89
Məhkəməsi əsas hüquqlardan biri hesab edilən və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi
ilə təmin olunan ailə həyatına hörmət hüququna istinad etmişdir.
Avropa İttifaqı Ədalət Məhkəməsi qəbul etmişdir ki, müəyyən vəziyyətlərdə Avropa İttifaqı ərazisində yaşamaq
hüququ Avropa İttifaqı vətəndaşının hərəkət etmək azadlığından irəli gələn hüquqdan heç zaman istifadə
etməməsi hallarında tətbiq edilərək "Avropa İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 20-ci maddəsinə
əsasən Avropa İttifaqı vətəndaşlarının statusu ilə birbaşa əlaqələndirilə bilər.
Misal: Ruiz Zambranonun işində
218
Avropa İttifaqı Ədalət Məhkəməsi müəyyən etmişdir ki, Belçika
vətəndaşı olan və himayəsindəki azyaşlı uşaqlarla yaşamaq və onlara baxmaq üçün bu uşaqların
valideynləri olan üçüncü ölkə vətəndaşlarına Belçikada yaşamaq və işləmək icazəsi verilməlidir. Lakin
Avropa İttifaqının vətəndaşı olan uşaqlar öz vətənlərindən başqa üzv dövlətə heç zaman getmədiklərindən
və ya başqa üzv dövlətdə yaşamadıqlarından
Hərəkət etmək Azadlığı Direktivinin
3(1)-ci maddəsinin
tətbiqinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə uşaqların üçüncü ölkə vətəndaşı olan
valideynlərinə Belçikada yaşamaq və işləmək icazəsi vermək məqsədi ilə onların "Avropa İttifaqının
fəaliyyəti haqqında" Müqavilənin 20-ci maddəsinə əsasən Avropa İttifaqı vətəndaşı olması statusuna
birbaşa istinad etmişdir. Məhkəmə vurğulamışdır ki, bu icazələrin verilməməsi "uşaqları onların Avropa
İttifaqı vətəndaşı statusundan irəli gələn hüquqlardan faydalanması imkanlarından məhrum etmişdir",
çünki onlar öz valideynləri ilə olmaq üçün Avropa İttifaqı ərazisini tərk etməli olmuşdular.
Lakin bu qərar konkret bir işin səciyyəvi halları ilə əlaqədar olduğundan bütün hallara şamil edilə bilməz.
Məsələn, Avropa İttifaqının vətəndaşı olan uşaq yaşayış icazəsi almaq üçün rədd cavabı almış üçüncü ölkə
vətəndaşından maddi və mənəvi cəhətdən asılı idi və bu asılılıq Avropa İttifaqı vətəndaşının nəyinki vətəndaşı
olduğu üzv dövlətin ərazisini, hətta ümumiyyətlə Avropa İttifaqını tərk etməyə məcbur etmişdir.
219
Bununla
əlaqədar olaraq Avropa İttifaqı Ədalət Məhkəməsi aşağıda təsvir edilən işdə əlavə aydınlaşdırmalar vermişdir.
Misal: Ruiz Zambranonun işindən iki ay sonra baxılmış MakKartinin işində
220
Avropa İttifaqının Ədalət
Məhkəməsi ikili (Britaniya/İrlandiya) vətəndaşlığa aid məsələyə baxmışdır. Birləşmiş Krallıqda anadan
olmuş və həmişə orada yaşamış xanım MakKarti İrlandiya vətəndaşı kimi özü və üçüncü ölkə vətəndaşı olan
həyat yoldaşı üçün Birləşmiş Krallıqda yaşamaq hüququ əldə etmək məqsədi ilə müraciət etmişdir.
Ərizəçinin işçi və fərdi əmək fəaliyyəti ilə məşğul olan və yaxud maddi cəhətdən özünü təmin edən şəxs
olmaması səbəbindən bu hüquqa malik olmaması əsas götürülərək ona rədd cavabı verilmişdir. Bu işdə
Məhkəmə Avropa İttifaqı vətəndaşının bir və ya bir neçə üzv dövlətin vətəndaşı olması faktının onun
hərəkət etmək azadlığından irəli gələn hüquqdan istifadə etməsini əsaslandırmaq üçün kifayət etmədiyini
dəqiqləşdirərək xanım MakKartinin hərəkət etmək azadlığından irəli gələn hüququnu heç zaman istifadə
etmədiyindən
Hərəkət etmək Azadlığı Direktivinin
tətbiq edilməsinin mümkün olmadığını bir daha təsdiq
etmişdir. Bununla yanaşı, Avropa İttifaqının Ədalət Məhkəməsi müəyyən etmişdir ki, "Avropa İttifaqının
fəaliyyəti haqqında" Müqavilənin 20 və 21-ci maddələri iddiaçıya öz həyat yoldaşı üçün Birləşmiş Krallıqda
yaşamaq hüququ əldə etmək imkanı vermir, çünki yaşamaq icazəsi almaq üçün etdiyi müraciətə rədd
cavabının verilməsi onun Avropa İttifaqı vətəndaşı statusundan irəli gələn hüquqlardan istifadə etməsindən
məhrum etmir və Avropa İttifaqı ərazisində sərbəst hərəkət etmək və azad yaşamaq hüququnu icra
etməsinə mane olmur.
218
Ruiz Zambranonun Office national de lemploi-
ə
(ONEm) qarşı
(
Ruiz Zambrano v. Office national de l’emploi (ONEm)
)
Avropa İttifaqı
Ə
dal
ə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-34/09, [2011] ECR I-
01177 saylı, 8 mart 2011
-
ci il tarixli işi;
Kunkian Katerin Junun v
ə
Man Lavet Çenin
Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
qarşı
(Kunqian Catherine Zhu and Man Lavette Chen v. Secretary of Statefor the Home
Department)
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-200/02, [2004] ECR I-
09925 saylı, 19 oktyabr 2004
-
cü il tarixli işinin 42
-47-ci
paraqrafları.
219
O. v
ə
S.-in v
ə
Maahanmuuttovirasto v
ə
Maahanmuuttovirastonun L.-
ə
qarşı
(O. and S. v. Maahanmuuttovirasto and
Maahanmuuttovirasto v. L.)
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-356/11 v
ə
C-
357/11 saylı, 6 dekabr 2012
-ci il tarixli birg
ə
işlə
rinin 56-
cı paraqrafı.
220
Şirli MakKartinin Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
qarşı
(Shirley McCarthy v. Secretary of State for the Home Department
)
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-434/09, [2011] ECR I-
03375 saylı, 5 may 2011
-
ci il tarixli işi.
Dostları ilə paylaş: |