256
MÜFTİ MOLLA HÜSEYN ƏFƏNDİYƏ
Qəsidə
Gətir, saqi, qədəh kim, könlümə zövqü səfa gəldi,
Yetişdik feyzi-üzmayə, yenə feyzi-xuda gəldi.
Əgərçi mövsümi-mizandır, ey saqiyi-gülrux,
Təravətbəxş dəhrə bir bahari-canfəza gəldi.
Yenə sirab olduq İltifati-əbri-rəhmətdən,
Nihali-xüşksali-aləmə nəşvü nüma gəldi.
Dirəxti-arizu müddətdi kim, bibərgü bar idi,
Bihəmdillah, açıldı qönçələr, bərgü nəva gəldi.
Töküldü sağəri-büllurə mey vəcdi-nişatından,
Qədəhlərdə hübabın başına özgə həva gəldi.
Oturmuşdum keçən şəb guşcyi-izlətdə, ey saqi-
Ki, nagəh müjdə ilə guşə qayibdən səda gəldi.
Olub əzmi-rəmim ehya o sövti-ruhpərvərdən,
Deyildi sövti-biganə, mənə çox aşina gəldi-
Ki, ey sərxeyli-fövci-şairani-xitteyi-Qafqaz,
Bu mülkə, agah ol, ol xosrovi-şirinliqa gəldi.
Gəlib bir zat kim, ondan olubdur bəll müşgüllər,
Dəxi qəm dəfinə bir sərvəri-müşkülgüşa gəldi.
Bihəmdillah, nəsib oldu sənə didarı bir zatın-
Ki, mahi-tələtindən gözlərə nurü ziya gəldi.
257
Hüseyni-paktinət, müftiyi-Qafqaz kim, anın
Vucudundan bu torpağa xəvasi-kimya gəldi.
Səri-ruhaniyan, ruhi-mücəssəm, alimi-ələm,
Süruri-sineyi-aləm, rəvani-övliya gəldi.
Sanırsan bir yədi-qüdrətdü, oldu qeybdən zahir,
Bu Qayibzadə zahir oldu, dəhrə yüz cila gəldi.
Çəkibdir çətri-nöqsan etməyə yüz min riyazətlər-
Ki, guya ricəti-gübradü, əsrə Mürtəza gəldi.
Nə qəra biman oldu dideyi-pürşiveyi-yarın,
O badami-siyəhdən aqibət dərdə dəva gəldi.
Qəbul etdi Hüseyn bari-əmanət ruzi-əzzəldə,
Bu nasut aləmində etməyə əhdə vəfa gəldi.
Əmanət ərz olanda ruzi-əvvəl cümlə əşyayə,
Düşüb xövfü hərasə, cümlə əşyadən iba gəldi
*
.
Edibdir əhdü peyman kim, yetirsin dini təkmilə,
Nizami-aləmin icrasına ol pişva gəldi.
Məhəmməd məsnədində qaim oldu nəşri-hikmətçün,
Tüluundan o şəmsin aləmə nurü bəha gəldi.
Əgərçi çoxları todbir qılmışdı bu mənsəbçün
Vəlakin ol güruhin tiri-tədbiri xəta gəldi.
Qədərlənmişdi çün nami-Hüseyn ta ki bu mənsəblə,
Bu əmrin dəhrdə icrasına hökmi-qəza gəldi.
*
Quran ayəsinə işarədir
.
258
Zülali-çeşmeyi-heyvanə oldu aqibət vasil,
Bu Xızra zülmət içrə lütfi-yəzdan rəhnüma gəldi.
Şamaxı şəhrinin mehrabı kəc düşmüşdü taətçün,
Bu günlər rast oldu, çünki ol qiblənüma gəldi.
Qədəm qoymaq dilərdi Əhximən mülki-Süleymanə,
Süleymanın pənahı Asəf ibni-Bərxiya gəldi.
Şəyatinlər üruç istərdilər mülki-səmavatə;
O qövmin dəfinə tiri-şəhabi-pürbəla gəldi.
Yetişdi hökmi-nafiz imperaturi-müəzzəmdən,
Hüseynin nisbinə fərmani-şahi zil-üla gəldi.
Hüseynin qəsdin etmişdi əgərçi Şümrsövlətlər,
Bihəmdillah, bəlayə ol güruhi-əşqiya gəldi.
Hüseyn namında çün məşhur idi imdadə yetməklik,
Vilayət mülkünün şahı "vəliyyü innəma" gəldi.
Əla, ey müftiyi-islam, nikunamü nikəncam-
Ki, xaki-məqdəmin çeşmi-cahanə tutiya gəldi.
Nə müddətdir vəfasız qövm içində zaru nalanəm-
Ki, hər bir kinəvərdən, ya Hüseyn, yüz min cəfa gəldi!
Dönüb tufani-Nuhə göz yaşım xəlqin bəlasından,
Mənim, ey naxuda, gör başıma yüz macəra gəldi.
Vəlakin sabir olmaq şiveyi-mərdani-salikdir,
Hədisi-Müstəfadır: "Əlbəlaü lilvila"
*
gəldi.
*
Dostun bəlasını [qəbul etmişəm] (hədis).
259
Mərizi-fırqət idim, gəlməyindən şadman oldum,
Dili-bimarıma nitqi-Məsihadən şəfa gəldi.
İki müfti sənin tək gəlmiş idi şəhri-Şirvanə,
Olardan Seyyidi-dilxəstəyə lütfü əta gəldi.
Biri ali-Vidadi, zübdeyi-irfan Məhəmməd kim,
Məhəmməd şərinə ondan rəvaci-bərməla gəldi.
Biri Hacı Həmidi-zülməali, hamidi-həq kim,
Gələn gün Şirvanə Qülzümi-cudü səxa gəldi.
Bihəmdillah, üçüncü müfti sənsən, ey həya kani,
Cahanı bəxş qıldın, zatüvə şərmü həya gəldi.
260
HACI HÜSEYN ƏFƏNDİYƏ
Qəsidə
O gün kim əhli Şirvan çıxdılar yeksər müsəllayə,
Təzərrə qıldılar baran üçün rəbbi-təalayə.
Açub əlavü əsfəl başların ağlardılar hər gün,
Ucaldı nalələr yerdən təmamən ərşi-əlayə.
Giriban çak olub ağlardılar biçarə aləmlər,
Uşaqlar əldə Quranlar çıxardı gündə səhrayə.
Zükur əhli çağurdi dadə yetsin şahi-Mərdani,
Ünas əhli təvəssül qıldılar damani-Zəhrayə.
Təvəqqə qıldılar islam əhli şahi-Bəthadən,
Təzərrə qıldılar qövmi-nəsara ruhi-ülyayə.
O alimlər ki, nitqindən olurdi mürdələr ehya,
Olardan olmadı bir çarə hərgiz ərzi-muyayə.
O fazillər ki pəst etmişdi feyzi abi-heyvani,
Qalub zülmətdə, heyran, düşdilər bir özgə sevdayə.
Oxundu daşə hər gün çox dualar nəşri-rəhmətçün,
Və leykən düşmədi bir qətrə baran səhni-ğəbrayə.
Zibəs əlğis, əlğis etdilər ol Xızrməqdəmlər,
Yazıldı hərfi-ğeyni ya vü sa gərduni-xəzrayə.
Əgərçi xatibi-tətazvadən kəsmədük ümmid,
Və leykən abi-rəhmət enmədi kişti-təmənnayə.
Ələndi su məqamından həvadən başlara pıtraq,
Yanub nari-atəşdən gögdə quşlar, gəldi ğövğayə.
Dostları ilə paylaş: |