Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə59/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   55   56   57   58   59   60   61   62   ...   128

91
 
verilməlidir. Məhkəmə müəyyən etmişdir ki, nikaha daxil olmamış partnyora işlədiyi ölkədə daimi yaşamaq 
hüququnun verilməsi onun bu ölkəyə inteqrasiyasına şərait yaradacaq və işçilərin hərəkət etmək azadlığına 
nail  olmaları  istiqamətində  öz  töhfəsini  verəcək.  Yaşayış  icazəsi  almaq  üçün  müraciətə  rədd  cavabının 
verilməsi ayrı-seçkilik halı kimi qəbul edilməlidir. 
 
Ailənin yenidən birləşməsi Direktivi
 üçüncü ölkə vətəndaşı olan zəmanətçinin həyat yoldaşı və uşaqlarının da 
vəziyyətini  tənzimləyir.  Direktivin  5(3)-cü  maddəsi  ailə  üzvünün  zəmanətçinin  yaşadığı  Avropa  İttifaqı  üzv 
dövlətinin ərazisindən kənarda olduqda belə, ailənin yenidən birləşməsi müraciətinin təqdim olunmasını və 
baxılmasını tələb edir. Lakin bu tələb Avropa İqtisadi zonası vətəndaşlarının ailə üzvlərinə şamil edilmir.
224
 
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən Avropa Şurasının üzv dövlətləri əcnəbilərin gəlməsi, qalması 
və çıxarılması məsələlərinə nəzarət etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci 
maddəsi isə ailə həyatına hörmət hüququnu və bu hüquqa istənilən müdaxilənin əsaslandırılmasını nəzərdə 
tutur (bu səpkidən olan işlərin baxılması üçün münasib ola biləcək meyarlardan ibarət siyahı bölmə 5.4.2-ə 
verilir). Üzv dövlətin vətəndaşının və ya məskunlaşmış miqrantın həyat yoldaşının və ya başqa ailə üzvünün 
ölkəyə buraxılması və ya vəziyyətinin tənzimlənməsi ilə bağlı rədd cavabının verilməsi ilə əlaqədar əhəmiyyətli 
sayda  iş  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə  təqdim  olunmuşdur.  Üzv  dövlət  tərəfindən  verilmiş  rədd 
cavabının  əsaslandırılmış  olub-olmamasını  müəyyən  etmək  üçün  əsas  sual  ailə  həyatının  xaricdə  davam 
etdirilməsi üçün maneələrin olub-olmaması ilə əlaqədardır. Vətəndaşın öz ölkəsini tərk etməsi faktı məntiqsiz 
hesab edildikdə Avropa İnsan Hüquqları Məhkəməsi bir qayda olaraq üzv dövlətin bu cür qərarının mütənasib 
olduğunu müəyyən edir.
225
 Məhkəmənin bu sahədəki presedent hüququ hər bir işin səciyyəvi xüsusiyyətləri 
və faktları ilə əlaqədardır (əlavə misallarla tanış olmaq üçün bölmə 5.4-ə baxın). 
 
Misal: Darren Omoreqinin və başqalarının Norveçə qarşı işində
226
 Məhkəmə müəyyən etmişdir ki, Nigeriyalı 
kişinin  Norveçli  qadınla  nikaha  daxil  olduqları  zaman  ərin  ölkədə  qanuni  əsaslarla  yaşaması  faktına 
baxmayaraq Norveçli qadının öz əri və uşaqları ilə Norveçdə yaşamaqlarına icazənin verilməsi ilə bağlı heç 
bir  gözləntisi  olmamalı  idi.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  Nigeriyalı  ərin  öz  vətəni  ilə  çox  sıx 
əlaqələrinin olmasını nəzərə alaraq belə bir qənaətə gəlmişdir. 
 
Misal: Nunyesin Norveçə qarşı işində
227
 əvvəllər Norveçdə başqa adla cinayət törətmiş iddiaçı ölkəyə gəlmək 
qadağasına zidd olaraq bu ölkəyə yenə qayıtmışdır. İddiaçı Norveç vətəndaşı ilə evlənmişdir və onların bu 
nikahdan iki qızı var idi. Məhkəmə Norveçin iddiaçını ölkədən çıxaracağı təqdirdə Avropa İnsan Hüquqları 
Konvensiyasının 8-ci maddəsini pozacağını müəyyən etmişdir. 
 
Nikahın  pozulmasından  sonra  əcnəbi  həyat  yoldaşın  vəziyyətinin  tənzimlənməsi  müraciətinə  verilmiş  rədd 
cavabı Məhkəmə tərəfindən də dəstəklənmişdir, baxmayaraq ki, bu ailənin yaşadığı dövlətin vətəndaşı olan 
uşaq üzvünün de-fakto çıxarılmasına gətirib çıxara bilərdi (həmçinin bölmə 5.4.1-ə baxın). 
 
Misal: Sorabyenin Birləşmiş Krallığa qarşı işində
228
 keçmiş İnsan Hüquqları üzrə Avropa Komissiyası bəyan 
etmişdir  ki,  iddiaçının  anasının  Keniyaya  deportasiyası  ilə  əlaqədar  8-ci  maddə  əsasında  təqdim  etdiyi 
şikayət  ərizəsi  yolverilməzdir.  Məhkəmə  müəyyən  etmişdir  ki,  iddiaçı  üç  yaşında  olduğundan  anası  ilə 
köçmək  iqtidarında  idi  və  onun  yeni  mühitə  uyğunlaşması  gözlənilən  idi.  Onun  Britaniya  vətəndaşı 
olmasının  işə  aidiyyəti  yox  idi.  Bu  cür  yanaşma  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  tərəfindən  Ruiz 
                                                
224
Mouvement contre le racisme, lantisemitism et la xenophobie ASBL (MRAX) Belçika dövl
ə
tin
ə
 
qarşı 
(Mouvement contre le racisme, 
l’antisémitisme et la xénophobie ASBL
(MRAX) v. Belgian State)
 
Av
ropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-459/99 [2002] ECR I-
06591 saylı, 
25 iyul 2002-
ci il tarixli işi; Avropa İttifaqı Komissiyasının İspaniya Krallığına qarşı 
(Commission of the European Communities v. 
Kingdom of Spain) 
Avropa Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-503/03 [2006] ECR I-
1097 saylı, 31 yanvar 200
6-
cı il tarixli işi.
 
225
Darren Omoreqinin v
ə
 
başqalarının Norveçə
 
qarşı 
(Darren Omoregie and Others v. Norway) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
265/07 saylı, 31 iyul 20
08-
ci il tarixli işinin 68
-
ci paraqrafı; Baysultanovun Avstriyaya qarşı 
(Bajsultanovv. Austria) 
Avropa İnsan Hüquqları 
M
ə
hk
ə
m
ə
sind
ə
ki 
54131/10 saylı, 12 iyun 2012
-
ci il tarixli işinin 
91-
ci paraqrafı; 
Onurun Birl
əşmiş Krallığa qarşı
 
(Onur v. the United 
Kingdom)
 
27319/07 saylı,17 fevral 2009
-
ci il tarixli işinin 60
-61-
ci paraqrafları.
 
226
Darren Omoreqinin v
ə
 
başqalarının Norveçə
 
qarşı 
(Darren Omoregie and Others v. Norway)
 
Av
ropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
265/07 saylı, 31 iyul 2008
-
ci il tarixli işi 
 
227
Nunyesin Norveç
ə
 
qarşı
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
(Núñez v. Norway) 
55597/09 
saylı, 28 iyun 2011
-
ci il tarixli işi.
 
228
İnsan Hüquqları üzrə
 
Avropa Komissiyasında 
(European Commission of Human Rights) 
Sorabyenin Birl
əşmiş Krallığa qarşı 
23938/94 
saylı 
(Sorabjee v. the United Kingdom) 
v
ə
 Jaramillonun Birl
əşmiş Krallığa qarşı 24865/94 saylı
 
(Jaramillo v. the United Kingdom) 
(dec.) 23 
oktyabr 1995-
ci il tarixli işlə
ri. 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə