Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə35/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   31   32   33   34   35   36   37   38   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
56
 
Misal: Sufinin və Elminin Birləşmiş Krallığa qarşı işində
131
 Avropa İnsan Hüquqları Məhkəməsi beynəlxalq 
təşkilatların Somalidəki vəziyyətə və zorakılıq səviyyəsinə, həmçinin Somalinin üsyançı İslam qruplaşması 
olan  əl-Şabaab  tərəfindən  yol  verilən  insan  hüquqlarının  pozulması  hallarına  dair  hesabatlarına  diqqət 
yetirmişdir. Məhkəmə hökumət tərəfindən Keniyanın paytaxtı Nayrobidə hazırlanmış və Somaliyə aid fakt 
araşdırıcı hesabatda qeyri-müəyyən və anonim mənbələrdən istifadə olunduğundan və orada əks olunmuş 
informasiyanın  geniş  ictimaiyyət  üçün  mövcud  olan  informasiya  ilə  ziddiyyət  təşkil  etdiyindən  həmin 
hesabata  etibar  edə  bilməzdi.  Məhkəmə  mövcud  faktları  qiymətləndirərək  Somalidəki  vəziyyətin  yaxın 
zamanlarda yaxşılaşacağını az ehtimal olunan hesab etmişdir. 
 
Misal:  Muminovun  Rusiyaya  qarşı  işində
132
mövcud  olan  informasiyaya  əsasən  iddiaçı  Rusiyadan 
ekstradisiya edildikdən sonra Özbəkistanda beşillik həbs cəzası çəkən Özbəkistan vətəndaşı idi. İddiaçının 
ekstradisiya  edildikdən  sonra  məhkum  olunmasından  başqa  vəziyyətinə  aid  digər  etibarlı  informasiya 
mövcud olmasa da ümumiyyətlə Özbəkistanda məhbuslarla pis rəftar etmə barədə etibarlı hesabatların 
kifayət qədər olması Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci 
maddəsinin pozulmasını müəyyən edərək müvafiq qərar çıxarmağa istiqamətləndirmişdir.
 
 
3.1.4.
 
Himayənin kafiliyi 
 
Beynəlxalq qaçqın hüququna əsasən, əgər təqiblərə məruz qaldığını iddia edən sığınacaq aztaran həm 1951-ci 
il Cenevrə Konvensiyasında nəzərdə tutulmuş səbəblərdən birinə görə təqiblərə məruz qalması ilə bağlı tam 
əsaslı  qorxuya  dəlalət  edən  faktları,  həm  də  dövlət  himayəsinin  kifayətsizliyini  nümayiş  etdirmək 
iqtidarındadırsa, o, qaçqın statusu əldə etmək hüququna malikdir. Dövlət himayəsinin kafiliyi müvafiq dövlətin 
istər dövlət məmurlarının, istərsə də dövlət ərazisinin əlaqədar hissələrinə nəzarət edən digər orqanlarının öz 
hüquq sistemi vasitəsi ilə sığınacaq axtaran şəxsi ləyaqəti alçaldan rəftara məruz qalmaq qorxusundan münasib 
səviyyəli müdafiə ilə təmin etmək niyyətində və iqtidarında olması deməkdir. 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən ərizəçinin qaçqın statusunu və ya əlavə himayəni əldə etmək üçün 
uyğunluğunu müəyyənləşdirərkən onun geri qaytarılması təklif olunan ölkədə çəkindiyi hərəkətdən müdafiə 
olunub-olunmayacağı məsələsini nəzərdən keçirmək zəruridir. 
Təsnif etmə Direktivinin
 7-ci maddəsi bunları 
nəzərdə  tutur:  "təqibdən  və  ya  ciddi  ziyandan  müdafiə  yalnız  müvafiq  dövlətə  və  ya  dövlət  ərazisinin 
əhəmiyyətli bir hissəsinə nəzarət edən dövlət və ya [...] tərəflər və yaxud təşkilatlar, o cümlədən beynəlxalq 
təşkilatlar  tərəfindən  təmin  oluna  bilər  o  şərtlə  ki,  onlar  səmərəli  və  qeyri-müvəqqəti  xarakter  daşıyan 
himayəni  təklif  etmək  niyyətindədirlər  və  iqtidarındadırlar.”  Təqibin  qarşısının  alınması  istiqamətində 
müəyyən etmə, cinayət məsuliyyətinə cəlb etmə və cəzalandırma üçün səmərəli hüquq sisteminin fəaliyyət 
göstərməsi də daxil olmaqla əsaslı tədbirlərin görülməsi tələb olunur ki, iddiaçının bu cür müdafiə sisteminə 
mütləq çıxışı olmalıdır. 
 
Misal:  Sələhədin  Abdullanın  və  başqalarının  işi
133
  qaçqın  statusunun  itirilməsi  ilə  əlaqədar  idi  və  Avropa 
İttifaqı Ədalət Məhkəməsi belə bir qənaətə gəlmişdir ki, qaçqına vətəndaşı olduğu dövlət tərəfindən təklif 
olunan himayənin kafi olması üçün himayəni 
Təsnif etmə Direktivinin
 7(1)-ci maddəsinə əsasən təmin edən 
dövlət və ya digər qurumlar obyektiv olaraq münasib səviyyəli potensiala və təqibin qarşısını almaq üçün 
iradəyə malik olmalıdırlar. Dövlətdən təqibin qarşısını almaq məqsədi ilə digər məsələlərlə yanaşı qaçqın 
statusu  itirildikdən  sonra  əlaqədar  şəxs  üçün  əlçatan  olan  və  təqib  əməllərini  aşkar  edən,  cinayət 
məsuliyyətinə  cəlb  edən  və  cəzalandıran  səmərəli  hüquq  sisteminin  fəaliyyət  göstərməsi  tələb  olunur. 
Himayəni  təklif  edən  dövlət  və  ya  digər  qurumlar  müəyyən  konkret  tələblərə  cavab  verərək  digər 
məsələlərlə yanaşı qaçqının vətəndaşı olduğu ölkədə hüquq qaydasının minimum səviyyəsini təmin etmək 
üçün səlahiyyətlərə, təşkilati struktura və müvafiq vəsaitlərə malik olmalıdırlar.
 
                                                
131
Sufinin v
ə
 Elminin Birl
əşmiş Krallığa qarşı
 
(Sufi and Elmi v. the United Kingdom) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 831907/07 
v
ə
 11449/07 
saylı, 28 iyun 2011
-
ci il tarixli işi.
 
132
Muminovun 
Rusiyaya qarşı 
(Muminov v. Russia) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
42502/06 saylı, 11
 dekabr 2008-ci il tarixli 
işi.
 
133
S
ə
lah
ədin Abdullanın və
 
başqalarının Almaniyaya
 
qarşı
 
(Salahadin Abdulla and Others v. Bundesrepublik Deutschland) 
Avropa 
İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-175/08 [2010] ECR I-
01493 saylı, 2 mart 2010
-
cu il tarixli işi
 


57
 
Fələstin  qaçqınları  üçün  xüsusi  himayə  rejimi  mövcuddur.  Fələstin  qaçqınlarını  himayə  və  yardımla  təmin 
etmək üçün Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Yardım və Dəstək Agentliyi 
(YDAF  )  yaradılmışdır.  YDAF  Qərb  Sahildə,  o  cümlədən  Şərqi  Yerusalimdə  və  Qəza  Zolağında,  həmçinin 
İordaniyada, Suriyada və Livanda fəaliyyət göstərir. YDAF-dan yardım alan şəxslər qaçqın statusunu əldə etmək 
hüququna malik deyillər (1951-ci il Cenevrə Konvensiyasının 1d maddəsini Avropa İttifaqı qanunvericiliyində 
əks etdirən 
Təsnif etmə Direktivinin
 12(1)(a) maddəsi). 
 
Misal:  Bolbolun işi
134
  əvvəllər YDAF-dan himayə və  ya yardım əldə etmək üçün müraciət etməmiş Qəza 
zolağını tərk etdikdən sonra isə Macarıstana gələrək orada sığınacaq almaq üçün müraciət etmiş Fələstin 
mənşəli vətəndaşlığı olmayan şəxslə əlaqədar idi. Avropa İttifaqının Ədalət Məhkəməsi dəqiqləşdirmişdir 
ki, 
Təsnif  etmə  Direktivinin
  12(1)(a)  maddəsinin  məqsədləri  üçün  şəxs  BMT-nin  BMTQAK-dan  fərqli  bir 
agentliyindən o vaxt himayə və yardım alan biri hesab  olunur ki, həmin himayədən və yardımdan istifadə 
etmək  hüququna  sadəcənəzəri  cəhətdən  malik  olmasın,  bu  hüquq  və  himayədən  faktiki olaraq  istifadə 
etsin. 
 
Əl Kottun işində
135
 isə Avropa İttifaqı Ədalət Məhkəməsi əlavə olaraq dəqiqləşdirmişdir ki, öz niyyətindən, 
nəzarət imkanlarından və iradəsindən asılı olmayan səbəblərə görə YDAF-nın fəaliyyət sahəsini tərk etməyə 
məcbur edilmiş şəxslər avtomatik olaraq qaçqın statusu ilə təmin olunmalıdırlar, əgər onlara 12(1)(b) və ya 
(2) və (3) maddələrindənəzərdə tutulmuş himayənin ləğv edilməsi üçün əsaslardan heç biri birbaşa şamil 
edilmirsə.
 
 
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü Maddəsinin pozulub pozulmamasını, qəbul edən ölkənin və ya 
qəbul edən təşkilatın çıxarılmaya məruz qalan şəxs üçün təmin etdiyi himayə mexanizmini nəzərdə keçirməklə 
qiymətləndirmək olar. Qaçqınların işlərində (bundan əvvəl təsvir olunduğu kimi) və Avropa İnsan Hüquqları 
Konvensiyasının  3-cü  maddəsinə  aid  işlərdə  himayənin  kafiliyinə  dair  konsepsiyalar  arasında  bir  oxşarlıq 
mövcuddur. Əgər şəxsin geri qaytarılacağı təqdirdə onunla rəftar 3-cü maddənin tətbiq edilməsini nəzərdə 
tutan və ağırlıq dərəcəsi ən aşağı səviyyədə olan riskə bərabərdirsə, qəbul edən dövlətin həmin şəxsi bu cür 
riskdən səmərəli şəkildə himayə etmək niyyəti və praktiki bacarığı mütləq qiymətləndirilməlidir. 
 
Misal:  Hidanın  Danimarkaya  qarşı  işində
136
iddiaçı  2004-cü  il  münaqişəsi  zamanı  Kosovoya  məcburi 
qaytarılması gözlənilən etnik Roman mənşəli bir şəxs idi. Məhkəmə milli azlıqlara qarşı zorakılıq hallarının 
və  cinayətlərin  baş  verməsi  ilə  əlaqədar  öz  narahatlığını  ifadə  edərək  etnik  Romanlar  kimi  icmaların 
beynəlxalq  səviyyədə  himayə  edilməsi  zərurətinin  mövcud  olduğunu  hesab  etmişdir.  Məhkəmə 
Danimarkanın  Milli  Polis  Komissarlığının  təklif  etdiyi  hər  bir  məcburi  geri  qayıdışdan  əvvəl  Birləşmiş 
Millətlər  Təşkilatının  Kosovodakı  Müvəqqəti  Administrasiya  Missiyası  (KMAM)  tərəfindən  fərdi  yoxlama 
prosesinin aparıldığını qeyd etmişdir. KMAM  hər hansı bir geri qaytarılma ilə bağlı öz etirazını bildirirdisə 
Polis  Komissarlığı  müvafiq  işi  növbəti  bildirişədək  təxirə  salırdı.  İddiaçının  geri  qaytarılması 
planlaşdırılmadığından  Polis  Komissarlığı onun  işi  ilə  əlaqədar  KMAM-ə  müraciət  etməmişdir.  Belə  olan 
halda  Məhkəmə  iddiaçının  geri  qaytarılmasına  KMAM-in  etiraz  edəcəyi  təqdirdə  onun  işinin  növbəti 
bildirişədək təxirə salınacağı ilə əlaqədar öz məmnunluğunu ifadə etmişdir. Eyni zamanda, Məhkəmə etnik 
Roman  mənşəli  iddiaçının  Kosovaya  geri  qaytarıldıqdan  sonra  işgəncəyə  və  ya  qeyri-insani  və  yaxud 
ləyaqəti alçaldan rəftara, yaxud cəzaya məruz qalmasından ibarət risklə üzləşəcəyini ehtimal etmək üçün 
vacib  əsasların  mövcud  olmadığını  müəyyən  etmişdir.  Bununla  əlaqədar  olaraq  Məhkəmə  baxdığı  işdə 
aşkar qüsurların olduğunu hesab etməyin yolverilməzliyini bəyan etmişdir.
 
 
Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsindən şəxsin geri qaytarılacağı təqdirdə qəbul edən dövlətin 
verdiyi diplomatik təminatlar onun ləyaqəti alçaldan rəftara məruz qalması riskinin nə dərəcədə qarşısını ala 
biləcəyi məsələsinə baxmaq xahiş olunmuşdur. Qəbul edən dövlət tərəfindən verilən təminatlarla bağlı işlərdə 
həmin  təminatların  özü  ləyaqəti  alçaldan  rəftardan  ibarət  riskə  qarşı  müdafiəni  təmin  etmək  üçün  kifayət 
                                                
134
Navras Bolbolun Bevandorlasi es Allampolgarsagi Hivata-
ya qarşı
 
(Nawras Bolbol v. Bevándorlási és Állampolgársági Hivata) 
Avropa 
İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-31/09 [2010] ECR I-
05539 saylı, 17 iyun 2010
-
cu il tarixli işi
 
135
Abed 
ə
l K
ə
rim 
ə
l Kotun v
ə
 
başqalarının
 
(Abed El Karem El Kott and Others) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
364/11 saylı, 19 
dekabr 2012-
ci il tarixli işi
 
136
Hidanın Danimarkaya qarşı
 
(Hida v. Denmark) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 38025/02 saylı, 19 fevral 2004
-
cü il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə