Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
72
əlaqədar müvafiq prosedur təminatlarının nəzərdə tutulduğu müəyyən olunmuşdur (bu məsələ bölmə 4.4-də
qısa şəkildə təsvir olunur). Bununla yanaşı, Konvensiyadan irəli gələn bütün hüquqlarla əlaqədar özbaşınalığın
qadağan edilməsi məsələsinə sığınacaq və miqrasiya işlərində vacib təminatların həyata keçirilməsi üçün
istinad olunur.
174
Azadlıqdan qanunsuz və ya əsassız məhrum etmə ilə əlaqədar fəsil 6-a baxın (Bölmə 6.10).
Avropa İnsan Hüquqları Məhkəməsi sığınacaq axtaranların çıxarılmasına dair işlərlə bağlı səmərəli hüquqi
müdafiə vasitələrini təşkil edən ümumi prinsipləri təsbit etmişdir. Avropa İnsan Hüquqları Konvensiyasına
əsasən istənilən "mübahisəli şikayətin" mahiyyətinə qiymət vermək və əgər zəruridirsə müvafiq kömək əldə
etmək üçün şikayətçilərin milli səviyyədə hüquqi müdafiə vasitələrinə çıxışı olmalıdır.
175
Avropa İnsan
Hüquqları Məhkəməsi hüquqi müdafiə vasitələrinin de-fakto və de-yure səmərəli olması məqsədi ilə digər
elementlərlə yanaşı sığınacaq axtaranın öz ərizəsini təqdim etmək üçün kifayət qədər vaxtla təmin olunub-
olunmaması məsələsini də nəzərdən keçirə bilər.
Misal: Abdolxani və Karimniyanın Türkiyəyə qarşı işində
176
həm inzibati, həm də məhkəmə orqanları
iddiaçıların İraqa və ya İrana geri qaytarılacağı təqdirdə ləyaqəti alçaldan rəftardan ibarət riskə məruz
qalacaqları ilə əlaqədar ciddi iddialarına biganə qalmışdırlar. Bundan başqa, dövlət orqanları iddiaçıların
müvəqqəti sığınacaq əldə etmək üçün etdikləri müraciətlərinə baxmayaraq bunun səbəbləri ilə əlaqədar
onlara heç bir məlumat verməmişdir və onların polis həbsində olduqları zaman vəkil üçün birmənalı
müraciət etmələrinə baxmayaraq hüquqi yardımdan istifadələrinə də icazə verməmişdir. Dövlət
orqanlarının yol verdikləri bütün bu nöqsanlar iddiaçıları müvafiq qanunvericilik çərçivələrində Avropa
İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən öz iddialarını məhkəməyə təqdim etmək
imkanından məhrum etmişdir. Bununla yanaşı, iddiaçılar deportasiya olunmaları barədə qərarla təmin
olunmadığından və onların ölkədən çıxarılması səbəbləri açıqlanmadığından bu qərarı ləğv etmək məqsədi
ilə müvafiq orqana müraciət etmək iqtidarında deyildilər. Türkiyədə inzibati məhkəmə deportasiya
qərarının icrasının dayandırılması ilə bağlı xüsusi göstəriş vermədikdə bu qərarın ləğv edilməsi ilə bağlı
müraciət təxirə salma gücünə malik olmadığından deportasiya işlərinə məhkəmədə baxılması səmərəli
hüquqi müdafiə vasitəsi hesab oluna bilməz. Bütün bunlarla əlaqədar olaraq iddiaçılar Avropa İnsan
Hüquqları Konvensiyasının 3-cü maddəsindən irəli gələn şikayətləri ilə bağlı səmərəli və əlçatan hüquqi
müdafiə vasitələri ilə təmin olunmamışdır.
Misal: Avstriya və Çex Respublikasının Konstitusiya Məhkəmələri ərizələrin təqdim edilməsi üçün ayrılan iki
və yeddigünlük müddətlərin kifayət qədər az olduğunu müəyyən etmişdir.
177
Eyni zamanda, Diufun işində
178
Avropa İttifaqı Ədalət Məhkəməsi müəyyən etmişdir ki, sürətləndirilmiş prosedur üçün müraciət etmək
məqsədi ilə nəzərdə tutulmuş 15-günlük müddət "ümumiyyətlə səmərəli iddia ərizəsinin praktiki cəhətdən
hazırlanması və təqdim edilməsi üçün kifayət etməsə də, müvafiq hüquq və maraqların müdafiə olunması
baxımından məqbul və mütənasibdir."
Dövlət tərəfindən yol verilmiş və müvafiq təminatların səmərəli tətbiqinə mane olan başqa bir əməl şəxsləri
müvafiq qərar və ya onların apellyasiya şikayəti vermək hüququ barədə məlumatlandırmamaqdan və ya
saxlanılmış sığınacaq axtaranın azadlıqda olanlarla əlaqə saxlamasına mane olmaqdan ibarət ola bilər. Avropa
İnsan Hüquqları Məhkəməsi tərəfindən işlənib hazırlanmış tələblər və
Sığınacaq prosedurları Direktivinə
uyğun
prosessual təminatlar arasında müəyyən mənada oxşarlıqlar mövcuddur.
174
C.G.-
nın və
başqalarının Bolqarıstana qarşı
(C.G. and Others v. Bulgaria)
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki
1365/07 saylı, 24
aprel 2008-
ci il tarixli işinin 49
-
cu paraqrafı.
175
M.S.S.-in Belçikaya v
ə
Yunanıstana qarşı
(M.S.S. v. Belgium and Greece)
[GC] Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30696/09
saylı, 21 yanvar 2011
-
ci il tarixli işinin 288
-
ci paraqrafı; Kudlanın Polşaya
qarşı
(
Kudła v.
Poland )
[GC] Avropa İnsan Hüquqları
M
ə
hk
ə
m
ə
sind
əki 30210/96 saylı, 26
oktyabr 2000-
ci il tarixli işinin 157
-
ci paraqrafı.
176
Abdolxani v
ə
Karimniyanın Türkiyə
y
ə
qarşı
(Abdolkhani and Karimnia v. Turkey)
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 30471/08
saylı, 22 sentyabr 2009
-
ci il tarixli işinin 111
-117-
ci paraqrafları.
177
Avstriya Konstitusiya M
ə
hk
ə
m
ə
sinin (Österreichische Verfassungsgerichtshof) G31/98
(Decision G31/98)
, G79/98, G82/98, G108/98
saylı, 24 iyun 1998
-ci il tarixli Q
ərarları və
Çexiya Konstitusiya M
ə
hk
ə
m
ə
sinin (Ústavní soudCeské republiky) 2010-
cu ilin yanvar ayında
qüvv
ə
y
ə
minmiş 9/2010 saylı Qərarı
(Decision No. 9/2010)
.
178
Samba Diufun Ministre du Travail de l
’
Emploi et de l
’İmmigrasion
-
a qarşı
(Samba Diouf v. Mini
stre du Travail, de l’Emploi et de
l’Immigration
)
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
ə
ki C-
69/10 saylı, 28 iyul 2011
-
ci il tarixli işinin 67
-
ci paraqrafı.
Dostları ilə paylaş: |