Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə33/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   29   30   31   32   33   34   35   36   ...   128

53
 
Misal: H.L.R.-in Fransaya qarşı işi
110
 Kolumbiya narkodairələrindən birinə mənsub üzvün məhkum edilməsi 
ilə nəticələnmiş informasiyanı müvafiq orqanlara təqdim etməsi səbəbindən həmin təşkilatın qisasından 
qorxan məhkum narkodilerlə əlaqədar idi. Həmin vaxt Məhkəmə Kolumbiya dövlət orqanlarının iddiaçını 
ləyaqəti  alçaldan  rəftardan  ibarət  riskə  qarşı  müdafiə  ilə  təmin  etmək  iqtidarında  olması  qənaətinə 
gəlmişdir. Bu səbəbdən də onun deportasiyası Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə 
ziddiyyət təşkil etmirdi. 
 
Misal:  D.-nin  Birləşmiş  Krallığa  qarşı  işi
111
ümidsiz  xəstə  kişinin  ölkədən  çıxarılması  ilə  əlaqədar  idi. 
Məhkəmə  iddiaçının  deportasiyası  ilə  əlaqədar  halları  nəzərdən  keçirmişdir:  tibbi  müalicənin 
dayandırılması,  qəbul  edən  dövlətdə  vəziyyətin  gərgin  olması  və  geri  qaytarıldıqdan  sonra  iddiaçının 
ölümünün  böyük  ehtimalla  qaçılmaz  olması.  Məhkəmə  bu  cür  müstəsna  hallarda  iddiaçının 
deportasiyasının  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü  maddəsi  ilə  ziddiyyət  təşkil  etməsi 
qənaətinə  gəlmişdir. Lakin Məhkəmə  bu səpkidən olan işlərlə  əlaqədar yüksək bir hədd müəyyən edib. 
Nisbətən yeni baxılmış N.-in Birləşmiş Krallığa qarşı işində
112
qadın iddiaçının vətəni olan Uqandada müvafiq 
tibbi müalicənin əlçatan olduğunu mövcud faktlarla nümayiş etdirilməsi və  həmin vaxtlar onun ümidsiz 
xəstə  olmaması  səbəbindən  Uqandaya  geri  qaytarılması  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü 
maddəsinin  pozulması  kimi  qiymətləndirilməmişdir.  S.H.H.-nın  Birləşmiş  Krallığa  qarşı  işində  də
113
  oxşar 
yanaşmadan istifadə olunmuşdur ki, əlil iddiaçı onun Birləşmiş Krallıqdan çıxarılmasının qarşısını ala biləcək 
və Əfqanıstanda üzləşəcəyi " müstəsna halları" sübuta yetirə bilməmişdir. 
 
Misal: Babar Əhmədin və başqalarının Birləşmiş Krallığa qarşı işi
114
 terrorçuluqda şübhəli bilinən şəxslərin 
ABŞ-a ekstradisiyası ilə əlaqədar idi. Məhkəmə onların nə ciddi rejimli həbsxanada gözlənilən saxlanılma 
şəraiti, nə də ki mümkün hökmləri ilə 3-cü maddənin pozulmayacağını müəyyən etmişdir. 
 
Misal: Asuatın Birləşmiş Krallığa qarşı işində
115
 Məhkəmə terrorçuluqda şübhəli bilinən və eyni zamanda 
ciddi  psixi  pozulmadan  əziyyət  çəkən  iddiaçının  ABŞ-da  saxlanılma  şəraitinin  qeyri-müəyyən  olacağını 
nəzərə alaraq onun bu ölkəyə ekstradisiyası ilə 3-cü maddənin pozulacağını müəyyən etmişdir. İddiaçının 
psixi  vəziyyətinin  kifayət  qədər  ağır  olması  onun  adi  həbsxanadan  Birləşmiş  Krallığın  yüksək  səviyyədə 
mühafizə  olunan  psixiatriya  xəstəxanalarından  birinə  köçürülməsini  zəruriləşdirmişdir.  Təqdim  edilmiş 
tibbi  faktlar  iddiaçının  "sağlamlığı  və  təhlükəsizliyi  üçün"  orada  qalmaqda  davam  etməsinə  birmənalı 
şəkildə  dəlalət  edirdi.  Bununla  əlaqədar  olaraq  təqdim  olunmuş  müvafiq  tibbi  faktlar  kontekstində 
iddiaçının fərqli ölkəyə və çox güman ki, düşmən, həbsxana mühitinə ekstradisiyasının onun psixi və fiziki 
vəziyyətinin pisləşməsi ilə nəticələnməsi riski mövcud idi və bu pisləşmə 3-cü maddə ilə müəyyən edilmiş 
həddə gətirib çıxarırdı. 
 
Misal: Sufinin və Elminin işində
116
 Məhkəmə iddiaçıların ölkədən çıxarıldığı təqdirdə Somalidə və ya qonşu 
ölkədə  yerləşən  və  ağır  humanitar  şəraiti  Avropa  İnsan  Hüquqları  Konvensiyasına  zidd  olan  qaçqınlar 
düşərgəsinə böyük ehtimalla düşəcəklərini müəyyən etmişdir. Məhkəmə humanitar şəraitin yalnız quraqlıq 
kimi  təbii  fəlakət  səbəbindən  deyil,  eyni  zamanda  Somalidəki  münaqişə  tərəflərinin  fəaliyyət  və 
fəaliyyətsizliyi  səbəbindən ağırlaşdığını qeyd etmişdir. 
 
Misal: M.A.-nın milli səviyyədə baxılmış işində
117
 Fransanın Dövlət Şurası (Conseil d’État) yaşayış icazəsilə 
bağlı müraciətinə rədd cavabı almış Albaniya vətəndaşının geriyə, Albaniyaya göndərilməsi barədə qərarı 
ləğv  etmişdir.  Məhkəmə  müəyyən  etmişdir  ki,  M.A.  Albaniyada  onun  keçirdiyi  polis  reydi  zamanı 
öldürülmüş şəxsin ailə üzvləri tərəfindənpis rəftara məruz qala və öldürülə  bilər. Dövlət Şurası riskin özəl 
                                                
110
H.L.R.-in Fransaya qar
şı 
(H.L.R. v. France)
 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
24573/94 saylı, 29 aprel 1997
-ci il tarixli 
işin 43
-44-
cü paraqrafları. 
 
111
D.-nin Birl
əşmiş Krallığa qarşı 
(D. v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
30240/96 saylı, 2 may 1997
-ci il 
tarixli işi.
 
112
N.-in Birl
əşmiş Krallığa qarşı 
(N. v. the United Kingdom) 
[GC] 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
26565/05 saylı, 27 may 2008
-
ci il tarixli işi.
 
113
S.H.H.-
nın Birləşmiş Krallığa qarşı
 
(S.H.H. v. the United Kingdom) 
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 60367/10 saylı, 29 yanvar 
2013-
cü il tarixli işi.
 
114
Babar Əhmə
din v
ə
 
başqalarının Birləşmiş Krallığa qarşı 
(Babar Ahmad and Others v. the United Kingdom) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki 24027/07, 11949/08, 36742/08, 66911/09 v
ə
 
67354/09 saylı, 10 aprel 2012
-
ci il tarixli işlə
ri.
 
115
Asuatın Birləşmiş Krallığa
 
qarşı 
(Aswat v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 17299/12 saylı, 16 aprel 
2013-
cü il tarixli işi.
 
116
Sufinin v
ə
 Elminin Birl
əşmiş Krallığa qarşı
 
(Sufi and Elmi v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 8319/07 
v
ə
 11449/07 
saylı, 28 iyun 2011
-
ci il tarixli işin 
267-292-
ci paraqrafları.
 
117
M.A.-
nın
 Fransa Dövl
ət Şurasındakı (Conseil d’État) 
(M. A.) 
334040 saylı, 1 iyul 2011
-
ci il tarixli iş



Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə