Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə30/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   26   27   28   29   30   31   32   33   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
50
 
əməllər 1951-ci il Cenevrə Konvensiyasından irəli gələn və burada sadalanan beş səbəbdən biri ilə əlaqədar 
özünü biruzə  verməlidir:  irqi əlamət,  milli mənşə, dini etiqad, müəyyən sosial qrupa mənsubiyyət və  siyası 
əqidə. Təqibin qeyd olunan bu beş səbəbi 
Təsnif etmə Direktivinin
 10-cu maddəsində əks olunub ki, həmin 
Direktivin  dəyişdirilmiş  variantı  müəyyən  bir  sosial  qrupa  mənsubiyyətin  müəyyənləşdirilməsi  məqsədi  ilə 
gender  özünəməxsusluğu  məsələsinin  də  müvafiq  qaydada  nəzərə  alınmasını  birmənalı  şəkildə  tələb  edir.  
Geri qaytarıldıqdan sonra ciddi ziyandan qaçmaq üçün şəxsin öz siyası əqidəsini, cinsi oriyentasiyasını və dini 
etiqadını və adətlərini gizlətməyə məcbur edilməsi də təqib hesab oluna bilər. 
 
Misal:  Y-nın  və  Z-in  birgə  işlərində
100
 
Təsnif  etmə  Direktivinin
  9(1)(a)  və  Xartiyanın  10-cu  maddələrinə 
əsasən dini etiqad azadlığının ciddi şəkildə pozulması kontekstində hansı əməllərin "təqib əməllərini" təşkil 
etdiyini müəyyənləşdirmək məqsədi ilə Avropa İttifaqı Ədalət Məhkəməsinə müraciət olunmuşdur. Daha 
konkret desək Məhkəmədən dini əqidəsinə  görə təqib etmə  əməllərinin "öz inancını nümayiş etdirmək 
azadlığına" müdaxiləni də əhatə edib-etmədiyini müəyyənləşdirilməsi xahiş olunmuşdur. Avropa İttifaqı 
Ədalət  Məhkəməsi  dəqiqləşdirmişdir  ki,  faktiki  olaraq  təqib  əməli  dini  etiqad  azadlığının  zahirən  belə 
nümayiş etdirilməsinə müdaxilədən də irəli gələ bilər. Bu əməlin xüsusi ağırlığı və onun əlaqədar şəxs üçün 
fəsadlarının  ağırlıq  dərəcəsi  Xartiyanın 10(1)-ci maddəsi  ilə  təmin  olunan  hüququn  pozulmasına  dəlalət 
edərək  Direktivin  9(1)-ci  maddəsinə  əsasən  təqib  əməlini  təşkil  edib-etmədiyini  müəyyənləşdirir.  Eyni 
zamanda, Avropa İttifaqı Ədalət Məhkəməsi belə bir qənaətə gəlmişdir ki, dövlət orqanları qaçqın statusu 
almaq üçün verilmiş fərdi ərizəni qiymətləndirərək əlaqədar sığınacaq axtaranın öz mənşə ölkəsində onun 
həyatını təhlükə altına qoyan dini fəaliyyətlə məşğul olacağını məntiqli olaraq ehtimal etməməlidir. 
 
Misal: X, Y və Z-in  işi
101
 ilə əlaqədar Avropa İttifaqı Ədalət Məhkəməsi bəyan etmişdir ki, qaçqın statusu 
almaq  üçün  verilmiş  ərizəni  qiymətləndirərək  səlahiyyətli  orqanlar  əlaqədar  sığınacaq  axtaranın  təqib 
olunma  riskindən  qaçmaq  üçün  öz  mənşə  ölkəsində  homoseksuallığını  gizlədəcəyini  və  ya  öz  cinsi 
oriyentasiyasını  ifadə  etməkdə  hər  hansı  ehtiyat  variantlarına  əl  atacağını  məntiqli  olaraq  ehtimal 
etməməlidir.
 
 
Mənşə ölkələrini tərk edəndə qaçqın olmayan lakin gəldikləri ölkədə sığınacaq iddiaları yaranan şəxslərin də 
(sür plas/fran. sur place qaçqınlar) himayə olunma ehtiyacları tanınır; 
Təsnif etmə Direktivinin
 5-ci maddəsi 
ərizəçi öz mənşə ölkəsini tərk etdikdən sonra orada baş vermiş hadisələr səbəbindən təqibin qurbanı olmaq 
barəsində tam əsaslı qorxular və ya ciddi təhlükə məsələsini xüsusilə nəzərdən keçirir. 
 
Əlavə  himayə: 
Təsnif  etmə  Direktivi
  qaçqın  kimi  təsnif  edilməmiş,  lakin  öz mənşə  ölkələrinə  və  ya  adətən 
yaşadıqları yerə qayıdacaqları təqdirdə ölüm cəzası və ya edam edilmə (15(a) maddəsi), işgəncə və ya qeyri-
insani və yaxud ləyaqəti alçaldan rəftar, yaxud cəza (15(b) maddəsi) və beynəlxalq və ya daxili hərbi münaqişə 
vəziyyətində kütləvi zorakılıq səbəbindən mülki həyat, yaxud şəxs üçün ciddi və şəxsi təhlükə (15(c) maddəsi) 
kimi müəyyən edilmiş ağır ziyandan əzab çəkməsi iləəlaqədar real risklə üzləşəcək şəxslər üçün "əlavə  himayə" 
nəzərdə tutur. 
 
Misal:  Əlqafacinin  işi
102
  İraq  vətəndaşının  İraqa  geri  qaytarılması  ilə  əlaqədar  idi.  Avropa  İttifaqı  Ədalət 
Məhkəməsi qaçqın kimi təsnif edilməsi mümkün olmayan, lakin 
Təsnif etmə Direktivinin
 15(c) maddəsində 
nəzərdə tutulmuş "beynəlxalq və ya daxili hərbi münaqişə vəziyyətində kütləvi zorakılıq səbəbindən mülki 
həyat, yaxud şəxs üçün ciddi və şəxsi təhlükə" anlayışı əsasında İraq vətəndaşına əlavə himayə ehtiyacı olan 
şəxs  statusunun  verilməsi  məsələsini  qiymətləndirmişdir.  Məhkəmə  təsdiq  etmişdir  ki,  Direktivin  15(c) 
maddəsində öz əksini tapmış anlayış həmin Direktivin 15(a)-(b) maddəsində istifadə edilmiş "ölüm cəzası", 
"edam etmə" və "işgəncə və ya qeyri-insani və yaxud ləyaqəti alçaldan rəftar, yaxud cəza" terminlərindən 
                                                
100
Almaniyanın Y və
 Z-y
ə
 
qarşı
 
(Bundesrepublik Deutschland v. Y and Z)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-71/11 v
ə
 C-
99/11[2012] saylı 5 sentyabr 2012
-ci il tarixli birg
ə
 
işlə
rinin 72, 80-
ci paraqrafları. 
 
101
Minister voor Immigratie en Asiel-in X-
ə
Y v
ə
 Z-in Mi
nister voor İmmigratie en Asiel
-
ə
 
qarşı
 
(Minister voor Immigratie en Asiel v. X, Y 
and Z v. Minister voor Immigratie en Asiel) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-199/12, C-200/12 v
ə
 C-
201/12 saylı, 7 noyabr 2013
-
cü il tarixli birg
ə
 
işlə
ri.
 
102
Meki Əlqafacininvə
 
Noori Əlqafacinin Staatssecretaris van Just
itie-y
ə
 
qarşı 
(Meki Elgafaji and Noor Elgafaji v. Staatssecretaris van 
Justitie) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-465/07 [2009] ECR I-
00921 saylı,
 17 fevral 2009-
cu il tarixli işinin 35
-39-
cu paraqraflarına 
baxın. Eyni zamanda, oxşar mə
s
ə
l
ə
l
ə
rl
ə
 
ə
laq
ə
dar ilkin q
ərarçıxarma mə
qs
ə
di il
ə
 Belçika Dövl
ət Şurası (Conseil d’État) tə
r
ə
find
ə
n 2012-ci 
il iyunun 7-d
ə
 istiqam
ə
tl
ə
ndiril
ə
r
ə
k t
əqdim olunmuş və
 hal-
hazırda Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
 
baxılan Abubakar Diakitenin 
Commisaire general aux refugies et aux apatries-
ə
 
qarşı işinə
 
baxın
 
(Diakité v. Commissaire général aux réfugiés et aux apatrides)
.  


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə