81
4.5.2.
Geri qaytarılma qərarları ilə əlaqədar hüquqi yardım
Avropa İttifaqı qanunvericiliyinə əsasən hüquqi yardım haqqında müddəalar yalnız sığınacaq deyil, geri
qaytarılma qərarlarına da şamil edilir. Diqqətəlayiq məqam əlaqədar şəxslərə çıxarılma qərarına məhkəmədə
baxmaq imkanının verilməsindən ibarətdir. Ola bilsin ki,
Geri qaytarılma Direktivinə
əsasən barələrində geri
qaytarılma qərarı çıxarılmış bəzi şəxslərin şikayət etmək və ya onların iddia ərizələrinə məhkəmədə baxmaq
imkanı olmamışdır. Bəzi şəxslər isə Avropa İttifaqının üzv dövlətində qaldıqları zaman ailə qurmağa müvəffəq
olduğundan geri qaytarılma qərarının insan hüquqlarına uyğunluğunu müəyyən etmək məqsədi ilə
məhkəməyə müraciət etməyi tələb edə bilmişdir. Bununla əlaqədar olaraq
Geri qaytarılma Direktivinin
13-cü
maddəsi bəyan edir ki, Avropa İttifaqının üzv dövlətləri müvafiq milli qanunvericiliyə uyğun olaraq və
2005/85/EC saylı Direktivin
15(3)(6)-cı maddəsi çərçivəsində "müvafiq müraciət əsasında zəruri hüquqi
yardımın göstərilməsinə və/və ya təmsilolunma imkanının verilməsini təmin edirlər."
Bu maddə hüquqi yardımın xahiş əsasında təqdim olunmasını qeyd edir. Bu isə şəxslərin hüquqi yardım
imkanları barədə aydın və sadə, onların başa düşə biləcəyi dildə məlumatlandırılmasını nəzərdə tutur, əks
təqdirdə bu qayda öz mənasını itirərək ədalət mühakiməsi sistemindən səmərəli istifadəyə mane olacaq.
Avropa Şurası Nazirlər Komitəsinin "Məcburi geri qaytarılmaya dair iyirmi qaydası" (9 saylı qayda) da hüquqi
yardımın göstərilməsini nəzərdə tutur.
204
4.5.3.
Sığınacaq barədə qərarların məhkəmədə baxılması üçün hüquqi yardım
Avropa İttifaqı qanunvericiliyinə əsasən sığınacaq almaq üçün edilən müraciətə
Qəbuletmə şərtləri
Direktivinə
(2013/33/EU) uyğun olaraq rədd cavabının verilməsi barədə qərara əlaqədar
şəxsin şikayət ərizəsi
əsasında məhkəmədə baxıla bilər (Direktivin 26-cı maddəsi). Şikayət verildiyi və ya işə yenidən baxıldığı
təqdirdə üzv dövlətlər, əgər müraciət edilərsə, pulsuz hüquqi yardım və təmsilolunma imkanlarını və əgər
zəruridirsə, ədalət mühakiməsi sistemindən səmərəli istifadəni təmin etməlidirlər.
Qəbuletmə şərtləri
Direktivinə
əsasən üzv dövlətlər sığınacaq barədə qərarlara yenidən baxıldığı zaman
Sığınacaq prosedurları
Direktivində
nəzərdə tutulduğu kimi hüquqi yardımın göstərilməsi ilə əlaqədar bəzi məhdudiyyətlər tətbiq edə
bilərlər.
204
Avropa Şurasının Nazirlə
r Komit
ə
si (2005-ci il).