Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə48/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   44   45   46   47   48   49   50   51   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
74
 
etmədən avtomatik olaraq çıxarılmaya məruz qalırlar. İddiaçı isə  ölkəyə  daxil olmaqla bağlı müraciətinə 
rədd cavabı verən müvafiq nazirliyin qərarını əldə etmək üçün inzibati məhkəməyə müraciət edə bilsə də, 
müvafiq  ərizə  heç  bir təxirəsalma  gücünə  malik  deyildi  və  onun  baxılması  ilə  bağlı  hər  hansı müddətlər 
qoyulmamamışdır. Qeyd etmək lazımdır ki, o, təcili ərizələr üzrə hakimə müraciət etsə də, bu heç bir uğur 
verməmişdir.  Bu  hüquqi  müdafiə  vasitəsi  də  avtomatik  olaraq  təxirə  salma  gücünə  malik  olmadığından 
əlaqədar  şəxs  hətta  hakim  qərar  qəbul  edənədək  ölkədən  çıxarıla  bilərdi.  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının 3-cü maddəsinin mahiyyətini və işgəncə və ya ləyaqəti alçaldan rəftar nəticəsində vurulan 
ziyanın bərpa olunmaz xarakterini nəzərə alaraq 13-cü maddəyə əsasən tələb olunur ki, əgər razılığa gələn 
dövlət şəxsin işgəncəyə və ya ləyaqəti alçaldan rəftara məruz qalma riski ilə üzləşəcəyini ehtimal etmək 
üçün real səbəblər olan ölkəyə göndərilməsi barədə qərar qəbul edirsə, onu avtomatik təxirə salma gücünə 
malik  hüquqi  müdafiə  vasitələri  ilə  təmin  etməlidir.  Bu  işdən  irəli  gələn  təcrübədə  isə  buna  nail 
olunmamışdır. İddiaçı "gözləmə zonasında" olarkən belə bir hüquqi müdafiə vasitəsinə çıxışı olmadığından 
Avropa İnsan Hüquqları Konvnesiyasının 3-cü maddəsi ilə birgə oxunan 13-cü maddəsi pozulmuşdur. 
 
Misal: M.S.S.-in Belçikaya və Yunanıstana qarşı işində
182
 Məhkəmə ərizəçinin sığınacaq almaq üçün etdiyi 
müraciətə  baxıldığı zaman dövlət orqanlarının yol verdikləri nöqsanlara görə  ərizənin parametrləri ciddi 
şəkildə  yoxlanılmadan  öz  mənşə  ölkəsinə  birbaşa  və  ya  dolayı  yollarla  geri  qaytarılması  riski  ilə 
üzləşdiyindən  və  səmərəli  hüquqi  müdafiə  vasitələrinə  çıxışı  olmadığından  Yunanıstanın  Avropa  İnsan 
Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə birgə 13-cü maddəsini pozduğunu müəyyən etmişdir. 
 
Misal:  Hirsi  Camaanın  və  başqalarının  İtaliyaya  qarşı  işində
183
  İtaliya  gəmisi  dənizdə  potensial  sığınacaq 
axtaranları  ələ  keçirmişdir.  İtaliyanın  dövlət  orqanları  onların  İtaliyaya  aparıldıqlarına  inandırmağa  nail 
olaraq  Liviyaya  geri  qaytarılmasından  boyun  qaçırmaq  üçün  tətbiq  edilən  prosedurlar  barədə 
məlumatlandırmamışdır. Beləliklə, iddiaçılar çıxarılma tədbiri həyata keçirilməzdən əvvəl öz şikayətlərini 
Avropa İnsan Hüquqları Konvnesiyasının 3-cü və ya bu Konvensiyaya dair 4 saylı Protokolun 4-cü maddəsinə 
əsasən  səlahiyyətli  orqana  təqdim  edərək  onların  hərtərəfli  və  qərəzsiz  qiymətləndirilməsinə  nail 
olmamışdırlar. Bununla da Məhkəmə Avropa İnsan Hüquqları Konvesiyasının 3-cü və Konvensiyaya dair 4 
saylı Protokolun 4-cü maddələri ilə birgə 13-cü maddəsinin pozulması qənaətinə gəlmişdir.
 
 
Böyük  Palataya  təqdim  olunmuş  son  işlərdən  birində  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  Avropa  İnsan 
Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə birgə 13-cü maddəsinə əsasən təqdim olunmuş şikayətə görə milli 
hüquqi müdafiə vasitəsinin təxirəsalma gücünə malik olub-olmaması məsələsinə baxmışdır. 
 
Misal:  De  Souza  Ribeironun  Fransaya  qarşı  işində
184
  iddiaçı  yeddi  yaşından  ailəsi  ilə  birlikdə  Fransa 
Qianasında  (Fransanın  dənizdəki  xarici  ərazisi)  yaşayan  Braziliya  vətəndaşıdır.  Etibarlı  yaşayış  icazəsini 
təqdim  etməməsi  səbəbindən  inzibati  qaydada  saxlanılmadan  sonra  dövlət  orqanları  onun  çıxarılması 
barədə  göstəriş  vermişdir.  O,  növbəti  günü  çıxarılma  göstərişinə  qarşı  şikayət  ərizəsi  təqdim  etdikdən 
təxminən 50 dəqiqə sonra deportasiya olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası 
çıxarılma  göstərişinin  tələsik  icra  edilməsi  nəticəsində  mövcud  hüquqi  müdafiə  vasitələrinin  təcrübədə 
əlçatmaz  və  müvafiq  olaraq  səmərəsiz  olduğunu  hesab  etmişdir.  İddiaçı  deportasiya  ərəfəsində 
Konvensiyanın 8-ci maddəsinə əsasən təqdim etdiyi şikayət ərizəsi ilə əlaqədar səmərəli hüquqi müdafiə 
vasitələri  ilə  təmin  olunmamışdır.  Bununla  da  Məhkəmə  Konvensiyanın  8-ci  maddəsi  ilə  birlikdə  13-cü 
maddəsinin pozulduğunu müəyyən etmişdir. 
 
4.1.4.
 
Sürətləndirilmiş sığınacaq prosedurları 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən 
Sığınacaq prosedurları Direktivinin
 31(8)-ci maddəsi sürətləndirilmiş 
prosedurların tətbiq edilməsini mümkün edən 10 vəziyyəti sadalayır, məsələn, ərizəçinin təhlükəsiz ölkədən 
olması  və  ya  barmaq  izlərinin  götürülməsinə  icazə  verməməsi  səbəbindən  ərizənin  əsassız  hesab  edilməsi. 
                                                
182
M.S.S.-in Belçikaya v
ə
 
Yunanıstana qarşı 
(M.
S.S. v. Belgiu
m and Greece) [
GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30696/09 
saylı, 21 yanvar 2011
-
ci il tarixli işinin 293
-
cü paraqrafı.
 
183
Hirsi Camaanın və
 
başqalarının İtaliyaya qarşı 
(Hirsi Jamaa and Others v. Italy) 
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
27765/09 saylı, 23 fevral 2012
-
ci il tarixli işinin 197
-207-
ci paraqrafları.
 
184
De Souza Ribeironun Fransaya qarşı
 
(De Souza Ribeiro v. France) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
22689/07 saylı, 13 
dekabr 2012-
ci il tarixli işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə