim. 
Sonrakı hadisələrdən xəbərim yoxdur. Ermənilərin  müsəlmanlara  qarşı  etdikləri 
hərəkətlər,    mənim  fikrimcə,  milli    xarakter  daşıyırdı,    Onlar,  guya,  bolşeviklərə 
qarşı çıxan  müsəlmanlara  qarşı  mübarizə  aparırdılar. Əslində  isə, bu şüar altında, 
minlərlə  müsəlman  -  uşaq,  qadın,  qoca  və  daha  kimlər  qılıncdan  keçirildilər. 
Xalqın dediyinə  görə,  bu   amansız  soyqırımının   başında  Stepan Lalayev durub. 
                                                           
127
 ARDA. f. 1061, s. 1. iş. 105, vər. 72.  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə