Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə56/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   52   53   54   55   56   57   58   59   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
88
 
Misal: Rəhmanın işində
214
 Avropa İttifaqı Ədalət Məhkəməsi dəqiqləşdirmişdir ki, 
Hərəkət etmək azadlığı 
Direktivinin
 3(2)-ci maddəsi Avropa İttifaqı vətəndaşının himayəsində olan və ölkəyə gəlmək üçün müraciət 
etdiyi  zaman  himayədə  olduğunu  nümayiş  etdirə  bilmiş  şəxslərdən  ibarət  digər  ailə  üzvləri  tərəfindən 
ölkəyə  gəlmək  və  burada  qalmaq  üçün  təqdim  edilmiş  ərizələrə  müəyyən  üstünlüklərin  verilməsini 
mümkün etməklə yanaşı bunu bir öhdəlik kimi Avropa İttifaqına üzv olan dövlətlərin üzərinə qoymuşdur. 
Avropa İttifaqının üzv dövlətləri bu öhdəliyə riayət etmək məqsədi ilə əlaqədar şəxslərin ölkəyə gəlmək və 
burada qalmaq müraciətlərinə müvafiq qaydada və hərtərəfli baxılmasına, rədd cavabı verildiyi təqdirdə 
isə, bu barədə əsaslı izahat əldə edərək onu məhkəmə orqanında baxmaq hüququnun verilməsinə şərait 
yaradan tədbirlərin öz qanunvericililklərində əks etdirilməsini təmin etməlidirlər. 
 
Avropa İqtisadi Zonası (o cümlədən, hərəkət etmək azadlığından irəli gələn hüquqlardan istifadə edən Avropa 
İttifaqı) vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşları konkret olaraq bir dövlətin vətəndaşı olan 
üçüncü ölkə vətəndaşlarının ailə üzvləri ilə müqayisədə adətən üstün vəziyyətdə olurlar, çünki sonuncuların 
vəziyyəti sırf milli qanunvericiliklə tənzimlənir. Ailə üzvü olan üçüncü ölkə vətəndaşının başqa ölkəyə gəlmək 
və burada qalmaq hüququ onun bu ölkəyə hansı yollarla gəlməyindən asılı olmayaraq mövcuddur. Bu hüquq 
ölkəyə qeyri-qanuni gəlmiş şəxslərə də şamil olunur. 
 
Misal:  Metokun  və  başqalarının  işi
215
  İrlandiya  vətəndaşı  olmayaraq  bu  ölkədə  yaşayan  Avropa  İttifaqı 
vətəndaşlarının həyat yoldaşları olan üçüncü ölkə vətəndaşları ilə əlaqədar idi. İrlandiya Hökuməti iddia 
edirdi ki, üçüncü ölkə vətəndaşı olan həyat yoldaşı ilk olaraq Avropa İttifaqının başqa bir üzv dövlətində 
qanuni  əsaslarla  yaşamalı  idi  və  ölkəyə  gəlmək  və  burada  qalmaq  hüququ  Avropa  İttifaqı  vətəndaşının 
həyat yoldaşı olmazdan  əvvəl üzv dövlətə  gəlmiş  şəxsə  verilməməlidir. Məhkəmə  isə  hesab etmişdir ki, 
Avropa  İttifaqının  üzv  dövlətləri 
Hərəkət  etmək  azadlığı  Direktivinə
  əsasən  birgə  yaşamaq  hüququnu 
nikahın  harada  və  necə  bağlanması  kimi  məsələlərdən  və  ya  üçüncü  ölkə  vətəndaşının  əvvəllər  Avropa 
İttifaqının  digər  üzv  dövlətində  qanuni  əsaslarla  yaşayıb-yaşamaması  faktından  asılı  vəziyyətdə 
qoymamalıdır. 
 
Misal: MRAX-ın işində
216
 Avropa Ədalət Məhkəməsi Avropa İttifaqı vətəndaşı ilə nikaha daxil olmuş üçüncü 
ölkə vətəndaşının ölkəyə viza müddəti bitdikdən sonra qeyri-qanuni gəlməsi səbəbindən yaşayış icazəsi ilə 
bağlı müraciətinə rədd cavabının verilməsinin qanunsuz olduğunu müəyyən etmişdir. 
 
Vaxt keçdikcə Avropa İttifaqı Ədalət Məhkəməsi Avropa İttifaqının tərəfdar çıxdığı müqavilələrdən irəli gələn 
hüquq və azadlıqların Avropa İttifaqı vətəndaşları üçün əhatə dairəsini genişləndirərək bu hüquqları müəyyən 
şərtlərlə Avropa İttifaqı vətəndaşlarının ailə üzvləri olan üçüncü ölkə vətəndaşlarına da şamil etmişdir. 
 
Misal: Karpenterin işi
217
 digər üzv dövlətlərdə ödənişli xidmətlər göstərməkdən ibarət bizneslə məşğul olan 
Birləşmiş  Krallıq  vətəndaşının  üçüncü  ölkə  vətəndaşı  olan  həyat  yoldaşı  ilə  əlaqədar  idi.  Belə  bir  uğurlu 
arqument  irəli  sürülmüşdür  ki,  əgər  bu  vətəndaşın  həyat  yoldaşına  onunla  birlikdə  Birləşmiş  Krallıqda 
qalmaq və o ölkədə olmadığı zaman onun uşaqlarına baxmaq icazəsi verilmirsə, bu onun Avropa İttifaqı 
ərazisində  xidmətlər göstərmək  azadlığının icrası imkanlarını məhdudlaşdırır. Belə olan halda Məhkəmə 
heç  vaxt  xaricdə  yaşamamış,  lakin  transsərhəd  iqtisadi  fəaliyyəti  ilə  məşğul  olmuş  Avropa  İttifaqı 
vətəndaşının ailə hüquqlarını təsdiq etmək üçün "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 56-
cı maddəsi ilə tanınan xidmətlərin göstərilməsi azadlığına istinad etmişdir. Eyni zamanda, Avropa Ədalət 
                                                
214
Daxili İşlə
r Departamenti Dövl
ə
t katibinin R
ə
hmana v
ə
 
başqalarına qarşı
 
(Secretary of State for the Home Department v. Rahman 
and Others)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
83/11 saylı, 5 sentyabr 2012
-ci il tarixli 
işi.
 
215
Metokun v
ə
 
başqalarının Bə
rab
ərlik Ədliyyə
 v
ə
 
Hüquq İslahatları nazirinə
 
qarşı 
(Metock  and  Others v.  Minister for Equality,  Justice  and  
Law Reform)
 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-127/08 [2008] ECR I-
06241 saylı, 25 iyul 2008
-
ci il tarixli işinin 53
-54, 58-ci madd
ə
l
ə
ri. 
Metokun işi
 
İşveçrə
 Federal Ali M
ə
hk
ə
m
ə
sinin 
BGE 136 II 5 
saylı, 29 sentyabr 2009
-cu il tarixli q
ərarında əsas kimi götürülmüşdür
 
216
Mouvement contre le racisme, lantisemitism et la xenophobie (İrqçilik, antisemitizm və
 
ksenofobia qarşı cə
r
ə
yan) ASBL (MRAX) 
Belçikaya qarşı
 
(
Mouvement contre le racisme, l’antisémitisme et la xénophobie
ASBL (MRAX) v. Belgian State) 
Avropa Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
ki C-459/99 [2002] ECR I-
06591 saylı, 25 iyul 2002
-
ci il tarixli işinin 80
-
ci paraqrafı.
 
217
Meri Karpenterin Daxili İşlə
r Departamenti Dövl
ə
t katibin
ə
 
qarşı
 
(Mary Carpenter v. Secretary of State for the Home Department) 
Avropa 
Ə
dal
ə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-60/00 [2002] ECR I-
06279 saylı,
 11 iyul 2002-
ci il tarixli işinin 36
-46-
cı paraqrafları; 
Kraliçanın
 
Daxili İşlə

Departamenti Dövl
ə
t katibinin xeyrin
ə
 IAT-a v
ə
 Surinder Sinqx
ə
 
qarşı
 
(The Queen v. IAT and Surinder Singh, exparte Secretary of State 
for the Home Department) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki öz v
ə
t
ə
nl
ə
rin
ə
 qay
ıdan Avropa İttifaqı və
t
əndaşları üçün bu hüquqları iddia 
etm
ək imkanı ilə
 
ə
laq
ə
dar
 C-370/90 [1992] ECR 
I-
04235 saylı
, 17 iyul 1992-ci il tarixli 
işi.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə