Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə49/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   45   46   47   48   49   50   51   52   ...   128

75
 
Direktivlə  təsbit  edilmiş  əsas  prinsiplər  və  təminatlar  tətbiq  edildiyi  zaman  şikayət  avtomatik  təxirəsalma 
gücünə malik olmaya bilər və apellyasiya proseduru zamanı ölkədə yaşamaq icazəsi hər bir konkret halda xahiş 
olunmalı  və/və  ya  verilməlidir  (həmçinin  bölmə  4.1.3-ə  baxın).  Təcrübədə  müraciətlə  bağlı  mənfi  qərar 
verildikdə sürətləndirilmiş prosedurlar daha qısamüddətli ola bilər. 
 
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən Məhkəmə sığınacaq almaq üçün edilmiş hər bir müraciətin 
müstəqil şəkildə və hərtərəfli baxılmasının zəruri olması qənaətinə gəlmişdir. Belə olmadığı təqdirdə Məhkəmə 
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə birgə 13-cü maddəsinin pozulmasını müəyyən edir. 
 
Misal: I.M.-in Fransaya qarşı işində
185
 Sudana deportasiya olunacağı təqdirdə ləyaqəti alçaldan rəftardan 
ibarət risklə üzləşəcəyini iddia edən ərizəçi Fransada sığınacaq üçün müraciət etməyə cəhd göstərmişdir. 
Sığınacaq  almaq  üçün  ərizə  çıxarılma  qərarı  verildikdən  sonra  təqdim  edildiyindən  dövlət  orqanları  bu 
ərizənin "qərəzli yalan"dan irəli gəldiyini və ya "sığınacaq prosedurlarından sui-istifadə" halını təşkil etdiyini 
hesab  etmişdirlər.  Ərizəçinin  müraciətinə  ilk  və  yalnız  bir  dəfə  baxıldığından  o  avtomatik  olaraq 
sürətləndirilmiş prosedura əsasən işlənilmişdir və zəruri təminatlar kifayət qədər deyildi. Məsələn, ərizəyə 
baxılma müddəti 21 gündən 5 günədək azaldılmışdır. Ərizəçi müvafiq təsdiqedici sənədlərlə birgə fransız 
dilində  hazırlanmış müfəssəl  ərizə  təqdim etməli olduğundan  ərizənin həddindən artıq qısa təqdimetmə 
müddəti  spesifik  təzyiqə  səbəb  olmuşdur,  çünki  o,  saxlanılmış  şəxslər  üçün  nəzərdə  tutulan  normal 
prosedura  aid  tələblərə  uyğun  hərəkət  etməli  idi.  Ərizəçinin  deportasiyası  barədə  qərardan  inzibati 
məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi üçün yalnız 48 saatı var idi, adi prosedur zamanı bunun üçün 
iki  ay  ayrılır.  Bütün  bunların  nəticəsində  təcrübədə  səmərəli  hüquqi  müdafiə  vasitələri  təklif  edən  milli 
sistem  ümumiyyətlə  tətbiq  edilmədən  ərizəçinin  sığınacaq  almaq  üçün  etdiyi  müraciətə  rədd  cavabı 
verilmişdir.  Bununla  əlaqədar  olaraq  ərizəçi  öz  şikayətini  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  3-cü 
maddəsinə  əsasən  təqdim  etmək  iqtidarında  deyildi.  Beləliklə,  Məhkəmə  Avropa  İnsan  Hüquqları 
Konvensiyasının 3-cü maddəsi ilə birgə 13-cü maddəsinin pozulduğunu müəyyən etmişdir.
 
 
4.2.
 
Dublin prosedurları 
 
32 Avropa dövləti tərəfindən tətbiq edilən 
Dublin Əsasnaməsi
 ((EU)604/2013) hansı dövlətin sığınacaq almaq 
üçün edilən müraciətə baxmaq məsuliyyəti daşıdığını müəyyən edir. Əsasnamə ilə müəyyən edilmiş meyarlara 
əsasən müraciətə baxılmasına başqa dövlət məsuliyyət daşıdığı zaman həmin Əsasnamə sığınacaq axtaranın 
müvafiq dövlətə göndərilməsi prosedurunu təsbit edir. 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən 
Dublin Əsasnaməsi
 sığınacaq axtaranı geri qəbul etmək və ya ona 
məsuliyyət daşımaqla əlaqədar sorğulara əməl etmək məqsədi ilə dövlətlər üçün vaxt çərçivələrini (21, 22, 25 
və 29-cü maddələr), onun göndərilməsindən əvvəl dövlət tərəfindən müəyyən dəlillərin toplanması zərurətini 
(22-ci maddə), şəxsi informasiyanın məxfiliyini təmin etmək tələbini (39-cu maddə), onun ümumiyyətlə 
Dublin 
Əsasnaməsi
  (4-cü  maddə)  və  bu  Əsasnaməyə  uyğun  olaraq  planlaşdırılan  göndərilməsi  və  mövcud  hüquqi 
müdafiə vasitələri  barədə  məlumatlandırılması  zərurətini  (26-cı maddə)  nəzərdə  tutur.  Əsasnaməyə  uyğun 
olaraq  inzibati  əməkdaşlıq  kontekstində  müvafiq  faktiki  tələblər  (34-cü  maddə),  məsuliyyətin  aradan 
qaldırılması kontekstində isə bir sıra təminatlar mövcuddur (19-cu maddə). 
 
Misal: Kastratinin işində
186
 Avropa İttifaqı Ədalət Məhkəməsi belə bir qərara gəlmişdir ki, sığınacaq almaq 
üçün  edilən  müraciət  ərizəçiyə  görə  məsuliyyəti  öz  üzərinə  götürmək  razılığı  verərək  onun  ərizəsinə 
baxmaq məsuliyyəti daşıyan Avropa İttifaqının üzv dövlətindən geri götürüldükdə 
Dublin Əsasnaməsi
 artıq 
tətbiq olunmur. Bundan sonra bu ərizənin geri götürülməsi ilə əlaqədar qərar qəbul etmək, xüsusən də 
ərizənin  baxılması  prosesini  dayandıraraq  bu  barədə  informasiyanı  ərizəçının  şəxsi  işində  qeyd  etmək 
vəzifəsi ərazisində ərizənin təqdim edildiyi üzv dövlətin üzərinə düşür. 
                                                
185
I.M.-
in Fransaya qarşı 
(I.M. v. France)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
9152/09 saylı, 2 fevral 2012
-
ci il tarixli işinin 136
-
160-
cı paraqrafları
.
 
186
Migrationsverket-in Nuriye Kastratiy
ə
 v
ə
 
başqalarına qarşı
 
(Migrationsverket v. Nurije Kastrati and Others)
 
Avropa İttifaqı Ədalə

M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
620/10 saylı, 3 may 2012
-
ci il tarixli işinin 49
-
cu paraqrafı.
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
76
 
Dublin Əsasnaməsinin
 5-ci maddəsi bir qayda olaraq hər bir ərizəçi ilə şəxsi müsahibənin aparılmasını nəzərdə 
tutur. Ərizəçi səmərəli hüquqi müdafiə vasitələri hüququna malikdir: onun bir üzv dövlətdən digər üzv dövlətə 
göndərilməsi barədə qərara apellyasiya orqanı tərəfindən baxıldığı zaman olduğu üzv dövlətdə qalmasına icazə 
verilməlidir və ya apellyasiya orqanı öz təşəbbüsü ilə və ya müvafiq xahiş əsasında onun göndərilməsini təxirə 
salmaq imkanına malik olmalıdır (27(3)-cü maddə). 
 
Eyni zamanda, 
Dublin Əsasnaməsi
 müşayiət olunmayan azyaşlılar üçün prosedur təminatlarını (daha  ətraflı 
məlumat üçün bölmə 9.1-ə baxın) və ailənin bütövlüyünü təmin etmək üçün müvafiq müddəaları özündə əks 
etdirir. Əsasnamənin 8-11 və 16-cı maddələri ailənin (Əsasnamənin 2(g) maddəsində müəyyən edilmiş) əsas 
üzvləri ilə bağlı məsul üzv dövlətin müəyyənləşdirilməsi meyarlarını da nəzərdə tutur. Bundan başqa, Avropa 
İttifaqının bir üzv dövləti ailənin başqa üzvlərini də bir yerə toplamaq üçün digər üzv dövlətdən ərizəyə baxmağı 
xahiş edə bilər (17(2)-ci maddə-“humanitar şərt”). 7(3)-cü maddə nəzərdə tutur ki, əgər sığınacaq almaq üçün 
təqdim olunmuş ərizə digər üzv dövlət tərəfindən ona baxılması barədə məsuliyyəti öz üzərinə götürməzdən 
əvvəl bir üzv dövlətində təqdim olunmuşdursa, və bu ərizə ilə əlaqədar yekun qərar hələ qəbul edilməmişdirsə, 
Avropa İttifaqının üzv dövlətləri ərizəçinin ailə üzvlərinin və qohumlarının onların ərazisində olmaları ilə bağlı 
mövcud faktları nəzərə almalıdırlar. 
 
Avropa İttifaqının üzv dövləti ciddi humanitar məsələlərlə əlaqədar olaraq bəzi hallarda iki şəxs arasında ailə 
bağlılığı  olmaq  şərti  ilə  bir  şəxs  digər  şəxsdən  asılı  olduqda  müvafiq  sığınacaq  almaq  üçün  təqdim  edilmiş 
ərizəyə baxmaq məsuliyyətini öz üzərinə götürə bilər. 
 
Misal: K-nin işi
187
gəlini təzəliklə uşaq doğmuş qadının Avstriyadan Polşaya təklif olunan göndərilməsi ilə 
əlaqədar  idi.  Bundan  başqa,  sözügedən  gəlin  üçüncü  ölkədə  aldığı  zədə  nəticəsində  əlil  olaraq  ciddi 
xəstəlikdən  əziyyət  çəkirdi.  Onun  başına  gələnlər  hamı  üçün  məlum  olsa  idi  böyük  ehtimalla  o,  ailənin 
namusunu  qorumaqdan  ibarət  xalq  adət-ənənəsi  səbəbindən  öz  ailəsinin  kişi  üzvləri  tərəfindən  zorakı 
rəftardan ibarət risklə üzləşəcək idi. Bu vəziyyətdə Avropa İttifaqının Ədalət Məhkəməsi belə bir qənaətə 
gəlmişdir  ki,  Əsasnamənin  2003-cü  il  versiyasının  15(2)-ci  maddəsində  bəyan  edilmiş  və  2013-cü  il 
versiyasının 16(1)-ci maddəsində başqa formada ifadə olunmuş şərtlər təmin edildikdə həmin maddədə 
humanitar əsaslarla istinad edilmiş üzv dövlət sığınacaq axtaranla bağlı məsuliyyəti öz üzərinə götürməyə 
borclu olaraq müvafiq sığınacaq ərizəsinə baxmaq məsuliyyətini daşıyan üzv dövlətə çevrilir. 
 
Dublin  Əsasnaməsində
  nəzərdə  tutulmuş  meyarlara  əsasən  ərizənin  baxılmasına  məsuliyyət  daşımayan 
Avropa İttifaqının üzv dövləti bu ərizəyə baxmaq barədə qərar qəbul edə bilər (
Dublin Əsasnaməsinin
 17(1)-ci 
maddəsinə  əsasən  "suverenlik  şərti").
188
  Əsasnamənin  3(2)-ci  maddəsinə  uyğun  olaraq  sözügedən 
Əsasnamənin meyarlarına əsasən Avropa İttifaqının müvafiq məsuliyyəti daşıyan hesab edilmiş üzv dövlətinə 
göndərilmə ərizəçini Xartiyanın 4-cü maddəsi ilə qadağan olunan ləyaqəti alçaldan rəftardan ibarət riskə məruz 
qoyarsa,  onun  göndərilməsini  nəzərdə  tutan  üzv  dövlət  məqbul  müddət  ərzində  Əsasnamənin  digər 
meyarlarını nəzərdən keçirərək başqa bir üzv dövləti sığınacaq almaq üçün təqdim edilmiş ərizənin baxılmasına 
məsuliyyət  daşıyan  bir  dövlət  kimi  müəyyən  edən  meyarını  özü  üçün  dəqiqləşdirməlidir.  Bütün  bunların 
nəticəsində ərizəçinin əsas hüquqlarının pozulması riskini aradan qaldırmaq məqsədi ilə onun göndərilməsini 
nəzərdə tutan üzv dövlətin özü ərizənin baxılmasına məsuliyyət daşıyan dövlətə çevrilə bilər (3(2)-ci maddə). 
 
Misal:  N.S. və M.E.-nin birgə  işlərində
189
  Avropa İttifaqının Ədalət Məhkəməsi əlaqədar şəxslərin 
Dublin 
Əsasnaməsinə
 əsasən Yunanıstana göndərilməsi nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü 
maddəsinə  uyğun  gələn  Avropa  İttifaqı  Fundamental  Hüquqlar  Xartiyasının  4-cü  maddəsinin  pozulub-
pozulmayacağı  məsələsinə  diqqət  yetirmişdir.  Avropa  İttifaqı  Ədalət  Məhkəməsi  bu  işə  baxdığı  zaman 
                                                
187
K-
nın Bundesasylamt
-
a qarşı 
(K v. Bundesasylamt) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
245/11 saylı, 6 noyabr 2012
-
ci il tarixli işi
 
188
 H
ə
mçinin Zuheyr Frayeh X
ə
l
ə
fin Darzhavna agentsia bezhantsite pri Ministerskia savet-
ə
 
qarşı 
(Zuheyr Frayeh Halaf v. Darzhavna 
agentsia za bezhantsite pri Ministerskiasavet) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
528/11 saylı, 30 may 2013
-
cü il tarixli işinə
 
baxın.
 
189
N.S.-
in Daxili İşlə
r Departamentinin Dövl
ə
t katibin
ə
 v
ə
 M.E-nin v
ə
 
başqalarının Qaçqın Ərizə
l
ə
rinin bax
ılması üzrə
 
Komissarlığa və
 
Ə
dliyy
ə
, B
ə
rab
ə
rlik v
ə
 
Hüquqi İslahatlar nazirinə
 
qarşı
 
(
N.S. v. Secretary of State for the Home Departmentand M.E. and Others v. 
Refugee Applications Commissioner & Minister for Justice, Equality and LawReform)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-411/10 
v
ə
 C-
493/10 saylı, 21 dekabr 2011
-ci il tarixli birg
ə
 
işlə
ri. H
ə
mçinin 
Almaniyanın Kaveh Puidə
 
qarşı
 
(Bundesrepublik Deutschland v. 
Kaveh Puid) 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
4/11 saylı, 14 noyabr 2013
-
cü il tarixli işinə
 
baxın.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə