Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə39/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   35   36   37   38   39   40   41   42   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
62
 
məcbur edən istənilən tədbiri nəzərdə tutur ki, bu barədə qərar hər bir konkret fərdi işin məntiqli və obyektiv 
qiymətləndirilməsinə əsaslanmadan qəbul edilir.
148
  
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  kollektiv  çıxarılma  sığınacaq  qanunvericiliyinin  "digər  müvafiq 
müqavilələrə"  uyğun  olmasını  nəzərdə  tutan  "Avropa  İttifaqının  fəaliyyəti  haqqında"  Müqavilənin  78-ci 
maddəsinə  ziddir  və  Avropa  İttifaqı  Fundamental  Hüquqlar  Xartiyasının  19-cu  maddəsi  əsasında  qadağan 
olunur.  
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  bu  Konvensiyaya  dair  4  saylı  Protokolun  4-cü  maddəsi 
kollektiv çıxarılmanı qadağan edir. 
 
Misal:  Çonkanın  Belçikaya  qarşı  işində
149
  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  etnik  Roman  mənşəli 
sığınacaq axtaranlardan ibarət qrupun çıxarılması ilə Avropa İnsan Hüquqları Konvensiyasına dair 4 saylı 
Protokolun 4-cü maddəsinin pozulduğunu müəyyən etmişdir. Məhkəmə çıxarılmış qrupun hər bir üzvünün 
şəxsi vəziyyətinin fərdi qaydada nəzərə alınmaması ilə əlaqədar öz narazılığını ifadə etmişdir. Daha konkret 
olaraq iddiaçıların deportasiyasından əvvəl siyasi dairələr kollektiv çıxarılmanın həyata keçiriləcəyini bəyan 
edərək bunun gerçəkləşməsi üçün müvafiq orqanlara göstəriş vermişdi. Bütün iddiaçılardan qeydə alınmaq 
üçün  polis  bölməsinə  eyni  vaxtda  gəlmələri  tələb  olunmuşdur  və  hər  bir  çıxarılma  qərarı  həbsə  alınma 
səbəbləri  ilə  birlikdə  oxşar  tərzdə  izah  olunmuşdur.  Bundan  başqa,  vəkil  xidmətindən  istifadə  etmək 
imkanları mövcud deyildi və sığınacaq prosedurları tamamlanmamışdır. 
 
Misal: Hirsi Camaanın İtaliyaya qarşı işində
150
 İtaliyanın müvafiq orqanları göyərtəsində potensial sığınacaq 
axtaranlar  olan  gəmini  ərazi  sularına  buraxmamaqla  4  saylı  Protokolun  4-cü  maddəsini  pozmuşdurlar. 
Məhkəmə açıq sularda həyata keçirilmiş tədbirlərə də çıxarılmaya dair qadağanın şamil edilməsi qənaətinə 
gəlmişdir.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  o  cümlədən  dövlətin  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının  1-ci  maddəsində  nəzərdə  tutulmuş  yurisdiksiyasında  olan  beynəlxalq  sularda 
müdaxilələrə,  sahilyanı  mühafizənin  və  flaqman  gəmilərin  vəzifələrinə  aid  beynəlxalq  hüququn 
müddəalarına diqqət yetirmişdir. 
 
Misal:  Sultaninin  Fransaya  qarşı  işində
151
  Fransada  sığınacaq  üçün  rədd  cavabı  almış  iddiaçı  onun 
Əfqanıstana hansı tərzdə geri göndərilməsi ilə bağlı şikayət etmişdir. İddiaçı onun çarter təyyarəsi ilə qrup 
daxilində  geri  qaytarılmasının  4  saylı  Protokolun  4-cü  maddəsi  ilə  qadağan  edilmiş  kollektiv  çıxarılmaya 
bərabər tutulduğunu iddia edirdi. Avropa İnsan Hüquqları Məhkəməsi bir daha vurğulamışdır ki, kollektiv 
çıxarılma əcnəbiləri ölkəni qrup şəklində tərk etməyə məcbur edən tədbirlər kimi başa düşülməlidir, əgər 
çıxarılma barədə hər bir qərar qrupa daxil olan müvafiq əcnəbinin əlaqədar işinə əsaslı və obyektiv şəkildə 
baxılmaqla  qəbul  edilməyibsə.  Beləliklə,  əgər  iddiaçı  kimi  hər  bir  şəxsə  çıxarılma  ilə  bağlı  səlahiyyətli 
orqanlara  fərdi  qaydada  şikayət  etmək  imkanı  verilirsə  onların  oxşar,  lakin  bir  neçə  qərar  əsasında  və 
praktiki səbəblərdən qrup şəklində göndərilməsini kollektiv çıxarılma hesab etmək üçün səbəb deyil.
 
 
Kollektiv  çıxarılma  Avropa  Sosial  Xartiyasına  və  bu  Xartiyanın  çıxarılmaya  qarşı  təminatlarına  aid  19(8)-ci 
maddəsinə də ziddir. 
 
Misal: Sosial Hüquqlar üzrə Avropa Komitəsi Avropa etnik Roman və Köçərilər Forumunun Fransaya qarşı
152
 
şikayətinə dair qərarında bəyan etmişdir ki, nəzərdən keçirilən müddət ərzində qəbul edilmiş və Rumıniya 
və Bolqarıstandan olan, lakin Fransada yaşayan qaraçı mənşəli şəxslərə bu ölkəni tərk etmək göstərişi verən 
inzibati  qərarlar  Avropa  Sosial  Xartiyasına  ziddir:  bu  qərarlar  hər  bir  etnik  Roman  mənşəli  şəxsin  şəxsi 
vəziyyətinin  yoxlanılmasına  əsaslanmadığından  mütənasiblik  prinsipinə  uyğun  deyillər  və  yalnız  etnik 
                                                
148
 Daha 
ətraflı məlumat üçün Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sinin "
www.echr.coe.int
" saytının "Press/Factsheets/Expulsion" 
bölm
ə
sind
ə
 
verilmiş "Kollektiv çıxarılmalar" adlı mə
lumat v
ə
r
ə
q
ə
sin
ə
 
baxın.
 
149
Çonkanın Belçikaya qarşı 
(
Čonka v. Belgium

Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 5156499 saylı, 5 fevral 2002
-
ci il tarixli işi; 
h
əmçinin 4 saylı Protokolun 4
-cü madd
əsinin pozulmasının Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
si t
ə
r
ə
find
ə
n mü
ə
yy
ə
n edilm
ə
m
ə
si il
ə
 
ə
laq
ə
dar M.A.-
nın Kiprə
 
qarşı 
(M.A. v. Cyprus) 
41872/10 saylı, 23 iyul 2013
-
cü il tarixli işinə
 bax
ın
.   
150
Hirsi Camaanın və
 
başqalarının İtaliyaya qarşı
 
(Hirsi Jamaa and Others v. Italy) 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
27765/009 saylı, 23 fevral 2012
-ci il t
arixli işi.
 
151
Sultaninin Fransaya qarşı
 
(Sultani v. France) 
Avropa İnsan Hüquqları
 M
ə
hk
ə
m
ə
sind
əki 45223/05 saylı, 20 sentyabr 2007
-
ci il tarixli işi.
 
152
 Sosial Hüquqlar üzr
ə
 Avropa Komit
ə
sinin Avropada etnik Roman v
ə
 Köç
ə
ril
əri Forumunun Fransaya qarşı 
(European Roma and 
Travellers Forum v. France) 
64/2011 saylı, 22 yanvar 2012
-
ci il tarixli şikayə

ə
riz
ə
sin
ə
 dair q
ərarı
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə