SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

44 
 
Özü  geri  qayıdıb  qonşumuz  Paşa  və  Soltan  dayı  ilə  işə  başladılar.  Molla  Əsədin 
yanmış sümüklərini bir parçanın arasına yığdılar. Sonra aparıb qəbiristanlıqda dəfn 
etdilər.  Dünyalar  yola  salmış  Püstə  nənə  ömür-gün  yoldaşının  belə  vəziyyətə 
düşməsinə,  alışıb  yanırdı.  80  yaşlı  ağbirçək  nə  edəcəyini  bilmirdi.  Çarə  bir  göz 
yaşına,  bir  də  zəif  səslə  söylədiyi  ağılara  qalmışdı.  Özü  də  çarəsiz  qadın  yanmış 
evlərinin salamat qalmış hər daşını öpə-öpə söyləyirdi bu ağıları: 
 
Mən aşıq qannıları,  
Qan tutsun qannıları,  
Qudurmuş it olaram,  
Tutaram canlıları. 
 
Pirtirəki dağımdı,  
Qoynu qəm oylağımdı,  
Yaş tökər leysan kimi  
Deyər, yaman çağımdı. 
 
Mən aşiqəm belə yaz,  
Belə oxu, belə yaz,  
Məni evimdən etdin  
Gəlmiyəydin belə, yaz. 
 
Taleyləri bir-birinə oxşar olan qonşular səsə yığılıb dərdlərini göz yaşlarına 
qata-qata şivən qopardılar”.
53
 
Şahidlərin  dediklərindən:  “Şamaxı  kəndlərinin  birində  qadınlar  ağasaqqal 
ruhaninin  -  kəndin  mollasının  himayəsinə  sığınırlar  ki,  ermənilər  ixtiyar  yaşlı 
ruhaniyə  hörmət  edib,  onlara  dəyməzlər.  Bu  ümidlə  ruhani  qocanın  olduğu  yerə 
pənah gətirirlər. Lakin qaniçən, quduzlaşmış ermənilər, insanların gözü qabağında 
ruhaninin gözlərini oyur, qulaqlarını kəsir, dərisini soyur, başını bədənindən ayırır, 
ona pənah gətirən qadın və uşaqların hamısını rəhmsizliklə qətlə yetirirlər”. (Umud 
İsrafilov). 
“Şəhərdən çıxa bilməyən qoca, qadın və uşaqları bir yerə yığan ermənilər, 
müqəddəs kitabı  -  “Quranı”  yandırmağı onlara  əmr edirlər. Amma  heç  kəs bu işi 
görməyə  cürət  etmir.  Bundan  qəzəblənən  erməni  terrorçuları,  qaynar  samovarı 
qadın  və  qocaların  kürəyinə  sarıyırlar.  İnsanların  kürəyinin  cızdağı  çıxır.  Cəzaya 
tab  gətirməyən  insanlar  atılıb  düşdükcə  qaynar  su  onların  bütün  bədənini  bişirir. 
“Quran”ı yandırmayan yerdə qalan insanları isə süngüdən keçirir, güllələyir, sonra 
“Quran”la birlikdə odda yandırırlar”. (Bayram Alıxan bəy oğlu). 
                                                           
53
 Xatirə. Ə.Cəfərzadənin arxivindədir. - S.Q. 
 


45 
 
Bəxtiyar  Məhəmmədtağı  oğlunun  dediklərindən:  “Atam  Məhəmmədtağı 
Udulu  Üşüdü  İbadla  kol-kosların,  yanmış  daşların,  külə  qarışıq  tozun-torpağın 
arasından  tapdıqları  yarıyanmış,  yarıcırılmış  kitabları,  ətrafa  səpələnmiş  “Quran” 
vərəqlərini  və  fotoşəkilləri  çantasına  qoyduqdan  sonra,  qərarlaşdırdıqları  kimi, 
Şamaxının  həmin  “İmamlı”  məhləsindəki  ən  böyük  camesi 
sayılan,  ermənilər  tərəfindən  yandırılıb,  Cümə  məscidinə 
gəlib baxmalı idilər. 
Bu  məqsədlə  onlar  Qocamalıbəyovların  xarabalığa 
dönmüş  mülklərinin  -  imarətlərinin  çox  böyük  bağlı-bağatlı 
həyətindən  çıxmağa  hazırlaşdıqdan  sonra  atları  bağladıqları 
yerdən  açıb  yedəklərində  apardıqları  zaman,  qəfildən,  ani 
olaraq  onların  və  atların  ayaqları  altında,  çox  iri,  təxminən, 
pişik  böyüklüyündə  olan  siçovulların  zirzəminin  divarının 
həyətə  açılan  deşiyindən  bir-birinin  ardınca  çıxaraq,  sürətlə 
qaçmalarını  görəndə,  onların  çıxardıqları  çox  iyrənc  səsləri  eşidəndə,  hər  ikisi 
birdən diksinir, atları isə bərk ürkürlər. 
Üşüdü İbad cəld hərəkətlə siçovul dəstəsinin ardınca atəş açır və onların bir 
neçəsini vura bilir. 
Bu dəhşətli, ətürpədici mənzərənin şahidi olan atam və Üşüdü İbad özlərinə 
gələndə ürkmüş atları tutub, bağladıqdan sonra, divarında həyətə açılan deşik olan 
zirzəmiyə baxmaq fikrinə düşürlər. Üşüdü İbad zirzəminin yeni yaranmış qapısını 
təpiklə  vurub  sındırır.  Qaranlıq  zirzəmidə,  əmələ  gəlmiş  dəlmə-deşiklərdən, 
müxtəlif  istiqamətdən  düşən  şüaların  zəif  işığı  altında,  onlar  başları  kəsilmiş, 
didilib-dağılmış  iki  meyit  görürlər.  Siçovulların  hansı  səbəbdən  belə  iri  olmaları 
onlara aydın olur”. 
Məşədi  Hüseynqulu  Əmrah  oğlunun  yaddaşından:  “Şamaxı  məhəllələrində 
ondan artıq məscid var idi. Şəhər azad ediləndən bir az sonra Şamaxıya - xaraba və 
hüzn  içində  olan  bir  diyara  qayıtdıq.  Yanmış  daş,  divar  iyi,  meyitlərin  iyinə 
qarışmışdı.  Məscidlər  yandırılmışdı.  “Cümə”  məscidi  yansa  da,  nisbətən  salamat 
qala  bilmişdi.  Məscidin  içində  bir  aya  yaxın  iş  getdi.  Məscidin  içindəki  külün 
arasından  tamamilə  kösövə  dönmüş  insan  sümükləri,  yanmış  paltar,  palaz,  papaq 
parçaları, saç çəngələri çıxırdı. Ağsaqqaların məsləhəti ilə bütün məscidlərin içində 
olan  külləri  yığıb  dəfn  etdilər.  Doğmalarını  tapmayan  insanlar  o  “kül  qəbrləri” 
ziyarətgah  bilirdilər.  Özü  də  uzun  illər  Cümə  günlərində  hamı  o  kül  qəbrlərin 
yanında  dayanıb  ağı  deyən,  ağlayan  övlad,  qardaş,  ata  dağlı  o  qədər  insanlar 
tanıyırdım  ki,  Molla  Nərgiz,  Məşədi  Suğra,  Kərbəlayi  Tubu,  Dadaş  Məşədi  Əli 
oğlu, Misirxan Nəsirxan oğlu, Qulu Məşədi Alı oğlu, Cənnət Məşədi Soltan qızı, 
Tükəzban Molla İsmayıl qızı, Yetər, Fərrux Hacı Nağı qızı, Məşədi Xeyri Məşədi 
Usub qızı”. 
* * * 


46 
 
Nuru  Paşa  igidlərinin  ermənilərlə  ən  ağır  döyüşlərindən  biri  də  Şamaxı  və 
Mərəzə  əraziləri  arasında  Acıdərə  adlı  yerdə  baş  vermişdi.  Bu  ağır  döyüşdə 
düşmənin böyük bir qismi məhv edildiyi kimi, Şamaxı könüllüləri və müzəffər türk 
əsgərlərindən  də  xeyli  döyüşçü  şəhid  olmuşdur.  Həmin  ərazidə  həlak  olanlar 
arasında  bir  türk  zabiti  də  vardı.  Şəhidin  məzarı  düz  84  ildir  ki,  şamaxılılar 
tərəfindən ziyarət olunur. 
Bu məzar Şamaxı - Bakı şosse yolunun kənarında Acıdərə adlı bir yerdə iki 
dərənin qovuşuğunda kiçik bir təpənin üstündə yerləşir. Şəhid, şəhid olduğu yerdə 
dəfn  olunmalıdır,  -  adətinə  əsasən  türk  zabiti  öldüyü  yerdə  dəfn  edilmişdir. 
“Üzərində  əhəng  daşından  sənduqə  formalı  abidə  qoyulmuş  (1,25x0,155x0,37 
metr)  tək  bir  məzar  vardır.  Sənduqənin  ayaq  tərəfrində  “Allah,  Məhəmməd”,  baş 
tərəfində  ay-ulduz,  nəsx  xəttilə  ərəbcə,  azərbaycanca,  türkcə  kitabələr  həkk 
olunmuşdur: 
 
Bir türk oğlu qəhrəmanındır bu məzar, 
Gör necə yer ilə yeksan eyləmişdim xazikar. 
Qafqaz islam yolunda eyləyib zinhar canın,  
Ərseyi-hərb içrə bir əslanındır bu məzar! 
 
Bu qəbir osmanlı alayı qoşunlarından olan 
zabitin qəbridir. Qafqaza gəldi, müharibə etdi və 
şəhid  oldu.  1336  (1918)-ci  ildə  şərəfli  şəhadətli 
daddı, ilqarını seçdi. 
“Xoda 
rebbim 
benim 
haqqa. 
Mehemmeddir Resulallah”
54
.  
Qəbrin üzərində türk zabitinin adı, soyadı 
yazılmayıb.  Uzun  illər  bu  məzarda  dəfn  olunan 
şəhidin  adının  Qədir  Əfəndi  olduğu  söyləmiş  və 
yazmışlar. Müəlliflər şəhidin adının Qədir əfəndi 
olduğunu  hansı  sənədə  əsasən  söylədiklərini  və 
yazdıqlarını göstərməmişlər. 
Son  tədqiqatlarda  həmin  vuruşlarda  həlak 
olan  zabitin  adının  İzzət  Əfəndi  olduğunu 
göstərirlər.  Bu  barədə  Bakı  Ali  Birləşmiş 
Komandirlər  Məktəbinin  1998-ci  ildə  “Göytürk” 
mətbəəsində 
çap 
etdirdiyi 
“I 
Dünya 
Müharibəsində  Osmanlı  ordusunun  Qafqaz 
hərəkatı,  Azərbaycan  Milli  Ordusunun  yaradılması  və  Azərbaycanın  istiqlalının 
qazanılması” adlı kitabçanın 31-ci səhifəsində oxuyuruq: “Döyüşlər 20 iyul gecəsi 
                                                           
54
 M.Nemət. “Azərbaycanda pirlər”. Bakı, 1992, səh. 84. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə