Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
90
Misal: Ruiz Zambranonun işi ilə bağlı qərar qəbul edildikdən və qısa bir müddət keçdikdən sonra Avropa
İttifaqı Ədalət
Məhkəməsinə Dərəçinin işi
221
ilə əlaqədar olaraq üçüncü ölkə vətəndaşına Avropa İttifaqının
vətəndaşları olan, hərəkət etmək azadlığından irəli gələn hüquqlardan heç zaman istifadə etməmiş və
maddi cəhətdən ondan asılı vəziyyətdə olmayan həyat yoldaşı və uşaqlarının yaşadıqları Avropa İttifaqının
üzv dövlətində yaşaması üçün icazə verib-verməmək barədə qərar qəbul etmək imkanı verilmişdir. Avropa
İttifaqı Ədalət Məhkəməsi bəyan etmişdir ki, üzv dövlətlər üçüncü ölkə vətəndaşının yaşayış icazəsi almaq
üçün etdiyi müraciətə rədd cavabı verə bilərlər, əgər bu cavab onun ailə üzvü olan Avropa İttifaqı
vətəndaşının bu vətəndaşlıq statusundan irəli gələn və ona şamil edilən hüquqlardan faydalanmaq
imkanından məhrum olunmasına gətirib çıxarmayacaqsa və məhz bu məqam müvafiq məhkəmə tərəfindən
yoxlanılmalıdr. Bu cür qiymətləndirmə ilə əlaqədar müvafiq istiqamət vermək üçün Avropa İttifaqı Ədalət
Məhkəməsi qeyd etmişdir ki, “üzv dövlət vətəndaşının iqtisadi səbəblərdən və ya ailənin bütövlüyü
baxımından üzv dövlətin vətəndaşı olmadıqlarına görə onunla Avropa İttifaqı ərazisində yaşamaq
iqtidarında olmayan ailə üzvlərini bu ərazidə saxlamaq niyyətindən ibarət bir fakt həmin ailə üzvlərinə bu
ərazidə yaşamaq hüququ verilmədikdə əlaqədar Avropa İttifaqı vətəndaşının da bu ərazini tərk etməyə
məcbur olunmasına dair müəyyən mövqelərin dəstəklənməsi üçün kifayət etmir.”
Misal:
İidanın Ulm-a qarşı işində
222
Yaponiya vətəndaşı Almaniya vətəndaşı olan həyat yoldaşı və yetkinlik
yaşına çatmamış qızı ilə Almaniyaya köçmüşdür. Sonradan iddiaçının həyat yoldaşı və qızı Avstriyaya
köçsələr də o Almaniyada qalmışdır. Cənab İida və onun xanımı rəsmən boşanmasalar da 2008-ci ildən
etibarən ayrı yaşayırdılar. 2008-ci ildə cənab İida Avropa İttifaqı vətəndaşının ailə üzvü kimi yaşayış icazəsi
almaq üçün müraciət etdikdə Almaniyanın müvafiq orqanları tərəfindən rədd cavabı almışdır. Belə olan
halda, Avropa İttifaqı Ədalət Məhkəməsindən üçüncü ölkə vətəndaşının ailə üzvlərinin vətəni olan üzv
dövlətdən artıq köçərək əsasən başqa bir üzv dövlətdə yaşamalarına baxmayaraq ona ailə üzvlərinin vətəni
olan üzv dövlətdə yaşamaq icazəsini verib-verməmək məsələsinin dəqiqləşdirilməsi xahiş edilmişdir.
Avropa İttifaqı Ədalət Məhkəməsi qeyd etmişdir ki, hərəkət etmək azadlığından irəli gələn hüquqlardan
istifadə etmiş Avropa İttifaqı vətəndaşının ailə üzvü olan üçüncü ölkə vətəndaşı yalnız o təqdirdə
2004/38
saylı Direktivdən
faydalana bilər ki, onun Avropa İttifaqı vətəndaşı olan ailə üzvlərinin yaşadığı üzv dövlətdə
məskunlaşmış olsun. Bundan başqa, Avropa İttifaqı Ədalət Məhkəməsi qeyd etmişdir ki, cənab İidanın qızı
atasına üzv dövlətdə yaşamaq hüququnun verilməsi ilə əlaqədar müraciət edə bilməz, çünki sözügedən
Direktivin 2(2)(d) maddəsi valideynin himayəsində olan uşaqlara deyil, uşaqların himayəsində olan və artan
xətt üzrə birbaşa qohumları olan şəxslərə şamil edilir.
Eyni zamanda, Avropa İttifaqının Ədalət Məhkəməsi bu işə "Avropa İttifaqının fəaliyyəti haqqında"
Müqavilənin 20 və 21-ci maddələri prizmasından da baxmışdır. Məhkəmə cənab İidanın həyat yoldaşı və
qızının Avropa İttifaqı vətəndaşı statusundan irəli gələn hüquqlarından istifadə edə bilməmələri faktını
istisna etmişdir. Bütün bunların yekununda Avropa İttifaqı Ədalət Məhkəməsi iddiaçının həyat yoldaşı və
qızının hal-hazırda yaşadıqları üzv dövlətdə deyil, başqa bir üzv dövlətdə yaşamaq hüququnu əldə etməyə
çalışdığını, yaşadığı dövlətin qanunvericiliyinə əsasən yaşamaq müddətinin artırılması hüququnun ona
prinsip etibarı ilə şamil edildiyini və
2003/109/EC Direktivi
çərçivəsində ona uzunmüddətli yaşayış icazəsi
olan statusunun verilməsinin mümkünlüyünü diqqətə çatdırmışdır.
Hərəkət etmək azadlığı Direktivinin
2(2)-ci maddəsi ailə üzvləri kateqoriyasına "qeydə alınmış partnyorları" da
aid edir, o şərtlə ki, bu Avropa İttifaqının üzvü olan müvafiq dövlətin milli qanunvericiliyinə uyğun olsun.
Müəyyən hallarda qeydə alınmamış partnyorlara da müvafiq vətəndaşa və ya məskunlaşmış miqranta
qoşulmaq hüququ verilə bilər.
Misal:
Hollandiya dövlətinin Reedə qarşı işində
223
Avropa Ədalət Məhkəməsi belə bir qənaətə gəlmişdir ki,
əgər Hollandiya qanunları bu ölkənin vətəndaşı olan şəxsin stabil partnyoruna onunla birlikdə Hollandiyada
yaşamaq icazəsi verirlərsə bu imkan Avropa İttifaqının tərəfdar çıxdığı müqavilələrdən irəli gələn
hüquqlarını Hollandiyada icra edən Böyük Britaniyalı işçi ilə stabil münasibətlərdə olan xanım Reedə də
221
Murat Dereçinin v
ə
başqalarının Bundesministe
ruim für Inneres-
ə
qarşı
(Murat Dereci and Others v. Bundesministerium für Inneres)
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
256/11 saylı, 15 no
yabr 2011-
ci il tarixli işinin 68
-
ci paraqrafı.
222
İidanın Stadt Ulm
-
a qarşı
(Iida v. Stadt Ulm)
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-40/11 sa
ylı,8 noyabr 2012
-
ci il tarixli işi.
223
Hollandiyanın Ann Florens Reedə
qarşı
(State of Netherlands v. Ann Florence Reed)
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-59/85 [1986]
ECR I-
01283 saylı, 17 aprel 1986
-
cı il tarixli işinin 28
-30-
cu paraqrafları.