Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə28/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   24   25   26   27   28   29   30   31   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
48
 
qaçqınların təqiblərə məruz qalmalarından çəkinmələri üçün əsasların mövcud olduğu ölkəyə  heç bir halda 
qaytarılmamasını nəzərdə tutur. Məcburi geri qaytarmamaq prinsipi qaçqının təqiblə üzləşəcəyi həm mənşə, 
həm də hər hansı bir başqa ölkəyə qaytarılması ilə bağlı tətbiq edilir. Avropa İttifaqı və Avropa Şurasının bütün 
üzv dövlətləri 1951-ci il Cenevrə Konvensiyasına qoşulsalar da Türkiyə bu Konvensiyanı yalnız Avropadan olan 
qaçqınlarla əlaqədar tətbiq edir.
92
 BMTQAK bölmə 4.1-də nəzərdən keçirilmiş məsələləri hərtərəfli əhatə edən 
"1951-ci  il  Cenevrə  Konvensiyasına  əsasən  qaçqın  statusunun  müəyyənləşdirilməsi  prosedurları  və 
meyarlarına dair qaydalar və vəsait"
 dərc etmişdir.
93
 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 78-ci maddəsi 
Avropa İttifaqı tərəfindən "məcburi geri qaytarmamaq prinsipinə uyğunluğu təmin etməklə" sığınacaq, əlavə  
və müvəqqəti himayə sahələrində siyasətin işlənib hazırlanmasını nəzərdə tutur. "Bu siyasət 1951-ci il Cenevrə 
Konvensiyasına  və  onun  Protokoluna  və  digər  əlaqədar  beynəlxalq  müqavilələrə,  məsələn,  Avropa  İnsan 
Hüquqları Konvensiyasına, BMT-nin "Uşaq hüquqları haqqında" və "İşgəncələr və digər qəddar, qeyri-insani və 
alçaldıcı rəftar və ya cəza əleyhinə" Konvensiyalarına, "Mülki və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial 
və  mədəni  hüquqlar  haqqında"  Beynəlxalq  Paktlara  uyğun  olmalıdır".  Avropa  İttifaqının  sığınacaq 
qanunvericiliyi, o cümlədən 
Dublin Əsasnaməsi
 (EU)(604/2013), 
Təsnif etmə Direktivi
 (2011/95/EU), 
Sığınacaq 
prosedurları  Direktivi
  (2013/32/EU)  və 
Qəbuletmə  şərtləri  Direktivi
  (2013/33/EU)  bu  siyasətə  uyğun 
hazırlanaraq  qəbul  edilmişdir.  Bütün  bu  qanunvericilik  aktlarına  düzəlişlər  edilib.  Danimarka,  İrlandiya  və 
Birləşmiş  Krallıq  Avropa  İttifaqının  sığınacaq  qanunvericiliyinin  bəzi  aktları  üzrə  öz  üzərinə  öhdəliklər 
götürməyib bəzi aktları üzrə isə qismən öhdəliklər götürüblər (Əlavə 1-ə baxın). 
 
Misal: Avropa İttifaqı Ədalət Məhkəməsi Səlahəddin Abdullanın və başqalarının işi ilə əlaqədar 
Təsnif etmə 
Direktivini
  tətbiq  edərkən  bunları  vurğulamışdır  “Direktivin  preambulasında  verilmiş  3,  16  və  17-ci 
bəndlərdən aydın görünür ki, Cenevrə Konvensiyası qaçqınların himayəsi üzrə beynəlxalq hüquqi rejimin 
təməl daşını təşkil edir və Direktivin qaçqın statusunun kimə şamil olunduğunun müəyyənləşdirilməsinə 
aid müddəaları və müvafiq məzmunu sözügedən Konvensiyanın ümumi anlayışlar və meyarlar  əsasında 
tətbiqi istiqamətində üzv dövlətlərin səlahiyyətli orqanlarını istiqamətləndirmək üçün qəbul edilmişdir."
94
 
 
2011-ci ildə dəyişdirilmiş 
Təsnif etmə Direktivi
95
 insanların qaçqın kimi və ya beynəlxalq himayə ehtiyacı olan 
şəxslər kimi təsnif edilməsinə aid bir sıra ümumi standartları Avropa İttifaqı qanunvericiliyinə gətirmişdir. Bu 
standartlar  sırasına  əsas  elementi  1951-ci  il  Cenevrə  Konvensiyasının  33-cü  maddəsində  nəzərdə  tutulmuş 
məcburi geri qaytarmamaq prinsipindən irəli gələn hüquq və vəzifələr də daxildir. 
 
Lakin  nə  1951-ci  il  Cenevrə  Konvensiyasının  33-cü  maddəsi,  nə  də  ki 
Təsnif  etmə  Direktivinin
  17  və  21-ci 
maddələri  məcburi  geri  qaytarmanı  qəti  şəkildə  qadağan  etmirlər.  Bu  maddələr  qaçqının  çox  müstəsna 
hallarda    daha  konkret  desək  qəbul  edildiyi  dövlətin  təhlükəsizliyinə  təhlükə  yaratdıqda  və  ya  ağır  cinayət 
törətdikdən sonra cəmiyyət üçün təhlükəli olduqda çıxarılmasına icazə verir. 
 
Avropa  İttifaqı  Fundamental  Hüquqlar  Xartiyasının  18-ci  maddəsi  məcburi  geri  qaytarmamaq  prinsipini  də 
nəzərdə tutan sığınacaq hüququnu təmin edir. Xartiyanın 19-cu maddəsi kiminsə ölüm hökmünə, işgəncəyə 
və ya digər qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalacağı dövlətə göndərilməsini, qovulmasını 
və  ya  ekstradisiya  edilməsini  qadağan  edir.  Xartiyaya  dair  Şərh  19(2)-ci  maddənin  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının 3-cü maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əlavə 
olunduğunu bəyan edir.
96
 
                                                
92
 
Konvensiyanın 1(B) maddə
sin
ə
 
ə
sas
ə
n Türkiy
ə
 öhd
ə
likl
ərinin yalnız Avropadakı hadisə
l
ə
r s
ə
b
ə
bind
ə
n did
ərgin düşmüş insanlara şamil 
edilm
ə
sind
ə
n ibar
ət coğrafi qeyd
-
şə
rtl
ə
 
bu Konvensiyaya qoşulu
b. 
93
 BMTQAK (2011-ci il). 
94
S
ə
lah
ədin Abdullanın və
 
başqalarının
 
Almaniyaya qarşı
 
(Salahadin Abdullaand Others v. Bundesrepublik Deutschland)
 
Avropa İttifaqı 
Ə
dal
ə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-175/08, C-176/08, C-178/08 v
ə
 C-179/08 [2010] ECR I-
01493 saylı

2 mart 2010-cu il tarixli birg
ə
 
işlə
rinin 52-ci 
paraqrafı; 
Navras Bolbolun Bevandorlasi es Allampolgarsagi Hivata-
ya qarşı
 
(Nawras Bolbol v. Bevándorlási és Állampolgársági Hivata)
 
Avrop
a İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-31/09 [2010] ECR I-
05539 saylı, 17 iyun 2010
-
cu il tarixli işin 37
-
ci paraqrafı; Almaniyanın B. və
 
D.-y
ə
 
qarşı
 
(Bundesrepublik Deutschland v. B. and D.
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-57/09 v
ə
 C-101/09 [2010] ECR I-10979 
saylı birgə
 
işlə
rinin 77-
ci paraqrafı
 
95
2011/95/EU saylı Direktiv 
(Directive 2011/95/EU)
, OJ 2011 L 337/9. 
96
 
Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasına 
(2007/C 303/02)
 
dair Şə
rhl
ə
r
ə
 
baxın. Ə
hm
ə
din Avstriyaya 
(Ahmed v. Austria)
 v
ə
 Sörinqin 
Birl
əşmiş Krallığa qarşı
 
(Soering v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 25964/94 v
ə
 14038/88 
saylı, 17 dekabr 1997
-ci il v
ə
 7 iyul 1989-
cu il tarixli işlə
rin
ə
 
baxın.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə