42
rus qüvvələrinə arxalanan bolşeviklər Azərbaycanın paytaxtı Bakını zəbt etdilər,
türk-müsəlman əhalisini qırğına verdilər və Gəncədəki Milli Azərbaycan
qüvvələrini də hədələməyə başladılar. Bu təhlükə qarşısında 1918-ci il 4 iyunda
Batumda o zamankı Osmanlı hökuməti nümayəndələri ilə bir müqavilə imzalandı
və bu müqaviləyə görə, türk ordusu azərbaycanlı qardaşlarının köməyinə gəldi və
1918-ci ilin 15 sentyabrında birləşmiş qüvəllər Bakını qəsbkar əllərdən xilas
etdilər”.
50
Gəncədə və Gəncə yaxınlığında mövqe tutmuş düşmən ünsürləri
susdurduqdan sonra Qafqaz İslam Ordusu Şərqə doğru hərəkət etməyə başladı. Ən
böyük və ağır döyüşlərdən biri Göyçayda oldu. Artıq bu zaman “Şimal yolu ilə
Göyçay qəsəbəsinə yaxınlaşan bolşevik rus və erməni qüvvələri keçdikləri erməni
yaşayış məntəqələrindən canlı qüvvə və təminat toplayaraq 28-30 minlik orduya
çevrilmişdilər”.
51
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu bu döyüşdə bolşevik-
daşnak hissəsinin burnunu ovdu və Bakı səmtə yol aldı. Belə bir qələbədən sonra
erməni terrorçularının zülmündən cana doymuş Azərbaycan xalqının igid övladları,
könüllü dəstələr nizami orduya daxil olmağa başladılar.
Nuru Paşanın ordusuna könüllü qoşulanlar arasında erməni qatillərindən
həmyerlilərinin intiqamını almağa hər cür, hər vaxt hazır olan şamaxılılar da var
idi. “Şamaxıda cavanlardan ibarət təşkil etdiyi dəstəyə gecəli-gündüzlü təlim keçən
Osman Əfəndi az bir zamanda onlardan sərrast atıcılar yetişdirməyə müvəffəş
olmuşdu. Bu dəstə ermənilərlə aparılan döyüşlərdə ermənilərin bir çox
hücumlarının qarşısını ala bilmişdi. Osman Əfəndi Göyçaya gəldiyi iki günün
içərisində orduya 60 nəfər könüllü cəlb etmişdi. Göyçaya varid olan müzəffər türk-
osmanlı ordusunun tərkibinə qatıla bilmələri üçün hazırlanmışdı.
Qafqaz İslam Ordusunun zərbi-dəstinə davam gətirə bilməyən 25-30
mindən artıq olan bolşevik-daşnak ordusu geri çəkilməyə başladı. Kürdəmir, Ağsu
azad edildi. İşin dəhşəti onda idi ki, yağı düşmən geri çəkildikdə daha çox və
dəhşətli faciələr törədirdilər, yaşayış məntəqələrində adda-budda salamat qalmış
tikililəri yandırır, heç kimə, heç nəyə rəhm etmirdilər.
Məğlubiyyətlərindən daha da vəhşiləşən erməni-daşnakları təsadüfən rast
gəldikləri azərbaycanlılara ağlasığmaz işgəncələr verir, sonra da yerindəcə
güllələyirdilər.
Müzəffər Nuru Paşa ordusu iyul ayının 20-də Şamaxını azad etdi.
Təxminən, dörd ay ərzində Şamaxı şəhəri yerlə-yeksan olmuş, şəhərin quruca adı
qalmışdı. Erməni daşnaklarının ayağı dəydiyi müsəlman kəndləri isə tamamilə yox
edilmişdi. Şəhər azad edildikdən sonra müxtəlif yerlərdə gizlənmiş insanlar türk
ordusunun pişvazına çıxırdılar.
50
M.Ə.Rəsulzadə - Əsrimizin Siyavuşu. B. 1991, s. 90.
51
Birinci Dünya müharibəsində Osmanlı Ordusunun Qafqaz hərəkatı. Bakı 1998, səh. 25.
43
Uzun bir müddət qorxu, həyəcan, aclıq, səfalət içində yaşamış bu insanların
üzündə kiçik də olsa ümid, sevinc işığı sezilirdi.
Mənbələrdən: “Türk ordusu Şamaxıya, demək olar ki, küçələrdə, həyətlərdə
yüzlərlə yandırılmış, tüstüsü göyə qalxmış mülklərin, binaların, evlərin və
dalanların, eləcə də, içərisində, kömürə-külə dönmüş, vaxtın istisinin təsirindən,
şişib dağılmış, çürüməkdə olan çoxlu insan cəsədləri ilə dolu olan vaxtda gəlib
çıxmışdı. Yandırılmış binaların alovu artıq sönmüş olsa da, əmələ gəlmiş
xarabalıqlardan həm də yüksələn tüstünün və kül tozlarının təsirindən nəfəs almaq
çətinləşirdi”.
52
Hacı Musa Tağı oğlunun yaddaşından: “Bizim evimiz Sarıtorpaq
məhəlləsində idi. Bu məhəllədə varlı-karlı insanların, kübarların imarətləri daha
çox idi. Şəhər azad ediləndən üç gün sonra evimizə qayıtdıq. Şəhər xarabazar idi.
Türk əsgərləri şəhərə daxil olanda hamımız onlara baş endirdik. Mən 1902-ci il
zəlzələsini də görmüşdüm. Ermənilərin şəhərdə törətdikləri fəlakət zəlzələdən də
betər idi. Evimizdən, qonşuların mülklərindən əsər-əlamət qalmamışdı. Yay olduğu
üçün ətrafı iy, qoxu bürümüşdü. Əslində isə bir dənə də olsun bütöv cəsəd yox idi.
İtlərin, siçovluların, tülkülərin paraladığı meyitlər dəhşətli görkəmə düşmüşdü.
Şamaxıya qayıdan insanlar fəryad edə-edə ilk əvvəl məhəllədəki insan cəsədlərini,
eləcə də, cəsədlərdən ayrı düşmüş bədən üzvlərini - qol, baş, qıç, əl-ayaqları
toplamağa başladılar. Bir neçə gün içində yüzlərlə insan cəsədləri toplanıb dəfn
edildi. Çoxsu da məscidinin həyəti və Şamaxının Qəriblər qəbrisitanlığında.
Bundan əlavə, insan cəsədlərinin, külü məscidlərdə də basdırılırdı. Bu işlərin icrası
zamanı türk əsgərləri də fəal iştirak edirdilər. Belə vaxtlarda bizim hansı hissləri
keçirdiyimizi söyləmək o qədər də asan deyildi. Ürəyi gedən, ağlamaqdan göz yaşı
quruyan, ah-fəryaddan səsi batan insanlar yüzlərlə idi. Demək olar ki, 1919-cu ilin
qışına kimi şəhər hələ yaxşı təmizlənməmişdi. Azərbaycanın müxtəlif ərazilərinə
didərgin düşmüş şamaxılılar yavaş-yavaş şəhərə qayıtmağa başladılar. Mən
qonşumuz Ağamirzənin ailəsinin şəhərə qayıtmasının şahidi olmuşam. Bizdən iki
tin, o biri tərəf “İmamlı”da yaşayırdılar. Ağamirzənin evi tam uçmuşdur. Bir
oğlunu ermənilər öldürmüşdülər. Onun qırxa yaxın yaşı olardı. Anası Püstə nənə
də sağ idi. Həyətə çatdılar. Ailə yerindəcə donmuşdu. Ana, Ağamirzə ilə yoldaşı
Güllü və oğlanları Niyaz, Nuru evin uçmayan divarına söykənib ağlamağa
başladılar.
Ağamirzə arvadı Güllü ilə evin xarabalığına cumdular. Bir saata yaxın
yanmış daş-torpağı ələk-vələk elədilər. Ən nəhayət, Ağamirzənin dəhşətli səsi
hamımızı diksindirdi. O, atası İmamlı məscidinin mollası Məşədi Əsədin yanıb-
kösəvə dönmüş cəsədini daşların arasında tapa bilmişdi. Ağamirzə cavan olduğu
üçün atam onu güclə kənara çəkdi, anam Güllünü və uşaqları alaçığımıza gətirdi.
52
S.Ələsgərova, İ.Məmmədli. Şəhid türk zabiti məzan, “Vışka” qəzeti, 21.VI.2000.
Dostları ilə paylaş: |