Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə31/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   27   28   29   30   31   32   33   34   ...   128

51
 
fərqli  və  özünəməxsus  tətbiq  sahəsinə  malikdir.  Bu  anlayış  ərizəçinin  vəziyyəti  ilə  və  ya  onun  mənşə 
ölkəsindəki ümumi vəziyyətlə əlaqədar zərərdən irəli gələn daha ümumi riski əhatə edir. 
 
15-ci maddəyə əsasən əlavə himayə meyarına uyğunluq ərizəçinin konkret olaraq onun şəxsi vəziyyətinə aid 
amillərin və/və ya kütləvi zorakılıq hallarının təsiri altında olduğunu nümayiş etdirməyi tələb edir. Ərizəçi 
15(c) maddəsinə əsasən əlavə himayə meyarına uyğun olması ilə əlaqədar öz şəxsi vəziyyətinə aid spesifik 
amillərin  təsiri  altında  olduğunu  nə  qədər  çox  nümayiş  etdirərsə,  onun  kütləvi  zorakılıq  hallarının  təsiri 
altında olması ilə bağlı o qədər az əsaslar tələb olunar. Müstəsna hallarda əgər hərbi münaqişədən irəli gələn 
kütləvi  zorakılığın  dərəcəsi  həddindən  artıq  yüksək  olarsa,  ərizəçinin  mənşə  ölkəsində  və  ya  bölgəsində 
sadəcə olaraq mövcud olması nəticəsində ona vurulacaq zərərlə əlaqədar təhlükəyə məruz qalması riski ilə 
üzləşəcəyini ehtimal etmək məqsədi ilə nümayiş etdirilən əhəmiyyətli əsaslar onun əlavə himayə ilə təmin 
olunmasına kifayət edə bilər.
103
 
 
3.1.2.
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən riskin xarakteri 
 
Əgər dövlət əlaqədar şəxsi Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnu itirmək və 
ya qeyri-insani və yaxud ləyaqəti alçaldan rəftarla, yaxud cəza ilə üzləşmək riskinə məruz qoyarsa, Avropa İnsan 
Hüquqları  Konvensiyasına  əsasən  çıxarılma  qəti  şəkildə  qadağan  edilir.  Burada  [1951-ci  il  tarixli]  Cenevrə 
Konvensiyasından  irəli  gələn  səbəblərlə  əlaqədar  təqibi  nümayiş  etdirmək  tələb  olunmur  və  çıxarılmanın 
qadağan edilməsi ilə bağlı istisnalar mövcud deyil (Bölmə 3.1.7-yə baxın). 
 
Avropa İnsan Hüquqları Məhkəməsi şəxsin deportasiya və ya ekstradisiya ediləcəyi təqdirdə konkret hallardan 
və rəftardan irəli gələn risklə üzləşib-üzləşməyəcəyindən asılı olaraq müvafiq işlərə Avropa İnsan Hüquqları 
Konvensiyasının 2 və ya 3-cü maddələri əsasında baxmaqda meyllidir. Avropa İnsan Hüquqları Konvensiyasının 
bu iki maddəsi arasındakı əsas fərq budur: Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə aid olan 
işlərdə  şəxs  geri  qaytarıldıqda  onun  ölüm  "perspektivləri"  qaçılmaz  bir  faktdır;  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının 3-cü maddəsinə aid işlərdə çıxarılacaq şəxsin bu maddə ilə qadağan edilmiş işgəncəyə və ya 
ləyaqəti alçaldan rəftarın digər formalarına məruz qalması riski ilə üzləşəcəyini ehtimal etmək üçün mühüm 
əsaslar mövcud olmalıdır. 
 
Misal: Bədirin və Kanborun İsveçə qarşı işində
104
 Avropa İnsan Hüquqları Məhkəməsi kiminsə qiyabi şəkildə 
ölüm cəzasına məhkum edilmiş Suriyaya geri qaytarılmasının Avropa İnsan Hüquqları Konvensiyasının 2-cü 
və 3-cü maddələrinə zidd olduğunu müəyyən etmişdir. 
 
Misal: Əl Səədunun və Müfdhinin Birləşmiş Krallığa qarşı işində
105
 İraqda xidmət göstərən Birləşmiş Krallığa 
məxsus orqanların İraqın iki mülki şəxsini ölüm hökmü nəzərdə tutan cinayətlə ittiham edən İraqın cinayət 
idarəsinə təhvil verməsi Birləşmiş Krallıq tərəfindən 3-cü maddənin pozulması kimi müəyyən edilmişdir. 
Eyni  zamanda,  Məhkəmə  şikayətlərin  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  2-ci maddəsinə  və  ya  bu 
Konvensiyaya dair 13 saylı Protokola əsasən baxılmasını zəruri hesab etməmişdir. 
 
Avropa İnsan Hüquqları Məhkəməsi şəxsin geri qaytarılması üçün təklif olunan ölkəyə çıxarılmasının ehtimal 
olunan nəticələrinə xüsusi diqqət ayırır. O şəxsin öz vəziyyətinə, həmçinin müvafiq ölkədə müşahidə olunan 
ümumi  vəziyyətə,  o  cümlədən,  həmin  ölkədə  zorakılıq  və  ya  insan  hüquqlarının  pozulması  hallarının 
ümumiyyətlə  baş  verib-verməməsi  məsələlərinə  diqqət  yetirir.  Əlaqədar  şəxs  sistematik  olaraq  ləyaqəti 
alçaldan rəftara məruz qalan qrup üzvü olduqda
106
 şəxsi risk faktorlarının məhkəmə yolu ilə sübuta yetirilməsi 
zərurəti yaranmaya da bilər. 
 
                                                
103
Belçika Dövl
ət Şurası (Conseil d’État) tə
r
ə
find
ə
n 2012-ci il iyunun 7-d
ə
 istiqam
ə
tl
ə
ndiril
ə
r
ə
k t
əqdim olunmuş 
Abubakar Diakitenin 
Commisaire general aux refugies et aux apatries-
ə
 
qarşı
 
(Aboubacar Diakité v.Commissaire général aux réfugiés et aux apatrides) 
işində
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ən "daxili silahlı münaqişə
" t
ə
rifini d
ə
 mü
ə
yy
ə
n etm
ək xahiş olunmuşdur.
 
104
B
ə
dirin v
ə
 
Kanborun İsveçə
 
qarşı
 
(Bader and Kanbor v. Sweden) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 13284/04 saylı, 8 noyabr 
2005-
ci il tarixli işi.
  
105
Ə
l S
əə
dunun v
ə
 Müfdhinin Birl
əşmiş Krallığa qarşı
 
(Al-Saadoon and Mufdhi v. the United Kingdom) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
əki 61498/08 saylı, 2 mart 2010
-
cu il tarixli işi.
 
106
H. v
ə
 B.-nin Birl
əşmiş Krallığa qarşı
 
(H. and B. v. the United Kingdom) 
Avropa İnsan Hüquqları 
 
M
ə
hk
ə
m
ə
sind
ə
ki 70073/10 v
ə
 
44539/11 saylı, 9 aprel 2013
-
cü il tarixli işlə
rinin 91-
ci paraqrafı.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə