SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə20/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

47 
 
də  davam  etdi.  Türk  birləşmələrinin  şiddətli  hücumu  nəticəsində  bolşeviklərin 
Şamaxı  müdafiəsi  dağılmış  və  qələbə  türk  birləşmələrinin  əlinə  keçmişdir.  Türk 
birləşmələrinin  təqibi  ilə  Mərəzə  istiqamətinə  geri  çəkilən  düşmən  21  iyuldakı 
döyüşdən  sonra  buradan  da  çıxarıldı  və  Bakıya  doğru  qaçmağa  başladı.  Bu 
döyüşdə 28-ci tabur komandiri mayor İzzət Əfəndi şəhid oldu. (Seçmələr bizimdir 
– S.Q.). 
Heybət  Şikarovun  dediklərindən:  “Əgər,  türk  əsgərləri  bir  az  da  gec  gəlsə 
idi,  demək  olar  ki,  Azərbaycan  həm  də  Şamaxı  bütövlükdə  erməni  cəlladlarının 
əlinə  keçəcəkdir.  Rəhmətlik  atam  həmin  faciələrin  hamısını  öz  gözləri  ilə 
görmüşdür.  Əsrlərin  şahidi,  qədim  mədəniyyət  mərkəzi  olan  Şamaxının  talan 
edilməsi, yüzlərlə qədim tarixi abidələrin – məscid, hamam, mədrəsə, eləcə də xan, 
bəy və tacirlərin bənzərsiz, qədim Şərq üslubunda tikilən mülklərinin yerlə-yeksan 
olunmasının,  yandırılmasının  canlı  şahidi  olmuşdur.  Dini  bayramlar  olanda  atam 
Qədir  Əfəndinin  ruhuna  “Yasin”  oxutdurardı.  Bununla  yanaşı,  türk  şəhidinin 
məzarının üzərinə ilk dəfə daş saldırmış Məlikməmməd  Məlik oğlu Tağıyevin də 
adını  hörmətlə  çəkər  və  ona  rəhmət  diləyərdi.  Atam  deyərdi  ki,  o  kişi  öz  canı 
bahasına  türk  zabitinin  adını  əbədiləşdirdi.  Belə  ki,  Məlikməmməd  30-cu  illərdə 
Şamaxıda  yüksək vəzifəli ermənilərin  yuxarılara  verdikləri donoslar əsasənda 30-
cu  ildə  qardaşı  və  iki  oğlu  ilə  həbs  edildi.  Sonralar  bəlli  oldu  ki,  1937-ci  ilin 
ortalarında  Məlikməmməd  Şamaxıda  Dövlət  Təhlükəsizlik  İdarəsində  işləyən 
Qavriloviç  adlı  erməninin  göstərişi  ilə  “türkçülüyü  yaymaq  və  müdafiə  etmək” 
üstündə ikinci dəfə həbs edildi və o “xalq düşməni” adı ilə də güllələndi.
55
 
İllər  keçdikcə,  güclü  yağışlar  zamanı  dağlardan  axan  sellər  həmin  təpəni 
yavaş-yavaş  ovurdu.  Məzar  təhlükə  qarşısında  idi.  Bu  təhlükəni  görən  Babaxan 
Qara oğlu heç nəyi fikriləşmədən qolunu çırmalayıb işə başladı. 
Haşiyə:  Babaxan  Qara  oğlu  Rzaxanov,  1928-ci  ildə  Şamaxı  rayonunun 
Qaracüzlü  kəndində  anadan  olub.  Ailələri  ilə  Bakıya  köçüb  Razin  (Bakıxanov) 
qəsəbəsində  yaşayıblar.  Babaxan  Suraxanıdakı  qarajda  sürücü  işləmişdir.  “O 
zaman  “ZSL”-i  varmış.  Qırmızı  rəngli  “Zil”  ancaq  Babaxanda  idi.  “Əhməd 
haradadır” filmindəki Əhmədin “Zil”i onun olub”.
56
 
Gülnaz  Babaxan  qızının  dediklərindən:  “Atam  1954-cü  ildə  qəbri 
abadlaşdırmağı  qərara  alır.  Bunun  üçün  fəhlə,  usta  tutmaq  istəyir.  Çoxları 
hökumətin qorxusundan razılıq vermir. Ən  nəhayət, Kazım Süleymanov, Teymur 
Haqverdiyev, Əliheydər Xasayev işə başlayırlar. Onlar qəbrin ətrafını daşla hörür, 
dəmir çərçivəyə alırlar. Atam şəhərdən savadlı molla gətirir. Qəbir daşının üstündə 
olan  yazının  pozulanlarını  da  bərpa  etdirir.  Bu  iş  hüquq  mühafizə  orqanlarına 
çatdırılır. Vəzifədə olan ermənilərin şeytanlığı ilə atam müxtəlif təzyiqlərə  məruz 
qalır. Sorğuya tutulur. Ondan düzəltdiklərini sökməyi tələb edirlər. Atam isə, həbs 
                                                           
55
 H.Şikarovun xatirəsi bizdədir – S.Q. 
56
 “Hər gün” qəzeti. 1998. 4.IX. Məzar Qədir Əfəndinindir. 


48 
 
olunmağına  razı  olur,  ziyarətgaha  əl  vurulmağına  yox. 
Bu ara Türkiyə dövləti ilə SSRİ arasında yaranan yaxşı 
münasibət  atamı  bəladan  xilas  edir.  Biz  hər  il  mart 
ayında  atamla  Şamaxıya  gedər,  şəhid  türk  məzarını 
ziyarət  edər,  üstünə  tər  çiçəklər  düzərdik.  O  da 
yadımdadır ki, atam bizi orada qoyub, Şamaxıya molla 
dalınca  gedərdi.  Gətirdiyi  mollaya  Qədir  Əfəndinin 
ruhuna “Yasin” oxutdurardı. 
Atam  1994-cü  ildə  dünyasını  dəyişdi.  Vəsiyyətlərinin  biri  də  “şəhid  türk 
məzarına ziyarətə getməyi unutmayın”, - oldu. Ta bu günə kimi atamın vəsiyyətinə 
əməl edirik”. 
Azərbaycan  soyqırımının  75  illiyi  münasibətilə  1993-cü  ildə  məzarın 
yanında Şamaxı yanında Şamaxı və Qobustan rayonları rəhbərliyinin və ziyalıların 
məsləhəti  ilə  Türk  məzarı  yanında  mitinq  təşkil  edilmişdir.  Mitinqdə  Türkiyənin 
ölkəmizdəki sabiq Altan Karamanoğlu, səfirliyin işçiləri və səfirin atası da iştirak 
etdi.  Belə  qərara  aldılar  ki,  həmyerlimiz,  bacarıqlı  memar  Cəfər  Qiyasinin 
hazırladığı layihə əsasında türk qəbrinin ətrafında məqbərə ucaldılsın. Bu məqsədlə 
Qobustan  rayon  bankında  712  saylı  hesab  açıldı,  imkanlı  adamların  xeyirxah  işə 
kömək etmələri arzu edildi. 
Çox  əfsus  ki,  istedadlı  memar  Cəfər  Qiyasinin  yaratdığı  abidə  elə  kağız 
üzərində  qaldı.  Amma  2000-ci  ildə  Qobustan  Rayon  icra  Hakimiyyətinin  səyi  ilə 
türk  zabitinin  qəbri  təmir  edildi  və  məzardan  30  metr  kənarda,  şosse  yolunun 
üstündə  1918-ci  ildə  döyüşlərdə  həlak  olmuş  insanların  adına  abidə  kompleksi 
ucaldıldı. 
* * * 
Uzun  zaman  apardığımız elmi  araşdırmalar nəticəsində Şamaxıda və eləcə 
də,  onun  kəndlərində  qətlə  yetirilmiş  bir  çox  insanların  adını  və  soyadını 
dəqiqləşdirə  bilmişik.  Şamaxıda  qətlə  yetirələnlər  arasında  yüzlərlə  dövlət  işçisi  
bəy,  tacir,  axund,  əfəndi,  molla,  mirzə,  müəllim,  şair,  memar,  aşıq,  xanəndə  və 
başqa peşə, sənət sahibləri  olmuşdur. Teymur Xudaverdiyev (şəhər qlavası), Hacı 
Cəfər  Qulu  Axundov,  Hacı  Baba  Abbasov,  Əşrəf  Hacıyev,  Hacı  Əbdülxalıq 
Əhmədov,  Hacı  Əbdülhüseyn  Zeynalov,  (özünün  üç  qardaşı  ilə)  Hacı  İsrafil 
Məmmədov,  Mir  İbrahim  Qasımov,  Eyyub  Ağa  Veyisov,  Zeynəb  xanım   
Veyisova, Əli Abbas  bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov,  Əbdürrəhim  Ağa    
Ağalarov, Məhyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi, Mehdi Xəlil oğlu, Ziyyəddin 
Abdullayev, Hacı Molla Həsən Zeynalov və arvadı, Mahmud Hacıağa oğlu arvadı 
və oğlu ilə Vahab bəy, İsrafil bəy, Mecid bəy, Məlik bəy, Xaspolad bəy, Nağı bəy, 
Tağı  bəy,  Soltan  bəy,  Mürşüd  bəy,  Hacı  Murad,  Hacı  Musa  Hacı  Dadaş  oğlu, 
Kərbəlayi  Misir  Hacı  Namaz  oğlu,    Hacı  Bağı  Kərbəlayi  Mirzəxan  oğlu,  Hacı 
Nurməmməd Hacı Axund oğlu, Mirzə Aslan Kərbəlayi Ağasəfoğlu, Axund Mecid 
Hacı Salman oğlu, Axund Zülfüqar Molla Məhəmməd oğlu, Molla Mirbaba, Mirzə 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə