59
olaraq sığınacaq axtaran şəxs təhlükəsiz üçüncü ölkəyə buraxılmalıdır, orada himayə olunmaq məqsədi ilə
müraciət etmək imkanına malik olmalıdır və o, beynəlxalq himayə ehtiyacı olan şəxs kimi müəyyən edildikdə
onunla 1951-ci il Cenevrə Konvensiyasına uyğun rəftar olunmalıdır. Sonradan geri qaytarılan şəxsin başqa
təhlükəli ölkəyə göndərilməməsinin əlaqədar dövlətlər tərəfindən təmin edilməsi çox vacibdir.
İkinci bir vəziyyət
Dublin Əsasnaməsini
((EU)(604/2013) tətbiq edən dövlətlərlə, konkret olaraq Avropa
İttifaqına üzv olan 28 dövlətlə,
həmçinin Lixtenşteyn, Norveç və İsveçrə ilə əlaqədardır (Bölmə 4.2-ə baxın).
140
Dublin Əsasnaməsi
beynəlxalq himayə üçün ərizələrin baxılması sahəsində üzv dövlətlər arasında məsuliyyət
bölgüsünü nəzərdə tutur; Avropa İttifaqının bir üzv dövlətində ərizə təqdim etdikdən sonra başqa bir üzv
dövlətə getmiş şəxsin ərizəsinə baxmaq üçün məsuliyyət bölgüsünə dair meyarlar iyerarxiyası mövcuddur.
Dublin Əsasnaməsini
tətbiq edən bütün dövlətlərin təhlükəsiz olması və Avropa İttifaqının Fundamental
Hüquqlar Xartiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməsi barədə təkzib olunan bir fərziyyə
mövcuddur.
Dublin Əsasnaməsində
sadalanan müxtəlif kriteriayalardan biri ondan ibarətdir ki, ərizəçinin Avropa İttifaqının
ümumi ərazisinə gəlməsinə icazə verən dövlət adətən onun ərizəsinin baxılmasına məsuliyyət daşıyan dövlət
kimi müəyyən edilir (
Dublin Əsasnaməsinin
III fəsli). Ərizəçinin hansı dövlət vasitəsi ilə ümumi əraziyə gəldiyini
müəyyən etmək üçün onun gəldiyi ilk dövlətdə barmaq izləri götürülərək
Dublin Əsasnaməsini
tətbiq etmiş
bütün dövlətlərin çıxışı olan "Eurodac" məlumat bazasına daxil edilir ((EU)603/2013 saylı
Eurodac
Əsasnaməsinə
baxın). Məsələn, əgər sığınacaq axtaran şəxs "A" ölkəsinə gələrək sığınacaq üçün müraciət
edirsə və onun burada barmaq izləri götürüldükdən sonra "B" ölkəsinə gedirsə, "B" ölkəsində götürülmüş
barmaq izləri "A" ölkəsində götürülmüş barmaq izləri ilə tutuşdurulacaq və bundan sonra "B" ölkəsi sığınıcaq
almaq məqsədilə verilmiş müraciətə baxılması məsuliyyətinin "B" və ya "A" ölkəsi üzərinə düşdüyünü müəyyən
etmək üçün Dublin meyarını tətbiq etməlidir. Dövlətlər şəxslərin sığınacaq və qəbuletmə sistemlərində
çatışmazlıqları olan Avropa İttifaqının üzv dövlətlərinə geri qaytarılmamasını təmin etməlidirlər. Avropa İttifaqı
Fundamental Hüquqlar Xartiyasının ciddi şəkildə pozulmasına gətirib çıxaran müəyyən hallarda
Dublin
Əsasnaməsi
əsasında üzərinə müvafiq məsuliyyət düşməyən dövlətlər sığınacaq ərizəsinə baxmalı olurlar.
Misal:
N.S.-in və M.E.-nin birgə işlərində
141
Avropa İttifaqı Ədalət Məhkəməsi Dublin meyarına əsasən
ərizənin baxılması məsuliyyəti Avropa İttifaqına üzv olan digər bir dövlətin üzərinə düşdükdə belə müəyyən
hallarda başqa bir üzv dövlətin
Dublin Əsasənaməsinin
3(2)-ci maddəsində əks olunmuş suveren hüquqa
əsasən bu öhdəliyin öz üzərinə götürməsi ilə bağlı ilkin qərar qəbul etmişdir. Məhkəmə Avropa İttifaqına
üzv olan dövlətlərin 3(2)-ci maddəsinə əsasən öz diskresion səlahiyyətlərini icra edərkən Avropa İttifaqının
Fundamental Hüquqlar Xartiyası ilə tanınan əsas hüquqlara və prinsiplərə uyğun hərəkət etməli olduqlarını
dəqiqləşdirmişdir. Əgər həmin üzv dövlətdəki sığınacaq prosedurlarında və qəbuletmə şəraitində Xartiyanın
4-cü maddəsinin (işgəncənin qadağan edilməsi) pozulmasına gətirib çıxaran qüsurların mövcud olmasını
müvafiq dəlillər nümayiş etdirirsə və birinci üzv dövlət bu barədə məlumatlıdırsa, o sığınacaq axtaranı
sözügedən Əsasnaməyə uyğun olaraq müvafiq məsuliyyətə malik olan digər üzv dövlətə göndərməyə bilər.
Bu üzv dövlətin üzərinə Əsasnamədəki başqa meyarı nəzərdən keçirmək və sığınacaq ərizəsinin baxılmasına
məsuliyyət daşıya biləcək başqa bir üzv dövləti müəyyənləşdirmək öhdəliyi qoyur.
Əgər başqa üzv dövlətin
müəyyənləşdirilməsi mümkün deyilsə və ya başqa üzv dövlətin müəyyənləşdirilməsi proseduru həddindən
artıq çox vaxt aparırsa birinci qeyd olunan üzv dövlət sığınacaq ərizəsinə 3(2)-ci maddəyə uyğun olaraq özü
baxmalıdır.
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən təklif olunan çıxarılmanın proqnozlaşdırılan fəsadlarını
qiymətləndirmək məqsədi ilə müxtəlif elementlər arasında ilk olaraq insan hüquqlarına aid etibarlı hesabatlar
nəzərdən keçirilməlidir. Qəbul edən dövlətlə bağlı insan hüquqlarına aid hesabatlar göndərən ölkənin mövcud
risklər barədə bildiyini və ya bilməyə borclu olduğunu göstərirsə göndərən ölkə bu riskləri mütləq yoxlamalıdır.
140
(EU)604/2013 saylı,
(Regulation (EU) No. 604/2013)
26 iyun 2013-
cü il tarixli Əsasnamə
, OJ 2013 L 180/31.
141
N.S.-
in Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
, h
ə
mçinin
M.E.-nin v
ə
başqalarının Qaçqın Ərizə
l
ərinin baxılması üzrə
Komissarlığa
v
ə
Ədliyyə
, B
ə
rab
ə
rlik v
ə
Hüquqi İslahatlar nazirinə
qarşı Avropa İttifaqının Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-411/10 v
ə
C-
493/10 saylı, 21
dekabr 2011-ci il tarixli birg
ə
işlə
ri
(N.S. v. Secretary of State for the Home Department and M.E. and Others v. Refugee
Applications Commissioner & Minister for Justice, Equality and Law Reform)
.