Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə40/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   36   37   38   39   40   41   42   43   ...   128

63
 
Roman  icmalarını  əhatə  etdiyindən  diskriminativ  xarakter  daşıyırlar.  Komitə  bunun  Avropa  Sosial 
Xartiyasının 19(8)-ci maddəsi ilə birgə oxunan "E" maddəsinə zidd olduğunu müəyyən etmişdir. 
 
3.3.
 
Digər insan hüquqları əsasında çıxarılmanı qadağan edən hallar 
 
Həm Avropa İttifaqı qanunvericiliyi, həm də Avropa İnsan Hüquqları Konvensiyası mütləq xarakter daşımayan 
insan  hüquqları  əsasında  çıxarılmanı  qadağan  edən  halları  tanısa  da  dövlət  maraqları  ilə  əlaqədar  şəxsin 
maraqları arasında bir tarazlığa nail olunmalıdır. Bu hüquqlar arasında daha çox şəxsi həyata və ailə həyatına 
hörmət hüququnu qeyd etmək olar ki, bu kontekstdə şəxsin (o cümlədən psixi və mənəvi) sağlamlığı, uşağın 
ən  yaxşı  maraqları,  ailə  birliyinin  zərurəti  və  həssas  insanların  xüsusi  ehtiyaclarına  aid  məsələlər  nəzərdən 
keçirilə bilər. 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən geri qaytarılma prosedurları uşağın ən yaxşı maraqlarını, ailə həyatını, 
əlaqədar şəxsin səhhətini və məcburi geri qaytarmamaq prinsipini nəzərə almaqla həyata keçirilməlidir (
Geri 
qaytarılma Direktivinin
 5-ci maddəsi). 
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən dövlətlər müəyyən edilmiş beynəlxalq hüquq çərçivəsində və 
müvafiq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əcnəbilərin ölkəyə gəlməsi, ölkədə qalması və 
çıxarılması məsələlərinə nəzarət etmək hüququna malikdirlər. Təsnif edilmiş hüquqların çıxarılmanı qadağan 
edən hallar kimi istifadəsinə aid hallarla bağlı müfəssəl presedent hüququ mövcuddur. Təsnif edilmiş hüquqlar 
Avropa İnsan Hüquqları Konvensiyasının 8-11-ci maddələrində nəzərdə tutulmuş ayrılmaz hüquqlardır. Avropa 
İnsan  Hüquqları  Konvensiyasının  8-ci  maddəsində  nəzərdə  tutulmuş  şəxsi  həyata  və  ailə  həyatına  hörmət 
hüququ 3-cü maddəyə zidd qeyri-insani və ya ləyaqəti alçaldan rəftardan ibarət riski nəzərdə tutmayan işlərdə 
çıxarılmaya  qarşı  adətən  bir  müdafiə  kimi  nəzərdən  keçirilir.  8-ci  maddədə  nəzərdə  tutulmuş  hüquqlara 
hörmət məsələsi bölmə 5.2-də müzakirə olunur. 
 
Çıxarılmanı  qadağan  edən  hallar  qəbul  edən  ölkədə  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  5  və  ya  6-cı 
maddələrinin  görülməmiş  şəkildə  pozulması  kontekstində  də  nəzərdən  keçirilə  bilər,  məsələn,  şəxsin 
məhkəmə tərəfindən məhkum olunmadan özbaşına həbsə alınması riskinə məruz qalması, şəxsin həddindən 
artıq ədalətsiz məhkəmə araşdırması nəticəsində məhkum edilməsindən sonra çox uzun bir müddət ərzində 
həbsdə saxlanılması riski və ya şəxsin məhkəmə araşdırmasını gözlədiyi zaman ədalət mühakiməsindən istifadə 
etmək  müraciətinə  yolverilməz şəkildə  rədd cavabı  almaq  riski.  Bu  hallarda  iddiaçının  sübutetmə  yükü  çox 
böyükdür.
153
 
 
Misal: 
Mamatkulovun  və  Əskərovun  Türkiyəyə  qarşı
  işində
154
Avropa  İnsan  Hüquqları  Məhkəməsi 
iddiaçıların  Özbəkistana  ekstradisiyası  nəticəsində  ədalətli  məhkəmə  araşdırması  hüququndan  Avropa 
İnsan  Hüquqları  Konvensiyasının  6-cı  maddəsinə  zidd  olaraq  yolverilməz  şəkildə  məhrum  edilməsi 
məsələsini nəzərdən keçirmişdir. 
 
Misal:  Otmanın  (Abu  Qatadanın)  Birləşmiş  Krallığa  qarşı  işində
155
  Avropa  İnsan  Hüquqları  Məhkəməsi 
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini rəhbər tutaraq müəyyən etmişdir ki, əldə edilmiş 
dəlillərə əsasən üçüncü şəxslərə qarşı istifadə edilən işgəncələrin iddiaçıya da tətbiq edilməsinin ehtimal 
olunması səbəbindən onun deportasiyası yolverilməzdir. 
 
Misal:  EM  Livanınölkə  daxilində  baxılmış  işində  Birləşmiş  Krallığın  Lordlar  Palatası  belə  bir  qənaətə 
gəlmişdir ki, təsnif edilmiş (qeyri-mütləq) hüquqların, məsələn, Avropa İnsan Hüquqları Konvensiyasının 8-
ci  maddəsində  nəzərdə  tutulmuş  hüququn  aşkar  şəkildə  pozulması  həmin  hüququn  mahiyyətinə  ciddi 
zərbə vurduğundan mütənasibliyin qiymətləndirilməsinə ehtiyac yoxdur.
156
 
                                                
153
Otmanın (Abu Qatadanın) Birləşmiş Krallığa qarşı 
(Othman (Abu Qatada) v. the United Kingdom) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
əki 8139/09 saylı, 17 yanvar 2012
-
ci il tarixli işinin 233
-
cü paraqrafı.
 
154
Mamatkulovun v
ə
 
Əskə
rovun Türkiy
ə
y
ə
 
qarşı
 
(Mamatkulov and Askarov v. Turkey)
 [
GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
46827/99 v
ə
 
46951/99 saylı, 4 fevral 2005
-
ci il tarixli işlə
ri. 
155
Otmanın (Abu Qatadanın) Birləşmiş Krallığa qarşı
 
(Othman (Abu Qatada) v. the United Kingdom)
 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
əki 8139/09 saylı, 17 yanvar 2012
-
ci il tarixli işinin 233
-
cü paraqrafı.
 
156
EM-
in (Livan) Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 
qarşı 
(The United Kingdom,EM (Lebanon) v. Secretary of State For The 
Home Department)
 Birl
əşmiş Krallıqda baxılmış
 [2008] UKHL 64 sa
ylı
 
işi
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
64
 
Avropa  Sosial Xartiyasının  19(8)-ci maddəsi  tərəfdar  dövlətin  ərazisində  qanuni  yaşayan  əməkçi miqrantın 
çıxarılmasını qadağan edir, əgər o milli təhlükəsizliyə təhlükə və ya ictimai maraqlara və yaxud mənəviyyata 
zidd əməllər törətmirsə. 
 
Sosial Hüquqlar üzrə Avropa Komitəsi xüsusilə bəyan etmişdir ki, əgər dövlət əməkçi miqrantın həyat yoldaşını 
və/və ya uşağını da öz ərazisində yaşamaq hüququ ilə təmin edirsə, əməkçi miqrantın bu dövlətdə yaşamaq 
hüququnu itirməsi onun ailə üzvlərinin bu ölkədə yaşamaq hüququna malik olduqları müddətdə onların həmin 
hüququna təsir edə bilməz. Dövlətin ərazisində istər qanuni əsaslarla, istərsə də dövlətin ehtiyaclarına uyğun 
olaraq onların qeyri-qanuni statusunu avtomatik şəkildə qəbul edən orqanların razılığı əsasında kifayət qədər 
uzun  müddət  ərzində  yaşamış  xarici  ölkə  vətəndaşlarına  digər  xarici  ölkə  vətəndaşlarını  deportasiyadan 
qoruyan qaydalar şamil edilməlidir.
157
 
 
3.4.
 
Çıxarılmadan yüksək dərəcəli müdafiəyə malik üçüncü ölkə vətəndaşları 
 
Avropa  İttifaqı  qanunvericiliyinə  əsasən  beynəlxalq  himayə  ehtiyacı  olan  şəxslərdən  başqa  çıxarılmadan 
yüksək  dərəcəli  müdafiəyə  malik  üçüncü  ölkə  vətəndaşlarından  ibarət  müəyyən  kateqoriyalar  mövcuddur. 
Buraya uzunmüddətli yaşayış icazəsinə malik olan şəxslər, hərəkət etmək azadlığından irəli gələn hüquqlarını 
icra edən və Avropa İttifaqı/Avropa İqitsadi Zonası vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşları 
və Türkiyə vətəndaşları aiddir. 
 
3.4.1.
 
Uzunmüddətli yaşayış icazəsi olanlar 
 
Uzunmüddətli yaşayış icazəsi olanlar çıxarılmaya qarşı hərtərəfli müdafiəyə malikdirlər. Uzunmüddətli yaşayış 
icazəsi olanı çıxarmaq barədə qərar onun dövlət təhlükəsizliyinə və ya ictimai asayişə qarşı faktiki və kifayət 
qədər ciddi təhlükəni özündə əks etdirən davranışına əsaslanmalıdır.
158
 
 
3.4.2.
 
Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarının ailə üzvləri olan 
üçüncü ölkə vətəndaşları 
 
Avropa İqtisadi Zonası, o cümlədən, Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri olan şəxslər vətəndaşlığından 
asılı olmayaraq, yalnız hərəkət etmək azadlığından irəli gələn hüquqlarını icra edərkən Avropa İttifaqında daimi 
yaşamaq hüququna malikdirlər ki, bu hüquqlar Avropa İttifaqının hərəkət etmək azadlığına aid müddəalardan 
irəli  gəlir. 
Hərəkət  etmək  azadlığı  Direktivinə
  (2004/38/EC)  əsasən  digər  kateqoriyalara  aid  üçüncü  ölkə 
vətəndaşları ilə müqayisədə bu cür ailə qohumluğu olan üçüncü ölkə vətəndaşları çıxarılmadan daha yüksək 
səviyyəli  müdafiəyə  malikdirlər.  Direktivin  28-ci  maddəsinə  əsasən  onlar  yalnız  dövlət  təhlükəsiziliyi  və  ya 
ictimai asayişin mənafeyi naminə çıxarıla bilərlər.
159
 Daimi yaşayış icazəsi olanlara gəldikdə isə çıxarılma üçün 
əsaslar  "dövlət  təhlükəsiziliyi  və  ya  ictimai  asayişin  qorunması  zərurətindən  irəli  gələn  ciddi  əsaslar" 
səviyyəsində  olmalıdır. Direktivin 27(2)-ci maddəsində  bəyan edildiyi kimi, çıxarılma tədbirləri mütənasiblik 
prinsiplərinə uyğun olmalıdır, yalnız müvafiq şəxsin fərdi davranışı ilə əlaqədar olmalıdır və həmin şəxs mütləq 
"cəmiyyətin  fundamental  əsaslarından  birinə  təsir  edən  həqiqi,  hazırkı  və  kifayət  qədər  ciddi  təhlükəni" 
özündə daşımalıdır.
160
 Dövlətlər qəbul etdikləri qərar barədə, o cümlədən, bu qərarların əsasını təşkil edən 
səbəblər barədə əlaqədar şəxsləri məlumatlandırmalıdırlar (30-cu maddə). 
                                                
157
 Sosial Hüquqlar Üzr
ə
 Avropa Komit
ə
sinin 2011-ci il üzr
ə
 
Yekunlarının "Ümumi giriş" hissə
si: 19(8)-ci madd
ə
nin t
ə
fsirin
ə
 dair b
ə
yanat, 
yanvar 2012-ci il. 
158
 
Avropa İttifaqı Şurasının 
2003/109/EC 
saylı Direktivinin 12
-ci madd
ə
si, OJ 2003 L 016/44. 
159
 Üçüncü ölk
ə
 v
ə
t
əndaşları ilə
 
bağlı bu sə
pkid
ən olan işlər mövcud olmadıqda burada qeyd olunan və
 
Avropa İttifaqı və
t
əndaşlarına aid 
işlə
r
ə
 
baxın. Həmin işlə
rd
ə
 M
ə
hk
ə
m
ə
 28(3)-cü madd
ə
y
ə
 
ə
sas
ə
"dövl
ə
t t
ə
hlük
ə
sizliyinin qeyd-
şə
rtsiz 
əsasları" anlayışının tə
fsirini verir; 
P.I.-nin Oberbürgermeisterinder Stadt Remscheid-
ə
 
qarşı
 
(P. I. v. Oberbürgermeisterin der Stadt Remscheid) 
Avropa İttifaqı Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
348/09 saylı, 22 may 2012
-
ci il tarixli işinin 39
-56-
cı paraqrafları;
 Baden-
Vürtenberg Torpağının Panayotis Tsakuridisə
 
qarşı
 
(Land Baden-Württemberg v. Panagiotis Tsakouridis) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-145/09 [2010] ECR I-
11979 saylı, 23 
noyabr 2010-
cu il tarixli işinin 20
-35-
ci paraqrafları.
 
160
2004/38/EC
 
saylı Direktivin 27
-ci madd
ə
sind
ə
 qeyd olunan 
"ictimai asayiş"
 
anlayışı ilə
 
ə
laq
ə
dar presedent hüququ il
ə
 
tanış olmaq üçün 
bu işlə
r
ə
 ba
xın: 
Petar Aladjovun Zamestnik direktor na Stolichna direktsia na vatreshnite rabotikam Ministerstvo na vatreshnite raboti-y
ə
 
qarşı 
(Petar Aladzhov v. Zamestnik director na Stolichna direktsia na vatreshnite raboti kam Ministerstvo na vatreshnite raboti)
 
Avropa 
İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
434/10 saylı, 17 noyabr 2011
-
ci il tarixli işi;
 Director na Glavna direktsia "Ohranitelna politsia" pri 
Ministerstvo na vatreshnite raboti-
ya qarşı
 
(Hristo Gaydarov v. Director
na Glavna direktsia “Ohranitelna politsia” pri Ministerstvo na 
vatreshnite raboti)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
430/10 saylı, 17 noyabr 2011
-
ci il tarixli işi. 
"C
ə
miyy
ə
tin fundamental 
əsaslarından birinə
 t
ə
sir ed
ə
n h
əqiqi, hazırkı və
 kifay
ə
t q
ə
d
ə
r ciddi t
ə
hlük
ə
" 
anlayışı ilə
 
ə
laq
ə
dar Qeorqios Orfanopulosun v
ə
 
başqalarının 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə